Almaz üLVİ



Yüklə 255,55 Kb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü255,55 Kb.
#63557


 

 

ALMAZ ÜLVİ 

 

 

 

 

 

 

 

 

 

 

 

Ədəbiyyat ömrü yaşayan 

əbədiyyat memarı 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bakı - 2004  



«Nurlan» nəşriyyatı 

 

 




 

 

 



 

Redaktor:  



Nazim Süleymanov 

 

 



 

 

 

Almaz ÜLVİ 

Ədəbiyyat ömrü yaşayan əbədiyyat memarı 

Bakı - 2004, «Nurlan» nəşriyyatı, 80 səh. 

 

 



Kitab görkəmli dövlət xadimi, dahi şəxsiyyət, 

ümummilli liderimiz - Azərbaycan Respublikasının Prezidenti 

Heydər Əliyevin Azərbaycan ədəbiyyatına böyük qayğısından, 

himayədarlığından bəhs olunur. 

 

 

 

 



qrıflı nəşr 4702000000  

                N(098)- 2004 

 

 

 



 

© "Almaz Ülvi", 2004 




 

 

 



Mənim  ədəbiyyata olan münasibətimi sübut etməyə 

elə bir ehtiyac yoxdur. Bunu Azərbaycanda yaxşı bilirlər. 

Bu, mənim vəzifəmə görə deyildir, mənim təbiətimdir, 

içimdən gələn hissiyyatlarımdır. Məndə  həmişə — hələ 

uşaq, gənc yaşlarımdan  şerə,  ədəbiyyata, incəsənətə, 

mədəniyyətə çox böyük həvəs olubdur, həmişə 

maraqlanmışam. İndi, dövlət işi ilə məşğul olanda da mən 

bunun nə  qədər  əhəmiyyətli olduğunu bilirəm, dərk 

edirəm. Ona görə də əlimdən gələni edirəm. 

 

Heydər ƏLİYEV 

21 may 1998-ci il. 

 

 

 

 


 

 

 

 

 

Ədəbiyyat eşqi 

Kəbə yaşantısıdır 

 

Bu kitab əslində böyük bir şəxsiyyətə olan sonsuz ehtiramdan, 

məhəbbətdən yarandı. Onun ömürlüyündən min karvan yolu ayrılır. O 

min yoldan biri əbədiyyata gedən  ədəbiyyat yoludur. Dahi insan 

Heydər  Əliyevin  ədəbiyyata göstərdiyi qayğı, məhəbbət, diqqət sözə 

sığışa olmasa da bir yarpaq duyğu çələnginə  bələyib oxuculara 

yetirmək istədim. Dəryadan bir damla kimi. Onun Azərbaycana 

rəhbərlik etdiyi 34 il ərzində, o cümlədən on il müstəqil Azərbaycan 

Respublikasının Prezidenti olan zamanda ədəbiyyata etdiyi hamiliyi 

bir-bir gözümdə, könlümdə yaşadım. Doğrudur ki, dahi insanlar 

dahiyanə  işlər görərlər. Bəli, Heydər  Əliyevin  ədəbiyyat ömürlüyü 

ədəbiyyat, əbədiyyat tariximizdə Kəbə yaşantısıdır. 



 

Almaz ÜLVİ,  

filologiya elmləri namizədi 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Azərbaycan  ədəbiyyatını öz qayğı  və diqqəti ilə himayə edən  şəxsiyyətlərdən biri də Heydər 

Əliyevdir. O, ədəbiyyata — ədəbiyyat elminə xidməti ilə bu haqqı qazanıbdır. Nizami, Füzuli, Sabir, 

Mirzə Cəlil... fəlsəfəsini istənilən alimdən də, yazıçıdan da, tənqidçidən də, filosofdan da gözəl açan, 

saf-çürük etməyi bacaran, necə deyərlər, xırdalayıb tökən söz sərrafı — fikir memarıdır. Yubiley 

məclislərində, görüşlərdə, müxtəlif tədbirlərdə onun ədəbi-bədii təfəkkürünə, fəlsəfi baxışlarına, 

ədəbiyyat dünyasına — istər Azərbaycan, istərsə  də dünya ədəbiyyatına dərin bələdçiliyinə heyran 

qalırsan. O, söz xiridarıdır. Sözə qiymət verməyi bacaran böyük insandır. 

Tarixi yaşadan,  əsrdən-əsrə ötürən söz — ədəbiyyat olub. Sözü — ədəbiyyatı isə yaşadan, 

ucaldan, tarix səhifələrinə yazan söz, fikir dahilər olub. Heydər  Əliyev dövlət rəhbəri kimi belə 

şəxsiyyətləri bir daha qiymətləndirir, söz ucalığında dəyərləndirir. XX əsr dünya meridianlarında 

Azərbaycan adı öz 

[7-9]


 klassikləri vasitəsilə bir daha göründü — məhz Heydər Əliyevin xidmətləri, 

gördüyü unudulmaz işləriylə. YUNESKO xətti ilə neçə-neçə ehtişamlı görüşlər, məclislər quruldu. 

Azərbaycan klassikləri dönə-dönə nəşr olundu, adları bir daha əbədiləşdirildi, abidələri ucaldıldı və s. 

Eləcə də dövrümüzdə yaşayıb-yaradan sənətkarlarımızı daim hörmətli, şərəfli tutdu. Respublika, eləcə 

də keçmiş SSRİ miqyasında Azərbaycan  ədəbiyyatı xadimlərini  ən yüksək diqqət mərkəzinə  çəkdi. 

Neçə yazarlarımız SSRİ-nin ən ali mükafatlarını aldılar. Söz yox ki, bunlar Heydər Əliyevin təqdimatı, 

qayğısı sayəsində olmuşdur. 

Onun Azərbaycan  ədəbiyyatına, ümumiyyətlə,  ədəbiyyat dünyasına göstərdiyi xidmətlər 

saysız-hesabsızdır.  Ədəbiyyat nümayəndələri ilə daim təmasdadır. Çünki söhbətlərində  də, çıxış  və 

nitqlərində də dəfələrlə deyib ki, Azərbaycanı dünya boyda ucaltmaq, dünya durduqca yaşatmaq üçün 

onun  ədəbiyyatını qorumaq və yaşatmaq lazımdır. Sözünün sahibidir. Ədəbiyyatın istər yaşlı, istər 

gənc nəsli 

[9-10] 

üçün həmişə hüdudsuz söz meydanı verib. Sovet ideologiyasının tüğyan etdiyi vaxtda 



belə onlara qoruq-qadağa qoyulmayıb. Belə deyək ki, Heydər  Əliyev deyilən sözün, yaranan 

ədəbiyyatın mənəvi köməkçisi, qoruyucusu olub. 

Sovet imperiyası zamanında, yana-yana "azadlıq, azadlıq" deyə hayqıran Xəlil Rzaya toxunan 

olmadı, Bəxtiyar Vahabzadəni, Anarı, digər istiqlalçı  ədəbiyyatçıları qoruyaraq 

[10-13] 

dedi: 


"Ədəbiyyat varsa Azərbaycanda — onun mədəniyyətində, dilində tərəqqi, inkişaf olacaqdır... Əgər şair 

Azərbaycanı  vəsf edirsə  və Azərbaycanın nə  qədər gözəl, nə  qədər qüdrətli, nə  qədər iftixar hissi 

doğuran bir ölkə olduğunu öz şerində göstərirsə, demək bu, hər bir azərbaycanlıda öz Azərbaycanına, 

vətəninə, torpağına məhəbbət hissi yaradır". 

Ədəbiyyat vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik məktəbidir.  Ədəbiyyat Vətənin canıdır-

qanıdır. Məhz bu məntiqdən o, ədəbiyyatı bütün elmlərdən ucada saxlayır. Bütün bunları vətən, torpaq, 

Azərbaycanın istiqlalı naminə edir. Heydər  Əliyev  ədəbiyyatımızı göz bəbəyi kimi qoruyur, 

şərəfləndirir. Onun bu sahədəki xidmətlərini sadalamaqla başa gələn deyil. Bir ordunun görə biləcəyi 

iş qədər onun ədəbiyyatımız qarşısında xidmətləri vardır. Bütün bunları yığıb-yığışdırıb bir məqaləyə 

yerləşdirmək qeyri-mümkündür. Bu yazı isə onun bu sahədə gördüyü işlərdən ilk olaraq fikrimə gələn, 

ürəyimdə-könlümdə dolaşan, xatirimdən çıxmayan qeydlərimdir. 

[13-15]

 

AZƏRBAYCAN DİLİ ilk dəfə Heydər Əliyevin respublikada rəhbər olduğu zamanda həqiqi 



dövlət dili statusu aldı  və Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında təsbit olundu. Danılmaz 

həqiqətdir ki, mənəvi mədəniyyətin tərəqqisi  ədəbi dilin tərəqqisi ilə mümkündür. Müstəqil 

dövlətimizi qurduğumuz zamanda 

[15-16]


 ən böyük uğurlarımızdan biri də odur ki, bizim öz dilimiz 

var. Dilimizin formalaşmasında, inkişafında, belə yüksək səviyyəyə yetməsində qələm adamlarımızın, 

xüsusən,  şair və yazıçılarımızın,  ədəbiyyatşünas və dilçi alimlərimizin xidmətləri daha çoxdur. 

Təsadüfi deyil ki, hələ sovet dövründə ilk dəfə Yazıçılar İttifaqının qurultayında ölkə başçısı Heydər 

Əliyevin Azərbaycan dilində nitq söyləməsi böyük, sevindirici, fərəhləndirici hadisə kimi qarşılandı. 

Çünki o vaxtlar dövlət adamları yüksək tədbirlərdə ancaq rus dilində danışırdılar. Azərbaycan dili isə 

dövlət dili yox, ancaq xalq dili və ədəbiyyatın dili olmuşdur. 

Bu fakt Azərbaycan  ədəbi dilinin saflığının qorunmasına, inkişafına böyük təkan idi. "Yazıçı 



dilin, nitq mədəniyyətinin ədəbi normasının qanunvericisi olmalıdır... Mətbuat, radio, televiziya, teatr, 

kino işçilərinə, mühazirəçilərə  və müəllimlərə xüsusi tələbkarlıqla yanaşmaq " lazımdır ki, dil 

xətalarına yol verməsinlər. 20 il əvvəl ölkə rəhbəri olduğu zaman — sovet ideologiyası vaxtında bu 

tapşırıq milli 

[16-19]


  ləyaqətin, milli qürurun hər  şeydən ucadan dayandığına gözəl sübutdur. 

"Niyyətin hara, mənzilin ora". Bu hadisədən düz 20 il sonra isə onun taleyində unudulmaz, tarixi 




məqam yaşandı. Müstəqil dövlətimizin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 

Fərmanı imzaladı. 

Bu fərmana  əsasən Respublika Prezidenti yanında Dövlət dili Komissiyası yaradıldı. Eyni 

zamanda "Azərbaycan Respublikasında Dövlət Dili haqqında" Qanun layihəsinin hazırlanması 

tapşırıldı. Həmin layihə mütəxəssislər tərəfindən hazırlandı, bir ildən çox dəfələrlə müzakirə olundu. 

Nəhayət,  2002-ci il 30 sentyabr tarixində "Azərbaycan Respublikasında Dövlət Dili haqqında" 



Azərbaycan Respublikasının Qanunu imzalandı. H. Əliyevin dil siyasəti aydın və  qətidir: "Bizim 

birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. ... Budur 

müstəqilliyimizin nəticəsi. Vaxtilə buraya, mərkəzdən Azərbaycan KP II katibi vəzifəsinə rus 

millətindən olan adamlar gəlirdi. Mən 

[19-21]


  onlara Azərbaycan dilini öyrədə bilmirdim. Onlara 

neçə  dəfə deyirdim ki, Azərbaycan dilini öyrənin, ancaq öyrənmək istəmirdilər. Amma bu gün 

Rusiyanın səfiri öyrənir, Amerikanın səfiri öyrənir,  İngiltərənin, Fransanın səfiri öyrənir... Bunların 

hamısı böyük hadisədir, nailiyyətdir". 

Danılmaz həqiqətdir ki, dövlət müstəqilliyimiz, milli azadlığımız Azərbaycan dilini 

əbədiləşdiribdir. 

AZƏRBAYCAN YAZIÇILARININ QURUL-TAYLARINDA.  "Azərbaycan xalqının milli 

sərvəti və intellektual mülkiyyəti, eyni zamanda Azərbaycan  ədəbiyyatıdır, mədəniyyətidir. Bizim 

iqtisadi potensialımız olduğu kimi, bir potensialımız da — intellektual potensialımız da vardır. Bizim 

mənəvi potensialımız — ədəbiyyatımız, mədəniyyətimiz intellektual potensialımızın əsasını təşkil edir. 

Bunu yaradanlar var". Bu kontekstdən yanaşanda ölkə başçısının yazarları dinləməsi, şəxsi və ümumi 

qayğılarına ürəkdən yanaşması təbii və səmimi görünür. Eyni zamanda bu yanaşma qələm 

[21-25]

 əhli 


üçün də ruh mənbəyinə çevrilir. Heydər  Əliyev ilk dəfə ölkə  rəhbəri kimi 1971-ci ildə Azərbaycan 

yazıçılarının qurultayında (V qurultay) iştirak etsə  də,  ondan  əvvəlki qurultaylarda da kənarda 

olmamışdı. V, VI, VII qurultaylarda iştirak etmiş  və nitq söyləmişdi. 1991-ci ildə keçirilən IX 

qurultaya isə yazıçıların dəvəti ilə qonaq kimi gəlmişdir. 

Nəhayət, Azərbaycanın dövlət müstəqilliyi, azadlığı  şəraitində keçirilən ilk qurultayında ölkə 

Prezidenti kimi iştirak etmək də qismətinə düşdü. Bu, Yazıçılar Birliyinin X qurultayı idi və buradakı 

nitqində o, bildirdi ki, "bəziləri birinci gündür qurultaydadırlar, mən isə üç gündür ki, qurultaydayam, 



amma bundan məmnunam".  Ədəbiyyata, mədəniyyətə canıdildən bağlı olan, ona daim qəlbində

ruhunda hörmət, məhəbbət bəsləyən ziyalı üçün bunlar yorulmaz, unudulmaz görüşlərdir. O, 

qurultaydan əvvəlki günlər yazıçılarla əvvəlcə yaşlı, sonra isə gənc nəsillə görüşlərini nəzərdə tuturdu. 

Ədəbiyyat qayğıkeşi sovet dövründə yazıb-yaratmış  sənətkarlarla bu gün 

[25-26]

 — dövlət 



müstəqilliyimiz günündə üzbəüz söhbət edərkən də ürəyi rahatdır:  "Azərbaycanda dissident 

olmayıbdır. Amma Sizin dissident olmağınızı müsbət mənada deyirəm. Yaxşı ki, dissident olmusunuz. 

Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, 

[26-29]


  əhval-ruhiyyəni qaldıra 

bilməzdiniz. Bunları nəzərə alsaq, ən böyük dissidentlərdən biri mən olmuşam ".  

Sənət hamisi gənc nəsillə görüşündən məmnunluğunu bildirməkdən çəkinmədi:  "Bəzən sənət 



ustalarına hədsiz vurğun oluruq, sənət ustasının, yaxud böyük bir ədəbiyyat xadiminin olması bizi 

sevindirir. Düşünürsən ki, bundan sonra nə olacaqdır. Amma görürsən ki, ondan sonra yeni, ona 

bənzər, bəlkə, ondan da parlaq bir insan gəlir. Bu bizim xalqımızın böyük istedada, fitri potensiala 

malik olmasını göstərir". Məhz bu amalla o, gənc yazarlara prezident təqaüdləri ayırdı, bir neçə gəncin 

ev problemini həll etdi. Gənclik orqanı  "Ulduz" un nəşrinə başlandı,  onların kitablarını çap etdirdi, 

xüsusi qayğı, diqqət göstərdi. Bu, ata nəzəri idi. Müstəqilliyin lövhələrindən biri də o idi ki, həmin gün 

— qurultay günü hamı "heç kəsdən, heç bir mərkəzdən, ideologiyadan asılı olmayaraq" sərbəst şəkildə 

milli ədəbiyyatımızı, milli mədəniyyətimizi araşdırır, müzakirə edirdi. 

[29-30]


 

Yubileylər, görüşlər, qayğılar.  Azərbaycan  ədəbiyyatı tarixində elə bir ədib yoxdur ki, 

Heydər  Əliyev onun yaradıcılığına,  şəxsiyyətinə biganə yanaşsın. Bu, yaxşı  mənada həm qələm 

adamları, həm də Heydər  Əliyev üçün böyük xoşbəxtlikdir. Birinci qisim daim diqqət mərkəzində 

olduqlarından, hörmət, 

[30-31]

 izzət gördüklərindən nə qədər məmnundurlarsa, Heydər Əliyev də bir o 



qədər mənəvi rahatlığından məmnun qalır və  təmənnasız olaraq etdiyi yaxşılıqlarından səsin, sözün 

yetdiyi ucalığacan ucalır. 

Dahi sənətkarların yubileylərini Heydər  Əliyev dünya, respublika miqyasında yüksək 

səviyyədə keçirir. Respublika rəhbəri olduğu müddətdən bu yana yazıçıları, şairləri yubiley günlərində 




təltif edir, təbrik məktubu göndərir, şəxsən özlərini qəbul edir — hal-əhval tutur, dərdləşir. Yubilyara 

əsl bayram ovqatı bəxş edir. Ölkə rəhbəri üçün bunlar az iş deyil. 

[31-34]

 Min bir qayğı içindən vaxt, 



macal tapıb bu işləri görmək üçün gərək qəlbində nur olsun, əhval-ruhiyyə olsun. O, bunları edir, 

çünki qəlbində  ədəbiyyat sevgisi var. Onun Məmməd Araza, Bəxtiyar Vahabzadəyə, Nəbi Xəzriyə, 

Nəriman Həsənzadəyə, Hüseyn Abbaszadəyə, Anara, Maqsud və Rüstəm İbrahimbəyovlara, Mirvarid 

Dilbaziyə, Xəlil Rzaya, Yusif Səmədoğluna, Vaqif Səmədoğluna, İsmayıl Şıxlıya,  İlyas Əfəndiyevə, 

Əkrəm  Əylisliyə, Zəlimxan Yaquba, Qabilə... yubiley təbrikləri, görüşləri, yubiley məclislərində 

iştirakı və nitqləri elə qayğı, hörmət-izzət deyilmi? 

Qabaqkı nəsillərə — S. Vurğuna, M. İbrahimova, S. Rüstəmə, R. Rzaya, Nigar Rəfibəyliyə... 

unudulmaz münasibəti  ədəbiyyatımıza, xalqımıza, mənəviyyatımıza ali xidmətdir.  Şüvəlanda 



Yazıçıların Yaradıcılıq Evinin açılışı (1981) yazıçıların həyatında böyük hadisə idi. Yaradıcılıq Evinin 

açılışında Yazıçılar İttifaqının bütün üzvləri ilə görüşmüş və onlara cansağlığı, gözəl əsərlər yazmağı 

arzulamışdı. 

[34-35]


  Nə yazıq ki, həmin binada 90-cı illərdə Sovet hərbçiləri, indi isə qaçqınlar 

yerləşib. Gün gələr, aydınlıq doğar. 



ALİ  MİLLİ MÜKAFATIMIZ DA İLK DƏFƏ  ƏDƏBİYYATA

 

VERİLDİ. Yazıçılar, 

şairlər — ədəbiyyat fədakarları öz təfəkkürlərinin məhsulu olan bədii əsərləri üçün ölkənin, bir vaxtlar 

SSRİ-nin ən ali mükafatlarını almaq şansları qazanıblar.

 [35-36]


 Söz yox ki, Moskvaya bu təqdimatlar 

respublika rəhbərliyi xətti ilə çatdırılardı. Hamını yaxından tanıdığından ölkə başçısının özünün də rəyi 

olurdu. Bu gün adlan bizə doğma olan yaşlı  nəsildən hər kəs istər SSRİ dövlətinin, istərsə  də 

respublikanın  ən ali mükafatlarına layiq görülmüşdü. Təsadüfi deyil ki, müstəqil Azərbaycanın  ən 

yüksək ordeni 

[36-37]


 — "İstiqlal" ordeni ilə də ilk dəfə ədəbiyyat xadimləri — Bəxtiyar Vahabzadə, 

Məmməd Araz, mərhum Xəlil Rza təltif olunmuşlar. 

Əldə etdiyimiz milli azadlıq milli oyanışın, milli dirçəlişin, milli ruhun canlanması ilə 

qazanılmışdır. Bu isə birbaşa  ədəbiyyat adamlarının — xüsusən də  şairlərin nailiyyətidir. Xalqın 

mübarizlik duyğulanın öz şerləri ilə coşdurmuşdular, ona görə də ali mükafat ilk növbədə sözün — söz 

cilalayıcılarınındır. Heydər Əliyevin düşündüyü, söz yox ki, bu məntiq olub. 



YUNESKO  ənənəvi olaraq hər il görkəmli ziyalıların, o cümlədən yazıçıların,  şairlərin 

yubileylərinin qeyd olunması haqqında qərarlar qəbul edir. "Dədə Qorqud Kitabı", Nizami, Nəsimi, 

Füzuli... yubileylərinin keçirilməsi haqqında da YUNESKO-nun xüsusi qərarları olub. Bu isə o 

deməkdir ki, həmin yubilyarlar bütün dünyada təbliğ olunub, yubiley məclisləri keçirilib, kitabları nəşr 

olunub — bir sözlə, imkan çatan hər vasitə ilə dünyada anılıb. Belə  tədbirlərin daha geniş, 

[37-39]


 

daha yaddaqalan keçirilməsi, bütün imkanlardan səmərəli istifadə olunması söz yox ki, hər bir ölkənin, 

xalqın özündən asılıdır. Məhz məsələyə xüsusi diqqətin ayrılması yüksək nəticə verə bilir. 

1994-cü il YUNESKO xətti ilə Füzuli ili elan olundu. Respublika rəhbəri isə "Füzulinin 500 

illik yubileyinin yüksək səviyyədə 

[39-40] 


keçirilməsi üçün" xüsusi komissiya yaratmışdı. Füzulinin 

500 illik yubileyi yüksək səviyyədə dünyanın çox-çox ölkələrində keçirildi. Moskvada, Sankt-

Peterburqda, Kərbəlada, Kərkükdə, Bağdadda, Ankarada, İstanbulda, İranda, Tehranda, Gürcüstanda, 

Özbəkistanda, Dərbənddə, Mahaçqalada, Parisdə, YUNESKO-nun baş qərargahında, Bakıda keçirilən 

tədbirlər  əsl bayram idi. Azərbaycan adı dünyanın hər yerində anılırdı. Füzuli poeziyası vasitəsilə 

həmin günlər milli mədəniyyətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin bayrammı qeyd edirdik. 

Yaxın illərin yaddaşı olduğundan, yəqin ki, hər kəsin xəyalında qalar. Bu tədbirlə bağlı ölkə rəhbərinin 

hər adi şey üçün narahatçılığını unutmaq olmaz: Dahi Füzulinin kitablarının nəşrinə xüsusi diqqət 

yetirildi. "Füzuli ensiklopediyasının" hazırlanması, "Füzuli" beynəlxalq mükafatının təsis olunması, 

Füzuli qəbrinin Bakıya köçürülməsi... bir çox məsələlərə münasibət bildirildi və s. Füzuli yubileyi 

şərəfinə bütün dünyadan Azərbaycana qonaqlar gəldi.  Şərqə  məxsus 

[40-41] 


qonaqpərvərliklə 

qarşılanan qonaqlar müstəqil Azərbaycan ölkəsini bir daha gözləriylə gördülər. Bu müqəddəs yurdun 

azadlığının, milli müstəqilliyinin, poeziya gözəlliyinin şahidi oldular. 

O vaxtdan çox-çox illər qabaq — 1973-cü 

[41-42]

 ildə YUNESKO xətti ilə Nəsiminin 600 illik 



yubileyi keçirilirdi. Heydər  Əliyev o günləri belə xatırlayır:  "Nəsiminin 600 illik yubileyini 

keçirdiyimiz zaman bu, dünyada nə  qədər  əks-səda doğurdu, Azərbaycanı  nə  qədər tanıtdı! Nəhayət 

600 ildən sonra biz Nəsiminin Hələb  şəhərindəki məzarını tapdıq.  (Nəsiminin məzarını ilk dəfə  şair 

Rəsul Rza gedib tapmışdı - A. Ü.). İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. 



Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, 

dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir". 1970-ci illərdə 


Suriyaya səfəri ərəfəsində xüsusi olaraq Hələb şəhərinə gedib Nəsiminin qəbrini ziyarət etməsi Heydər 

Əliyevin Azərbaycan adına, onun poeziyasına, böyük şəxsiyyətlərinə  məhəbbətindən başqa bir şey 

deyil. O, məhz bunlarla — milli-mənəvi sərvətlərimizlə qürurlanaraq ucalara ucalmışdır. 

Ötən yaxın illərdə isə YUNESKO-nun qərarı ilə möhtəşəm "Dədə Qorqud Kitabı" 

[42-44] 

dastanının 1300 illiyinin qeyd olunması faktı da böyük hadisə idi. Türkdilli ölkələr dünyasında bu 

abidə kitabın yubileylərinin yüksək səviyyədə keçirilməsi də Heydər  Əliyevin birbaşa diqqəti ilə 

bağlıdır. Onun dediyi fikirlər — "Biz bu gün iftixar hissi keçiririk. Çünki bizim "Kitabı Dədə-Qorqud" 



kimi böyük tarixi abidəmiz vardır. Çünki biz bu gün sərbəstik, azadıq, müstəqilik və öz tarixi 

keçmişimizi, öz mənəvi dəyərlərimizi, öz mədəniyyətimizi olduğu kimi təhlil edib xalqımıza, millətimizə 

və gələcək nəsillərə çatdırmağa qadirik" Nizami yubileyləri Azərbaycanın günəş kimi bərq vurduğu 

illərdir. Bu dünya miqyaslı yubileylərin keçirilməsinin arxasında Azərbaycanını — dahilərini oğul 

məhəbbəti ilə duyan bir ürək sahibi dayanır. 

NƏŞRLƏR — QƏZETLƏR, JURNALLAR, KİTABLAR.  İctimai – iqtisadi - siyasi 

hadisələr dövrü mətbuatımıza, məhz dövlət büdcəsindən maliyyələşən mətbu orqanlarımıza da öz 

mənfi təsirini göstərdi. Xüsusən ədəbi orqanlarımızın 90-cı illərin əvvəllərinədək vəziyyətini 

[44-46] 


xatırlayıram. 1990-cı il hadisələri baş verdi. 1991-ci ildə milli müstəqillik Aktı imzalandı. Sonra... 

dövlət büdcəsində maliyyə çatışmamazlıqları yarandı.  Ədəbi orqanların nəşri dayanırdı. Özəl 

qəzetlərin, jurnalların nəşri isə baş alıb getdi. "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz" və s. 

jurnalların nəşri isə sonra az qala tamamilə dayanırdı. Halbuki daha çox bu orqanlar vasitəsilə biz yeni 

ədəbiyyatla — yeni yazılmış  ədəbi  əsərlərlə tanış olurduq, çap olunurduq və  nəhayət, yazarların üz 

tutduqları yeganə mətbu orqanlar idi. 

Nəşrlərin dayanması ilə bağlı onların həyatlarında — mənəvi və maddi yaşayışlarında böhran 

yarandı. Halbuki bu nəşrlər dərc olunsaydı həm yazarlar üçün rahatlıq olardı, həm də oxucuların — 

insanların yeni həyata baxışları dolaşıq düşməzdi. Amma qəribədir, hamıda belə bir hiss var idi ki, bu 

proses uzun sürməyəcək, hər şeyin sonu olacaq, xilas yolu da yetişəcək. Belə də oldu. Heydər Əliyev 

hakimiyyətə qayıdandan sonra bu məsələlər az sonra öz yoluna düşdü. Halbuki ədəbiyyata, 

[46-48] 


mədəniyyətə diqqət, qayğı  əskilməsəydi heç çox şeylər də baş verməzdi. Bunlar elə  şeylərdir ki, ən 

ağır zamanda belə diqqətdən qala bilməz. Çünki mənəviyyatsız,  ədəbiyyatsız bir addım da o yana 

mübarizə aparmaq, irəliyə getmək olmaz. 

H. Əliyev hakimiyyətə gələndə 20 Yanvar da baş vermişdi, ölkədə hərc-mərclik səngimirdi, ən 

dəhşətlisi isə o idi Azərbaycan adlı bir məmləkət didilib parçalanırdı. 20 faiz torpaqlar 

[48-49] 


itirilmişdi. Ölkə  əhalisinin üçdən biri qaçqın-köçkün olmuşdu. H. Əliyev hakimiyyətə  gəldi. Ölkəyə 

rəhbərlik etdiyi müddətdə  həm bu işləri nizama saldı (böyük çətinliklər bahasına), həm də  əvvəlki 

illərdə olduğu kimi, ədəbiyyata, incəsənətə — mənəviyyat aləminə xüsusi diqqət ayırdı. 1995-ci ildə 

istiqlal şairimiz Məmməd Arazın yubiley gecəsində şairlərlə görüşündə qəti olaraq bildirdi ki, maliyyə 

çətinliklərinə baxmayaraq, dövlət büdcəsi hesabına "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz", 

"Qobustan" jurnalları dərc olunmalıdır. 

Ədəbiyyat dünyasında yaşayanlar üçün — yazarlar, tənqidçilər, alimlər, oxucular üçün bu 

əvəzolunmaz bir bayram idi. Yeni nəşr olunan — "Dədə Qorqud—1300" yubileyinin xatirəsi olan 

irihəcmli "Dədə Qorqud" jurnalı da ədəbi-elmi həyatımız üçün böyük tövhədir.  

"Qobustan" jurnalının ilk nəşr günlərini, illərini xatırlayaq. Hamı qeyri-adi bir jurnalın 

nəşrindən danışırdı: "Qobustan "da elə yazılar çap olunur ki, tezliklə onun baş redaktorunu,

 [49-51]

 

yazıçı Anarı  həbs edəcəklər"  və bu kimi arada gəzən söz-söhbətlər indi də yadımdadır. Azərbaycan 

yazıçılarının  X qurultayında (1997) Heydər  Əliyev bu məsələni bir daha xatırlatdı  və  məsələyə 

müəyyən aydınlıq gətirdi və onda bildim ki, Qobustanın baş redaktoru niyə "tutulmadı", "qələmi 

əlindən alınmadı" və jurnalı bağlanmadı? Prezident özü illər keçəndən sonra o dövrü belə xatırlayır: 



"Oyarananda  əleyhinə  nə  qədər cürbəcür hərəkətlər oldu. ...Biri gəlirdi ki, nə bilim millətçilik 

ideyaları yayır, biri gəlirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır, biri o tərəfdən, biri bu tərəfdən 

gəlirdi. Mən də götürürdüm baxırdım bu "Qobustan" jurnalına, görürdüm burada bunların dedikləri 

şey yoxdur, amma bizim üçün lazım olan şeylər çoxdur. Ona görə  də "Qobustan " jurnalı yaşadı. 

"Qobustan " jurnalı o vaxt çox böyük işlər gördü. Amma təkcə "Qobustan" jurnalı deyildi. 

"Azərbaycan", "Ulduz" jurnalını götürün. Bunlar dövlət jurnalları idi, amma bu jurnallarda siz nə 

istəyirdiniz, onu da dərc edirdiniz, heç bir məhdudiyyət,

 [51-52]


 yox idi. Kim nə istəyirdi, onu da dərc 

edirdi... Mən bu gün iftixar hissi ilə deyə bilərəm: 1969-cu ildən Azərbaycanın rəhbəri olduğum 


zamandan indiyə  qədər bir şairin, bir yazıçının  əsəri qadağan edilməyib ". Bütün bunların  şahidi 

olduqca dərk edirsən ki, bəli, hər əsərdə, hər nəşrdə — hər  ədəbi məhsulda onun ömrü yaşanır. Bu, 

Allahın ona, onun ürəyinə, qəlbinə verdiyi müqəddəs paydır. 

[52-53]


 

ƏDƏBİYYAT KÖRPÜSÜ MƏNƏVİ BAĞLILIQ, QIRILMAZ TELLƏR, AYRILMAZ 

KÖNÜLLƏRDİR. Tarixin təkəri bəzən elə fırlanır ki, ana-baladan, bala ata-anadan, yurddan, eldən 

ayn düşür. Tarix doğma Azərbaycanımızın 

[53-55]

  şimal və  cənubi hissəsinə  məhz belə bir ayrılıq 



nəsib edib. İllərlə insanlar — doğmalar, sonra nəsillər bir-birindən ayrı yaşadı. Üzə-gözə  həsrət, bir 

ağız sözə həsrət-həsrət bu ayrılığa illərlə dözdülər, dözdülər. O həsrəti S. Rüstəm şerlərində duymuşuq, 

cənubdan bura gəlib və qayıda bilməyən şairlərimizin — S. Tahirin, B. Azəroğlunun, M. Gülgünün...

 

[55-58]



 misralarında yaşamışıq. Nəhayət, Heydər  Əliyevin hakimiyyəti dövründə biz ilk dəfə 

Azərbaycanın Cənub hissəsindən ucadan danışa bildik. Milyonlarla cənublu həmvətənimizin qayğıları 

ilə yaxından dərdləşdik. Məhz onun əməyidir ki, 70-ci illərin ortalarında Azərbaycan EA-nın 

Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan 

[58-59] 

ədəbiyyatı, Tarix İnstitutunda Cənubi Azərbaycan 

tarixi şöbələri yaradıldı. Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı üzrə katiblik 

təsis edildi. 

Müstəqil Azərbaycan dövlətində dahi Şəhriyarın 90 illik yubileyi keçirildi. 1998-ci ildə 

keçirilən bu yubiley məclisində Heydər  Əliyevin dediyi fikirlər dərin mənaya malikdir:

 [59-60]

  "Bu 



günkü və gələcək nəsillərin yüksək mənəvi dəyərlərlə zənginləşdirilməsində böyük rola malik olan dahi 

sənətkarın yaradıcılığının dərindən öyrənilməsi, tədqiq və tədris edilməsi sənət və elm xadimlərimizin 

müqəddəs borcudur". Bəli, bu sözlər təkcə Şəhriyar yaradıcılığına yox, cəmi cənubda yaşayıb-yaradan 

ədiblərimizin yaradıcılığına, eyni zamanda gənc nəsillərin qarşılıqlı 

[60-61]

münasibətlərinə, 



doğmalaşmasına, gələcək taleyinə aiddir. Heydər  Əliyev bütöv Azərbaycan  ədəbiyyatının, 

mədəniyyətinin, tarixinin qayğıkeşidir. Onun bu yöndəki işləri yaşadığımız dövr üçün sərkərdə xidməti 

dəyərindədir. Hələ 1981-ci ildə o, yazıçıların qurultayında yüksək kürsüdən sovet ideologiyasından 

çəkinməyərək bildirmişdir ki, Cənubi Azərbaycanla  ədəbi  əlaqələri möhkəmlətmək, mədəniyyətin, 

mənəvi yaradıcılığın bütün sahələrində geniş 

[61-62] 


əlaqələri inkişaf etdirmək lazımdır. 

EV-MUZEYLƏRİ, ABİDƏLƏR, MƏQBƏRƏLƏR. Bir ara belə söhbət gəzdi ki, "Nəriman 

Nərimanov Azərbaycanın ictimai-siyasi həyatında müsbət şəxs kimi qəbul edilmir və ona görə də onun 

ev-muzeyi də heç kəsə lazım deyil". (Əzəmətli heykəli haqqında isə şükür ki, söz-söhbət hələ yox idi). 

Sən demə, bu ev 1992-ci ildə yüksək vəzifəyə  gələn adamlardan kiminsə xoşuna gəlibmiş.  İndi də 

muzeyi 

[62-64]


ləğv edib özü üçün mənzil edəcəkmiş. Heç bir məntiqə, heç bir mənəviyyata 

sığışmayan hadisə idi. Qarşısı alındı. Əvvəla, xalq nifrətindən çəkindilər, sonra isə macal olmadı. N. 

Nərimanov əsrimizin tanınmış ziyalılarından idi — o, elm, mədəniyyət xadimi olub, böyük bir ədəbi 

irs yiyəsi olub. Ona görə də onun bu şəhərdə 1972-ci ildən ucalan heykəlinə də, ev-muzeyinə də haqqı 

çatır. 

Cəfər Cabbarlının, C. Məmmədquluzadənin, Səməd Vurğunun, Hüseyn Cavidin, R. Rza və N. 



Rəfıbəylinin... ev-muzeylərinin yaradılması, abidələrinin ucalması  ədəbiyyatımızın qayğısı — 

qorunub-saxlanması deyilmi? 1982-ci ildə  şəhərin mərkəzində — Bakı vağzalının qabağında C. 

Cabbarlının əzəmətli heykəli qoyuldu. Heydər Əliyev o vaxt dedi: "Əbədiyyət və abidə bir kökdən olan 

sözlərdir. Bu gün açdığımız abidə bir daha sübut edir ki, Cəfər Cabbarlı xalqın qəlbində  və 

hafizəsində yaşayacaqdır". Bu heykəlin daşı uzaq Ukraynadan məxsusi olaraq gətirildi. Birbaşa ölkə 

rəhbərinin nəzarəti ilə heykəl 

[64-65] 

hazırlanaraq Bakıda ucaldıldı. 

Hüseyn Cavidə  oğul qayğıkeşliyi, vətəndaş qeyrəti ilə edilən xidmət sözə  sığışası deyil. 

Hələbdə  Nəsiminin qəbri, Kərbəlada Füzulinin qəbri üçün narahatçılıqlar keçirən bu ədəbiyyat 

keşikçisi Hüseyn Cavidin qəbri üçün də eyni narahatlığı keçirdi. Nəsimi də, Füzuli də qədim isti Şərq 

torpağında uyuyurlar. Amma Hüseyn Cavid uzaq Sibirdə donub öldü, indi də qəbri donurdu. Ona isti 

Ana Vətən 

[65-66] 


qucağı gərəkdir. Heydər Əliyev bunu etdi. Uzaq Sibirdən min-min qəbir içindən 

onun qəbrini tapdırdı, Bakıya, oradan da Naxçıvana aparıb dəfn etdirdi, zəngin ev-muzeyini yaradırdı. 

Bakıda əzəmətli heykəlini, Naxçıvanda 

[66-67] 


 məqbərəsini ucaltdırdı. Onun yeganə yadigarı Turan 

xanımı mənən göylərə qaldırdı. O qadın, bəlkə də, həyatda təkliyini unutdu. 

Nizami və  Nəsiminin heykəli, Füzulinin heykəli, Vaqif və S. Vurğunun heykəlləri gələcək 

nəsillər üçün qan yaddaşı, mənəvi ucalıqlardır. Vaqifin vəfatından 200 il sonra Şuşada onun məzarı 




üzərində əzəmətli məqbərə ucaldıldı. Gəncədə Nizaminin məqbərəsi yenidən 

[67-76] 


tikildi, Bakıda 20 

Yanvar şəhidlərinə Şəhidlər Xiyabanında məqbərə yaratdı. 



20 YANVARA ƏDƏBİ ABİDƏ. Ədəbiyyatdan söhbət açarkən 20 Yanvar faciəsindən yan ötə 

bilmərik. Çünki məhz ədəbiyyatın — şerin qələbəsi idi ki, xalq milli müstəqillik, demokratiya və milli 

azadlıq uğrunda mübarizəyə qalxmışdı. Milli özünüdərk, milli oyanış o zirvəyə qalxmışdı ki, düşmən 

tankı ilə üz-üzə dayandı. Sovet ordusunun tankları Bakıya təcavüz edərkən, xalq özünü sipər etdi. 

Tanklar  əhalini  əzib Bakıya soxuldusa, millətin, xalqın  əzmini qıra bilmədi.  Əksinə insanlarda 

mübarizlik hissi daha da coşdu, çağladı. O gecə insanlar şəhid olmuşdu. 

Heydər  Əliyev o vaxtlar sovet imperiyasının siyasəti ilə  təcrid olunmuşdu. Ancaq o, bu 

hadisənin ertəsi günü Moskvada yürüşə  çıxan on minlərlə  həmvətənimizin ön sırasında getmiş, 

bəyanatla çıxış edərək, xalqımızın haqq səsini dünyaya çatdırmışdı. 

O günlərdən bir hadisə  də daim ürəyimdə dolanır. Evimizin körpəsi Ülvi — Xarici Dillər 

İnstitutunun 

[76-77] 


20 yaşlı tələbəsi Ülvi Bünyadzadə o gecə şəhid olmuşdu.  Ağla gəlməyən dəhşətli 

hadisə ilə üz-üzə qalmışdıq. Evimizə-həyətimizə minlərlə insan axını var idi. Amma heç kəs heç nə ilə, 

heç bir sözlə bizi ovuda bilmirdi. Ürəyimiz, gözümüz qan ağlayırdı. Yanvarın 21-i gecə saat 11 olardı. 

Birdən kimsə dedi ki, Heydər Əliyev "Azadlıq" radiosu ilə danışır, xalqa başsağlığı, təskinlik verir. Elə 

bil üstümüzə su ələndi,   bir anlıq ayıldıq və o çıxışa qulaq asdıq. Bu, bizə böyük, çox böyük təskinlik 

verdi. Ülvi də şair qəlbli oğlan idi. Onun şerləri, pyesləri, poeması, hekayələri, tərcümələri var. Çox 

istedadlı, vətəncanlı, insanlara qarşı istiqanlı, məhəbbətli gənc idi. O, vətənə "Vətən And"ı içdi və o 

gecə şəhid oldu. Onun 1989-cu ilin sentyabrında cib dəftərcəsinə yazdığı "And"ı milli gənclik adından 

imperiyaya tutarlı cavabdır. O "And" o gecənin məntiqi idi, o gecə mübarizəyə qalxan xalqın səsi, 

topu-tankı idi. 

Milli kökə bağlılıq, milli özünüdərkə qayıdış  məhz ölkəmizdə  həmişə yüksəkdə 

[77-78] 


dayanan ədəbiyyatdan keçibdir. Heydər Əliyev bürün bunları uzaq Moskvadan duydu, bizi sakitləşdirə 

biləcək təsəlli sözünü dedi. Respublikaya dönəndən sonra da hər il həmin günü milli azadlıq günü kimi 

dövlət səviyyəsində qeyd edir. Onun Şəhidlər Xiyabanında Şəhidlərin xatirəsinə ucaltdığı "məqbərə" 

Ülvi "And"ına,  Şəhidlər ruhuna — Ədəbiyyatdan  Əbədiyyata gedən yola, azadlıq eşqinə möhtəşəm 

abidədir — ƏDƏBİ ABİDƏ

aprel 2003, 

"Xalq qəzeti". 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Azərbaycan Respublikasının Prezidenti 

Heydər Əliyev tərəfindən Vətənin yüksək 

mükafatları ilə təltif olunan ədiblərin siyahısı 

 

"İstiqlal" ordeni ilə 

 

Xəlil Rza Ulutürk — 15.04.1995 



Məmməd Araz — 15.04.1995 

Bəxtiyar Vahabzadə — 15.04.1995 

Mirvarid Dilbazi — 18.08.1997 

Anar — 13.03.1998 

İsa Hüseynov — 11.06.1998 

 

"Şöhrət" ordeni ilə 

 

İsmayıl Şıxlı — 04.07.1994 



Maqsud İbrahimbəyov — 27.03.1995 

Fikrət Qoca — 26.06.1995 

Nəbi Xəzri — 17.12.1995 

Yusif Səmədoğlu — 19.12.1995 

Sabir Rüstəmxanlı — 23.05.1996 

Qabil — 15.08.1996 

Balaş Azəroğlu — 17.03.1997 

Hüseyn Abbaszadə — 22.11.1997 

Rüstəm İbrahimbəyov — 04.02.1999 

Zəlimxan Yaqub — 17.01.2000 

Məmməd Aslan — 05.04.2000 

 

"Tərəqqi" medalı ilə 



 

Əmir Mustafayev — 11.03.1996 

Teymur Əhmədov — 22.12.2000 

 

"Xalq yazıçısı" fəxri adı ilə 

 

Elçin — 23.05.1998 



Maqsud İbrahimbəyov — 23.05.1998 

Rüstəm İbrahimbəyov — 23.05.1998 

Əkrəm Əylisli — 23.05.1998 

Anar — 23.05.1998 

Yusif Səmədoğlu — 23.05.1998 

 

"Xalq şairi" fəxri adı ilə 

 

Hökümə Bülluri — 23.05.1998 



Fikrət Qoca — 23.05.1998 

Söhrab Tahir — 23.05.1998 

Vaqif Səmədoğlu — 09.12.1999 

Cabir Novruz — 09.12.1999 

 

Fərdi təqaüd ilə 

 

Balaş Azəroğlu — 22.12.1997 



Mirvarid Dilbazi — 22.12.1997 


İsa Hüseynov — 22.12.1997 

Qabil — 22.12.1997 

Bəxtiyar Vahabzadə — 22.12.1997 

Hüseyn Abbaszadə — 22.02.1998 

Nəbi Xəzri — 22.02.1998 

Əzizə Cəfərzadə — 22.02.1998 

Sabir Əhmədov — 22.02.1998 

Akif Əhmədgil — 22.02.1998 

Fəxri Əliyev — 22.02.1998 

Mübariz Cəfərov — 22.02.1998 

Əhməd Oğuz — 22.02.1998 

Musa Urud — 22.02.1998 

Akif Səməd — 22.02.1998 

Güllü Yoloğlu — 22.02.1998 

Salam — 22.02.1998 

Orxan Fikrətoğlu — 22.02.1998 

Ələviyyə Babayeva — 29.05.1998 

Hökümə Bülluri — 28.05.1998 

Qılman İlkin — 29.05.1998 

Manaf Süleymanov — 29.05.1998 

Natəvan Dəmirçiqızı — 06.12.1999 

Qurban — 06.12.1999 

Səhər — 06.12.1999 

Cavanşir Əliyev — 06.12.1999 

Nuri Əlizadə — 06.12.1999 

İbrahim Hacıyev — 06.12.1999 

Paşa Əlioğlu — 06.12.1999 

Yalçın Fikrətoğlu — 06.12.1999 

Vasif Süleyman — 06.12.1999 

Qulu Ağsəs — 06.12.1999 

Fikrət Sadıq —06.12.1999 

Xanımana Əlibəyli — 18.12.1999 



Murad Köhnəqala — 22.02.1998 

 

Yüklə 255,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə