Alqı-satqı müqaviləsi və qüsur. Qüsura qarşı təminat borcu



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü0,86 Mb.
#65282


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

51 

 

Gülnar Atakişiyeva





 

Alqı-satqı müqaviləsi və qüsur. 

Qüsura qarşı təminat borcu 

Annotasiya 

Məqalədə  mülki  hüququn  ən  mühüm  müqavilələrindən  olan  alqı-satqı 

müqaviləsində  qüsurlu  mal  vermə,  qüsura  qarşı  təminat  borclarının  anlayışı 

verilmişdir. Alqı-satqı müqaviləsində qüsurlu mal vermə halları məişətdə tez-tez 

rast  gəlinir  və  istər  alıcı,  istərsə  də  satıcı  üçün  müəyyən  problemlər  yaradır. 

Məqalənin  giriş  hissəsi  alqı-satqı  müqaviləsinin  hüquqi  təbiətindən  bəhs  edir, 

daha  sonra  beynalxalq  və  milli  qanunvericilikdə  qüsurun  nə  olduğu  və  hansı 

hallarda qüsurlu malvermə adlandırıldığı məqalənin məlumatlandırıcı hissəsin 

təşkil  edir.  Məqalədə  göstərilən  qüsura  qarşı  təminat  borcları  verilən  əşyanın 

müqaviləyə  uyğun  gəlmədiyi  hallarda  satıcının  məsuliyyətin  müəyyən  edir  və 

alıcının  mənafeyi  baxımından  əhəmiyyət  daşıyır.  Qüsurlu  mal  vermənin 

qarşısının  alınması  və  yaranacaq  problemlərin  həllində  məqalədə  göstərilən 

alıcının  vəzifələri,  satıcının  borcları  zəruri  əhəmiyyət  daşıyır.  Eyni  zamanda 

məqalədə milli qanunvericilik üçün yeni olan “aliud” anlayışından bəhs olunub. 

Summary 

The article is about defective merchandise, concept of guarantee debt against 

defect in the sales contract, which is one of the most important contracts of civil 

law.  The  cases  of  defective  merchandise  in  the  sales  contract  are  often 

encountered in daily life and create some problems for both the buyer and the 

seller. The introductory part of the article is about the legal nature of a contract 

of sale, then the meaning of defect in international and national legislation, and 

in which cases it's called defective merchandise, are forming the informative part 

of the article. As shown in the article, an object, which is guaranteed with debt 

against a defect in cases when it breaches a contract, defines the responsibility of 

a  seller  and  is  important  in  a  buyer's  term  of  interest.  In  the  prevention  of  a 

defective merchandise and the solution of arising problems, the obligations of a 

buyer and a seller's debts, which are mentioned in the article, are crucial. At the 

same  time, the  concept of  “aliud”,  which  is  new  for  the  national  legislation, is 

mentioned in the article. 

Giriş 

övlətlərarası  ticarətdə  ortaya  çıxan  uyğunsuzluqların  ən  önəmli 

məsələlərindən  biri  də  malların  müqaviləyə  uyğun  olmaması 

problemidir.  Bununla  bağlı  "Əmtəələrin  beynəlxalq  alqı-satqısı 

müqavilələri"  haqqında  BMT  Konvensiyasında  (Vyana  Konvensiyası)  qüsurlu 

icra,  “malların  müqaviləyə  uyğunsuzluğu”  məsələləri  dəqiqliklə  tərtib 

olunmuşdur.  Burada  qüsurlu  mal  vermə  və  icranın  qüsurlu  olması  ilə  yanaşı, 

satıcının  məsuliyyəti  məsələsi  də  xüsusi  incələnir.  Qeyd  etmək  lazımdır  ki, 

qüsurlu  mal  vermə  və  satıcının  məsuliyyəti  və  təminatı  məsələsi  sadəcə 

beynəlxalq ticarətdə deyil, həmçinin gündəlik həyatda da böyük əhəmiyyət kəsb 

edən  məsələdir.  Qüsur  və  qüsura  qarşı  təminat  borcu  öz  təməlini  Roma 

hüququndan  götürmüşdür.  Bu  günə  qədər  öz  aktuallığını  qorumuş  və  hələ  də 

                                                            

Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs, SABAH qrupu tələbəsi 



   

 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

52 

 

mülki hüququn əsas tədqiqat obyektlərindən biridir. 



I. Alqı-satqı müqaviləsinin hüquqi təbiəti 

Mülki  hüquq  bir  sıra  müqavilələrlə  zəngindir.  Hər  bir  müqavilə 

digərlərindən  öz  hüquqi  təbiətinə  görə  fərqlənir.  Alqı-satqı  müqaviləsi  demək 

olar ki, bu müqavilələr içərisində öz istifadəsi baxımından ən önəmli yer tutan 

müqavilədir  desək,  heç  də  yanılmarıq.  Alqı-satqı  müqaviləsi  mülki  hüquqda 

əşyanın mülkiyyətə verilməsi ilə əlaqədar müqavilələr qrupuna aid edilir. Hər iki 

tərəfə  borc  yükləyən  bir  müqavilədir.  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsinin 567-ci maddəsində alqı-satqı müqaviləsinə belə bir anlayış verilir: 



Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə 

əşyanı  qəbul  edib  əvəzində  müəyyənləşdirilmiş  pul  məbləğini  (qiyməti)  ödəməyi 

öhdəsinə  götürür.  Roma  hüququnda  da  alqı-satqı  müqavilələrindən  geniş 

danışılır  və  burada  konsensual  müqavilə  kimi  qeyd  edilirdi.  Roma  hüququna 

görə  satıcının  əsas  vəzifəsi  müəyyən  əşyanı  (merx)  alıcının  sahibliyinə  (vacua 

possessio)  vermək,  alıcının  əsas  vəzifəsi  müəyyən  məbləğdə  pul  vəsaitləri 

üzərində  mülkiyyət  hüququnu-haqqı  ödəməyi  (pretium)  alıcıya  vermək  idi. 

Burdan  da  görünür  ki,  satış  razılıq  tələb  edən  bir  aktdır.  Tərəflərin  qarşılıqlı 

razılığı  bir  əşya,  bir  qiymət  və  bunların  qarşılıqlı  olaraq  dəyişdirilməsi 

öhdəliyindən  ibarətdir.

1

 Həmçinin  də  satış  bir  əşyanın  yalnız  pul  qarşılığında 



dəyişdirilməsini  nəzərdə  tutan  aktdır.  Həmçinin  alqı-satqı  müqaviləsi  pul  ilə 

əşyanın  bir-biri  ilə  dəyişdirilməsi  nöqtəsində  tərəflərin  qarşılıqlı  olaraq  borc 

altına  girməsinə  şərait  yaradır,  tam  iki  tərəfə  borc  yükləyən,  yəni  qarşılıqlı 

öhdəlikləri öz üzərində cəmləyən bir müqavilədir. Roma hüququnda bu, contract 



synallagmatique adlanır. 

Alqı-satqı  müqaviləsinin  predmetini  təşkil  edən  əşya  hər  şeydən  əvvəl 

daşınar  və  daşınmaz  olmaqla  2  yerə  bölünür.  Amma  bu  demək  deyil  ki,  alqı-

satqının predmetini yalnız maddi, cismani varlığı olan əşyalar təşkil edir.

2

 Alqı-


satqı müqaviləsinin predmeti alacaq haqları, əmlak haqlarına girən digər haqlar, 

vərəsəlik  payı  və  bu  kimi  şeylər  ola  bilər.  Qısaca  demək  olar  ki,  pul  ilə 

dəyişdirilməsi  mümkün  və  iqtisadi  dəyəri  olan  bütün  maddi  və  qeyri-maddi 

varlıqlar alqı-satqının predmeti ola bilər.

3

 

II. Qüsur nədir? 



Alqı-satqı  müqaviləsinin  hüquqi  təbiətindən  də  danışarkən  də  məlum 

oldu ki, bu müqavilədən söhbət gedə bilməsi üçün bir predmet olmalıdır. Hansı 

ki, bunlar müəyyən əşyalar və ya haqlar ola bilər. Amma demək olmaz ki, bütün 

əşyalar  alqı-satqı  müqaviləsində  qeyd  olunan  xüsusiyyətləri  daşıyır.  O  zaman 

artıq qüsurdan söhbət gedir. Qüsur və qüsurlu mal vermə nədir? Sadə bir şəkildə 

deyə  bilərik  ki,  qüsurlu  mal  vermə  alqı-satqı  müqaviləsinin  predmetinin 

müqaviləyə  uyğun  gəlməməsidir.  Vyana  Konvensiyasında  qüsura  fərqli  bir 

anlayış  verilərək,  qüsur  termini  əvəzinə  “müqaviləyə  uyğunluq"  terminindən  

istifadə edilir.

4

 



                                                            

1

 Haluk Tandoğan. Borçlar Hukuku özel borç ilişkileri cilt 1, s. 78 



2

 Yargıtay. TD.25.1.1955 E.5998/K.578 Olgaç, no. 9 

3

 Tandoğan, s. 79 



4

 Yeşim M. Atamer. Uluslararası Satım Sözleşmelerine İlişkin Birleşmiş Milletler Antlaşması 

(CISG) Uyarınca Satıcının Yükümlülükleri ve Sözleşmeye Aykırılığın Sonuçları, s. 181 (İstanbul, 

2005) 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

53 

 

Qüsur  deyərkən  söhbət  sadəcə  maddi  qüsurlardan  getmir.  İlk  öncə 



qüsurlar  özlüyündə  2  cür  olur:  maddi  və  hüquqi  qüsurlar.  Hansı  ki,  artıq 

adlarından  da  məlum  olduğu  kimi  maddi  qüsurlar  əşyanın  özündə  olan,  gözlə 

görülə  biləcək  və  hiss  ediləcək  qüsurlardır.  Hüquqi  qüsurlar  isə  əşyanın 

hamısının  və  ya  bir  hissəsinin  alıcı  tərəfindən  istifadəsinin  hüquqi  cəhətdən 

məhdudlaşdırılmasıdır. 

Qüsurların təsnifatı bununla da bitmir. Qüsurlar açıq və qapalı olur. Açıq 

qüsurlar  alıcı  tərəfindən  görülən  və  ya  görülməli  olan  qüsurlardır.  Qapalı 

qüsurlar  isə  alıcının  görə  bilməsinin  mümkün  olmadığı  qüsurlardır.  Məsələn, 

telefonun ekranında olan hər hansı bir zədə alıcı tərəfindən görülə biləcək açıq 

bir qüsurdur, lakin telefonun mikrosxemindəki qüsur alıcının görə bilməyəcəyi 

qapalı bir qüsurdur. 

Amma burda diqqət ediləcək bir məqam var ki, qüsur nə zaman yaranır? 

Dolayı  yolla  buna  belə  bir  izah  gətirmək  olar  ki,  alıcı  malı  alır  və  hər  şeyin 

müqaviləyə uyğun olduğun zənn edir, lakin o an və ya bir müddət sonra müəyyən 

hüquqi  və  ya  maddi  qüsurların  fərqinə  varır.  Bu  zaman  biz  qüsurlu  mal 

vermədən  danışırıq.  Qeyd  etmək  lazımdır  ki,  qüsuru  bildirmə  satıcının  alıcı 

qarşısındakı  bir  mükəlləfiyyətidir.  Bu  bir  borc  deyildir.  Buna  diqqət  etmək 

lazımdır, çünki satıcı bu mükəlləfiyyətini yerinə yetirməsə, bunun nəticələrinə 

də göz yummağa məcbur olacaq. 

Hansı  ki  bəhs  etdiyimiz  bu  mükəlləfiyyət  qanunvericilikdə  də  öz  əksini 

tapır.  Mülki  Məcəlləsinin  581-ci  maddəsində  əşyaların  keyfiyyəti  haqqında 

məlumat verilir. Burda göstərilir ki, satıcı alıcıya müqaviləyə uyğun keyfiyyətdə 

əşya  verməyə  borcludur.  Burada  əşyanın  keyfiyyəti  dedikdə,  onun  yararlılıq, 

dəyərlilik dərəcələrini, qüsursuzluğunu və digər zəruri xassələrini özündə ehtiva 

edən və onu başqa əşyalardan müsbət mənada fərqləndirən əlamətləri anlaşılır. 

Həmçinin kriteriyalardan biri əşyanın miqdarıdır. Vyana konvensiyasına edilən 

düzəliş  qüsurlu  icra  və  “müqaviləyə  uyğunluq”  başlığı  altında  az  və  artıq  icra 

ifadələrində  əhatə  edilmişdir.  Beləliklə,  qüsurlu  icra  və  əskik  icra  arasındakı 

sərhədin müəyyən edilməsi praktik bir əhəmiyyət kəsb etməyəcək. 

5

 



Qüsuru  yaradan  səbəblərin  birincisi  müqavilənin  predmetinin  alıcının 

əşya  haqqındakı  subyektiv  təsəvvürünə  uyğun  gəlməməsidir.  Digər  dördü  isə 

əşyanın  obyektiv  olaraq  qəbul  edilmiş  ümumi  təsəvvürlərə  uyğun 

gəlməməsidir.

6

 

III. Qüsura qarşı təminat borcu 



Həmin  bu qüsurlara görə müəyyən  təminat borcu var. Burdakı təminat 

nədir?  Satılan  əşyanın  lazım  olan  dəyərlərə  cavab  verməməsi  və  müqaviləyə 

uyğun gəlməməsinə görə satıcının məsuliyyətini müəyyən edən borcdur.

7

 



Ticarət satışlarında, ümumiyyətlə, digər tərəfə nəzərən xüsusi qorumaya 

möhtac  bir  tərəf  olmadığına  görə  Vyana    konvensiyasında  hər  iki  tərəfin 

                                                            

5

 Benjamin K. LEISINGER. Fundamental Breach Considering Non-Conformity of the Goods,  



s. 127-128 (2007) 

6

 Peter SCHLECHTRIEM, Petra BUTLER, UN Law on International Sales: The UN Convention on 



the International Sale of Goods, s. 113 (Berlin, Heidelberg 2009) 

7

 Kenan Tunçomağ. Türk Borçlar Hukuku, II cilt, s. 73 “satıcının satılandakı qüsurları müəyyən 



etmə borcu” ifadəsini işlədir. 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

54 

 

mənfəətlərini tarazlaşdıraraq qüsura qarşı təminat borcundan bəhs edilir.



8

 

Həmçinin  qüsura  qarşı  təminat  borcu  da  mülkiyyəti  nəql  borcunun 



tamamlayıcısıdır.  Hansı  ki  burda  alıcının  tək  məqsədi  faydalı  bir  şeyin 

mülkiyyətinə sahib olmaqdır.

9

 

Amma vacib olmayan qüsurlara görə satıcı məsul tutulmur. Qarşısı alına 



bilinməyən  kiçik  keyfiyyət  əskiklikləri  yaxud  da  buna  bənzər,  lakin  bərpası 

mümkün olan qüsurlara görə də satıcının məsuliyyəti olmur.  

Qüsura görə təminat borcu qanuni bir borcdur. Çünki satıcı heç əşyanın 

qüsursuz olduğunu dilə gətirməsə belə  yenə də bu borcu qanunən mövcud olur. 

Satıcının  əşyanın  qüsursuzluğuna  təminat  verib-verməməsi  prinsipial  bir  fərq 

daşımır və hər bir halda satıcının məsuliyyəti meydana gəlir. 

Ümumiyyətlə, qüsura  qarşı  təminat borcunun növləri və maddi  şərtləri 

vardır. Burda xüsusən 2 halı ayırd etmək lazımdır: 



1.

 

Deyilən və vəd olunan xüsusiyyətlərə (əşyanın) görə təminat 

borcu

10

 

Xüsusiyyət  deyərkən  yalnız  bu  əşyanı  digərlərindən  fərqləndirən 

cəhətləri  deyil,  işlərdə  yayğın  fikirlərə  görə  o  əşya  ilə  əlaqəli  olan  və  onun 

dəyərinə təsiri olduğu qəbul edilən hər cür iqtisadi və hüquqi münasibətləri də 

anlamaq lazımdır.

11

 



Satıcı  bu  xüsusiyyətləri  qeyd  etmiş  və  onları  vəd  etmiş  olmalıdır.

12

 



Məsələn, ən sadə şəkildə nümunə olaraq demək olar ki, mebel satışı ilə məşğul 

olan  şəxs  bunu  satarkən  alıcıya  xüsusən  bu  mebellərin  şabalıd  ağacından 

olduğunu  vurğulayır  və  bu  adla  satır.  Əgər  bu  mebellər  həqiqətən  şabalıd 

ağacından  olmazsa,  artıq  yuxarıda  qeyd  etdiyimiz  deyilən  və  vəd  olunan 

xüsusiyyətlərə görə təminat borcu yaranmış olur. 

Alman və İsveçrə hüququnda bununla bağlı qəbul edilən fikirlərdən biri 

ondan  ibarətdir ki, satıcı  əgər hansısa  bir xüsusiyyəti dilə gətirirsə, buna görə 

onun təminat borcunun yaranması üçün alıcı bunu qəbul etməlidir.

13

 

Amma eyni şəkildə digər bir qrup alman və İsveçrə hüquqşünasları digər 



qrup  alimlərlə  razılaşmayaraq  bildirirlər  ki,  burda  satıcının  borc  yaradan  tək 

tərəfli bir hüquqi öhdəliyi var. Alıcının bunu qəbul edib-etməməsi böyük bir fərq 

yaratmır.  Və  satıcının  təminat  borcunun  yaranmasına  görə  alıcının  xüsusi  bir 

razılığına ehtiyac yoxdur.

14

 

Xüsusiyyətlər  söylənilərkən,  vəd  edilərkən  bunlar  ciddi,  yəni  əqdin 



yaranmasına təsir edəcək dərəcədə olmalıdır. Məsələn satıcının malını daha xoş 

göstərmək üçün etdiyi cəhdlər təminat borcunu yaratmır. Və hətta qeyd etmək 

                                                            

8

 Sonja Kruisinga. Non-Conformity in the 1980 UN Convention on Contracts for the 



International Sale of Goods: A Uniform Concept, s. 60-61. (New York, 2004) 

9

 Tandoğan, s. 163 



10

 Tandoğan, s. 164 

11

 Otto Schenker : Die Zusicherung von Eigenschaften beim Kauf, Diss, Bern. 1949, s. 13. Edis, s. 



8. Federal Məhkəməyə görə (BGE 96 II 181) içindəkinin nə olduğunu bəlli etməyəcək neytral 

bir qablaşdırma düzəltdirmək öhdəliyin əməl etməmə, vəd olunan xüsusiyyətə görə təminat 

münasibətləri ilə bağlı norma və hökmlərə tabe tutulmamalıdır.  

12

 Tandoğan, s. 165 



13

 Hans Merz: Sachgewahrleistung und Irrtumsanfechtung, Festschrift Theo Guhl (Property 

Guarantee and challenge errors), s. 96 (Zurich, 1950) 

14

 Oser-Schonenberger. Schweizerisches Obligationenrecht, s. 61 (tərcümə: Necip Bilge) 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

55 

 

lazımdır  ki,  sırf  reklam  mahiyyətində  olan  bəyanlar  da  təminat  borcunu 



yaratmır.

15

 



2.

 

Vacib xüsusiyyətlərə görə təminat borcu

16

 

Vacib  xüsusiyyətlər  deyərkən,  bilavasitə  onun  istifadəsi  ilə  bağlı 

xüsusiyyətlər başa düşülür. Hansı ki, bunlar elə xüsusiyyətlərdir ki, satıcı burda 

hətta onların qüsurlu olduğunu bilməsə belə, yenə də məsuliyyət daşıyır. Burda 

satıcının  bu  xüsusiyyətləri  xüsusi  olaraq  nəql  etməsinə  ehtiyac  olmur.  Çünki 

sözün əsl mənasında qanuni bir təminat borcundan söhbət gedir. 

Vacib  xüsusiyyətlərə  görə  təminat  borcunun  yaranması  üçün  müəyyən 

şərtlər  olmalıdır.

17

Nəzərdə  tutulan  xüsusiyyət  əşyanın  dəyərini  və  ya  əlve-



rişliliyini artıran, ya da azaldan bir mahiyyətdə olmalıdır. 

Amma  qeyd  etmək  lazımdır  ki,  alqı-satqının  predmeti  olan  əşyanın  nə 

məqsədlə  istifadə  ediləcəyi  hər  iki  tərəf  baxımından  bilinməlidir.

18

 Nümunə 



üçün  demək  olar  ki,  məsələn,  yalnız  yaz  aylarında  əkilmək  üçün  bir  toxum 

satılıbsa,  bu  xüsusiyyət  haqqında  satıcının  alıcıya  məlumat  verdiyini  ehtimal 

etmək olar. Çünki nəticə olaraq, əgər bu toxumları alıcı yay ayında istifadə etsə,  

heç  bir  bəhər  əldə  edə  bilməyəcək.  Buna  görə  də  bunlar  haqqında  alıcı 

qabaqcadan satıcı tərəfindən məlumatlandırılmalıdır. 

Ola  bilər  ki,  müqavilənin  predmetini  birdən  çox  əşya  və  ya  birdən  çox 

hissəsi  olan  əşya  təşkil  edir.  Əgər  bunlardan  hər  hansı  biri  qüsurlu  olarsa,  bu 

zaman əşyanı geri qaytarmaq hüququ yalnız həmin qüsurlu əşyaya və ya hissəyə 

aid  edilir.  Əgər  hissənin  əşyadan  ayrılması  mümkün  deyilsə,  bu  zaman 

qaytarmaq hüququ bütün əşyanı əhatə edəcək. 

Amma  alıcı  qüsurları  həmişə  irəli  sürə  bilməz.  Demək  olar  ki,  əksər 

ölkələrdə müqavilədə ayrı bir şərt nəzərdə tutulmayıbsa, əşyanın qüsurları ilə 

bağlı  tələbləri  həmin  əşyanın  alıcıya  verildiyi  gündən  iki  il  ərzində  iddia 

verilməlidir.

19

 

IV. Hüquqi qüsurlar 



Hüquqi qüsurlar deyəndə əsasən, satılan əşyanın dəyərinə və ondan əldə 

olunacaq  faydalara  təsir  edən,  hüququn  qoyduğu  bəzi  məhdudiyyətlərdən  və 

qadağalardan  yaranan  qüsurlardır.  Və  həmçinin  hüquqi  qüsurların  olması 

həmişə alıcının əlindən əşyanın alınması nəticəsini yaratmır. Hüquqi qüsurlara 

bir  çox  nümunə  göstərmək  olar.  Məsələn,  ev  və  ya  bina  tikmək  üçün  satılan 

torpaq sahəsinin üzərində hər hansı hissəsinin istifadəsini məhdudlaşdıran bir 

icbari qərarın olması və ya satılan sahədə yerləşən hər hansı bir tikilinin uçurul-

ması ilə bağlı inzibati qərarın olması, satılan əşyanın rəsmi qurumlar tərəfindən 

təhlükəsizlik qaydalarına uyğun olmaması və s nümunələr ola bilər. Bu qüsurlar 

əgər alqı-satqı zamanı mövcud olmuşsa və bunu satıcı bilirmişsə, o zaman artıq 

onun məsuliyyəti yaranır və alıcı ona dəymiş zərərin ödənilməsini də tələb edə 

bilər.


20

 Amma burda müəyyən bir sübut etmək vəzifəsi də yaranır. Ümumiyyətlə, 

sadəcə hüquqi qüsurlarda deyil, həmçinin maddi qüsurlarda da tərəflər üzərinə 

müəyyən  bir  sübutetmə  yükü  düşür.  Sübutetmə  yükü  alıcının  üzərinə,  əsasən, 

                                                            

15

 Tandoğan, s. 166 



16

 Tandoğan, s. 167 

17

 Yenə orada 

18

 Oser-Schonenberger, s. 66 



19

 AR Mülki Məcəlləsi, maddə 589.2 

20

 İdris Əsgərov. AR Mülki Məcəlləsinin komentariyası, III cild, s. 40 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

56 

 

mövcud olan qüsurların alqı-satqı müqaviləsindən əvvəl və ya onunla eyni anda 



olduğunu və bunu satıcının bildiyini sübut etməkdən ibarətdir.

21

 



Məişətdə  çox  rast  gəlinən  hüquqi  qüsurlardan  biri  də  əşyaya  üçüncü 

şəxslərin  hüquqlarının  olmasıdır.  Bununla  bağlı  olaraq  qanunverici  satıcı 

üzərinə üçüncü şəxslərin hüququndan azad əşya vermək vəzifəsi qoyur. Alıcının 

üçüncü  şəxslərin  hüquqları  ilə  yüklü  olan  əşyanı  qəbul  etməyə  razılıq  verdiyi 

hallar istisna  olmaqla,  satıcı alıcıya  üçüncü şəxslərin hüquqlarından azad  əşya 

verməyə  borcludur.  Satıcının  bu  vəzifəsini  icra  etməməsi  alıcıya  əşyanı 

qiymətinin  azaldılmasını  və  ya  alqı-satqı  müqaviləsinin  ləğvini  tələb  etmək 

hüququ  verir.  Bu  şərtlə  ki,  alıcının  həmin  əşyaya  hüquqları  olduğunu  bildiyi 

sübuta yetirilməsin.

22

 



V. Aliud 

İlk  öncə  aydınlıq  gətirmək  lazımdır  ki,  aliud  nədir?  Aliud,  alqı-satqı 

müqaviləsində  tərəflər  arasında  razılaşdırılmış  əşyadan  fərqli  bir  əşyanın 

verilməsidir.  Məsələn,  elmi-fantastik  bir  roman  əvəzinə  detektiv  romanının 

verilməsi, orijinal bir rəsm əsəri yerinə saxtasının verilməsi və s. Amma hüquq 

ədəbiyyatlarında  aliud  qüsurlu  mal  vermə  kimi  qiymətləndirilmir.  Məsələn, 

satıcı  alıcıya  1896-cı  ildə  hazırlanmış  bir  şərab  verməyi  öhdəsinə  götürmüş, 

lakin məhz o ilə aid şərab verməmiş yaxud da o, ümumiyyətlə, şərab verməmiş, 

o  ilə  aid  hər  hansı  başqa  bir  içki  vermişsə,  bu  qüsurlu  əşya  vermək 

sayılmamalıdır. İsveçrə Federal məhkəməsinin aliud ilə bağlı qərarında deyilir 

ki,  öhdəliklərin  bu  cür  icrası  qüsurlu  əşya  vermək  deyil,  başqa  növdən  olan 

əşyanın  təslimi  səbəbiylə  heç  icra  edilməmiş  kimi  qiymətləndirilməlidir.

23

 

Amma  bu  qərarla  bağlı  olan  tənqidlərə  görə,  növ  borclarında  da  aliud 



ifadəsindən  istifadə  olunmalı  və  reallıqda  istənilən  əşyanın  təslimi  və  ya  icra 

etməmə səbəbiylə təzminata dair iddia qaldırıla bilməlidir.

24

 

Bu haqda Federal Məhkəmənin ən maraqlı qərarlarından biri Van Gogh 



ilə bağlı işdə çıxarılmış qərar olub. İşin əsas məzmunu ondan ibarət idi ki, alıcının 

Van Qoqun özünün çəkdiyi portret deyə aldığı əsərin əslində başqa bir rəssam 

tərəfindən  çəkilmiş  olduğu  ekspertlər  tərəfindən  edilən  araşdırmada  məlum 

olmuşdur.  Bununla  bağlı  isə  məhkəmə  çıxardığı  qərarında  göstərmişdir  ki, 

fərdən müəyyən edilən əşyanın satışında təslim edilən əşya alqı-satqı müqavilə-

sində tərəflərin razılaşdıqları əşyanın özüdürsə, bu əşyanın dəyərini və faydasını 

azaldan pozuntular ona başqa bir növdən bir şey və ya ona təxmin edilən başqa 

bir  şey  imiş  kimi  göstərəcək  dərəcədə  olsa  belə,  satılandan  başqa  bir  şeyin 

təslimi deyil, lakin sadəcə qüsurlu təslim yaxud icradan söhbət getməlidir.

25

 



Gecikmiş  icra  da  qayda  olaraq,  qüsurlu  icra  kimi  qiymətləndirilmir. 

Amma bu qaydada belə bir istisna özünü göstərir ki, dəniz ilə əlaqədar ticarətdə 

mal  qərarlaşdırılmış  gəmi  ilə  deyil,  gecikmə  nəticəsində  ondan  sonra  gələcək 

gəmi ilə göndərilərsə, bu qüsurlu icra sayılır.

26

 

                                                            



21

 Nihat Yavuz. Ayıplı İfa, s. 39 (Ankara, 2010) 

22

 AR Mülki Məcəlləsi, maddə.572 



23

 İsveçrə Federal Məhkəməsi, BGE 94 II 26, 1969 s. 325 

24

 Kevork Acemoğlu. “Aliud” ve Federal Mahkemenin “aliud”  tutumu üzerine, M.H.A.D 6, s. 18 



(1972) 

25

 İsveçrə Federal Məhkəməsi:  BGE 82 II 411, (1957) 



26

 Tandoğan, s. 173 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

57 

 

VI. Satıcının qüsura görə məsuliyyət daşımasının şərtləri, 



alıcının vəzifələri 

Satıcının 

qüsurdan 

dolayı 


məsuliyyət 

daşıya 


bilməsi 

üçün 


qanunvericilikdə  alıcıya  da  müəyyən  vəzifələr  yüklənmişdir.  Bunlar  əsasən, 

satılan əsyanın zamanında yoxlanılması və varlığı iddia olunan qüsurları satıcıya 

demək vəzifəsidir. Ən azından açıq qüsurlar zamanı alıcı görməli olduğu və ya 

görə biləcəyi qüsurlar barədə məlumat verməlidir. Alıcı  alqı-satqı müqaviləsinin 

miqdar,  çeşid,  keyfiyyət,  komplektlik,  tara  və  ya  qab  haqqında  şərtlərin 

pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət 

müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın 

xarakterinə  və  təyinatına  görə  aşkar  edilməli  olduqdan  sonra  ağlabatan 

müddətdə  bildiriş  verilməlidir.

27

 Bildiriş  satıcıya  vaxtında  verilmiş  olsa,  artıq 



satıcı bu qüsurları aradan qaldırmağa borcludur və belə olan halda da alıcının 

məsuliyyəti tamamən yox olmuş olur. Lakin bildirişin vaxtında verilməməsi alıcı 

üçün ciddi hüquqi nəticələr doğura bilər.

28

 



Başqa  prizmadan  baxsaq,  alıcı  üzərinə  qoyulan  belə  vəzifələrin  başqa 

səbəbləri  də  vardır.  Alıcı  üzərinə  qoyulan  belə  vəzifələr  alıcının  alqı-satqının 

predmeti  olan  əşyanın  qiymətinin  düşüb-qalxmasına  görə  qüsurları  dilə 

gətirməsi və satıcı əleyhinə bundan istifadə etməsinin qarşısını almaq məqsədi 

də daşıyır.

29

Çünki alqı-satqıdan sonra həqiqətən qiymət düşdüyü zaman alıcının 



qüsur axtarmaq istəyi daha da çox olur. 

Alıcı  əşyanı  yoxlayarkən  bunun  üçün  kömək  də  ala  bilər.  Amma  alıcı 

yaxud da alıcını təmsil edən şəxs əşya haqqında kifayət qədər məlumatı varsa, 

yoxlamanı özü də edə bilər. Bəzi qüsurlarda isə alıcının əşya haqqında xüsusi bir 

məlumatının  olmasına  yaxud  da  ekspertə  ehtiyac  duyulmur.  Demək  olar  ki, 

məişətdə edilən alqı-satqı müqavilələrinin predmeti bu tipdə əşyalar olur. 

Amma əşya yoxlanışa ehtiyac duyulan bir əşyadırsa və bunun yoxlanışını 

alıcı özü tək başına keçirmək iqtidarında deyilsə, o zaman tək tərəfli şəkildə hər 

hansısa bir ekspertə müraciət edə bilər. Lakin bu zaman alıcı üzərinə düşən əsas 

vəzifə  isə  yoxlanışın  sürətlə  aparılmasını  təmin  etməkdir.

30

Amma  əşyaları 



həmişə  alqı-satqı  müqaviləsi  bağlandığı  anda  yoxlamaq  mümkün  olmur. 

Məsələn,  qar  təmizləmə  maşını  alınırsa,  bu  yalnız  qışda  qar  yağdığı  zaman 

yoxlanıla  bilər.  Ümumiyyətlə,  satılan  əşyanın  yoxlanılması  həm  alıcı,  həm  də 

satıcı  baxımından gələcəkdə  yaranacaq  hüquqi  problemlərin  qarşısını  alan  bir 

üsuldur. 

Nəticə 

İstər beynəlxalq, istərsə də milli hüquq sistemində qüsur və qüsura qarşı 

təminat  borcları  yetərincə  incəliklə  tədqiq  olunub.  Əgər  beynəlxalq  və  milli 

hüquq  sistemlərindəki  qüsur  və  qüsura  qarşı  təminat  borcları  arasında 

müqayisə  aparsaq,  istisnasız  görəcəyimiz  ən  böyük  fərq  beynəlxalq  hüquqda 

tərəflərin  tamamilə  bərabərləşdirilməsi  və  onların  təminat  borclarının  eyni 

olmasıdır.  Milli  hüququn  sistemləri  isə  məsələyə  haqlı  olaraq,  bu  cür 

yanaşmamış və alıcını daha zəif tərəf kimi nəzərə almışdır. İstər təminat, istər 

                                                            

27

 AR Mülki Məcəlləsi, maddə 595 



28

 Əsgərov, s. 49 

29

 Tandoğan, s. 177 



30

 Oser-Schönenberger, s. 92

 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

58 

 

vəzifə  baxımından  satıcının  öhdəlikləri  daha  böyükdür.  Strukturun  bu  cür 



qurulması düşünürəm ki, yalnız müsbət nəticələr doğura bilər. Mülki dövriyyə 

həyatımızın mühüm komponentidir, bunu isə canlı tutan alıcılıq qabiliyyətidir. 

Mülki qanunvericilikdə isə alıcının qüsur və qüsura qarşı təminat məsələlərində 

qorunması  ədalətlilik  prinsipi  əsasında  bilmədən  aldığı  qüsurlu  əmlakdan 

sonradan  qorunma  hüququnu  təmin  edir.  Amma  demək  olmaz  ki,  sadəcə  alıcı 

düşünülmüş, satıcı kənarda  qalmışdır. Alıcı  üzərinə yüklənən  vəzifələr satıcını 

müəyyən  vəzifələrdən  azad  edir.  Bununla  da  qanunvericilik  hər  iki  tərəfin 

müdafiə  hüquqlarını  təmin  etməklə,  qüsurun  aşkar  edilməsini  obyektiv 



səbəblərdən tərəflərin üzərinə qoyur.

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə