Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə9/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

aiddir.  Lakin  2001-ci  ilin  11  sentyabr  hadisələri  göstərdi 

ki,  beynəlxalq  terrorizmin  qloballaşması  şəraitində  Aralıq 

dənizi  ilə  birbaşa  əlaqəsi  olmayan  dövlətlər  də  təhlükə 

altına  düşə  bilərlər.  Şimali  Atlantika  İttifaqı  ilə  region 

ölkələrinin  əməkdaşlığının  dərinləşməsinin  obyektiv 

səbəbləri  bunlardır.  Bununla  əlaqədar  olaraq  bir  sıra  rus 

tədqiqatçıları  belə  bir  fikir  irəli  sürür  və  həyəcan  təbili 

çalırlar  ki,  Alyansın  rəhbərliyi  tezliklə  və  bilərəkdən 

«Aralıq dənizini NATO-nun daxili dənizinə çevirəcəkdir».

NATO-nun  siyasətində  Aralıq  dənizi  vektorunun 

yaranmasının  daha  bir  səbəbi  ictimai  rəylə  bağlıdır. 

İkiqütblü  sistemin  dağılmasından  sonra  Qərb  dünyası,  o 

cümlədən  onun  hərbi  tərkib  hissəsi  olan NATO müəyyən 

dərəcədə  çaşqın  vəziyyətə  düşdü.  NATO  rəhbərliyinin 

düşmən  hesab  etdiyi  dövlət  dağılandan  sonra  Alyans 

əvvəlki  şəkildə  fəaliyyət  göstərə  bilməzdi.  Yalnız 

Şərqdən  gələn  təhlükəyə  istiqamətlənmiş  NATO  «soyuq 

müharibə»nin  olmadığı  şəraitdə  Qərbi  Avropa  və 

amerikan vergi ödəyicilərinin gözündə öz mənasını itirirdi. 

Onlar 


Alyansı 

saxlamaqdan 

və 

hərbi 


xərclərini 

ödəməkdən imtina edə bilərdilər.

Bu  şəraitdə  NATO  rəhbərliyindən  elə  yeni  qərarlar 

tələb  olunurdu  ki,  onlar  pessimistləri  və  skeptikləri 

Alyansın  yaşama  hüququnun  olmasına  inandırsın.  Əks 

halda Şimali Atlantika İttifaqında da vəziyyət hələ  «soyuq 

müharibə»  illərində  letargiya  yuxusuna  getmiş  ANZUS 

(Avstraliya, Yeni Zelandiya, ABŞ) blokundakı kimi  olardı. 

Əslində  90-cı  illərin  əvvəllərində  həm  Rusiyada,  həm  də 

Qərb  ölkələrində  NATO-nun  da  ləğvi  ilə  bağlı  fikirlər 

səslənirdi.  Amma Alyansın  çinovnikləri  klassik bürokratik 

strukturun  təmsilçiləri  kimi  hadisələrin  bu  istiqamətdə

inkişafında  maraqlı  deyildilər.  Etiraf  etmək  lazımdır  ki, 

NATO-nun  rəsmi  şəxsləri  dəyişən  dünyada  necə  hərəkət 

etməyin  lazım  gəldiyini  tez  başa  düşdülər  və  təşkilatın 

mövcud reallıqlara uyğun transformasiyası yolunu tutdular. 

Bu  dəyişikliklərdə  həm  NATO-nun  bir  hərbi  qurum  kimi 

qorunub  saxlanmasında,  həm  də  universal  bir  təşkilata 

çevrilməsində  başqa  proqramlarla  yanaşı  ilk  növbədə 

məhz Aralıq dənizi dialoqu əhəmiyyətli rol oynadı.

35



6-cı fəsil

Aralıq dənizi dialoqunun əsas fəaliyyət mərhələləri

Aralıq  dənizi  dialoqunun  əsas  fəaliyyət  mərhələlərinə 

nəzər salaq.

İldə bir dəfə NATO ölkələri  işçi proqram qəbul  edirlər. 

Burada  təhlükəsizlik  sahəsində  və  onunla  əlaqədar  olan 

elm,  informasiya  mübadiləsi  kimi  sahələrdə  praktik 

əməkdaşlığın təşkili üzrə əsas tədbirlər öz əksini tapır.

Dialoqun proqramında deyilir ki,  ilkin mərhələdə Yaxm 

Şərq,  Şimali  Afrika  və  NATO  ölkələri  «xoşməramlı, 

möhkəm  və  dostcasına  münasibət  qurub,  tam  qarşılıqlı 

anlaşmanın  əldə  olunmasına  hər  cür  dəstək  verəcəklər». 

Sonra  əməkdaşlıq  genişlənərək,  birgə  təhlükəsizliyin 

təmin olunması sferasını da əhatə edəcəkdir ki, bu da təlim 

və 


manevrlərin 

keçirilməsini, 

Dialoq 

ölkələrinin 



ərazilərindən NATO-nun əməliyyatlarının apanlması üçün 

istifadə  olunmasını,  həmçinin qarşılıqlı  məsləhətləşmələri 

nəzərdə tutur.

1992-ci  il  aprelin  30-da  NATO-nun  Birləşmiş  Hərbi- 

Dəniz 

Qüvvələri 



Daimi 

Birləşməsinin 

(HDQDB) 

yaranması  Alyansla  bloka  daxil  olmayan  dövlətlərin 

əməkdaşlığının  birinci  mərhələsi  oldu.  Bu  Birləşmə 

Şimali  Atlantika  İttifaqının  siyasətində  vacib  rol  oynayır, 

belə ki, blokun cənub cinahı Yaxm Şərq və Balkanlar kimi 

böhranlı  regionlarının  bilavasitə  sorhəddindən  keçir. 

Amma NATO-nun  Aralıq  dənizi  donanmasından Alyansın 

məsuliyyət  dairəsinə  daxil  olan  digər  regionlarda  da 

istifadə edilməsi istisna olunmur. Yuxarıdakı qruplaşmanın 

məqsədlərindən  biri  «Sülh  Naminə  Tərəfdaşlıq»  və 

«Aralıq 

Dənizi 


Dialoqu» 

proqramlarını 

imzalamış

36

dövlətlərin 



hərbi-dəniz 

qüvvələri 

ilə 

əməkdaşlığı 



genişləndirməkdir. 

Həm 


də 

NATO 


komandanlığı 

Birləşmənin  tərkibinə  blokun  üzvü  olmayan  ölkələrin 

gəmilərinin daxil edilməsi imkanlarını da istisna etmir.

HDQDB  Aralıq  dənizi  dialoqu  ölkələrinin  limanlarına 

səfərlər  edə  bilər.  Məsələn,  1998-ci  il  ərzində  hərbi 

sahədə  34  tədbir  keçirilmiş,  1999-cu  ilin  yayında  isə 

NATO  ölkələrinin  hərbi-dəniz  qüvvələrinin  Aralıq  dənizi 

qruplaşmasının  səkkiz  gəmisi  Misir,  Mərakeş,  Tunis, 

Mavritaniya  və  İsrailə  dostluq  səfərləri  etmişdir.  Daha 

əhəmiyyətli  aksiyalardan  Misir,  İordaniya  və  Mərakeşin 

Bosniyadakı 

sülhyaratma 

əməliyyatında, 

həmçinin 

İordaniya 

və 


Mərakeşin 

Kosovo 


böhranının 

tənzimlənməsində  iştirakını  göstərmək  olar.  Qarşılıqlı 

şübhələrin  aradan  qaldırılması  və  Aralıq  dənizi  ölkələri 

arasında  etimadın  möhkəmləndirilməsi  üçün  NATO  hərbi 

planlaşmanın  şəffaf  aparılmasını  və  silahlı  qüvvələr 

üzərində vətəndaş nəzarətini təklif edir.  Bu  ideyalar təkcə 

Aralıq  dənizi  dialoqunda  yox,  həm  də  «Sülh  Naminə 

Tərəfdaşlıq»  proqramında  əks  olunmuşdur  və  Şimali 

Atlantika  İttifaqının  siyasətinin  ayrılmaz  hissəsini  təşkil 

edir.


Hərbi  komponentlə  müqayisədə  NATO-nun  siyasi 

yönümünün  güclənməsini  nəzərə  alsaq,  Aralıq  dənizi 

dialoqu  proqramı  çərçivəsində  aparılan  diskussiya  və 

məsləhətləşmələrin 

xarakterinə 

xüsusi 


diqqət 

yetirilməlidir. Hər şeydən əvvəl bu müzakirələrin məqsədi 

NATO-nun transformasiya prosesi,  sülhyaratmanın inkişafı 

və böhranların tənzimlənməsi kimi məsələlərdə baxışların 

uyğunlaşdırılmasıdır.  NATO  təhlükəsizlik  problemlərinə 

hərtərəfli 

yanaşdığından 

Aralıq 


dənizi 

qarşılıqlı

37



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə