Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə6/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   2   3   4   5   6   7   8   9   ...   67

mərhələsi  kimi  baxılırdı.  Alyansın  rəhbərliyi  Vaşinqton 

müqaviləsindən başqa beynəlxalq hüququn prinsiplərinə, o 

cümlədən BMT-nin Nizamnaməsinə, Ümumi  insan haqlan 

bəyannaməsinə  və  ATƏM-in  Yekun  aktma  sədaqətini 

təsdiq etmişdir.

Tərəfdaşlıq proqramının reallaşdırılması  vəzifəsi  Şimali 

Atlantika  Şurasının  üzərinə  qoyulmuşdu.  Təşkilatçılam 

fikrincə, 

tərəfdaş 

ölkələrə 

NATO-nun 

mənzil- 


qərargahında  siyasi  və  hərbi  orqanların  işində  iştirak 

etməyə icazə verilir.* Alyans tərəfdaşlığın istənilən  ölkəsi 

ilə onun öz ərazi bütövlüyünə,  siyasi müstəqilliyinə yaxud 

təhlükəsizliyinə  təhlükə  yarandığını  hesab  etdiyi  hallarda 

məsləhətləşməyi  öz  üzərinə  götürürdü.  Qeyd  etmək 

lazımdır ki, sənəddə bu şəkildə ifadə edilmiş  fikir tərəfdaş 

ölkələr  tərəfindən  kifayət  qədər  sərbəst  şəkildə  başa 

düşülə və beynəlxalq münasibətlər üçün müəyyən şəraitdə 

ciddi  nəticələrə  gətirib  çıxara  bilər,  amma  bununla  belə 

burada  NATO  tərəfindən  heç  bir  aydın  hərbi  zəmanətlər 

nəzərdə tutulmamışdır.

Proqramın  sənəddə  sadalanan  əsas  məqsədləri  arasında 

müdafiəyə  vəsait  ayrılması  işində  «şəffaflığı»,  müdafiə 

nazirliyi  üzərində  demokratik  nəzarəti,  əsas  insan  hüquq 

və  azadlıqlarının  müdafiəsini,  demokratik  cəmiyyətlərin 

saxlanmasım,  birgə  planlaşdırmanı,  həmçinin  1994-cü 

ildən  başlayaraq  sülhün  saxlanması  və  qorunması  naminə 

hərbi  manevrlərin  və  səhra  təlimlərinin  keçirilməsini 

göstərmək  olar.  Beləliklə,  burada  biz  görürük  ki,  NATO-

Bu yanaşma  əsasən  1967-ci  ildə  qəbul  olunmuş  Harmel  doktrinasına  əsaslanırdı. 

Belə  ki,  N A İ 0-nu n   5  hərbi  yönümlü  strateji  konsepsiyasından  fərqli  olaraq  bu 

konsepsiya əsas  etibarı ilə siyasi mahiyyət daşıyırdı ki, bu da Şərq bloku dövlətləri 

ilə  dialoqla  yanaşı  eym  zamanda  Alyans  dövlətlərinin  müdafiəsinin  təşkili 

baxımından olduqca böyük önəm kəsb edirdi.

nun  fəaliyyətində  siyasi  amillər hərbi  amilləri üstələməyə 

başlayır. 

«Sülh 


Naminə 

Tərəfdaşlıq» 

çərçivəsində 

əməkdaşlığa 

gəlincə 

o, 


tərəfdaş 

ölkələrin 

siyasi 

məqsədlərinə  çatmaları  üçün  nəzərdə  tutduqları  tədbirlər 



nəzərə 

alınmaqla  onlarla 

razılaşdırılaraq 

həyata


keçiriləcəkdir.

1996-cı  ilin  əvvəlləri  üçün  tərəfdaşlıq  proqramında  27 

dövlət 

(Albaniya,  Avstriya, 



Azərbaycan, 

Belorus,


Bolqarıstan,  Çexiya,  Ermənistan,  Estoniya,  Finlandiya, 

Gürcüstan, İsveç, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Latviya, 

Litva,  Macarıstan,  Makedoniya,  Moldova,  Özbəkistan, 

Polşa, 


Rumıniya,  Rusiya 

Federasiyası, 

Slovakiya,

Sloveniya,  Türkmənistan  vo  Ukrayna)  iştirak  edirdi. 

Bunların  arasında  Rusiya  və  Belorusun  da  olması 

proqramın Avropada və bütövlükdə dünyada sülh və əmin- 

amanlığm  qorunub  saxlanması  üçün  nə  qədər  vacib 

olduğunu  bir  daha  sübut  edirdi.  NATO  çərçivəsində 

tərəfdaşlıq  münasibətlərinin  dinamikasını  qiymətləndir­

mək  üçün  qeyd  etmək  lazımdır ki,  hazırda  proqramda  50- 

dən artıq ölkə iştirak edir.

Proqramın  əlaqələndirmə  qrupu  Belçikanın  Mons 

şəhərində yerləşir.  O, «Sülh Naminə tərəfdaşlıq» proqramı 

üzrə  təlimlərin  hərbi  planlaşdırılmasmı  aparır.  «Sülh 

Naminə  tərəfdaşlıq»  proqramı  çərçivəsində  sülhyaratma 

əməliyyatlarının  hazırlanması  üzrə  ilk  təlimlər  1994-cü 

ilin payızında keçirilmişdir.



4-cü fəsil

NATOnun «Aralıq Dənizi Dialoqu» təşəbbüsü

Alyansın  Mərkəzi  və  Şərqi  Avropa  ölkələri  ilə 

əməkdaşlığının  başlanması  NATO-nım  Aralıq  dənizi 

təşəbbüsünün  meydana çıxması  üçün xeyli  dərəcədə  ilkin 

şərt  olmuşdur  ki,  «Sülh  Naminə  Tərəfdaşlıq»la  yanaşı 

bunun  da  məqsədi  Şimali  Atlantika  İttifaqı  ilə  üçüncü 

dövlətlərin  inteqrasiya proseslərini  inkişaf etdirməkdir.  Bu 

proqramın  əsasında NATO-nun  rəsmi  şəxslərinin belə  bir 

mövqeyi  durur  ki,  Avropada  təhlükəsizlik  bütövlükdə 

Aralıq  dənizi  regionundakı  təhlükəsizlik  və  sabitliklə  sıx 

bağlıdır, 

regionun 

özü 

isə 


Avropa 

təhlükəsizlik 

arxitekturasımn bir hissəsidir.

Aralıq dənizinə 22 dövlətin çıxışı vardır və onlardan hər 

birinin  təhlükəsizlik məsələsinə öz baxışı  formalaşmışdır. 

Bu 


region  həm  məxsusi 

xüsusiyyətlərinə,  həm  də 

oradakı  qonşu  ölkələrə  də  neqativ  təsir  edə  biləcək 

problemlərə  görə  olduqca  müxtəlif  tərkibli  bir  yerdir. 

Buna  görə  də  məsələ  NATO-nun  düşünülmüş  Aralıq 

dənizi strategiyasının olub-olmamasında yox, Aralıq dənizi 

dialoqu  çərçivəsində  hansı  konkret  addımların  həyata 

keçirilməsindədir.

Şimali  Atlantika  İttifaqının  Şimali  Afrika  ölkələri  ile 

münasibətləri  inkişaf etdirmək  niyyətləri  öz  başlanğıcını 

hələ  «soyuq  müharibə»  dövründən  götürür,  amma  onda 

blokun  siyasətində  cənub  yox,  şərq  istiqaməti  üstünlük 

təşkil  edirdi  və  Aralıq  dənizi  regionu  yalnız  ikiqütblülük 

kontekstində qəbul  olunurdu.  Buna müvafiq olaraq, Aralıq 

ənizi  regionu  «NATO-nun  cənub  cinahı»  hesab  olunurdu 

və  ikinci  dərəcəli  əhəmiyyətə  malik  idi.  Həmin  dövrdə

24

bunu 


qanunauyğun 

hesab 


etmək 

olardı. 


Blok 

qarşıdurmasının  başa  çatmasından  sonra  qlobal  nüvə 

münaqişəsinin  yaranması  ehtimalı  keçmişdə  qaldı,  fəqət 

İraqın Küveytə  hücumu,  Balkanlarda böhran kimi  məhəlli 

münaqişələr, həmçinin terrorçuluğun fəallaşması təhlükəsi 

artdı  və  Şimali  Atlantika  İttifaqı  bu  problemlərə  biganə 

qala  bilmədi.  Müasir  şəraitdə  NATO-nun  Aralıq  dənizi 

təhlükəsizliyinə  töhfəsi  başlıca  olaraq  kollektiv  müdafiə 

prinsipinin  reallaşması,  böhranların  həll  olunması,  sülh 

yaradıcılığı  və  nüvə  silahının  yayılmaması  rejiminin 

qorunub saxlanması ilə ifadə olunur.

Aralıq dənizi  dialoqunun  faktiki  başlanğıcı  1994-cü  ilin 

yanvarı hesab  olunmalıdır.  Onda NATO ölkələrinin dövlət 

və  hökumət  başçıları  Brüsseldəki  sammitdə  Yaxın  Şərq 

ölkələri  arasında  etimadın  və  qarşılıqlı  anlaşmanın 

möhkəmlənməsinə  kömək  etmək  niyyətlərini  açıqlamış­

dılar.  1994-cü  ilin  sonunda  NATO  regional  sabitliyin 

möhkəmlənməsinə  kömək  etmək  məqsədilə  Şimali 

Atlantika  İttifaqı  ilə  Aralıq  dənizinin  alyansa  daxil 

olmayan  ölkələri  arasında  birdəfəlik  əsasda  əlaqələr 

yaratmağa hazır olduğunu bəyan etdi. Bunun  ardınca  1995- 

ci  ilin  fevralında  Misir,  İsrail,  Mavritaniya,  Mərakeş  və 

Tunisə  Aralıq  dənizi  dialoquna  qoşulmaq  barədə  formal 

dəvətnamələr  göndərildi.  Sonra  belə  bir  dəvətnaməni 

İordaniya  aldı.  Aralıq  dənizi  regionunun  NATO  ilə 

qarşılıqlı  fəaliyyətə  və  dialoqa  başlayan  yeddinci  ölkəsi 

Əlcəzair oldu  -  2000-ci  ilin  fevralında Alyansın  baş  katibi 

Corc  Robertsonun  göndərdiyi  rəsmi  dəvətə  Əlcəzair 

hökuməti dərhal razılığını bildirdi.

Maraqlıdır ki,  Şimali  Afrikanın ərəb  ölkələri  ilə yanaşı, 

NATO-nun bu  proqramında İsrail də  iştirak etmişdir.  Belə

25



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə