Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə8/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   4   5   6   7   8   9   10   11   ...   77

31
İkinci  təbəqəyə,  yəni  bəzi  fəzilət  əhlinə  həsəd  etmənin 
mümkünlüyünə  gəldikdə  isə,  burada  həsəddən,  paxıllıq-
dan daha çox qibtədən söhbət gedir və Allah yolunda elmi-
ni yayan alimlə malını yayan zəngin nəzərdə tutulur. Çün-
ki Allah Rəsulu (salləllahu əleyhi və səlləm) buyurdu:
“Bu iki kimsə istisna olmaqla, heç kimsəyə həsəd etmək 
caiz  deyildir:  Biri,  Allahın  verdiyi  hikmətlə  hökm  edən  və 
bunu başqasına da öyrədən hikmət sahibi. Digəri isə, Allahın 
verdiyi malı haqq yolda xərcləyən zəngin kimsə.”
Hədisdə  vurğulanan  həsəd  sözü  qibtə  mənasındadır. 
Fərq ləri niyyətlərlə bağlıdır. Maddi və ya mənəvi sər vət-
lərini  Allah  yolunda  sərf  edən  birini  görəndə  həsədçi  o 
kimsənin bu sərvətə layiq olmadığını, qibtəçi isə o sərvət 
özündə olsaydı eyni cür hərəkət edəcəyini düşünür. Birinci 
niyyətin sahibi günahla, ikinci isə savabla iç-içədir. Çünki 
Allah ixlaslı qullarının gerçəkləşə bilməyən niyyətlərini də 
mükafatlandırandır.
İBRƏT Tabiindən Haris ibn Nufeyr əshabdan Abdullah 
ibn Məsuda (radiyallahu ənh) xitabən dedi: “Ey Muhəmmədin 
(salləllahu əleyhi və səlləm) yoldaşı! Biz, sizin kimi olanlara 
qibtə edirik. Siz, Peyğəmbəri görməklə və onun söhbətində 
bulunmaqla bizdən üstün oldunuz.”
Abdullah ibn Məsud bu cür qarşılıq verdi: “Əslində, biz 
sizin  imanınıza  qibtə  edirik.  Çünki  siz,  Hz.Muhəmmədi 
(salləllahu əleyhi və səlləm) görmədiyiniz halda ona iman et-
diniz. Şübhəsiz ki, ən üstün iman qeybə iman etməkdir.”
Ardınca bu ayəni oxudu:
“Onlar qeybə iman edərlər” (əl-Bəqərə, 3).
Məhəbbət sirdi, könül, sirri Muhəmməddə ara
Muhəmməd sirdi, könül, sirri məhəbbətdə ara.
At içindən qərəzi, paxıllığı, ədavəti
Atmasan, aqibəti ancaq məşəqqətdə ara.


32
Dünyadan dönən-sadiq, Dindən dönən-xain olur
İblisi, şeytanı mürtəddə, müxənnətdə ara.
Həyatın hikməti hikmətli həyat sürmədədi
Arasan, ilk öncə insafda, mürüvvətdə ara.
Necədir ətrafımız, eyləcədir əxlaqımız
Şahın mahiyyətini, ey qul, məiyyətdə ara.
Elm və hikmət əhlinə qibtə etmək çox xoş və xeyirlidir. 
Çünki  onlardan  öyrənmək,  onlara  uymaq  həvəsi  yaxud 
tələbatı  doğurur.  Lakin  comərd  sərvət  sahiblərinə  qibtə 
etmək xoş görünsə də xeyirli olacağı bir qədər mübahisəlidir. 
Çünki  hikmət  qəlbləri  düşündürür,  yumşaldır,  təmizləyir, 
hidayətə  hazırlayır.  Sərvət  isə  belə  deyil.  Əldə  olmayan-
da onu Allah yolunda bölmək asan, bölən çox bulunsa da, 
ələ  gələndə  paylamaq  çətin,  paylayan  az  olur.  Bir  ibadət 
əhlindən: “Əlində ancaq 20 qəpiyin olsa yarısını bir möhtaca 
verərdinmi?” deyə soruşdum, “Bəli” dedi. “Bəs 20 min ma-
natın olsa necə, yarısnı ehtiyacı olana bağışlardınmı?” deyə 
xəbər aldım. Fikrə getdi. Sonra: “Yox, verə bilməzdim” deyə 
cavab verdi. 
Görünən budur ki, elm-hikmət əhlinə qibtə, mal-dövlət 
əhlinə  qibtədən  daha  xeyirli,  daha  xətasızdır.  Hətta,  bir 
hədisdə buyuruldu: 
“Nemət sahiblərindən ehtiyaclarınızı gizli istəyin. Çün-
ki nemət sahiblərinə həsəd edilir.” 
Digər  tərəfdən,  zənginlər  deyil,  alimlər  peyğəmbər 
varisləri sayılır. Hər halda söhbət həqiqi varislərdən gedir. 
Qibtə də ancaq onlara olur. Böyüklərimizdən Əhməd ibn 
Asim əl-Antaki həzrətləri buyurdu: “Mən ancaq Mövlasını 
tanıyan birinə qibtə edərəm və istərəm ki, Onu təsdiq edən 
kimi deyil, sevən ariflər kimi tanıyım.”
Abdullah  ibn  Mehdi  həzrətləri  isə  buyurdu:  “Yalnız 
qəbrində mömin olaraq yatana qibtə  edirəm. Özüm də o 
cür olmaq istərəm.”


33
HƏDİS İki xislət var ki, bunlar kimdə bulunursa, Allah 
onu şükür edici və şəbir edici yazar: “Kim dünya işlərində 
durumu özünkündən aşağı olana baxarsa, özündə olan üs-
tünlüyü səbəbiylə Allaha həmd edər. Kim dini məsələlərdə 
özündən üstün olanlara baxarsa ona uyar. Kim də dünya 
işlərində özündən üstün olanlara baxarsa, əlində olmayan-
lar üçün təəssüf edər, üzülər və beləcə şükür edən və səbir 
edən olaraq yazılmaz.”
Mal-dövlət  əhlinə  qibtə  həsədə,  paxıllığa  çevrilə  bilir. 
Elm-hikmət  əhlinə  qibtə  edənlər  üçün  bu  cür  təhlükənin 
ehtimalı daha azdır.
İBRƏT Bir adam Süfyan Sevri həzrətlərinin yanına gələrək 
bir məsələni soruşdu. Aralarında belə bir söhbət keçdi:
– Sən haralısan?
– Doğudan.
– Doğunun ən böyük elm adamı sizin yanınızda deyilmi?
– Ey Abdullahın atası, kimdir o?
– Abdullah ibn Mübarək.
– O Doğunun ən böyük alimidirmi?
– Bəli, həm də Batının ən böyük alimi.
İndi Din aliminə az bulunur qibtə edən
Çünki yox qismindədir öz nəfsinə diqtə edən.
Ərzdə, Adəm balası, yaxşılıqdan yaxşı nə var?
Çəkilib ərşə bu gün, ehsanları müftə edən.
Çoxmu xalqın yükünü indi alan öhdəsinə
Çıxır öz millətinin çiyninə çin, rütbə edən.
İndi, hətta, nəsihət vaxt və təmənna ilədir
Ya mükafat, ya da muzd ummadadır xütbə edən.
Bir yazıymış yaşamaq, son nöqtəni düşün, yaşa
Biz nə yazsaq da, qələm, biz deyilik nöqtə edən.


34
Düşünmək üçün suallar
1.  Həsəd  edənlərdənsən,  yoxsa  həsəd  edilənlərdən? 
Nəfsinə hansı xoş gəlir?
2.  Hansına  daha  çox  sevinirsən:  öz  uğuruna,  yoxsa 
özgə müsibətinə? Hansına daha çox üzülürsən: özgə uğu-
runa, yoxsa öz müsibətinə?
3.  Mal və xilqət baxımından özündən aşağıdakılara ba-
xıb həmd, yoxsa yuxarıdakılara baxıb həsəd edirsən? Yəni 
şükrünmü çox, şikayətinmi çoxdu?
4.  İmkanlı  birini  görəndə  hansı  arzu  sənə  güc  gəlir: 
Sənin  də  onun  kimi  imkanlı  olman  yoxsa  onun  da  sənin 
kimi imkansız olması?
5.  Möminlərin qibtə, münafiqlərin isə həsəd etdiyi rəva-
yət  olunmuşdur:  Qibtə  edənlərdənsən  yoxsa  həsəd  edən-
lərdən?
6.  İmanının zəiflədiyini hiss edəndə səbəbini kimlərəsə 
həsədinin şiddətlənməsində axtardığın olurmu?
7.  Sənə həsəd edənlərə qarşı mübarizə aparırsanmı? Yəni 
şərlərdən Allahamı sığınır yoxsa digər vasitələr axtarırsan?
8.  Həsəd  etdiyin  kimsəyə  qarşı  hərəkətə  keçirsənmi? 
Əgər keçirsənsə bu özünü nədə göstərir: Qeybət, bəd dua, 
cadu və ya başqa şeylər?
9.  Kimə daha çox paxıllıq edirsən: Din əhlinə ya dün-
ya əhlinə? Elm yoxsa hökm əhlinə? Zəngin, imkanlı yoxsa 
sağlam, yaraşıqlı insanlara?
10. Həsəd xəstəliyindən qurtulmaq üçün cəhd edir sənmi?


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə