Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə55/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

aşkarlanması, 

helikopterlə 

evakuasiya, 

hərbi-mülki 

əməkdaşlıq,  partlayıcı  maddələrin  aşkarlanması  zamam 

hərəkət  tərzləri,  şübhəli  şəxslərin  axtarılması,  hücumun 

təşkili  və  aparılması,  ingilis  dilinin  səviyyəsi  və  s.)  icra 

edilib  və  Azərbaycan  Silahlı  Qüvvələrinin  bölüyü 

tapşırıqların  yerinə  yetirilməsində  uğurlu  nəticələr  əldə 

edib.  NATO-nun  Birləşmiş  Qüvvələr  Komandanlığının 

qiymətləndiricilər 

qrupu 


təlimdən 

razı 


qaldıqlarını 

bildiriblər.  Yaxın  zamanlarda  komandanlığın  hesabatı 

Azərbaycan  Respublikasının  Müdafiə  Nazirliyinə  təqdim 

ediləcəkdir.

Onu  da  qeyd  edək  ki,  NATO-nun  Əməliyyat  İmkanları 

Konsepsiyası 

(OCC) 

çərçivəsində 



Ortaq 

Qüvvələr 

Birliyinə  bəyan  edilmiş  Azərbaycan  Silahlı  Qüvvələri 

bölüyünün  ilkin  özünü  qiymətləndirmə  təlimi  13-15 

noyabr  2007-ci  il  tarixlərində  keçirilib.  İkinci  təlimi 

əvvəlki  ilə  müqayisədə  irəliyə  doğru  addım  hesab  etmək 

olar,  çünki  o,  daha  yaxşı  nəticələrinə  görə  diqqəti  cəlb 

edir.


Azərbaycan  Silahlı  Qüvvələrinin  nümayəndələri  2009- 

cu  il  aprelin  7-10-da  Türkiyənin  Aksaz  şəhərində 

Cooperative  Marlin/Mako-2009  təlimlərinin  planlaşdırıl­

ması  üzrə  yekun  konfransda  iştirak  etmişlər.  Bundan 

əlavə,  NATO  ilə  tərəfdaşlıq  çərçivəsində  azərbaycanlı 

hərbçilər 2008-ci il aprelin  1-3-də Vaşinqtonda müdafiənin 

planlaşdırılması  və  ABŞ-NATO  əlaqələri  mövzusunda 

görüşlərdə  iştirak  ediblər.  Eyni  zamanda,  ABŞ  ilə 

əməkdaşlıq  planına  əsasən  aprelin  6-10-da  Bakıda 

Azərbaycanın  hərbi-dəniz  qüvvələri  və  sərhəd  xidməti 

ekspertləri  ilə  Amerika Hərbi-Mülki  Əlaqələr Mərkəzinin 

nümayəndələri  arasında  terrorla  mübarizə  mövzusunda

220

görüş  keçirilmişdir.  Plana  görə,  Müdafiə  Nazirliyinin 



nümayəndələri  aprelin  6-dan  mayın  11-dək  Şimali 

Karolinada  antiterror  əməliyyatları  operatorlarının  əsas 

kursunda iştirak etmişlər.

Türkiyə  ilə  əməkdaşlıq  planına  görə  isə  hərbçilərimiz 

aprelin 

6-dan  mayın  29-dək  İstanbulda  partlayıcı 

maddələrin  aşkar  edilməsi  üzrə  kurs  keçmiş,  həmçinin 

aprelin  7-9-da  SAT/SAS  təlimlərinin  (dünyanın  ən  yaxşı 

xüsusi  təyinatlılarından sayılan Türkiyənin məşhur  Su Altı 

Taaruz  (SAT)  və  Su  Altı  Savunma  (SAS)  xüsusi 

təyinatlıları  istənilən  şəraitdə-  həm  su  altında,  həm  də  su 

üstündə  əməliyyatlar  aparmağa  qadir  birlik  kimi  özlərini 

doğrultmuşlar)  planlaşdırılması  üzrə  konfransda  iştirak 

etmişlər.  Azərbaycan  hərbi  idarəsinin  nümayəndələri 

aprelin 

6-8-də 


məhkəmə 

sisteminə  həsr  olunmuş 

beynəlxalq simpoziumda da iştirak etmişlər.

Qırğızıstanla  hərbi  əməkdaşlıq  çərçivəsində  2009-cu  il 

aprelin 6-7-də Bakıda Azərbaycan SQ-nin təhsil sistemi  ilə 

tanışlıq  təşkil  olunmuş  və  Qırğızıstan  Müdafiə  Nazirliyi 

kadr  zabitlərinin  hazırlanması  üzrə  ekspert  görüşü 

keçirilmişdir.

Pakistanla  əməkdaşlıq  planına  görə,  azərbaycanlı 

hərbçilər 2009-cu il  aprelin 6-dan iyunun  13-dək kəşfiyyat 

üzrə təkmilləşdirmə kurslannda olmuşlar.

Azərbaycanla  Rumıniya  arasında  ikitərəfli  əməkdaşlıq 

planına  görə  2009-cu  il  aprelin  6-dan  iyulun  3-dək 

Buxarestdə qərargah zabitləri üçün birgə əməliyyatlar üzrə 

kurslar,  həmin  il  aprelin  6-dan  iyulun  17-dək  partlayıcı 

maddələrin  zərərsizləşdirilməsi  üzrə  kurslar keçirilmişdir. 

Bundan əlavə,  Rumıniya Milli Müdafiə Kollecinin rəhbəri

221



Azərbaycan  SQ  Hərbi  Akademiyası  ilə  tanış  olmaq  üçün 

aprelin 9-11-də Bakıda səfərdə olmuşdur.

Azərbaycan  Silahlı  Qüvvələri  1994-cü  ildən NATO  ilə  

Sülh 


Naminə 

Tərəfdaşlıq 

Proqramı 

çərçivəsində 

əməkdaşlıq  etməklə  yanaşı  bir  sıra  xarici  dövlətlərlə  də 

sıx əlaqə qurmuşdur.  Başqa ölkələrlə əlaqələr Azərbaycan 

ordusunun güclənməsinə daha da yardım edir.  Azərbaycan 

Hərbi  Dəniz Qüvvələrimiz, Hərbi Hava Qüvvələrimiz tam 

şəkildə  NATO  standartlanna  uyğunlaşdmlıb.  NATO 

çərçivəsində  Azərbaycanın  hərbi  qulluqçulan  treninqlər 

keçir və  xarici  dil  kurslannda iştirak edirlər.  Sülh Naminə 

Tərəfdaşlığın  ən  işlək  mexanizmi  olan  Fərdi  Tərəfdaşlıq 

Fəaliyyəti  Proqramı  geniş  sahəli  tədris  və  təlim  işlərini 

əhatə  edir.  Hər  il  NATO-Azərbaycan  Fərdi  Tərəfdaşlıq 

Proqramı  çərçivəsində  Silahlı  Qüvvələrimizin  1000-dən 

çox  hərbi  qulluqçusu  müxtəlif  hərbi  sahələr  üzrə  tədris 

tədbirlərində  və  təlimlərdə  iştirak  edir.  Azərbaycanın 

NATO-ya  inteqrasiyası  ilə  bağlı  yeni  ikitərəfli  plan 

hazırlanır.  Onun  Azərbaycan  prezidenti  İlham  Əliyev 

tərəfindən təsdiqlənməsi nəzərdə tutulur.

Beləliklə,  yuxanda  apardığımız  təhlil  və  analizlər  bir 

daha  təsdiq  etdi  ki,  Azərbaycanda  ordu  quruculuğunun 

davamlı  olması  və  bütün  məqamları  nəzərə  alaraq 

apanlması  ölkəmizin  hərbi  cəhətdən  bölgənin  ən  güclü 

dövləti  olmasmı  təmin edir.  Ordu dövlətin təhlükəsizliyini 

təmin  edən  güc  olmaqla  bərabər,  hərbi  sənayenin 

inkişafım  stimullaşdıran  qurumdur.  Hərbi  sənayesi  güclü 

olan  dövlətin  ordusunun  döyüş  potensialı  daim  artır,  daha 

perspektivli  bir  hala  gəlir.  Hərbi  sənaye  məsələsi  indi 

dünya dövlətləri  üçün böyük əhəmiyyət daşıyır.  Məsələn, 

Türkiyə  və  Pakistan  Qərbdən  asılı  olmayan  hərbi

222


sənayeyə  malik olmaq yolunda hər cür çətinliyə  dözürlər. 

Dolayısı  ilə  Azərbaycan  həm  NATO  standartlarına  keçir, 

həm  də  Türkiyə  vasitəsi  ilə  müstəqil  hərbi  sənaye 

kompleksi  yaradır.  Yəni  bir  çox  dövlətlərin  çətinliklə 

keçdiyi  mərhələni  asan  və  ziyansız  adlamağa  çalışır.  Bu 

ağıllı siyasətin və onu reallaşdıran səmərəli diplomatiyanın 

bəhrəsini  dövlətimiz  yaxın  perspektivdə  daha  çox 

görəcəkdir.

223



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə