19
Ey vücud, varsan əgər, haqq olanı heçdən ayır
Varlığın ruhudu Din, yoxluğun ruhiyyəsi yox.
Həsəd xəstəliyi kin, qəzəb, riya, nifaq, hərislik, qeybət
kimi bir çox mənəvi mərəzlərlə sıx bağlıdır. Bəzilərindən do-
ğulur, bəzilərini doğurur. Yəni paxıl, adətən, o mərəzlərin
də daşıyıcısıdır. Beləsinin imanı da, yaxşı halda, şikəst olar.
Allah Rəsulu (salləllahu əleyhi və səlləm) buyurdu:
“Sirkə balı pozduğu kimi həsəd də imanı pozar.”
Bəllidir ki, əksər ərzaqlardan fərqli olaraq bal uzunö-
mürlüdür və hər şeydən korlanıb xarab olmaz. Hətta, bu
keyfiyyətinə görə ondan cənazələrin çürüməsinin qarşısı-
nı almaq üçün istifadə edirlər. Lakin nə qədər möhkəm və
mötəbər nemət olsa da bal sirkəyə qarşı acizdir. Hədisdə
imanın bala, həsədin isə sirkəyə bənzədilməsi paxıllığın
möminlər üçün təhlükəsini ən uğurlu şəkildə ifadə edir.
Başqa sözlə, bir müsəlmanın imanı nə qədər sabit, oturuş-
muş olsa da, həsədin təsiri ilə sarsıla bilər.
İBRƏT Əməvi xəlifəsi Müaviyənin belə söylədiyi rəvayət
olunur: “Pis əxlaqlar içində həsəd kimi adil olanı yoxdur.
O, həsəd ediləndən öncə, həsəd edəni öldürür. Hər kəsi
məmnun etməyə gücüm yetər. Fəqət həsəd edəni əsla razı
sala bilmərəm. Çünki o, ancaq əldəki nemətin getməsindən
məmnun olur.”
Fəqirlik halimizə, ey nas, həsəd eyləməyin
Qeyri bir əhvalı da, amma məqsəd eyləməyin.
Fəqirlik hal deyil, əslində məqam, mərtəbədir
Bu yolda nəfsləri tikanlı sədd eyləməyin.
İnsan, əlbəttə, mələklər kimi ruhani deyil
Amma şeytan kimi də ruhsuz cəsəd eyləməyin.
Münafiq gizli müşrik, müşrik açıq münafiqdi
Nifaqa adət edib, şirki xislət eyləməyin.
20
Hər günah daşdı qara, daş şələsi ağır olur
Hər könül bir şüşədi, vurub şikəst eyləməyin.
Zaman qəflət zamanı, dünya qafil dünyasıdı
Qəlbi sərvaxt tutaraq nəfsi sərməst eyləməyin.
Hər günü Bədr bilib, hər gecəni Qədir sayın
Öndə Həsrət Günü var, O gün həsrət eyləməyin.
İbrahim əl-Həvvas həzrətləri buyurdu: “Dostlar! Hikmət
göydən endiyi zaman, içində bu dörd vəsfdən biri bulunan
qəlbə girməz:
1) Dünyaya aşiq olmaq;
2) Uzun xəyallara qapılmaq;
3) Boş və əyləndirici şeyləri sevmək;
4) Qardaşına həsəd etmək.
Dostlar! Bunu yaxşı bilməlisiniz! Dünya bir qula ağlama-
mışsa, Axirət ona gülməyəcəkdir.”
İBRƏT Bir könül əhlinin dərs verdiyi dərgahın qapısı
önündə bir sərxoş yıxılıb qalır. O mübarək zat onu içəri alıb
hər cür şəraitlə təmin edir. Sərxoş səhər oyananda ona xü-
susi ikramda bulunur, üstəlik gözəl bir at və xərclik verib
hörmətlə yola salır.
Bu halı seyr edən və o zatın xidmətində bulunanlardan
biri öz içində: “Biz illərdən bəri xidmət edirik, heç bir gün
də belə bir ikrama nail ola bilmədik” deyərək ustadı haq-
qında sui-zənnə uymaqdan özünü saxlaya bilmir. Zamanla
bu düşüncə ona iztirab verməyə başlayır. O mübarək şəxs
müridinin qəlbindən keçənləri kəşf yolu ilə anlayaraq onu
yanına çağırır və deyir: “Nədən o sərxoşa ikramımdan do-
layı qəlbində daima mənə etirazda bulunursan? O zavallı
öz qüsurunu mənə çox ucuz satdı. İllərdən bəri bəlasına
çevrilmiş sərxoşluğu bir heyvan və bir neçə qızıla dəyişdi.
İndi ona kainatı bağışlasan, məstedici şeyin bir qətrəsini
21
də ağzına almaz. Zatən həyatda yeganə qüsuru da o idi.
Çünki ondan başqa bütün halı bir vəlinin halı kimidir. Sənə
gəlincə: sənin mən hansı halını islah edim? Səksən nöqsa-
nın var. Birini düzəltsək digəri çıxar, digərini islah etsək,
daha bir başqası çıxar.”
Mürid bu sözlər qarşısında tövbə-istiğfarda bulunaraq
halını islah edir və çox keçmədən könül rahatlığına qovuşur.
Elə bir dərddi salar dərdsizi min dərdə həsəd
Mərdi namərd eləyər, eyləsə mərd mərdə həsəd.
Hər könül Kəbə olar, əhli könül olsa bəşər
Ərz dönər Ərşə, əgər olmasaydı yerdə həsəd.
İnsanıq, nəfsimiz var, ruhdan ibarət deyilik
Xəta hər qəlbdə olur, dönməsin qoy virdə həsəd.
Dində hər şəkli, növü pislənilib paxıllığın
Etməsin qövmə qovm, həmçinin fərd fərdə həsəd.
Zənn et zülmət meşədə ac şir ilə üz-üzəsən
Çıxacaq qarşına aslan kimi Məhşərdə həsəd.
Yaxşı işlərdə yalnız qibtəyə var Dində cəvaz
Yoxsa başdan-başa şərdir xeyirdə, şərdə həsəd.
Həsəd xəstəliyinə ən çox məruz qalan təbəqə əmr, elm
və sənət adamlarıdır. Çünki onlarda şöhrət, nüfuz, imkan
kimi paxıllıq doğuran amillər daha qabarıqdır. Bu təbəqənin
təmsilçiləri arasında çəkişmələr Dinin və dövlətin duru-
muna ciddi təsir göstərdiyindən daha təhlükəlidir. Allah
Rəsulu (salləllahu əleyhi və səlləm) vida xütbəsində buyurdu:
“Bir-birinizə həsəd etməyin, bir-birinizə qəzəb etməyin,
bir-birinizə arxa çevirməyin, bir-birinizin satışını pozma-
22
yın. Ey Allahın qulları, qardaş olun!.. Bir insanın pis sa-
yılması üçün müsəlman qardaşını təhqir edib xor baxması
yetərlidir. Bir müsəlmanın qanı, malı və namusu digər bir
müsəlmana haramdır.”
Həsəd nəinki Dini yaxınlığı, hətta təbii, yəni doğma qar-
daşlığı da düşmənçiliyə çevirər. Birinci şəxs, yaxud ona
daha yaxın olmaq istəyənlərin mübarizəsi amansız olur.
Çox zaman unudulur ki, həsəd təkcə Axirətdə deyil, dün-
yada da həsədçinin öz əleyhinə işləyə bilir.
TƏMSİL Bir gün meşənin şahı aslan xəstələnir. Tülküdən
başqa bütün heyvanlar onu ziyarətə gəlir. Canavar tülkü-
nün aslanın yanındakı etibarını çəkə bilmədiyindən onun
əleyhinə danışır.
Tülkü gələndə aslan ondan soruşur: “Bizdən uzaq qal-
mağının səbəbi nədir? Nə üçün ziyarətimə gəlmədin?
Tülkü deyir: “Səni müalicə edə biləcək əlac axtarmaqla
məşğul idim.”
– Nə kimi əlac buldun?
– Xəstəliyin əlacı canavarın baldırında bulunan bir qoz-
dur.
Aslan bunu eşidən kimi dərhal canavarın baldırını par-
çalayır. Tülkü oradan çıxıb gedir. Bir müddət sonra cana-
var baldırından qan axa-axa tülkünün yanına gəlir. Tülkü
ona deyir:
“Ey qırmızı ayaqlı, bundan sonra şahların yanında otur-
duğun zaman, ağzından çıxan şeyə diqqət et.”
Bu ibrətamiz hadisə bir təmsil olsa da cəmiyyətdə onun
nümunələri kifayət qədərdir. Ən acınacaqlısı isə odur ki,
paxıllıq məsələsində alimlər, ziyalı adlananlar amirlərdən
nəinki geri qalır, hətta onları üstələyirlər. Halbuki elmləri
vardır. Böyüklərimizdən Sibqatullah Arvası həzrətləri
buyurdu ki: “Həsəddən zərərli qəlb xəstəliyi yoxdur.
Alimlərin afəti də ondandır.”
Dostları ilə paylaş: |