Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə77/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   69   70   71   72   73   74   75   76   77

301
“Kim İslamdan başqa bir Din ardınca gedərsə, heç vaxt 
ondan qəbul olunmaz və o, Axirətdə ziyan çəkənlərdən 
olar” (Ali-İmran, 85).
“Sizin  üçün  Din  olaraq  İslamı  bəyənib  seçdim”  (əl-
Maidə, 3).
İBRƏT  İraq  bölgəsindən  bir  adam  vardı,  İmam  Cəfər 
Sadiqdən (əleyhissalam) ayrılmazdı. Həzrət bir ara onu gör-
məyib haralarda olduğunu soruşdu. Biri o adamı aşağıla-
maq üçün “O, Nabatlıdır” dedi.
İmam  Sadiq  (əleyhissalam)  ona  buyurdu:  “İnsanın  əsli 
ağlı, soyu Dini, dəyəri də təqvasıdır. İnsanlar Adəmdə bə-
ra bərdirlər.”
Haqqa gül atmaq ilə güllə atmaq eynidimi?
Xalqa əl uzatmaqla dil uzatmaq eynidimi?
Ərzdə ən duzsuz adam şit sözü ən bol olandır
Südə su qatmaq ilə şəkər qatmaq eynidimi?
İşvə-qəmzə eləmək gözəllərin adətidir
Xalqa naz satmaq ilə namus satmaq eynidimi?
Ölüm bir uzun yuxu, yuxu qısa bir ölümdür
Haqla ölməklə, könül, haqsız yatmaq eynidimi?
Din dəniz, dünya quyu, çıx quyudan, dəryaya dal
Dünyada boğulmaqla, Dində batmaq eynidimi?
Kimi Mövlaya, kimi mənzilə can atmadadır
Komaya çatmaq ilə kama çatmaq eynidimi?
İstehza  və  məsxərədən  bəhs  edərkən  həcvlərə  toxun-
madan ötüşmək mümkün deyil. Çünki həcv elə həmin is-
tehza və məsxərədir. Fərqi bundadır ki, qafiyə ilə olur və 


302
daha  təsirlidir.  Yadımdadır  ki,  orta  məktəbdə  oxuyarkən 
şagirdlərdən  birinin  bəzi  müəllimlər  haqqında  yazdığı 
bir  həcv  uzun  müddət  əldən-ələ  gəzərək  bütün  məktəbi 
silkələmişdi. Halbuki orada yazılanlar heç kim üçün yeni-
lik deyildi, məktəblilər öz ara söhbətlərində bu mövzuya 
onsuz da alışmışdılar.
Həcv  dilimizin  izahlı  lüğətində  bir  şəxsə,  ictimai  qu-
ruluşa,  yaxud  həyatdakı  eybəcərliklərə  qarşı  yönəldilmiş 
istehzalı, kəskin, acı, kinayəli yazı kimi tərif olunur. İstər 
milli, istər Dini ədəbiyyatda onun nümunələrinə rast gəl-
mək mümkündür. Həcv nəzmə çəkilmiş bir bəyan olaraq 
bayağılığı ilə daha çox seçilir. Ona haqq qazandırmaq elə 
məsxərə  və  istehzaya  haqq  qazandırmaq  kimi  bir  şeydir. 
Cəmiyyətdəki  eybəcərlikləri,  əlbəttə,  qamçılamaq  olar  və 
lazımdır.  Lakin  bu,  ədəb  çərçivəsini  aşmamalı,  kiminsə 
şərəf  və  ləyaqətinə  xələl  gətirməməlidir.  Əgər  insanlar 
arasında təhqir, söyüş bəyənilmirsə bunun qafiyəli olması 
bəraət sayılmaz. Həcvi doğuran səbəblər, bir qayda olaraq, 
sağlam deyildir. Onun yazılmasında və yayılmasında kin, 
həsəd,  ədavət,  şəxsi  qərəzlik  kimi  mənəvi  mərəzlər  daha 
çox  rol  oynayır.  Möminlər,  istər  qafiyəli,  istər  qafiyəsiz, 
hər  cür  məsxərədən,  istehzadan  çəkinməlidirlər.  İslamda 
həcvə yalnız özünü müdafiə etmək üçün icazə verilir. Yəni 
sən ancaq sənə zülm edəni həcv edə bilərsən.
“Şairlərə  gəlincə,  onlara  yalnız  azğınlar  uyar!  Məgər 
görmürsən ki, onlar hər vadidə sərgərdan gəzib dolaşır-
lar? Və etmədikləri şeyləri deyirlər? Ancaq iman gətirib 
saleh əməl işləyənlər, Allahı çox zikr edən və zülmə uğ-
radıqda müdafiə olunanlar istisnadır!” ş-Şüara, 224-227)
Allah  Rəsulu  (salləllahu  əleyhi  və  səlləm)  həcv  yazanla-
rın xidmətindən yalnız müharibə şəraitində və ancaq müş-
riklərə qarşı istifadə etmişdir. Düşmənlə savaşda hər silah 
önəmlidir. Söz bunların arasında xüsusi yer tutur. Müşrik 


303
şairlər İslama və müsəlmanlara dil uzatdığından Rəsulullah 
(salləllahu əleyhi və səlləm) onlara cavab vermələri üçün əsha-
bından  tanınmış  söz  ustadlarını,  xüsusən  də  Mədinəli,  60 
yaşında müsəlmanlığı qəbul edən Hassan ibn Sabiti (radiyal-
lahu ənh) təşviq etmiş, hətta bu məqsədlə məsciddə ona bir 
minbər  qoydurmuşdu.  Hz.Hassanın  şeirləri  o  qədər  təsir-
liydi ki, nəinki bəzi müşrik şairləri susdurmuş, hətta, bir çox 
söz sənətkarlarının İslamı qəbul etməsinə vəsilə olmuşdu.
HƏDİS  Əl-Bəra  ibn  Azib  (radiyallahu  ənh)  rəvayət  et-
mişdir: “Rəsulullah (salləllahu əleyhi və səlləm) Hassan ibn 
Sabitə: “Sən də müşrikləri həcv et, onlara şeirlə cavab ver, 
Cəbrail səninlədir” buyurarkən eşitdim.”
* * *
Hz.Aişə (radiyallahu ənhə) rəvayət etmişdir: “Hassan: “Ya 
Rəsulullah, (əmin oğlu) Əbu Sufyan haqqında həcvə mənə 
izn ver” dedi. O da: “Mənim onunla əqrəbalıq bağımı necə 
çözəcəksən?”  buyurdu.  Hassan:  “Sənə  ikramda  bulunan 
Allaha and olsun ki, mən səni onların arasından kərə yağın-
dan tükü çəkən kimi çəkib çıxarar, ayıraram” dedi. Ardınca 
da: “Şərəfin zirvəsi Haşim xanədanlığındadır. Məhzum qı-
zının oğullarıdır, sənin atan isə kölədir” beytiylə başlayan 
qəsidəsini oxudu.”
Sözün də rəngi olur, həm bəyaz, həm siyahdı söz
Sursatı tükənməyən ən tutarlı silahdı söz.
Batil dörd bir tərəfdən haqqa qarşı hücumdadır
Haqqın ön cəbhəsində ən qüdrətli cinahdı söz.
Söz bütə, bütpərəstə qarşı silah sayılsa da
Sözə də sitayiş var, sanki bütdü, ilahdı söz.
Öyməsin özlərini fatehləri yer üzünün
Kainat bir taxt isə, taxt üstündə bir şahdı söz.


304
İnsan ərzə gələli hər ağzın bir avazı var
Ey qul, “lə ilahə” de, amma “illa Allahdı” söz.
Həcv Qurana və sünnəyə uymazsa, yəni müharibə və ya 
müdafiə ilə əlaqədar deyilməzsə, bir kimsəyə qarşı caiz de-
yildir. Möminin möminə sataşması, şərəfini alçaldan sözlər 
söyləməsi  isə,  ümumiyyətlə,  düşünülməz.  Çünki  Allah 
Rəsulu (salləllahu əleyhi və səlləm) buyurdu:
“Hər müsəlmanın qanı, malı və irzi (namusu, şərəfi) digər 
müsəlmana haramdır.”
İBRƏT  Hz.Ömərin  (radiyallahu  ənh)  xilafəti  dövründə 
Hutyə adlı şair bir səhabəni həcv etdi. Xəlifə onun şikayəti 
əsasında şairi çağırtdırıb həcvini oxutdu. Bir beyti çox ağır 
və yozumu çətin olduğundan o dövrün Hassan ibn Sabit 
(radiyallahu ənh) kimi məşhur şairlərinin rəyi alınaraq həcv 
müəllifinin həbsə atılmasına hökm verdi.
Bir müddət sonra o şair yazdığı bir sıra qəsidələrlə əfv 
dilədi və əshabdan bir çox zatların şəfaəti əsasında həbsdən 
çıxarıldı. Bir daha bu xətanı işləyərsə, ciddi cəzalandırılacağı 
şərtiylə əfv edildi.
Qul müsəlmandısa Din qardaşını həcv eləməz
Qəlbi Quranladısa böylə qələt, səhv eləməz.
“Rəbbim əfv eylər” deyib Haqqa qarşı çox yürümə
Çünki qul haqları var, bəlkə o qul əfv eləməz.
Yamanlıq etmə, etsən arxasınca yaxşılıq et
Pisliyi yaxşılıqdan özgə bir şey ləğv eləməz.
Nəfsini kim tanısa, özgəni öz nəfsi sanar
Heç nə, ey qul, savabı, zülm qədər məhv eləməz.
Qulluğun meyvəsi var, gec-tez onu qul dadacaq
Rəbbini kim tanısa, öz bağını sərv eləməz.


305
İnsan şüurlu və şərəfli yaradılmışdır. Özü kimisini aşa-
ğılaması, onu da cavab vermək zərurəti qarşısında qoyma-
sı şüurlu məxluqa şərəf gətirməz. Xüsusilə, Adəm oğlunun 
inancıyla  əylənmək,  dini  heysiyyətinə  toxunmaq  heç  bir 
çərçivəyə sığışmır. Bu, birbaşa Allahın haqları ilə oynamaq 
və ilahi qeyrəti hərəkətə keçirməkdir. Dinə istehza edənə 
Din Sahibinin Özü istehza edər.
“Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman 
gətirdik”  deyirlər.  Halbuki  öz  şeytanları  ilə  təkbətək 
qalanda:  “Biz  də  sizinləyik,  biz  ancaq  istehza  edirik” 
deyirlər. Allah da onlara istehza edər və tüğyanları içində 
sərgərdan dolaşmaları üçün müəyyən bir möhlət verər” 
(əl-Bəqər, 14-15).
Tüğyan tağutla, yəni şeytanla, şeytani qüvvələrlə bərabər 
omaq və Allaha qarşı gəlmək deməkdir. Tüğyançılara yer 
üzündə möhlət vermək, gerçəkdən, səmavi bir istehzadır. 
Çünki özlərini gözləyən müdhiş aqibətdən xəbərsiz gəzib-
dolaşaraq aqibəti xeyirli olanları ələ salır, araya qoyurlar. 
Göylərin daha dəhşətli istehzası, əslində isə qəzəbi hələ qa-
baqdadır.
İBRƏT  Hədisdə  bildirilir  ki,  Dünya  həyatında  Allahın 
qullarına  məsxərə  edənlər  Axirətdə  bunun  qarşılığını 
görəcəklər. İlk öncə, Haqq-Təalanın əmriylə cənnət qapıları 
üzlərinə açılar. Onlar da tam bir sevinclə girməyə hazırla-
narlar. Məhz bu anda açıq qapılar qəfildən üzlərinə qapa-
nar. İstehzaçı kimsələr anladılması mümkün olmayan bir 
iztirabı yaşayarlar. Bu zaman qapı təkrar açılar. Onlar rahat 
nəfəs  alıb  tez  içəri  keçmək  istəyərlər.  Fəqət  qapı  yenidən 
bağlanar və girmək istəyənlərə daha böyük bir iztirab yaşa-
dar. Bu mənzərə şiddətli bir əzab olaraq davam edər.
Girmişik qınımıza, içimizdən qəflətdəyik
Dalmışıq dünyamıza, küçəmizdən qəflətdəyik.


306
Əql cənnətlərə can atmaq üçün vasitədir
Gicləyir ağıllımız, gicimizdən qəflətdəyik.
Nur, ey qul, zülmətdə tez, nurda zülmət, gec sezilir
Qaradır gündüzümüz, gecəmizdən qəflətdəyik.
Tez ya gec bir dənə də qibləsiz üz qalmayacaq
Tez dünya həyatıdır, gecimizdən qəflətdəyik.
Dünya səhrası ilə addımlayır karvanımız
Zınqrovlar səslənir, köçümüzdən qəflətdəyik.
Hər kəs öz əcri boyda, öz əcri miqdarındadır
Çəkimizdən bixəbər, ölçümüzdən qəflətdəyik.
Nə müdhiş asimani məsxərədir qafillərə
Sanırıq biz də varıq, heçimizdən qəflətdəyik.
Düşünmək üçün suallar
1.  İnsana gülmək insana yaraşırmı?
2.  İnsanların  fəzilətlərinə  sevinməyiniz  çoxdu  yoxsa 
nöqsanlarına gülməyiniz?
3.  Qüsurlu  bir  insanı  ələ  salarkən  məsxərənizin  onun 
qüsurundan daha eybəcər olduğunu düşünürsünüzmü?
4.  Dünyada ələ salmaq pisdir yoxsa Axirətdə ələ salın-
maq?
5.  İnsana  eyibini  görüb  gülürsünüz  yoxsa  gülmək  və 
başqalarını güldürmək üçün o kimsədə eyib axtarırsınız?
6.  İstehza etdiyiniz nöqsanlar özünüzdə yoxdurmu?
7.  İstehzalı danışıq, təbəssüm yaxud baxış sizdə daxili 
tələbatdı yoxsa zahiri görüntü?
8.  İstehzanın, adətən, elmdən, mütaliədən uzaq düşən, iç 
aləmi zəngin bulunmayan, yoxsul mənəviyyatlı kimsələrin 
mərəzi olduğunu bilirsinizmi? 


307
9.  Başqalarını  ələ  salmanın  sizə  nə  verdiyini  deyə 
bilərsinizmi? Bəs nəyi aldığını necə?
10. İstehzanın  təhlükəsini  hiss  edirsinizmi?  Əgər  hiss 
edirsinizsə, təhlükəni kimdən gözləyirsiniz: ələ saldığınız 
adamdan yoxsa onu xəlq Edəndən?
11. Mələklər məsxərə etməz, amma şeytan edər. Hansıy-
la bərabərsiniz?
12. Sizi  ələ  salanın  cavabını  nə  cür  verirsiniz:  Onun 
səviyyəsində yoxsa öz səviyyənizdə?
13. Güclüyə gülürsünüz yoxsa zəifə?
14. İnsanları yanlarında araya qoyursunuz yoxsa arxala-
rınca?
15. İnsanlara güləndə yaxud insanları güldürəndə öz ha-
lınıza ağlayırsınızmı?
5­ci cildin sonu


308
BİOQRAFİK MƏLUMATLAR
Abdullah ibn Mübarək (h. 118-181) Mərvdə doğulmuş bö-
yük vəli. Türk əsilli olduğu rəvayət edilir.
Abdullah ibn Munazi (vəfat h. 329) Nişabur alim və zahid-
lərindəndir
Abdulkərim Kuşeyri (h. 376-465) Böyük vəli, alim. Məş hur 
“Kuşeyri risaləsi” kitabının müəllifidir.
Abdulvahid ibn Zeyd (Hicri 2-ci əsr) Bəsrə vəlilərindədir.
Abdurrəhman Darani (vəfatı h. 205) Şam vəlilərindəndir.
Bəyazid  Bistami  (vəfatı  h.  261)  Bistamda  doğulmuş 
məşhur vəli. 73 yaşında vəfat etdiyi rəvayət olunur.
Bişr  Hafi  (h.  150-227)  Böyük  vəli.  Mərvdə  doğulmuş, 
Bağ dadda dəfn edilmişdir.
Cüneyd Bağdadi (vəfatı h. 298) Bağdadda dəfn olunmuş 
böyük vəli, alim.
Əbu Hənifə (h. 80-150) Fiqhdə hənəfi məktəbinin quru-
cusu.
Əhməd ibn Asim əl-Antaki (vəfatı h. 239) Zöhdü ilə məş-
hur olan Şam şeyxlərindəndir.
Əbu Səid Xarraz (vəfatı h. 277) Bağdadda yetişmiş vəli-
lərdəndir.
Əbu Osman ən-Nehdi – Tabiindəndir. Bəsrədə dəfn olun-
muşdur.
Əbu  Səhl  Suluki  (h.  296-369)  Nisaburda  yetişən  Din 
böyüklərindəndir.
Əbu Əli Dəkkak (vəfatı h. 405) İmam Küşeyrinin mürşidi 
olmuşdur.
Əhnaf  İbn  Qays  –  Bəsrəli  tabiinlərdəndir.  Peyğəmbərin 
(salləllahu  əleyhi  və  səlləm)  dövründə  yaşasa  da  onu  gör-
məmiş, lakin duasını qazanmışdır.
Əbdüssaməd ibn Ömər (vəfatı h. 397) Bağdadlı Din bö yük-
lərindəndir.


309
Əhməd ibn Əbul-Həvari (vəfatı h. 230) Şam zahidlə rindən dir
Əli ibn Muvəffəq (vəfatı h. 265) Bağdad böyüklərindəndir.
Fəriduddin Əttar (miladi 1119-1193) İran övliyalarındandır.
Həsən Bəsri (miladi 641-728) Tabiindəndir. Mədinədə do-
ğulmuş, Bəsrədə dəfn olunmuşdur.
Həbib Əcəmi – Kəramətləri ilə tanınan Bəsrə vəlilərindən-
dir. Həsən Bəsrinin tələbəsi olmuşdur.
Hatəm əl-Əsam (vəfatı: miladi 852) Bəlx böyüklərindəndir.
İbrahim ibn Ədhəm (vəfatı h. 161) Övliyanın böyüklərin-
dəndir.
İbn Sirin (vəfatı h. 110) Bəsrə böyüklərindəndir. Zöhd və 
təqvası ilə məşhurdur.
İbrahim əl-Həvvas (vəfatı h. 291) Reydə dəfn olunmuşdur.
İmam Şafi – Muhəmməd ibn İdris (h. 150-204) Böyük alim, 
vəli. Şafi məktəbinin qurucusu. Misirdə dəfn olunmuşdur.
İbrahim  Gülşəni  (miladi  1426-1534) Azərbaycanlı  böyük 
vəli. Misirdə dəfn olunub.
Muhəmməd ibn Vasi (vəfatı h. 120) Tabiinin böyük alim və 
zahidlərindəndir. Bəsrədə dəfn olunmuşdur.
Muhyiddin ibn Arabi (miladi 1160-1240) Şeyxi-Əkbər kimi 
tanınan böyük vəli. Şamda dəfn olunub.
Malik ibn Dinar (vəfatı: miladı 748) Böyük vəli. Bəsrədə 
dəfn olunub.
Muhəmməd əz-Zəmahşəri (miladi 1075-1144) Təfsir alimidir.
Mutarrif ibn Abdullah (vəfalı h. 87) Tabiinin məşhurların-
dandır.
Mahruq Əfəndi (vəfatı: miladi 1597) İstanbulda dəfn olun-
muşdur.
Muhəmməd ibn Munqədir (vəfatı h. 130) Mədinədə dəfn 
olunmuşdur.
Nəsrəddin Tusi (miladi 1201-1274) Görkəmli Azərbaycan 
alimi.
Ömər Öngüt – Türkiyədə yaşayan son dövr vəlilərindən dir.
Rəbi ibn Heysəm (vəfatı: miladi 687) Tabiindəndir. Fələs-
tində dəfn olunub.


310
Rəca ibn Hayvə – Tabiindəndir. Şamda yaşamışdır.
Ribi ibn Hiraş (vəfatı h. 104) Kufədə dəfn olunmuşdur.
Sibqatullah  Arvasi  (vəfatı:  miladi  1870)  Qavs  ləqəbiylə 
məşhurdur.
Sufyan  Sevri  (miladi  715-778)  Fiqh  və  hədis  alimi.  Bəs-
rədə dəfn olunub.
Səid ibn Vəhb əbu Osman – Xəlifə Məmunun zamanında 
yaşayıb. Bağdadda dəfn olunub.
Şəqiq Bəlxi (vəfatı h. 194) Bəlx övliyalarındandır.
Şibli (vəfatı h. 334) Bağdad böyüklərindəndir. Qəbri Bağ-
daddadır.
Ubeydullah ibn Muhəmməd (h. 304-387) Dövrünün tanın-
mış alimidir.
Utbətul Qulam – Bəsrə vəlilərindəndir. Rumlularla savaş-
da şəhid düşmüşdür.
Uveys Qarani – Rəsulullah (salləllahu əleyhi və səlləm) döv-
ründə  yaşasa  da  onunla  görüşə  bilməyən  böyük  vəli.  Bir 
mənbəyə görə qəbri Azərbaycanın Ağdaş rayonundadır.
Tavus əl-Yəmani (vəfatı h. 106) Yəmən böyüklərindəndir. 
Məkkədə dəfn olunub.
Yəhya  ibn  Muaz  (vəfatı  h.  258)  Böyük  vəli.  Nişaburda 
dəfn olunub.
Yəzid ibn Harun əl Vasiti (h. 118-206) Hədis alimidir.
Yunus  ibn  Ubeyd  (Vəfatı  h.  139)  Tabiinin  böyüklərin-
dəndir. Bəşrəlidir.


311
MÜNDƏRİCAT
Ön söz ........................................................................................ 4
1. Həsəd ..................................................................................... 6
2. Kin ........................................................................................ 35
3. Nifrət .................................................................................... 49
4. Qəzəb ................................................................................... 69
5. Sui-zənn ............................................................................... 96
6. Lənət ................................................................................... 118
7. Bəd dua .............................................................................. 136
8. Söyüş .................................................................................. 157
9. Qisasçılıq (intiqam) .......................................................... 181
10. Şikayət .............................................................................. 211
11. Səhlənkarlıq .................................................................... 228
12. Tənbəllik .......................................................................... 251
13. Bəhanəçilik ...................................................................... 271
14. İstehza (məsxərə) ............................................................ 293
Bioqrafik məlumatlar ........................................................... 308


“Oskar“ mətbəəsində çap olunmuşdur.
Bakı, Moskva pr.-ti, məhəllə 3001
Çapa imzalanmışdır: 04.05.2017 
Format: 60х90 1/16. Ofset çapı
Fiziki çap vərəqi 21,5. Tiraj 1000

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə