Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə56/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

NƏTİCƏ

İkiqütblü  dünyanın  ləğvindən  sonra  yaranmış  yeni 

geosiyasi  reallıqların  bilavasitə  təsiri  altında  NATO-nun 

saxlanılmasının  nə  dərəcədə  əhəmiyyətli  olması  ilə  bağlı 

məsələ son dərəcə aktuallaşmış oldu.

Bu  istiqamətdə  alyans  çərçivəsində  və  ondan  kənarda 

aparılan  çoxsaylı  müzakirələr  son  nəticədə  təşkilatın 

saxlanması  lehinə  qərarın  qəbuluna  gətirib  çıxardı.  Hesab 

olundu  ki,  dəyişən  dünyanın  tələblərinə  müvafiq  olaraq 

alyans  daxilində hərbi  -siyasi  islahatlar həyata keçirməklə 

yeni  çağırışlara  qarşı  təşkilatın  fəaliyyətinə  dinamizm 

vermək  mümkündür.  Bəs  hansı  amillər  NATO-nun 

saxlanılmasını təsvir etmişdir? Zənnimizcə, məhz bu suala 

verilən  düzgün  cavabdan  asılı  olaraq,  NATO-nun  sonrakı 

taleyi ilə bağlı m əsələlərə aydınlıq gəlmiş oldu.

Beləliklə, 

NATO-nun 

saxlanılmasının 

zəruriliyi 

aşağıdakı müddəalarla əsaslandırılırdı:

•  İdeoloji 

qarşıdurmadan 

qaynaqlanan 

gərginlik 

aradan  qalxsa  da,  Sovet  İttifaqı  və  Yuqoslaviyada 

hadisələrin  nəzarətdən  çıxması  göstərdi  ki,  Avropada 

sabitlik  üçün  yeni  təhlükələr  meydana  gəlmişdir.  Buna 

görə də, geri çəkilmək bağışlanmaz bir səhv olardı;

•  Avrasiya  materikinə  tam  nəzarət  etmək  üçün  Qərb 

blokunun  əlinə  çox  unikal  bir  şans  düşmüşdür.  Bu  şansı 

əldən vermək olmazdı;

•  Alyansın  buraxılması  Avropa  və  Amerika  qitələri 

arasında  yaranmış  bağın  qırılmasına  gətirib  çıxara  bilər. 

Halbuki,  amerikalıların  Avrasiyadakı  siyasi  və  hərbi 

iştirakı  Avropa  dövlətləri  arasında  hakimiyyət  və  nüfuz 

uğrunda  dərin  tarixi  kökləri  olan  mübarizənin  qarşısını

224

alan  əsas  amillərdən  biridir.  Həm 



Aİ,  həm  də  Qərbi 

Avropa  İttifaqı  təhlükəsizlik  təmin  olunmasa  və  bu 

təhlükəsizlik üçün etibarlı  təminat olmasaydı ümumavropa 

inteqrasiyasını  təmin  edə  bilməzdilər  və  bu  gün  də  bu 

belədir  -  Aİ  nə  qədər  sıx  və  güclü  bir  qurum  olsa  da, 

hələlik  ABŞ  olmadan  təhlükəsizliyi  təmin  etmək  və 

böhranları həll etmək iqtidannda deyil;

•  Post-kommunist  məkanında  yaranmış  etnik  və 

dövlətlərarası  münaqişələrin  həll  edilməsi  və  yenilərinin 

meydana  çıxmasının  qarşısının  vaxtında  alınması  üçün 

effektiv  mexanizmə  ehtiyac  yaranmışdı.  Bu  qəbildən  olan 

münaqişələr  Avropada  sabitlik  üçün  əsas 

təhlükə 

mənbəyinə 

çevrildiyi 

üçün 


NATO 

sülhyaratma

funksiyasım  üzərinə  götürmək  məcburiyyəti  qarşısında 

qalırdı.  Bu  aspektdən  də  baxanda  görürük  ki,  NATO-nun 

hərbi mövcudluğu zərurətə çevrilmişdi.

ABŞ  hökuməti  ölkə  daxilində  NATO-nun  və  ona 

ayrılan vəsaitin  zəruriliyini  əsaslandırarkən  yuxarıdakılara 

əlavə  olaraq  ABŞ-ın  qlobal  liderlik  iddialanndan  və  milli 

maraqların  müdafiəsi  haqqında  mülahizələrdən  ictimai 

şüurun manipulyasiyasında gen-bol istifadə edirdi.

NATO-nun  zəruriliyini  əsaslandırmaq  hələ  onun 

xilasına nail olmaq demək deyildi. NATO-nun yeni  şəraitə 

adaptasiya  olması  üçün  müəyyən  hüquqi  mexanizmlərə, 

ilk  növbədə,  elmi  konsepsiyalara  əsaslanan  strategiyaya 

ehtiyac  var  idi.  Tezliklə  mütəxəssislər  işə  cəlb  olundu  və 

NATO-nun  inkişaf  strategiyası,  onun  əsasında  isə  islahat 

planı hazırlandı.

Tədqiqatın  gedişində  NATO-nun  inkişaf strategiyasının 

iki  əsas istiqamətinə

225



xüsusi  olaraq  diqqət  yetirilmişdir:  qloballaşma  v ə 

universallaşma.

Qloballaşma  strategiyası  (yaxud  qlobal  strategiya) 

NATO-nun  genişlənməsini  nəzərdə  tutur.  Burada  həm 

fiziki  cəhətdən  genişlənmədən  (yeni  üzvlərin  qəbulu), 

həm  də  təşkilatın  nüfuz  dairəsinin  genişlənməsindən 

söhbət gedir.

Alyansa yeni üzvlərin qəbulu mərhələlərlə həyata keçir. 

Artıq  təşkilatın  tamhüquqlu  üzvlərinin  sayı  28-ə  çatıb. 

Lakin  bu  proses  heç  də  hamı  tərəfindən  alqışla 

qarşılanmır.  Transatlantizm  fəlsəfəsinə  ənənəvi  olaraq 

müxalif  mövqedə  duran  Rusiya  ilə  yanaşı,  Belarus 

Respublikası, İran və digər dövlətlər də bunu arzuolunmaz 

hal hesab edirlər.

Təşkilatın  nüfuz  dairəsinin  genişlənməsi  müxtəlif 

əməkdaşlıq  formatları  və  qeyri-ənənəvi  vasitələrlə həyata 

keçirilir.

Əməkdaşlıq formatları  dedikdə, Alyansın üzvü  olmayan 

ölkələrlə  əməkdaşlıq proqramları  nəzərdə tutulur.  Bu,  son 

illərdə  çox  populyar bir mövzudur.  Belə ki,  NATO  qeyri- 

üzv  dövlətləri  (tərəfdaşları)  Sülh  Naminə  Tərəfdaşlıq 

Proqramı,  (SNT),  Aralıq  dənizi  dialoqu,  Şimali  Atlantika 

Tərəfdaşlıq  Şurası,  NATO-Rusiya  və  NATO-Ukrayna 

şuraları  çərçivəsində  əməkdaşlığa  cəlb  edir.  Bununla  da 

həmin  ölkələrin  mövqeyinə  təsir  edir,  müəyyən  sahələr 

üzrə  birgə  fəaliyyət  təşkil  edir,  informasiya  və  təcrübə 

mübadiləsini həyata keçirir.

Bunlardan  ilk  üçü  -   SNT,  Aralıq  dənizi  dialoqu  və 

Şimali Atlantika Tərəfdaşlıq  Şurası haqqında kitabda geniş 

bəhs olunur.

226

NATO-nun  öz  nüfuz  dairəsini  genişləndirmək  istədiyi 



ikinci  mühüm  istiqamət,  beynəlxalq  hüquq  prizmasından 

baxdıqda  qeyri-ənənəvi  hesab  olunan  NATO  ərazisindən 

kənarda  fəaliyyət  sərbəstliyinə  nail  olmaqdır.  Bu, 

təşkilatın,  dünyanın  istənilən  regionunda  baş  verən 

hadisəyə,  əgər  NATO-nun  maraqlan  bunu  tələb  edirsə, 

BMT-nin  icazəsi,  yaxud  mandatı  olmadan  sərbəst 

müdaxilə imkanını nəzərdə tutur.

Qeyd edək ki, NATO bu təcrübəni artıq ötən əsrin 90-cı 

illərində,  keçmiş  Yuqoslaviyada  tətbiq  edib.  İndi  əsas 

məsələ  bunu  hüquqi  müstəviyə  daşımaqdır.  Bu  təşəbbüs 

əgər  reallaşarsa  və  hüquqi  müstəvidə  həll  olunarsa,  tam 

əminliklə  deyə bilərik ki,  müasir beynəlxalq münasibətlər 

sistemində  inqilabi  dəyişiklik  baş  verə  bilər.  Çünki  bu 

halda,  çox güman ki, digər təşkilatlar və  ölkələr də  analoji 

üstünlüyə 

nail 


olmağa 

çalışacaqlar. 

Beynəlxalq 

təhlükəsizlik sisteminin bu perspektivi bir çox tədqiqatçılar 

kimi,  bizi  də  çox  narahat  edir.  2011-ci  ildə  Liviyada  baş 

verənlər  və  NATO-nun  BMT-nin  mandatından  kənara 

çıxması dediklərimizə əyani misaldır.

NATO-nun  universallaşma  strategiyası  əslində  çoxdan 

mövcuddur.  Bilindiyi  kimi,  NATO  hərbi-siyasi  alyans 

(ixtisaslaşmış  təşkilat)  olaraq yaradılmışdır.  Bu  gün  də  bu 

istiqamət,  eləcə də  təhlükəsizlik məsələləri təşkilatın əsas 

fəaliyyət  sahəsi  hesab  olunur.  Lakin  ötən  əsrin  50-ci 

illərindən  etibarən  NATO  digər  sahələrdə  (iqtisadiyyat, 

elm,  təhsil,  ətraf mühit,  fövqəladə  hallar,  insan  hüquqları, 

demokratiya  və  s.)  də  əməkdaşlığa  maraq  göstərir. 

Təşkilatın  müvafiq  strukturları  (komitələri)  yaradılmış  və 

onlar  öz  səlahiyyətləri  çərçivəsində  müttəfiq  və  tərəfdaş 

ölkələr arasında əməkdaşlığı təşviq edirlər.

227



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə