Altay cəMİl V ciLD


“Ey  Adəm  oğulları!  Şeytan  sizi  fitnəyə  düşürməsin



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə2/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   2   3   4   5   6   7   8   9   ...   77

7
“Ey  Adəm  oğulları!  Şeytan  sizi  fitnəyə  düşürməsin. 
Necə  ki,  əcdadınızın  ayıb  yerlərini  özlərinə  göstərmək 
üçün  libaslarını  soyunduraraq  cənnətdən  qovdurdu. 
Şübhəsiz ki, şeytan və qəbiləsi onları görə bilməyəcəyiniz 
yerdən  sizi  görür.  Həqiqətən,  Biz  iman  gətirməyənləri 
şeytanların ovliyası etdik” (əl-Əraf, 27).
İBRƏT  Rəvayət  edirlər  ki,  bir  gün  Şeytan  eşşək  taci-
ri  qiyafəsində  üç  yüklü  eşşəyi  ilə  birgə  bazara  gedərkən 
Hz.İsa  (əleyhissalam)  onu  tanıyıb  hara  getdiyini  soruşur. 
Şeytan tanındığını görərək bazarda işi olduğunu deyir və 
aralarında belə bir söhbət keçir.
– Neyləyəcəksən bazarda?
– Bu eşşəkləri yükləri ilə bərabər satacağam.
–  Eşşəkləri  yükləriylə  kim  alar?  Eşşəyi  ayrı,  yükü  ayrı 
satmaq daha uyğun deyilmi?
– Xeyr, eşşəklərimin yükləri də özləri kimi qiymətlidir. 
Eşşəyi alan yükünü də almaq istər.
–  Ey  şeytan,  sən  bu  eşşəklərə  nə  yüklədin  ki,  ikisini 
birdən satcağını düşünürsən?
– Birinci eşşəyə həsəd, ikinciyə təkəbbür, üçüncüyə zülm 
yüklənib.
– Kim alar sənin həsəd, kibr, zülm yüklənmiş eşşəklərini?
– Qulaq as, müştərilərimi sənə bildirim: Birinci eşşəyi və 
yükünü  alimlərə,  azacıq  elmi  olanlara  satacağam.  Çünki 
ən çox həsəd edən onlardır. İkinci eşşəyi və yükünü cahil 
zənginlərə satacağam. Malı çox, elmi az olanlar təkəbbürlü 
olurlar.  Üçüncü  eşşəyin  müştəriləri  isə  hakimiyyət 
sahibləridi. Onlar zülmsüz dura bilməzlər. Bu eşşək də on-
larındır.
Hz.İsa (əleyhissalam) bunları eşidəndə əllərini açıb Rəb binə 
niyazda bulunur: “Ey Rəbbim! Bu eşşək tacirinə müş təri ol-
maq istəyənləri Özün qoru, həsəd, kibr, zülm eşşək lərinə 
möhtac eləmə!”


8
Ey insan, içindəki qibtəmidi, həsədmidi?
Qəlb adı verdiyin can, qibləmidi, cəsədmidi?
Doymayan, doysa dəxi doyurmayan acdır paxıl
O qarın adlı vücud mədəmidi, məbədmidi?
Şeytanın çaldığına oynamayan çoxmu bu gün
Məluna züy tutanlar mütrübmüdü, mürtədmidi?
Müsibət vasitə və məqsədin səhv düşməsidir
Dünyan, Adəm balası, vasitəmi, məqsədmidi?
Ey qul, namərdə uyub nankora qulluq eləmə
Nəfsindən qeyri biri nankormudu, namərdmidi?
Həsəd mömini şeytanın dostu etmək gücündə olan bir 
şərdir.  Həsəd  edilən  kimsə  Allaha  sığınmaqla  bu  şərdən 
qurtula bilsə də, həsəd edən haqqında bunu demək çətindir. 
Çünki Allah Rəsulu (salləllahu əleyhi və səlləm) buyurdu:
“Aman, həsəddən uzaq olun! Çünki atəş odunu yandırıb 
kül etdiyi kimi, həsəd də həsənatları yeyib yox edər.”
Həsənatlar,  sahibini  Cənnətə  götürən  xeyir  əməllərdir. 
Bunlar  olmayanda  insan  onu  cəhənnəmə  götürən  şər 
əməlləriylə  baş-başa  qalır.  Bu  var  ki,  həsədin  bir  qəlbdə 
mövcudluğu  bir  çox  yaxşılıqları  məhv  etdiyi  kimi,  onun 
yoxluğu da bir çox pisliklərin üstündən xətt çəkir.
HƏDİS Ənəs ibn Malik (radiyallahu ənh) rəvayət etmiş-
dir: “Bir gün Rəsulullahın (salləllahu əleyhi və səlləm) hüzu-
runda oturmuşdum. Buyurdu ki: “Bu anda Cənnətlik bir 
kimsə içəri girir.”
Ənsardan  ayaqqabıları  sol  əlində  asılmış,  saqqalından 
su  damcılayan  biri  gəldi.  Yeni  dəstəmaz  almışdı.  Ertəsi 
gün yenə eyni şəxs içəri girdi. Rəsulullah (salləllahu əleyhi 
və  səlləm)  yenə  belə  buyurdu.  Üç  gün  bu  hal  təkrarlandı. 


9
Abdullah ibn Əmr (radiyallahu ənh) o kimsənin əməlinin nə 
olduğunu  öyrənmək  istədi.  Yanına  gedib:  “Atamla  savaş-
dım, üç gecə sizdə gecələmək istəyirəm” dedi.
Ənsar razı oldu. Abdullah ibn Əmr üç gecə onun əməlinə 
diqqət yetirdi. Yatarkən Allah Təalanı zikr etməkdən başqa 
bir şey görmədi. Sonra o şəxsə: “Mən atamla savaşmadım. 
Lakin  Rəsulullahdan  belə-belə  eşidib  əməlini  öyrənmək 
istədim” dedi. O da: “Mənim etdiyim, bax, bu gördüyün-
dür” söylədi.
Abdullah  deyir  ki,  mən  gedərkən  arxamca  səslənib: 
“Bir  şey  də  var.  Əsla  heç  kimə  heç  bir  şey  üçün  paxıllıq 
etmədim” dedi.
Abdullah: “Deməli, sənin dərəcən bu əməlindən dolayı-
dır” dedi.
Sanma bal arısının sancdığı neştərdi həsəd
Şeytanın sapladığı bir haça şeşpərdi həsəd.
Mənbəyi bu mərəzin mülkə-mala məhəbbətdi
Qardaşa qardaşı qatil eləyən şərdi həsəd.
Ordu tək bətnimizdə üz-üzədir şərlə xeyir
Haqqın hər əsgərinə qarşı bir ləşkərdi həsəd.
Paxıl nadan ölüb nakam dirilən biçarədi
Küfrə qahmar, imana, İslama qənşərdi həsəd.
Cənnət, ey qul, iblisə uymayanın qismətidi
Qulu qismətsiz edən şeytani şakərdi həsəd.
Həsəd elə bir mərəzdi ki, ilk insanda, ilk valideyndə üzə 
çıxmasa da, ilk övladda, ilk qardaşda özünü biruzə verdi 
və böyük bir faciə ilə nəticələnərək bəşər tarixində qardaş 
qətllərinin əsasını qoydu.  


10
İBRƏT Rəvayətə görə Hz.Adəm (əleyhissalam) ilk oğul-
ları  Qabillə  Habilin  yetkinlik  yaşına  çatdığını  görüb  ailə 
həyatı  qurmalarını  istədi.  Lakin  Habilin  nişanlısı  daha 
gözəl  olduğundan  Qabil  həsəd  edərək  onunla  evlənmək 
fikrinə  düşdü. Atası  onu  bu  fikirdən  daşındırmağa  çalış-
sa  da  mümkün  olmadı.  Məsələni  yoluna  qoymaq  üçün 
Hz.Adəm  (əleyhissalam)  hər  iki  oğluna  ilahi  dərgaha  qur-
banlıq  gətirmələrini  şərt  kəsdi.  Şərtə  görə  kimin  qurbanı 
qəbul edilsəydi, qızlardan daha gözəli ona qismət olacaqdı. 
Hadisənin bundan sonrası Quranda belə təsvir edilir:
“(Ya  Rəsulum!)  Onlara Adəmin  iki  oğlunun  əhvalatını 
olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin 
(Habilin) qurbanı qəbul edilmiş, digərinin (Qabilin) qurba-
nı isə qəbul olunmamışdı. (Qabil) demişdi: “Səni mütləq 
öldürəcəyəm!”  (Habil)  belə  cavab  vermişdi:  “Allah  yalnız 
müttəqilərdən qəbul edər! Sən məni öldürmək üçün mənə 
əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran 
deyiləm.  Mən Aləmlərin  Rəbbi  olan Allahdan  qorxuram. 
Mən  istəyirəm  ki,  sən  mənim  də  günahımı  öz  günahın-
la  birlikdə  üzərinə  götürəsən  və  beləliklə  də,  Cəhənnəm 
sakinlərindən olasan. Zalimlərin cəzası budur.”
Nəfsi onu (Qabili) qardaş qətlinə sövq etdi, onu (Ha-
bili) öldürdü və bununla da ziyana uğrayanlardan oldu” 
(əl-Maidə, 27-30).
Həsədin doğurduğu acı nəticələri Hz.Yaqubun (əlehissalam) 
oğullarının  da  timsalında  görməkdəyik.  Onlar  qardaşları 
Yusifin məqamına paxıllıq edərək əvvəlcə onu quyuya at-
mış, sonra isə dəyərsiz bir kölə kimi satmışdılar. Bu qissələrə 
Qurani-Kərimdə  geniş  yer  verilməsi  həsəd  mərəzinin 
müdhiş  miqyasını  təsəvvür  etmək  baxımından  olduqca 
ibrətamizdir. Çünki Habili öldürən də, Yusifi quyuya atan-
lar da qardaş olmaqdan əlavə Peyğəmbər övladları idilər. 
Əgər Peyğəmbər tərbiyəsi görmüş övladların həsədlə bağlı 
durumu budursa, gör, digərlərinin halı necədir?


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə