Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə9/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

35
2. KİN
“Ey  Rəbbimiz!  Qəlblərimizdə  iman  gətirənlərə  qarşı 
kinə yer vermə!” (əl-Həşr, 10)
Kin, başqasından xoşlanmamanın ən eybəcər, barışma-
ğa  və  bağışlamağa  yol  qoymayan  ən  oturuşmuş  şəklidir. 
Adətən, qəzəbdən doğur. Amma qəzəb keçsə də, o qalır. 
Bu baxımdan kin, qısa müddətdə soyumayan, davam edən 
qəzəbdir.  Qısa  müddət  dedikdə  ən  çoxu  üç  gün  nəzərdə 
tutulur. Çünki Allah Rəsulu (salləllahu əleyhi və səlləm) bu-
yurdu:
“Bir  müsəlmanın  Din  qardaşından  üz  döndərib  üç 
gündən artıq küsülü qalması caiz deyildir.”
Kin  qəlbin  hüzurunu  pozan  gizli  ədavət  duyğusudur. 
Onun,  necə  deyərlər,  görünməyən,  yaxud  güclə  sezilən 
tərəfidir. Bu baxımdan kin gizli ədavət, ədavət açıq kindir.
“Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sir-
daş  etməyin.  Çünki  onlar  sizə  fənalıq  etməkdən  əsla 
geri  durmaz,  daim  sıxıntıya  düşməyinizi  istəyərlər. 
Düşmənlikləri  ağızlarından  daşmaqdadır.  Sinələrində 
gizlədikləri isə daha böyükdür” (Ali-İmran, 118).
“Yoxsa  qəlblərində  xəstəlik  olanlar  elə  sandılar  ki, 
Allah  onların  kinlərini  üzə  çıxarmayacaqdır?  Əgər 
Biz  istəsəydik,  onları  sənə  göstərərdik,  sən  də  onları 
üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq 
tərzindən mütləq tanıyacaqsan” (Muhəmməd, 29-30).
İBRƏT Bədr savaşındakı məğlubiyyətdən sonra Məkkə 
müşrikləri böyük bir ruh düşkünlüyü yaşadılar. İslamın qatı 
düşmənlərindən Amir ibn Vəhəb ilə Safvan ibn Ümeyyənin 
ikilikdə  olan  bir  söhbəti  bu  durumun  ifadəsiydi.  Belə  ki, 
ibn Ümeyyə ibn Vəhəbə dedi:
– Yaşamaqdan ikrah etdim, bundan sonra məncə həyatın 
qiyməti yoxdur.


36
Amir bu qarşılıqda bulundu:
– Çox gözəl söyləyirsən. Ah, ailəm və bir də borcum ol-
masa mən təkbaşına bu işi həll edərdim.
– Nə cür?
– Özüm gedər, Muhəmmədi öldürərdim.
–  Sən  o  işi  gör,  mən  bütün  borcunu  ödəyər,  ailənə  də 
baxaram.
Amir ibn Vəhəb “Çox gözəl” deyib evinə döndü, qılıncı-
nı itiləyib zəhərlədi və Mədinəyə üz tutdu. Mədinədə onu 
yaxalayıb Rəsulullahın (salləllahu əleyhi və səlləm) hüzuruna 
gətirdilər. Aralarında belə bir danışma oldu:
– Burada nə işin var, niyə gəldin?
–  Oğlumu  sərbəst  buraxdırmaq  üçün  çarə  aramağa 
gəldim.
– O halda niyə qılıncınla gəldin?
– Ona nə qiymət verirsiniz? Bədirdə nə işə yaradı ki, indi 
nə işə yarasın.
–  Amir!  Ağlını  başına  yığ.  Allahın  Rəsulunun  yanında 
niyyətini gizləmə, söylə. Gizli bir guşədə Safvan ilə danış-
dıqlarını və məni öldürmək üçün verdiyiniz qərarı bizə anlat. 
Amir ibn Vəhəb Peyğəmbər möcüzəsi ilə qarşılaşmışdı. 
Çünki  Safvanla  söhbətinin  Allahdan  başqa  şahidi  yoxdu. 
Təqsirini etiraf edərək oradaca kəlmeyi-şəhadətdə bulundu.
Allahın qoruduğu kimsəyə kim neylər, ey qul?
O əgər qorumasa, kimdi xanlar, bəylər, ey qul?
İblisdən məlakəyə zərrə qədər varmı zərər
Neylər pak, kinsiz qula kirli, kinli səylər, ey qul?
Bil cəhənnəm cahanı, hər atəşə vermə sinə
Eşq ilə odlanana neylər xamlar, çiylər, ey qul?
Qaldır hərdən başını, sonra yenə sal aşağı
Bax, kimin əmrindədi yerlər, ey qul, göylər, ey qul?
Hökmü ərşdəndisə, yurdun, cahanın, kainatın
Bunu dərk eyləyənə neylər axı keylər, ey qul?


37
Xalqa yox, Xaliqə uy, görsən uyub dünyaya xalq
Səni qorxutmasın qoy ictimai rəylər, ey qul.
Kin, fitnəsi altda, fəsadı ortada olan qəlb xəstəliyidir. Bu 
fəsadlar  çoxdur.  Onlardan  biri  haqsızlıq,  ədalətsizlikdir. 
Kinli adam özünü ədalətli hesab etsə də, hətta kənardan bu 
təəssüratı doğursa da, kin bəslədiyi insanlara qarşı, adətən, 
ədalətli ola bilmir. Bəzilərinə ədalət, bəzilərinə, hətta, bircə 
nəfərə isə zülm edən kimsə adil sayılmaz. Ədalət kinə qalib 
gəlməsə, kin onu məğlub edəcəkdir.
“Ey  iman  gətirənlər! Allah  üçün  haqqı  ayaqda  tutan, 
ədalətlə şahidlik edən kimsələr olun. Bir topluma qarşı 
kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, 
təqvaya daha yaxındır” (əl-Maidə, 8).
Allah Rəsulu (salləllahu əleyhi və səlləm) və onun tərbiyəsi 
altında yetişmiş möminlər pislik gördükləri kimsələrə qar-
şı ədalətlə davranmanın ən gözəl nümunələrinı vermişlər. 
Çünki təqvalıydılar. Ədalətli təqvasız ola, yəni bir çox gü-
nahlardan çəkinməyə bilir. Lakin təqvalı insan ədalətsiz ol-
maqdan qorxar, Rəbbinə qarşı gəlməkdən çəkinər.
İBRƏT Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) sağ-
lığnda Hz.Aişəyə (radiyallahu ənhə) iftira atılarkən bu olay-
da adı hallandırılanlardan biri də tanınmış şair Hassan ibn 
Sabit  idi.  Möminlər  anasının  qəlbi  ondan  qırılmışdı.  La-
kin Hz.Peyğəmbərin (salləllahu əleyhi və səlləm) vəfatından 
sonra bir məclisdə bu dəyərli şairin əleyhinə danışılarkən 
məclisdə bulunan Hz.Aişə dərhal müdaxilə edərək dedi:
“Xeyr!  Hassandan  incik  olsam  da  haqqımı  ona  ha-
lal  etmişəm.  Hassan  Rəsulullahı  kafirlərin  hücumundan 
çox  güclü  şəkildə  müdafiə  etmişdir.  O  müdafiə  bütün 
qəbahətlərinin əfv olunmasına kafidir. Onun əleyhində bu-
lunmaq bizə yaraşmaz.”
Bizi məhv etsə mənəmlik mərəzi məhv edəcək
Qəlblərin qəlblərə qəsdi-qərəzi məhv edəcək.


38
Daş tapılmaz bizə, ölçülsə kiçik suçlarımız
Başqa şey yox, bizi mizan-tərəzi məhv edəcək.
Bizə bizdən irəli olanların xətti gərək
Hal budur ki, bizi bizdən gerisi məhv edəcək.
Əhli zöhd içrə ara xalqa xilaskar arasan
Xalqı, yox şübhə ki, xalqın hərisi məhv edəcək.
Rəhbərin fərlisinin Rəhbəri Rəhman özüdür
Rəhbərin fərsizini yan-yörəsi məhv edəcək.
Əsli torpaqdı qulun, tapdandıqca mətin olur
Su kimi axanları su pərisi məhv edəcək.
Ədalət hər bir halda haqqı ortaya qoymaqdır. Bu isə istər 
kinlilər,  istərsə  də  sevgililər  üçün  eyni  dərəcədə  çətindir. 
Çünki  sevənlər  sevdiklərinin  nöqsanlarını,  sevməyənlər 
sevmədiklərinin  fəzilətlərini  görmür  yaxud  görmək  istə-
mir lər. Adil olmayanlar amir də, alim də, arif də, aqil də 
ola  bilər,  amma  nəbi  ola  bilməzlər.  Ədalət  peyğəmbərlik 
xislətindəndir.  Ona  görə  də  birisi  qənimətlərin  bölgüsü 
zamanı Allah Rəsulunu (salləllahu əleyhi və səlləm) ədalətli 
olmamaqda  günahlandıranda  o  Həzrət  buyurmuşdu: 
“Vay halına! Mən də ədalətli olmasam, kim ədalətli olar? 
Ədalətli olmasam ziyana uğrayanlardan olaram.” 
İBRƏT  Yəhudilərdən  Zeyd  ibn  Səanə  İslamı  qəbul 
etməzdən əvvəl Rəsulullah (salləllahu əleyhi və səlləm) ondan 
borc almış, lakin vaxtında ödəyə bilməmişdi. Zeyd bir gün 
Peyğəmbərin hüzuruna gələrək çox qaba şəkildə narazılı-
ğını  bildirdi:  “Ey Abdulmuttalib  oğulları!  Siz  borclarınızı 
qaytarmamaq üçün bir sürü bəhanələr bəyan edib durur-
sunuz.” 
Hz.Ömər (radiyallahu ənh) də hüzurda idi. Bu sözlərdən 
hiddətləndi: “Ey Allahın düşməni! Hz.Peyğəmbərə bu cür 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə