Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə14/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   10   11   12   13   14   15   16   17   ...   77

54
Haqqa  nifrət  haqqı  gətirənə  də  gec-tez  nifrət  oyatdığı 
kimi,  haqqı  gətirən  sevilməyəndə  onun  gətirdiyi  də  çox 
vaxt sevimsiz olur. Bunu Hz.Peyğəmbərin (salləllahu əleyhi 
və səlləm) əmisi Əbu Ləhəbin misalında görə bilərik.
Bəllidir ki, O Həzrətin (salləllahu əleyhi və səlləm) İslama 
çatmış  məşhur  əmiləri  dörddür:  Hz.Həmzə,  Əbu  Talib, 
Abbas  və  Əbu  Ləhəb.  İlk  üç  əmi  Hz.Muhəmmədə  qarşı 
həmişə  mehriban  olmuş,  hətta  İslamı  qəbul  etmədikləri 
dövrdə  belə  öz  dəstəklərini  ondan  əsirgəməmişlər. 
Məntiqlə Əbu Ləhəb də alicənab təbiətli olmasa belə eyni 
cür davranmalıydı. Çünki ərəblərdə qohumcanlılıq, əqrəba 
təəssübkeşliyi həddən ziyadə güclüdür. Əgər Əbu Ləhəb 
öz qardaşlarından fərqli olaraq Hz.Muhəmmədi (salləllahu 
əleyhi və səlləm) əsla sevmirsə, nəinki özü, hətta arvadı da o 
Həzrətin kölgəsini belə qılınclayırsa, deməli bu nifrət hər 
halda  səbəbsiz  deyil,  nədənsə  qaynaqlanır.  O  səbəbə  işıq 
tutan rəvayətlərdən biri belədir:
“Əbu  Talib  ilə  qardaşı  Əbu  Ləhəb  arasında  bir  gün 
münaqişə  yarandı.  Əbu  Ləhəb  qardaşını  yerə  yıxdı  və 
üzərinə  çökərək  sifətinə  vurmağa  başladı.  Hz.Peyğəmbər 
(salləllahu  əleyhi  və  səlləm)  o  zaman  hələ  gənc  idi.  Dərhal 
köməyə tələsdi və Əbu Ləhəbi itələyib kənara atdı.
Sonra  Əbu  Talib  dikələrək  qəzəb  içində  qardaşı  Əbu 
Ləhəbin üzərinə atıldı. İndi o onun sinəsi üzərinə çökmüş 
və üzünə zərbələr endirməyə başlamışdı. Bu davadan son-
ra Əbu Ləhəb Hz.Muhəmmədə (salləllahu əleyhi və səlləm) 
dönərək dedi:
“Ey Muhəmməd! Mən də Əbu Talib kimi sənin əminəm. 
Edəcəyini mənə elədin. Nədən ona qarşı da eyni cür dav-
ranmadın? Nədən? Vallahi, könlüm səni əsla sevməyəcək, 
əsla!”
Çox güman ki, peyğəmbərlik Əbu Ləhəbin başqa bir qo-
humuna  verilsəydi,  ona  münasibəti  qardaşları nın  müna-
sibə tindən çox da seçilməyəcəkdi. Seçilsə belə, qohuma qar-
şı ədavətdə ifrata varmayacaqdı. Lakin Hz.Muhəm mədin 


55
(salləllahu  əleyhi  və  səlləm)  şəxsiyyətinə  olan  kin  və  nifrə-
ti  nəticə  etibarı  ilə  onu  haqqın  qatı  düşməninə  çevirərək 
cəhənnəmlik etdi. Zatən yəhudilər də eyni xətada bulun-
muşdular. Fərq ancaq bundaydı ki, onlar Hz.Muhəmmədi 
(salləllahu  əleyhi  və  səlləm)  yəhudi  olmadığına  görə  qəbul 
etmədilər.  Qureyşdən  bəzi  imkanlı  şəxslərin  bəhanəsi 
isə o Həzrətin (salləllahu əleyhi və səlləm) mal və mövqecə 
özlərindən aşağı olmasıydı:
“Onlar səni gördükdə ancaq sənə lağ edirlər: “Budur-
mu, Allahın elçi göndərdiyi kəs?” (əl-Furqan, 41)
Kimin insanlara bir nifrəti yox, kini yoxdu
Bir mələkdi sanasan şeytanı yox, cini yoxdu.
Dünyası əleyhinə, Dini qulun lehinədi
Xeyrini bilməyənin dünyası yox, Dini yoxdu.
Ərzdə dağlardan uca və möhtəşəm, söylə, nə var
Qəlb dağa dönməsinmi dumanı yox, çəni yoxdu.
Təqvadan qeyri nədir ilahi dərgahda məqam
Yazıq o kimsədi ki, rütbəsi yox, çini yoxdu.
Elə dardır ki, cahan, çarə tərki-dünyalıqdır
Seç elə dünyanı ki, uzunu yox, eni yoxdu.
Haqqa nifrət edənlər üçün onu kimin deməsi önəmli ol-
madığı kimi, şəxsə nifrət edənlər üçün də onun nə deməsi 
əhəmiyyət  daşımaz.  Hər  iki  halda  itirən  nifrətdə  bulu-
nanlardır.  Amma,  bu  itkinin  fərqinə  varmazlar.  Halbuki 
böyüklərimiz “Deyənə baxma, deyilənə bax” buyurmuşlar.
Xalqa  nifrət  dedikdə  təkcə  haqqı  gətirənlər  deyil,  xəlq 
olunan hər kəs və hər şey nəzərdə tutulur. Yəni bir insa-
nın rəhbərindən, qonşusundan, övrətindən, hətta özündən 


56
ifrat şəkildə zəhləsi gedə bilər. Eyni zamanda bir işin, ta-
maşanın,  ölkənin,  quruluşun,  yaşayışın  bir  kimsədə  ik-
rah  doğurması  mümkündür.  Lakin  bir  şeyin  mümkün-
lüyü  onun  hələ  məqbul  sayılması  demək  deyildir.  Hər 
hansı  bir  xasiyyətin,  halın,  hərəkətin  yaxud  hadisənin 
xoşagəlməzliyi, adətən, nəfsdən qaynaqlandığı üçün kimə 
və ya nəyə isə qarşı nifrətə səbəb yaratmamalıdır. Yaradırsa 
təbiilikdən, caizlikdən yox, xəstəlikdən xəbər verir ki, bu 
da Dinimizdə bəyənilməyən yaxud pislənilən hallardandır.
Məsələn, ailə münasibətlərini götürək. Bəzən ər və arvad 
arasında nifrət o həddə çatır ki, faciəylə nəticələnir. Halbu-
ki Uca Rəbbimiz buyurdu:
“Onlarla  (qadınlarla)  gözəl  rəftar  edin.  Əgər  onlara 
nifrət etsəniz, ola bilsin ki, sizdə nifrət doğuran bir şeydə 
Allah çoxlu xeyir nəzərdə tutmuş olsun” (ən-Nisa, 19).
Çox zaman nifrət yalnız pis cəhətləri görməkdən doğur. 
Nə yazıq ki, bu mərəzə tutulanlara fəzilətlər nöqsanları de-
yil, nöqsanlar fəzilətləri unutdurur. Hədislərdə buyuruldu:
“Mömin  bir  kişi  möminə  bir  qadına  nifrət  bəsləməsin. 
Çünki  onun  bir  xasiyyətini  xoş  görməsə  də  başqa  bir 
xasiyyətinə razı olur.”
“Özü  döyülməyə  daha  çox  layiq  ikən  zövcəsini  döyən 
kişiyə təəccüb edirəm.
HİKMƏT  Biri  Həsən  Bəsri  həzrətlərinin  yanına  gəldi 
və  qızının  ərlik  çağına  çatdığını  söyləyib  məsləhət  istədi. 
Həzrət buyurdu:
“Onu təqvalı kişiyə ərə ver. Əgər qızını sevsə, sevgisindən 
dolayı ona hörmət edəcək. Əgər sevməsə, təqvasından dola-
yı ona zülm etməyəcək.”
Nikah, nifrətdən uzaq ürəklərin birliyidir
Bir dirək tutmaz evi, dirəklərin birliyidir.


57
Tutmaz nur əhlinin od əhli ilə ittifaqı
Sevgi şeytanların yox, mələklərin birliyidir.
Qəlb sevən göyçək olur, nəfs sevən şübhəlidir
Məhəbbət, şübhəsiz ki, göyçəklərin birliyidir.
Din cütü olmayana tən cütlüyü caiz deyil
İzdivac imanların, məsləklərin birliyidir.
Rəbbinizdən diləyin Behiştdə də tən olmağı
Ailə Allah üçün diləklərin birliyidir.
Rəbbimin sevdiyi təfriqə yox, haqq cəmaətdi
Haqq saleh qadınların, erkəklərin birliyidir.
Bir dam, bir döş altında tutmaz iki dünya qərar
Ruhların birləşməsi gerçəklərin birliyidir.
Ailə kiçik dövlət, dövlət böyük ailədir
Cəmiyyət böyüklərin, kiçiklərin birliyidir.
Bəzilərinin nifrəti öz dövlətinə, məmləkətinə, millətinə 
olur. Zahirən firavan yaşayan ölkələrə köçmək üçün təkcə 
dəridən-qabıqdan  deyil,  hər  oyundan  da  çıxırlar.  Rahat 
yaşamaq,  münasib  məkana  köçmək  istəyini,  əlbəttə,  an-
lamaq  olar.  Anlaşılmayan  odur  ki,  soruşulanda  öz  milli 
mənsubiyyətini dilə gətirməkdən utanan, hətta özünü qey-
ri  ölkənin  və  millətin  nümayəndəsi  kimi  təqdim  edənlər 
də vardır. Əcəba, bir insan da doğulub böyüdüyü bir di-
yara,  içindən  çıxdığı,  eyni  dildə  danışdığı  bir  millətə  bu 
dərəcə  də  nifrət  edərmi?  Allah  Rəsulu  (salləllahu  əleyhi 
və  səlləm)  63  illik  mübarək  həyatında  ən  böyük  zülmləri 
Məkkədə  və  Qureyşdən  gördü. Amma,  bu  onun  öz  yur-
duna və qövmünə sevgisini əsla azaltmadı, əksinə, onların 
əsil səadəti bulması üçün heç bir fədakarlıqdan çəkinmədi. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə