Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə52/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

dövrünün  başlanğıcı  da.  Digər  sual  doğuran  məsələ 

Türkiyənin  əlaqə  üzrə  14  illik  fəaliyyətinin  yekunları  ilə 

bağlıdır.  Azərbaycan  cəmiyyəti  üçün  maraqlıdır:  görəsən, 

NATO-da  bu  fəaliyyəti  necə  qiymətləndirirlər?  Ankara 

Alyansın Azərbaycanla münasibətlərində Türkiyəyə etibar 

etdiyi məsələlərin öhdəsindən uğurla gələ bildimi?»

Türkiyənin  «əlaqə  dövləti»  statusunda  olmaq  üçün 

növbəti  dəfə  mübarizəyə  qoşulması  Ankaranın  etika 

naminə  addımı  kimi  qiymətləndirilir.  Eyni  zamanda 

Türkiyənin  NATO  ilə  Azərbaycan  arasında  «əlaqə 

dövləti» 

statusundan 

çıxarılması 

Azərbaycan 

üçün 

müəyyən  dəyişikliklərlə  müşayiət  oluna  bilər.  Türkiyə 



1952-ci  ildən NATO-nun  üzvüdür.  Rumıniya  isə  2004-cü 

ildə alyansa üzv qəbul edilib.

Türkiyənin bundan  sonra  öz hərbi-siyasi  dəstəyini  daha 

çox  Gürcüstana  göstərəcəyini  düşünmək olar.  Çox  güman 

ki,  NATO  Türkiyənin  qarşısında  yeni  vəzifə  qoyub: 

Ankara  Gürcüstanın  qısa  zaman  kəsiyində  NATO 

standartlarına uyğunlaşdınlmasmı təmin etməlidir.

Ekspertlərin  fikrincə,  Türkiyədən  «əlaqə  dövləti» 

statusunu 

almaqla 


NATO-nun 

Azərbaycanla 

bağlı 

addımlarında  dəyişiklik  olacağını  gözləmək  mümkündür. 



Nəzərə  alaq  ki,  Rumıniya  Bakı-Tbilisi-Ceyhan,  Bakı- 

Tbilisi-Ərzurum  və  bir  sıra  eneıji  layihələrində  iştirak 

etmək  niyyətindədir.  Rumıniyalı  rəsmilər  ölkələrinin 

Azərbaycan  -  Gürcüstan  -  Rumıniya  eneıji  dəhlizinin 

yaradılmasında maraqlı olduğunu gizlətmirlər.

Rumıniyanın  qeyd  edilən  istəkləri  NATO-da  da  xüsusi 

dəstəklənir.  Alyansda hesab  edirlər ki,  Qafqazda yerləşən 

eneıji  dəhlizinin  Rusiyanın  inhisarından  çıxarılması 

xüsusilə  vacibdir.  Bu  səbəbdən NATO  Cənubi  Qafqaz  və 

Orta 


Asiya 

ölkələrinin 

enerji 

infrastrukturunun



208

müdafiəsində  maraqlıdır.  NATO  bu  istiqamətdə  region 

ölkələri ilə danışıqlar aparır.

Beləliklə,  Rumıniyanın NATO  ilə Azərbaycan  arasında 

əlaqə  dövləti  statusuna  təyin  olunması  NATO-nun 

Azərbaycanla  bağlı  siyasi  və  iqtisadi  planlarının  olması 

anlamına gələ bilər.

Sonda  bir  məsələni  də  qeyd  etməyi  zəruri  bilirik. 

Rumıniya  Silahlı  Qüvvələrində  istifadə  olunan  əsas  silah 

və  hərbi  texnika  sovet  istehsalıdır.  Hesab  edirik  ki, 

Rumıniyanın 

NATO-Azərbaycan 

münasibətlərində 

əlaqələndirici  dövlət  statusuna təyin  olunmasında bu  silah 

uyğunluğu faktoru da müəyyən rol oynamışdır.

Məlum  olduğu  kimi,  1997-ci  ilədək Azərbaycan  Silahlı 

Qüvvələrinin  hərbi  təhsil  ocaqları  keçmiş  SSRİ-də 

mövcud  olmuş  sistemə uyğun  fəaliyyət  göstərirdi.  Orduda 

quruculuq  işlərini  müasir  tələblər  səviyyəsinə  qaldırmağı 

daim  diqqətdə  saxlamış  Heydər  Əliyevin  bilavasitə 

rəhbərliyilə  1997-ci  ildən  kursantlarımız  Şimali  Atlantika 

Alyansına  daxil  olan  ölkələrdə  qəbul  edilmiş  metodika 

əsasında  hərbi  bilik  və  təcrübə  qazanmağa  başladılar. 

NATO-nun  köməyi 

ilə  2004-cü 

ildə  Azərbaycan 

Respublikasının 

Silahlı 


Qüvvələri 

üçün 


kiçik 

mütəxəssislər  hazırlayan  mərkəz  yaradıldı.  2004-cü  ildən 

Silahlı  Qüvvələrin  döyüş  hazırlığı  planı  üzrə  bütün 

təlimlər NATO  standartlarına uyğun keçirilir.  Azərbaycan 

Respublikasının  zabitləri  NATO-nun  Brüsseldəki  Baş 

Qərargahında xidmət edirlər.

Artıq NATO  rəsmiləri  özləri  də  dəfələrlə  etiraf ediblər 

ki,  Azərbaycan  Silahlı  Qüvvələrinin NATO  standartlarına 

uyğunlaşdırılınası  çox  yüksək  səviyyədə  gedir.  Bütün 

bunlarla  yanaşı,  Azərbaycan  hərbçiləri  «Sülh  Naminə 

Tərəfdaşlıq»  proqramı  çərçivəsində  keçirilən  bütün

209



tədbirlərdə  fəal  iştirak  edir,  sülhməramlı  təlimlərə, 

konfrans 

və 

seminarlara 



qatılırlar. 

1999-cu 


ilin 

sentyabrında  Azərbaycan  Respublikası  Milli  Məclisinin 

qəran  ilə  Türkiyə  taboru  tərkibində  ilk  sülhməramlı 

taqımımız  Kosovoda  keçirilən  sülhməramlı  əməliyyatlara 

qatıldı. 

Sonralar 

sülhməramlılanmızm 

fəaliyyət 

coğrafiyası  daha  da  genişləndi.  Silahlı  Qüvvələrimizin 

bölmələri  dövlətimiz  tərəfindən  əminamanlıq  yaratmaq 

məqsədilə Əfqanıstana və İraqa göndərildi.

Azərbaycan  hərbçiləri  sülhməramlı  əməliyyatlarda 

uğurla  iştirak  etdiklərinə  görə  komandanlıq  tərəfindən 

dəfələrlə  mükafatlandırılıblar.  2008-ci  ilin  mayında 

koalisiya  komandanlığı  İraqdakı  sülhməramlı  korpusun 

tərkibində 

nümunəvi 

xidmətlərinə 

görə 

bir  qrup 



azərbaycanlı  zabiti  ABŞ-ın  «Hərbi  Dəniz  Qüvvələri  və 

Dəniz  Piyadalarının  nailiyyət  medalı»  ilə  təltif etmişdir. 

İraqda  xidmət  etdikləri  müddətdə  sülhməramlılarımız 

yüksək  döyüş  hazırlığı  və  mənəvi  keyfiyyətlər,  eləcə  də 

nizam-intizam  nümayiş  etdirdiklərinə  görə  koalisiya 

komandanlığı tərəfindən  1 O-dan artıq medalla təltif edilmiş 

və  çoxsaylı  fəxri  fərmanla  mükafatlandırılmışlar.  NATO 

ilə 


əməkdaşlıq 

çərçivəsində 

Azərbaycanın 

ordu 


quruculuğunun  perspektivi  və  bu  sahədə  digər  bölgə 

dövlətlərindən  fərqi  də  zaman-zaman  ortaya çıxmaqdadır. 

Məsələ  ondadır  ki,  Ermənistan  ordusunun  rus  ordusu 

nümunəsində  daha  çox  komplektləşdiyi, 

Gürcüstan 

ordusunun  isə,  NATO  standartlarına  sürətli  keçid  etdiyinə 

görə  daha  hazırlıqlı  olması  haqda  fikirlərin  reallığı  əks 

etdirmədiyi  görünməkdədir.  Hər  iki  ölkənin  ordu 

quruculuğu 

sahəsində 

məhdud  konsepsiyaya 

sahib 


olduğunu  isə  zaman  sübut  etdi.  İndi  Gürcüstan  ordusunun 

pis  təşkil  edildiyi  və  zəif  iradəyə  sahib  olduğunu  ABŞ

210

hərbçiləri  belə  etiraf  edirlər.  Onlar  gürcü  ordusunun 



yenidən  hazırlanması  ehtiyacını  göstərirlər.  Ermənistan 

ordusunun  isə  tamamilə  rusların  təsiri  altında  olması 

səbəbindən  inkişafından  danışılmasma  ehtiyac  yoxdur. 

Belə ki,  ermənilər rusların vassalı kimi hər hansı müstəqil 

ordu quruculuğu  apara bilməzlər.  Azərbaycan isə  təmkinli 

və  planlı  addımları  ilə  tədricən  ordu  quruculuğunu 

gücləndirir.  Azərbaycan  ordusu  indi  bu  günə  qədər  əldə 

etdiklərini  yeni  səviyyəyə  qaldırır.  Azərbaycan  bu 

addımım  elə  atır ki,  bölgədə  heç  bir  dövlətin  maraqlarına 

zərbə vurmur.  Onun həmin istiqamətdə  edəcəkləri  birbaşa 

özünün  maraqlarına  cavab  verir.  Müdafiə  Nazirliyi  ilə 

NATO  arasında  qarşılıqlı  faydalı  əməkdaşlığa  əsaslanan 

fəaliyyət bundan sonra da davam etdiriləcəkdir.

211



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə