|
Alqoritm Alqoritm anlayışı, alqoritm xasissələri, alqoritmin yaranma tarixi, dovri alqoritmlər xətti alqoritmlər və budaqlanan alqoritmlərin novləriBudaqlanan alqoritmik struktura aid misal
|
səhifə | 7/7 | tarix | 22.03.2024 | ölçüsü | 53,81 Kb. | | #183100 |
| alqoritm
x və y ədədlərindən ən böyüyünün tapılması alqoritminə aid misala baxaq. Tutaq ki, bu ədədlərdən maksimumunun tapılması məsələsinin alqoritmi blok-sxem şəklində təsvir edilməsi tələb edilir. Burada X-in Y-dən böyük olması yoxlanılır və nəticədən asılı olaraq ya 1-ci, ya da 2-ci əməliyyat seçilir.
Proqramlaşdırmada tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur.
Hesablama prosesinin təkrarən yerinə yetirilən hissəsinə dövr deyilir.
Aşağıdakı blok-sxemdə S operatoru P şərti ödənildiyi halda dəfələrlə yerinə yetirilir:
Dövri strukturlar iki tip ola bilər: sadə və mürəkkəb. Sadə struktur bir, mürəkkəb struktur isə biri digərinə daxil olan iki və daha çox dövrdən ibarət olur. Bu strukturları sxematik olaraq belə göstərmək olar:
Mürəkkəb dövri struktur
Proqramlaşdırma dillərində dövri strukturların reallaşdırılması üçün önşərtli və sonşərtli dövri operatorlardan istifadə olunur. Önşərtli operatorlarda dövrdən çıxış şərti dövrün əvvəlində, sonşərtli operatorlarda isə dövrün sonunda yoxlanılır. Önşərtli struktur WHILE ( nə qədər ki...) və FOR (üçün) operatoru ilə, sonşərtli struktur isə REPEAT ... UNTIL operatorları ilə yerinə yetirilir.
Önşərtli dövr
dövrdən çıxış
yox
yox
hə
dövr
Şərt
Dostları ilə paylaş: |
|
|