Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə53/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

6-cı fəsil

Azərbaycan-NATO əlaqələri tarixində üç mühüm

hadisə

Azərbaycan-NATO  əlaqələri  tarixində  üç  mühüm 

hadisəni xüsusi qeyd etmək lazımdır:

-4 may  1994-cü il-Azərbaycan «Sülh Naminə Tərəfdaş­

lıq» Proqramına qoşulub;

-1996-cı  il-Azərbaycan  Planlaşdırma  və  Analiz  Prosesi 

Proqramına qoşulub;

-1997-ci  il  -  Azərbaycan  Respublikasının  NATO  ilə 

əməkdaşlığı üzrə Dövlət Komissiyası yaradılıb.

«Sülh  Naminə  Tərəfdaşlıq»  Proqramının  əsas  məqsədi 

Avroatlantik  məkanda  siyasi  və  hərbi  əməkdaşlığın 

genişləndirilməsi, sabitliyin bərqərar olunması, beynəlxalq 

sülh  və  təhlükəsizliyin  qorunması,  müasir  təhlükələrin 

azaldılması,  eləcə  də  Alyansın  demokratik  prinsiplərinə 

sadiqlik  ruhunda  münasibətlərin  möhkəmləndirilməsidir. 

Əsas mexanizmlər aşağıdakılardır:

- FTP (Fərdi Tərəfdaşlıq Proqramı);

- PAP (Planlaşdırma və Analiz Prosesi);

- FTƏP (Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı).

Fərdi  Tərəfdaşlıq  Proqramı  SNT  çərçivəsində  həyata

keçirilən əməkdaşlıq prosesinin birinci səviyyəsidir. 2008- 

ci  il  üçün  razılaşdırılmış  FTP-nin Müdafiə Nazirliyinə  aid 

hissəsində aşağıdakı  sahələr üzrə  164 tədbir seçilib:

- müdafiə siyasəti və strategiyası;

- dil təlimi;

- hərbi təlimlər;

- hərbi təhsil, doktrina;

- maddi-texniki təminat;

212

-sülhməramlı 



qüvvələrin 

konsepsiyası, 

onların 

planlaşdırılması və əməliyyat sahələri;

-komanda və nəzarət;

-beynəlxalq humanitar hüquq;

-müdafiənin  planlaşdırılması,  büdcə  və  ehtiyatların 

idarə edilməsi.

NATO 

ilə 


əməkdaşlıq 

fəaliyyəti 

çərçivəsində 

sülhməramlı və humanitar xarakterli çoxmillətli təlimlərdə 

iştirak  və  təcrübə  mübadiləsi  aparılır,  sülhməramlı, 

humanitar  və  başqa  əməliyyatlarda 

iştirak 

etmək 


məqsədilə  sülhməramlı  və  xüsusi  bölmələr  (tibbi, 

mühəndis  və  təminat  üzrə  bölmələr)  yaradılır,  çoxmillətli 

təlimlərin  keçirilməsi  üçün  Azərbaycan  Respublikasının 

ərazisində  təlim  bazaları  hazırlanır  və  Silahlı  Qüvvələrin 

NATO  standartlarına  uyğunlaşdırılınası  prosesi  davam 

edir.


Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun çoxmillətli 

qərargah strukturlarında xidmət edən zabitləri:

-  NATO-nun  Beynəlxalq  Hərbi  Qərargahında  (Brüssel, 

Belçika Krallığı);

-Birləşmiş  Qüvvələr  Komandanlıqlarında  (İtaliya  və 

Niderland Krallığı) xidmət keçirlər.

NATO  ilə  inkişaf  edən  əməkdaşlığın  nəticəsi  olaraq, 

hazırda  Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyinin 

nəzdində aşağıdakı strukturlar fəaliyyət göstərir:

-NATO  ilə  əməkdaşlıq  məsələlərinə  cavabdeh  olan 

Beynəlxalq  Əməkdaşlıq  və  Avroatlantik  İnteqrasiya 

İdarəsi;


-NATO-nun STANAQ (Standardization Agreement

-  Standartlaşma sazişi) üzrə komissiyası;

213



-  Silahlı  Qüvvələrin Təlim və  Tədris  Mərkəzində  SNT 

üzrə Təlim Mərkəzi;

-  Heydər  Əliyev  adma  Azərbaycan  Ali  Hərbi 

Məktəbində NATO/SNT kafedrası.

2008-ci  ildə  Azərbaycan  Respublikası  Silahlı  Qüvvə­

lərinin  hərbi  qulluqçulam  xaricdə  keçirilən  62  kurs,  6 

təlim,  təlimlə  bağlı  24  planlaşdırma  konfransları,  15 

seminar,  20  işçi  görüşü  və  digər tədbirlərdə  iştirak  etmiş, 

Azərbaycanda isə  11  mobil  təlim  qrupu kursları,  qərargah 

danışıqları,  ekspert  işçi  görüşləri  və  seminarlar  keçiril­

mişdir.

Azərbaycan  respublikası  qaynar  bölgələrdə  beynəlxalq 



təhlükəsizlik əməliyyatlarında da fəal iştirak edir.

Kosovo:  1999-2008 (mart) -1  sülhməramlı taqım.

İraq: 2003-2008 (dekabr) -1  sülhməramlı bölük.

Əfqanıstan:  2002  -  1  sülhməramlı  taqım,  2008  -  1 

sülhməramlı bölük.

Azərbaycan  Respublikası  ümumilikdə  38  Tərəfdaşlıq 

Məqsədi  (TM)  qəbul  edib.  Bunlardan  32-si  (Ümumi 

Qoşunlar  -  20,  Quru  Qoşunları  -  7,  HDQ  -  1,  HHQ  -  4) 

Silahlı Qüvvələrə aiddir.

Hazırda  qəbul  edilmiş  TM-in  bir  hissəsi  (ümumi  -  7, 

Quru  Qoşunlan  -  4)  tamamilə,  digərləri  isə  qismən yerinə 

yetirilmişdir.

Azərbaycan  NATO-nun  əməliyyatlarına  töhfə  vermək 

üçün  aşağıda  adlan  göstərilən  bölmələrin  iştirakını  bəyan 

edib:

- Sülhməramlı bölük;



- Tibb taqımı;

- Mühəndis-istehkam taqımı;

- Vertolyot qrupu (2 ədəd Mi-8).

214


2009-cu ilin aprel və may aylannda müvafiq olaraq Bakı 

və  Brüsseldə  NATO-nun  Beynəlxalq  Qərargahı  ilə  28+1 

formatında  tərəfdaşlıq  məqsədlərinin  yerinə  yetirilməsi 

üzrə görüşlər keçirilib.

Fərdi  tərəfdaşlıq  üzrə  əməliyyat  planı  (FTƏP)  NATO 

ilə əməkdaşlığı  daha da dərinləşdirmək üzrə  siyasi  iradəsi 

olan  dövlətlərə  təklif olunur.  Belə  iradə  nümayiş  etdirmiş 

Azərbaycan  Respublikası  NATO  ilə  siyasi 

dialoq 

proqramını müəyyən edib.



Plan  böyük  spektr  təşkil  edən  sahələrdə  praktiki 

əməkdaşlığı nəzərdə tutur ki, onun da bir hissəsi  bilavasitə 

müdafiə və təhlükəsizlik sektoruna aiddir.

FTƏP  2002-ci  ildə  keçirilmiş  Praqa  sammitində  qəbul 

edilmiş  və  Azərbaycan  ona  2005-ci  il  mayın  27-də 

qoşulub.  2005-2007-ci  illəri  əhatə  edən  FTƏP-in  1-ci 

mərhələsi yerinə yetirilib.

Müdafiə  Nazirliyi  bu  planın  2008-2009-cu  illəri  əhatə 

edən  növbəti  layihəsinə  dair  təkliflərini  təqdim  etmiş  və 

planın təkmilləşmiş  versiyası 2008-ci  il  martın  7-də  təsdiq 

edilmişdir.

Planda əksini tapmış əsas tədbirlər bunlardır:

- Müdafiə icmalı və müdafiə planlaşdırması;

- Hərbi təlim və tədrisdə NATO standartlarının tətbiqi;

-  Silahlı  Qüvvələrin  strukturlarında  NATO  standartları­

nın tətbiqi;

- Əməliyyat İmkanlan Konsepsiyası (ƏİK), mobil tabor;

-  Sülhməramlı  taborun  inkişafının  başa  çatdınlması  və 

Milli SNT Mərkəzinin inkişaf etdirilməsi;

-  Silahlı  Qüvvələrdə  şəxsi  heyətin  müasir  və  şəffaf 

idarə olunması sisteminin inkişaf etdirilməsi;

215



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə