Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə51/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   47   48   49   50   51   52   53   54   ...   67

Xatırladaq  ki,  Türkiyə  dövləti  1994-cü  ildən  - 

Azərbaycan  NATO-nım  «Sülh  naminə  tərəfdaşlıq» 

sənədini imzalayandan əlaqə dövləti statusunda idi.

NATO-nun tərəfdaş ölkələrlə münasibətləri təcrübəsinə 

müvafiq  olaraq  əlaqə  dövləti  NATO  tərəfindən  iki  il 

müddətinə təyin edilir. Bu müddətin artınlıb-artınlmaması 

isə  NATO-ya  üzv  dövlətlərin  yekdil  qərarından  asılıdır. 

Maraqlısı  budur ki,  verilən  məlumata  görə,  Azərbaycanla 

münasibətlərdə  növbəti  «əlaqə  dövləti»  statusunda  olmaq 

üçün  ən  çox  mübarizə  aparan  dövlətlər  sırasında  Türkiyə 

də  olub.  Polşanın  da  qatıldığı  gərgin  mübarizədən 

Rumıniya «qalib» çıxıb.

Rumıniya 

Azərbaycanın 

dövlət 

müstəqilliyini 



Türkiyədən  sonra  tamyan  ikinci  dövlətdir.  1999-cu  il 

iyulun  14-də Buxarestdə Azərbaycan Müdafiə Nazirliyi və 

Rumıniyanın Milli  Müdafiə Nazirliyi  arasında əməkdaşlıq 

haqqında saziş imzalanıb.  2000-ci  il  fevralın  15-də Bakıda 

iki  ölkənin  müdafiə  nazirlikləri  arasında  əməkdaşlıq 

haqqında protokol imzalanıb.

2006-cı 

il 


martın 

14-də 


Bakıda 

Azərbaycan 

Respublikası  hökuməti  və  Rumıniya  hökuməti  arasında 

hərbi-texniki  əməkdaşlıq  haqqında  saziş  imzalanıb. 

Bundan  başqa,  ötən  illərdə  iki  ölkə  arasında  qarşılıqlı 

hərbi  informasiyanın  çatdırılmasının  mühafizəsi  sazişi 

imzalanıb.

R_umıniya  rəhbərliyi  hələ  2006-cı  ildə  Azərbaycanm 

NATO  ilə  Fərdi  Tərəfdaşlıq  üzrə  Əməliyyat  Planının 

(IPAP)  reallaşması  üçün NATO-ya  qəbul  olmağa  hazırlıq 

təcrübəsini  bölüşməyə  hazır  olduqlarını  bəyan  etmişdi. 

Qeyd  edilmişdi  ki,  bu  sahədə  artıq  lazımi  hüquqi  çərçivə 

mövcuddur  və 

bu 


çərçivə 

eyni 


zamanda 

IP AP 


əməkdaşlığının gücləndirilməsinə xidmət edəcək.

Türkiyənin  Azərbaycanm  müdafiə  və  təhlükəsizlik 

sahəsində  NATO  standartlarına  uyğun  olaraq  həyata 

keçirilən  islahatlara nəzarəti  dövründə Ankara Bakıya  170 

milyon  dollara  qədər  müxtəlif  hərbi  yardımlar  göstərib. 

Türkiyə 


Silahlı 

Qüvvələrinin 

köməyi 

nəticəsində 



Naxçıvanda  hərbi  hissələr  Azərbaycanda  ilk  dəfə  olaraq 

NATO  standartlarına  uyğunlaşdırılıb.  2005-ci  ildə  muxtar 

respublikadakı  hərbi  birləşməyə  təmənnasız  olaraq  2,7 

milyon  dollar  dəyərində  rabitə  avadanlıqları  və  tibbi 

ləvazimatlar verilib.

Türkiyə  Azərbaycanm  təkcə  Quru  Qoşunlarına  deyil, 

Hərbi  Hava  Qüvvələrinə  (HHQ),  Hava  Hücumundan 

Müdafiə  Qoşunlanna,  Hərbi  Dəniz  Qüvvələrinə  (HDQ), 

Daxili  Qoşunlarına  və  Milli  Qvardiyasına  müxtəlif 

formalarda yardımlar göstərib.

Türkiyə 

Azərbaycanm 

HDQ-nin 

maddi-texniki 

təminatının  yaxşılaşdırılması,  eləcə  də,  kadr  hazırlığında 

mühüm  rol  oynayır.  Xatırladaq  ki,  hələ  90-cı  illərin 

sonlarında  Türkiyə  Azərbaycan  HDQ-yə  «AV-34»  (Türk 

tipli) patrul kateri bağışlamışdı.

2008-ci  ilin əvvəlində və sonlarında Türkiyədən yüksək 

vəzifəli  zabitlər  və  generallar  qrupu  Azərbaycana  səfər 

etmişdir.  KİV-də  yayılan  məlumatlara  görə,  Türkiyə 

Azərbaycana  hərbi  sahədə  sürətli  islahatlar paketi  təqdim 

edib.  Həmçinin həmin ilin dekabrında iki  ölkənin Müdafiə 

Nazirliyi 

arasında 

keçirilən 

dialoqda 

Ankaranın 

Azərbaycan  Silahlı  Qüvvələrinə  göstərə  biləcəyi  növbəti 

yardımların  siyahısının  müzakirə  edildiyi  bildirilirdi. 

Ekspertlərin  fikrincə,  Türkiyə  Azərbaycanm  müdafiə  və 

təhlükəsizlik  sahəsində  NATO  standartlarına  uvğutı 

islahatların  sürətləndirilməsində  və  effektli  nəticələrin 

əldə  olunmasında  israr  edirdi.  Amma  Türkiyədən  «əlaqə

205



dövləti»*  statusunun  alınmasından  sonra  Ankaranın 

üzərinə  götürdüyü missiyanı əvvəlki  tək davam etdirəcəyi 

bir az çətin olacaqdır.

Ekspertlərin 

fikrincə, 

Rumıniyanın 

NATO 

ilə 


Azərbaycan arasmda «əlaqə dövləti»  statusunda olması bir 

sıra  yeniliklərlə  xarakterizə  edilə  bilər.  Müdafiə  Nazirliyi 

mətbuat  xidmətinin  rəhbəri,  polkovnik-leytenant  Eldar 

Sabiroğlu  «Media-forum»  saytına bildirib ki,  əlaqə dövləti 

statusunun  bir  ölkədən  başqasına  keçməsi  əsasnaməyə 

uyğun  aparılır:  «Burada  hansısa  məna  arxasınca  düşmək 

üçün əsaslı səbəb görmürəm. Biz həqiqətə baxmalıyıq, hər 

bir  əməkdaşlığın  strateji  hədəfləri  olur,  əlaqələndiricilər 

dəyişə  bilər,  amma  bu,  strategiyanın  dəyişməsi  demək 

deyil».


Son  illər  Azərbaycanın  NATO  ilə 

əməkdaşlıq 

çərçivəsində  müsbət  nəticələr  əldə  etdiyini  vurğulayan 

E. Sabiroğlu bu işdə  14  il  əlaqə dövləti  qismində fəaliyyət 

göstərmiş  Türkiyənin  Azərbaycana  böyük  dəstəyini  qeyd 

edib:  «Azərbaycanın  Müdafiə  Nazirliyi  bunu  yüksək 

qiymətləndirir.  Bu  müddət  ərzində  ordumuzun  bütün 

qoşun  növləri,  qərargah  strukturları  NATO  standartlarına 

uyğunlaşdırılıb.  Əməkdaşlığımız  gələcəkdə  də  davam 

etdiriləcək,  buna  heç  bir  şübhə  ola  bilməz.  Əlaqə  dövləti 

kimi  indi  Rumıniyanın  seçilməsi  ardıcıllığın  qorunmasına 

böyük ümidlər verir.  Ölkəmiz bir çox sahədə Rumıniya ilə 

sıx  əlaqələr qurub,  eyni  zamanda Azərbaycanın  Rumıniya 

ilə 


ikitərəfli 

hərbi 


sazişi 

mövcuddur. 

Rumıniya 

Azərbaycanın 

dövlət 

müstəqilliyini 



tanıyan 

ilk


‘Burada  NATO  ilə  kordinasiya  funksiyasım  öz  üzərinə  götürmüş  dövlət  nəzərdə 

tutulur. Azərbaycanla NATO  arasmda  kordinasiya  funksiyasım  ilk olaraq Türkiyə 

öz üzərinə götürmüşdür.

206


dövlətlərdən  biridir.  Biz  məsələyə  məhz  bu  kontekstdən 

yanaşaraq qiymət verməliyik» - deyə o bildirib.

«Ehtiyatda  və  İstefada  olan  Zabitlər»  İctimai  Birliyinin 

sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli baş 

vermiş  hadisəni  «adi  rotasiya  dəyişikliyi»  hesab  edərək 

Rumıniyanın  Azərbaycanın  NATO  ilə  münasibətlərində 

«əlaqə  dövləti»  statusunda  olmasım  mühüm  hadisə  hesab 

edir.  Onun  sözlərinə  görə,  NATO-ya  üzv  ölkələrin 

tərəfdaş  dövlətlərlə  bu  tip  münasibətləri  çox  böyük 

əhəmiyyət kəsb  edir.  «Düşünürəm ki,  Rumıniya Azərbay­

canın 

müdafiə  və 



təhlükəsizlik 

sahəsinin 

NATO 

standartlarına  uyğunlaşdırılınası  istiqamətində  Azərbayca­



nın səylərinə dəstək verəcək», - deyə ekspert bildirir.

Y.Cəfərli  də  Türkiyənin  14  illik  fəaliyyətini  müsbət 

qiymətləndirir.  Onun  sözlərinə  görə,  ötən  illər  ərzində 

Türkiyə  qardaş  ölkə  kimi  Azərbaycanın  müdafiə  və 

təhlükəsizlik  sahəsinin  müasir  standartlara  uyğunlaşdırıl­

ınası  işində  çox  böyük  addımlar  atıb.  Ekspert  əmindir  ki, 

«əlaqə  dövləti»  statusundan  çıxmasına  baxmayaraq, 

Türkiyə  Azərbaycanla  hərbi  əlaqələri  dərinləşdirməkdə, 

Azərbaycan  Silahlı  Qüvvələrinin  NATO  standartlarına 

uyğun qurulmasında dəstəyini davam etdirəcək.

«Doktrina»  Jurnalistlərin  Hərbi  Araşdırmalar  Mərkəzi 

isə  baş  vermiş  hadisənin  həm  adi,  həm  də  düşündürücü 

tərəflərinin  olduğu  qənaətindədir.  Mərkəz  ekspertlərinin 

fikrincə, 

NATO-nun 

qayda-qanunları, 

nizamnaməsi 

prinsipindən  yanaşılsa,  onda  hər  2  ildən  bir  «əlaqə 

dövləti»nin  dəyişməsi  normal  hadisədir.  «Amma  sual 

doğuran 


məsələ 

ondan 


ibarətdir 

ki, 


NATO-nun 

Azərbaycanla  əlaqələrinə  məsul  dövləti  nə  üçün  məhz 

indi  dəyişmək  qərarına  gəliblər.  Bu,  təsadüf də  ola  bilər, 

NATO-nun  Azərbaycanla  münasibətlərində  dəyişiklik

207



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə