hesab olunur ki, İsrail Aralıq dənizi dialoqundan kənarda
qala bilməz, çünki bu halda Yaxm Şərq sülh prosesi pozula
bilər. NATO-nun ərəb ölkələri ilə birbaşa tərəfdaşlıq
münasibətləri qurması İsrail tərəfindən Qərbin qərəzsiz
vasitəçilikdən islam ölkələrinə açıq dəstək verməyə keçidi
kimi qiymətləndirilə bilərdi. Amma məlumdur ki, bu ölkə
ilə sıx hərbi-texniki və siyasi əlaqələrin uzunmüddətli
ənənələrinə malik olan ABŞ hadisələrin belə inkişafına
heç vaxt yol verməz. Əksinə, Yaxm Şərqdə sülh prosesinə
dəstək Aralıq dənizi dialoqunun köklü məqsədlərindən
biridir.
Bununla əlaqədar olaraq NATO-nun Yaxm Şərq
tənzimlənməsindəki rolunun artmasını istisna etmək
olmaz. Hazırda bu problem BMT-nin və Amerika
administrasiyasının diqqət mərkəzindədir. Özü də birinci
əsasən diskussiya klubu rolunu oynayır və qərarları
tövsiyə xarakteri daşıyır,
Yaxm Şərqdə real aktor isə
ABŞ-dır. Hazırda - prosesin axsadığı və bir yerdə durduğu
vaxt ABŞ üçün bu müvəqqəti uğursuzluğun məsuliyyətini
NATO-nun çoxmillətli çiyinlərinə qoymaq daha sərfəlidir.
Hadisələrin
bu
ssenari
üzrə
inkişaf
edəcəyini
proqnozlaşdırmaq olar, çünki praktikada NATO amerikan
xarici siyasətinin aləti kimi çıxış edir.
Aralıq dənizi dialoqunun inkişafında 1997-ci ilin Madrid
görüşü növbəti mərhələ oldu. Madriddə dialoq rəsmiləşdi:
Aralıq dənizi əməkdaşlığı qrupu yarandı ki, o, diskussiya
və fikir mübadilələri üçün ilk daimi forum oldu. Bura
təşkilata üzv dövlətlərin siyasi müşavirləri daxil oldu və
bununla yanaşı NATO-nun Aralıq dənizi ölkələrində
nümayəndəliklərinin açılması barədə qərar qəbul olundu.
Əvvəllər Dialoq üçün məsuliyyəti NATO-nun Siyasi
26
komitəsi daşıyırdı. Burada Aralıq dənizi dialoqu ilə
Vışeqrad qrupunun NATO-ya daxil olması arasındakı
oxşarlıq diqqəti cəlb edir: Şərqi Avropada olduğu kimi
partnyorluq münasibətlərinin qurulmasında ilk addım kimi
ilkin olaraq əlaqə qrupları yaradılır. Polşa, Macarıstan və
Çexiya məhz bu yolla Şimali Atlantika İttifaqına
bütünlüklə inteqrasiya edilmişlər. Oxşar ssenari Şimali
Afrikada da təkrar oluna bilər. Amma NATO-nun sabiq
baş katibi H.Solana «NATO və Aralıq dənizi regionu»
məqaləsində inteqrasiyanın Mərkəzi və Şərqi Avropa
ölkələrində sınaqdan keçirilmiş mexanizmlərinin kor-
koranə təkrarından çəkinməyə çağırır. Onun fikrincə,
NATO-nun
Avropa
strukturları
etimadın
təmin
olunmasının elə tədbirlərini işləyib hazırlamalıdırlar ki,
onlar Aralıq dənizi regionunda da həyata keçə bilsin.
Fəqət eyni zamanda o, Şimali Afrika və Yaxm Şərq
ölkələri üçün prinsipcə «Sülh Naminə Tərəfdaşlıq»a
analoji proqramın meydana çıxacağını istisna etməmişdir.
Dialoqun inkişafı haqqında həmçinin Alyansın 1999-cu
il Vaşinqton konfransının da mühüm rolu olmuşdur, belə
ki, əgər Madrid göürüşündə NATO Şurasının daimi
sessiyasında «Aralıq dənizi dialoqu» çərçivəsində siyasi
və praktik əməkdaşlığın dərinləşdirilməsi barədə qərar
qəbul edilmişdirsə, Vaşinqtondakı görüşdə isə sessiyaya
dialoqun həyata keçirilməsi tədbirlərinə başlamaq həvalə
olunmuşdur. Eyni zamanda NATO üzvü olan ölkələrlə
Aralıq dənizi dialoqu dövlətləri arasında 1997-ci ilin Roma
konfransı və 1999-cu ildəki Valensiya konfransı kimi birgə
tədbirlər təqdir edilmişdir. Bu görüşlərdə belə bir ideya
səslənmişdir ki, NATO cənubda artan qeyri-sabitlik və
Aralıq dənizi regionunun təhlükəsizliyi problemlərinin
~
/
Avropa təhlükəsizliyindən ayrılmaz olması səbəbindən
regionda daha fəal rol oynamalıdır. Bundan başqa, NATO
rəhbərliyi Aralıq dənizi ölkələri ilə «hərbi və dialoq
ölkələrinin
maraq
göstərdikləri
digər
sahələrdə»
əməkdaşlığı genişləndirmək qətiyyətini ortaya qoymuşdur.
NATO-nun 1999-cu ildəki yeni strateji konsepsiyasına
düzəlişlərin qəbul edilməsi ilə əlaqədar olaraq, Aralıq
dənizi dialoqu problemi yeni nəfəs alır. Vaşinqtonda
Alyans «ənənəvi» və bu blokun yaranması zamanı
müəyyənləşdirilmiş «məsuliyyət zonası»ndan kənarda
yerləşən regionların işinə fəal cəlb olunacağım bəyan
etdiyindən, yaxın vaxtlarda NATO-nun Cənubi Aralıq
dənizi ölkələri ilə qarşılıqlı fəaliyyəti genişləndirəcəyini
və onları gələcəkdə Şimali Atlantika İttifaqına qəbul
edəcəyini proqnozlaşdırmaq olar. Bundan başqa, NATO
nun strateji konsepsiyasında (maddə 38) deyilir ki, «Aralıq
dənizi regionu Şimali Atlantika İttifaqı üçün xüsusi maraq
kəsb edir». Belə maraqların baş qaldırmasının səbəbləri
üzərində ətraflı dayanmaq lazımdır.
Öncə Alyansın 1991-ci ildə Romada qəbul edilmiş
strateji konsepsiyasına müraciət etmək lazımdır. Burada
«soyuq müharibə»nin qurtarmasından sonrakı dövrdə
NATO-nun əsas vəzifələri sadalanmışdır. Hazırda, NATO
strateqlərinin fikrincə, alyans üçün əsas təhlükəni NATO
nun üzvlərindən birinə hücumdan çox qeyri-sabitliklərin
üzə çıxması (iqtisadi, sosial və siyasi çətinliklər, etnik
münaqişələr, ərazi mübahisələri, kütləvi qırğın silahının
və ballistik raketlərin yayılması, həyati vacib resursların
çatışmazlığı, sabotaj və terror aktları) törədir. Bütün bu
risk amilləri bu və ya digər dərəcədə həmin regionda
mövcuddur, onun Qərbi Avropa üçün strateji vacibliyi isə
28
şəksizdir. Qərbin problemin həllində maraqlı olmasının
başlıca səbəbi onunla bağlıdır ki. Cənubi Aralıq dənizi
regionu nəqliyyat baxımdan olduqca sərfəli vəziyyətə və
xeyli neft və qaz ehtiyatlarına malikdir ki, bu da Avropanın
yanacaq-eneıji kompleksində vacib rol oynayır. Belə ki,
Avropaya nəql olunan neft və təbii qazm ümumi həcminin
təxminən 65 faizi Aralıq dənizi vasitəsilə daşınır yə bunun
üçün hər gün 3 min gəmidən istifadə olunur. İtaliyanın
yanacaq-eneıji kompleksində Liviya neftinin və Əlcəzair
təbii qazının payı 30 faizdən artıqdır. Bundan başqa,
Liviya Fransa, Almaniya, İspaniya, Türkiyə, Yunanıstan və
hətta Böyük Britaniyaya neft verir, Əlcəzairin əsas
müştəriləri isə Belçika, Fransa, Portuqaliya və İspaniyadır.
Aralıq dənizinin dibi ilə bom kəmərlərinin salınması
ideyasını da unutmamaq lazımdır. Beİəliklə, Aralıq
dənizindən iqtisadi qarşılıqlı asılılıq dərin kök salmışdır və
bu, NATO ilə Şimali Afrika ölkələrinin maraqlarını
yaxınlaşdırır. Bununla yanaşı, region terror fəaliyyəti (ilk
növbədə bu Liviya dövlətinə aiddir), demoqrafik vəziyyət
kimi parametrlərə görə potensial qeyri-stabil məkandır,
Geopolitik olaraq Aralıq dənizi regionunu üç sub-regional
hissəyə bölmək olar: Şimali Aralıq dənizi regionu (Avropa
sahili), cənub subregionu (Şimali Afrika) və Şərqi Aralıq
dənizi regionu (Yaxın Şərq). Sabitliyə əsas təhlükə də
regionun öz inkişaflarına görə Avropa dövlətlərindən geri
qalan ölkələrin cəmləşdiyi cənub və şərq hissələrindən
gəlir.
Bəzi ekspertlərin fikrincə, Şimali Afrikada demoqrafik
partlayış ola bilər ki, bu da NATO-nun üzvləri ilə Aralıq
dənizinin
inkişaf etməkdə olan
ölkələri
arasında
demoqrafik balansın pozulmasına gətirib çıxara bilər.
29