Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   2   3   4   5   6   7   8   9   10   ...   77

27
Kişi eşsiz də qalar, evsiz-eşiksiz də qalar
Məhrum o kimsədi ki, məhəbbətin dışındadır.
Qulun, ey qul, nəsəbi mülkə-mala bağlı deyil
“Soyum, nəslim” deyənlər nəcabətin dışındadır.
Qəlbi içdən gəmirən qapqara bir qurddu həsəd
Bu qurddan qurtulanlar qəbahətin dışındadır.
Qəbrini nur elə ki, orda daha çoxdu gecən
Sanma dünya sarayı xərabətin dışındadır.
Əvvəli, axırı torpaq olana çaş qalıram
Bədbəxt o canlıdı ki, təbiətin dışındadır.
Həsədçilərin həsəd etdikləri kimsələrə qarşı fəaliyyətləri 
çoxşaxəlidir.  Məqsədə  çatmaq  üçün  hər  vasitəyə  əl  atır, 
zordan, zərdən yararlandıqları kimi sehrdən, cadudan da 
gen-bol  istifadə  edirlər.  Malı-mülkü  əldən  çıxartdırmaq, 
vəzifədən götürtdürmək, yaxud vəzifəyə gəlişi əngəlləmək, 
arvad boşatdırmaq naminə falçılara müraciət edilməsi gü-
nün adi hadisələrindəndir. Allah belələrinin şərindən qo-
rusun. Bəd nəzər, yəni göz dəyməsi də bir gerçklikdir və 
adətən, həsəddən, qısqanclıqdan doğur. Allaha sığınanlara 
bunlar, inşaallah, zərər verməz.
“Düyünlərə  üfürən  qadınların  şərindən  Sübhün 
Rəbbinə sığınıram” de” (əl-Fələq, 4).
Paxıl paxıllıq etdiyi kimsəyə qarşı hər hansı hərəkətdə 
bulunmazsa günahkar hesab edilməz. Çünki həsəd bu və ya 
digər şəkildə hamıda vardır. Uşaq uşaqlığıynan, görürsən 
ki, başqasının oyuncağını götürür və vermək istəmir. Lakin 
böyüklər kiçiklər kimi deyil, qanırlar. Nəfslərini cilovlama-
ğa borcludurlar. Hədisdə buyuruldu:


28
“İnsan  üç  şeydən  qurtula  bilməz:  Tayərə  (uğursuzluğa, 
nəhsliyə inanmaq), sui-zənn (bir kimsə haqqında pis fikirdə 
olmaq), həsəd. Bir şeyi uğursuz saydığınız zaman Allaha 
təvəkkül edin (xoşlandığınız işi nəhs əlamətdir deyib da-
yandırmayın); sui-zənn etdikdə araşdırmağa başlamayın; 
həsəd etdiyiniz kimsəni əsla incitməyin (ona qarşı hərəkətə 
keçməyin).”
RƏVAYƏT  Deyilənə  görə  Allah  Təala  Hz.Süleymana 
(əleyhissalam)  vəhy  etdi:  “Sənə  yeddi  şey  tövsiyə  edirəm: 
Saleh qullarımın qeybətinə qalxma; qullarımdan heç birinə 
həsəd etmə...”
Bunları  eşidən  Hz.Süleyman  (əleyhissalam):  “Ya  Rəbb, 
bunlar mənə yetər” dedi.
Bir zəngin görsən, ey qul, baxma həsəd, həsrət ilə
Bir fağır görsən, görüş, sanki əlahəzrət ilə.
Rəbbim heç bir şeyi batil, boşuna yaratmayıb
Dünyamız olsa da fani, doludur ibrət ilə.
Xalqı kim sevməz isə Xaliqi də sevməyir o
Çünki xəlq eyləyib o sevda dolu fitrət ilə.
Bil, səbəblər yaradan səbəblərsiz yaratmazmı?
Yəni həm hikmət ilə xəlq elər, həm qüdrət ilə.
İki yer var ki, könül, əsla girəmməzsən ora:
Eşq ilə Cəhənnəmə və Cənnətə nifrət ilə.
Həsəd,  paxıllıq  hər  nə  qədər  pislənilsə  də  onun  pis-
lənilməyən, bəzən, hətta, bəyənilən iki incə tərəfi də qeyd 
edilməkdədir. Biri rəzalət əhli ilə əlaqədardısa, digəri fəzilət 
əhli ilə bağlıdır. Hər iki halı bir qədər incələməyə çalışaq:
Birinci  halda  hesab  olunur  ki,  zalımlara,  haqqa  qarşı 
gələnlərə bəd duada bulunmaq, onların mal və mülkünün 


29
əllərindən çıxmasını istəmək caizdir, hətta lazımdır. Qurani-
Kərimdə  bunun  nümunələri  də  mövcuddur.  Məsələn, 
Hz.Nuh  (əleyhissalam)  ilə  Hz.Musanın  (əleyhissalam)  bəzi 
duaları belədir:
“Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə ka-
fir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin 
bəndələrini  yoldan  çıxaracaq,  ancaq  pozğun  və  kafir 
doğub­törədəcəklər...  Zalımların  ancaq  həlakını  artır” 
(Huh, 26-28).
“Musa dedi: “Ey Rəbbimiz! Onların (Firon və camaa-
tının) mal­dövlətini məhv et və qəlbinə şiddət ver ki, acı 
əzabı görməyincə iman gətirməzlər” (Yunus, 88).
Göründüyü  kimi,  zalımların  özlərinin  və  mallarının 
zavalını arzulamaq caizdir və Allahın Kitabında Peyğəm-
bərlərin  dili  ilə  də  təsdiqlənir.  Amma  bu  var  ki,  biz 
Hz.Nuhun (əleyhissalam) yaxud Hz.Musanın (əleyhissalam) 
deyil, aləmlərə rəhmət olaraq göndərilən Hz.Muhəmmədin 
(salləllahu əleyhi və səlləm) ümmətiyik və bizə buyurulan ona 
uymaqdır:
“Peyğəmbər (Hz.Muhəmməd) sizə nə verirsə onu alın, 
nədən çəkindirirsə ondan çəkinin” (əl-Həşr, 7).
Digər tərəfdən isə Allah son ümmət üçün Dinini tamam-
lamış və İslamı seçmişdir. Yəni son və kamil olan, Axırza-
man nəbisinə (salləllahu əleyhi və səlləm) nazil edilənlərdir.
“Bu  gün  dininizi  sizin  üçün  kamil  etdim,  sizə  olan 
nemətimi tamamladım və bir Din olaraq sizin üçün İsla-
mı bəyənib seçdim” (əl-Maidə, 3).
Allah Rəsulu (salləllahu əleyhi və səlləm) da peyğəmbərlərin 
sonuncusu olaraq buyurdu:
“Mən  bütün  gözəl  əxlaqları  tamamlamaq  üçün  göndə-
rildim.”


30
Sadalananlar göstərir ki, bizlər üçün ən xətasızı və xe-
yirlisi  Hz.Muhəmmədin  (salləllahu  əleyhi  və  səlləm)  əxla-
qına  uyub  sünnətinə  sarılmaq,  dua  və  tövsiyələrindən 
bəhrələnməkdir.
İBRƏT Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) müş-
riklərdən gördüyü işgəncə və həqarətlər son həddə çatdıq-
da, mübarək vücudu Taifdə daşa tutulub qanına bələndikdə 
ilahi  təklif  endi.  Vəhy  mələyi  Cəbrail  (əleyhissalam) 
görünərək vəhyi çatdırdı: “Ya Rəsulallah, dilərsən dağlar 
mələyinə  əmr  ver,  Taif  və  Məkkə  dağlarını  bir-birinə  qo-
vuşdursun və içində bir canlı da qalmasın!”
Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm)  mübarək  qanını 
təmizləyə-təmizləyə buyurdu: “Xeyr, belə bir şeyi istəmirəm. 
İstəyirəm ki, Allah bu müşriklərin belindən Allaha heç bir şey 
ortaq qoşmadan ibadət edəcək bir nəsil dünyaya gətirsin!”
Allah  Rəsulunun  (salləllahu  əleyhi  və  səlləm)  duasından: 
“Ya  Rəbb!  Məni  sevənlərə  xeyirli  mal  ver.  Mənə  ədavət 
edənlərə çox mal, çox övlad ver.”
Bizi, ya Rəbbi, bağışla Quranın hörmətinə
Quransız dəqiqənin ya dövranın hörməti nə?
Oxuyan yaxşı bilir “Nəml”, “Nəhl” surəsini
Əfv et o qarışqanın, o arının hörmətinə.
Kərbəla hikmətini anlayan hər il azalır
Əhli hikmət bizi qıl Aşuranın hörmətinə.
Bir ömürdür ən azı, ya Rəbb, Sənin ayrılığın
Sonsuz et vəslimizi o hicranın hörmətinə.
Sənin dost seçdiklərin fəqirliyi seçdi, ya Rəbb
Bağışla zənginləri füqaranın hörmətinə.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə