Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

30 

 

formalaĢmasındakı  rolu  göstərilmiĢdir.  Həm  də  bu  prosesin  xronoloji  çərçivələri 



müəyyənləĢdirilmiĢdir. - XI əsr» (6.543). 

Bəli,  gəlib  çıxdıq  o  bədnam  XI  əsrə!  Azərbaycan  tarixini  yazanlar  da 

deyirlər  ki,  bu  əraziyə  türklər  on  çox  XI  əsrdə  Orta  Asiyadan  gəliblər;  bəs  Orta 

Asiyaya haradan gəliblər? 

Sözü  B.  Q.  Qafurova  verək:  «VI  əsrdən  baĢlayaraq  türkdilli  xalqların  və 

tayfaların Orta Asiya  ərazisinə get-gedə artan gəliĢi baĢlanır. Bu proses həmin xalq 

və tayfaların Orta Asiyanın qədim əhalisilə yaxınlaĢması ilə müĢayiət olunur. Xarici 

iĢğalçılara  qarĢı  Orta  Asiya  xalqlarının  mübarizəsində  türklərin  və  soğdların  birgə 

çıxıĢları  xarakterikdir.  Əsrlər  ərzində  türk  köçərilərinin,  ilk  növbədə  yoxsul 

təbəqələrin  oturaqlığa  və  əkinçiliyə  keçidi  baĢa  çatır.  Türk  xalqlarının  soğdlarla, 

xarəzmlilərlə, sak-massaget tayfaları ilə qarıĢmaları qüvvətlənir, həm də bu qayda ilə 

yaranan  xalqda  türk  dili  (danıĢığı)  üstünlük  təĢkil  edir.  Özbək  xalqı  da  (Orta 

Asiyanın  baĢqa  xalqları  kimi)  beləliklə,  onun  qədim  məskunlarının  (bunların 

sırasında  türk  köklü  xalqlara  yer  yoxdur-M.  A.)  mədəni  irsini  özündə  toplayaraq 

formalaĢır»  (6,  542-543).  Daha  sonra  deyilir  ki,  XI  əsrə  doğru  özbək  xalqının 

formalaĢma  prosesi  Orta  Asiyanın  Ģimalından  onun  Cənub  rayonlarına  doğru  daha 

artıq  geniĢlənərək  yüksək  intensivliyə  çatır;  bu,  öz  ifadəsini,  o  cümlədən  Qaraxani 

dövlətinin yaradılmasında, Ģəhər mədəniyyətinin inkiĢafında tapır. (6,543). Müəllifin 

fikrincə, 

türkmən  və  baĢqa  türkdilli  adlandırılan  («так  называемых 

тюркоязычных») xalqların intensiv formalaĢması da bu dövrə təsadüf edir. Ġki əsas 

etnik  elementin  xarakteristikası  üçün  iĢlədilən  «türk-ü-ta-cik»  ifadəsi  də  məhz  bu 

mərhələdə geniĢ yayılır (6,543). 

Yuxarıda  deyildiyi  kimi,  samanilər  dövründə  artıq  Orta  Asiyanın  oturaq 

rayonlarında  xeyli  sayda  türkdilli  əhali  yaĢayırdı,  Mənbələr  Fərqanədə,  Xarəzmdə, 

Çaçda  və  baĢqa  oturaq  və  əkinçilik rayonlarında  böyük  miqdarda türkdilli  əhalinin 

olduğunu qeyd edir. 

«Lakin  buna  baxmayaraq  hər  halda  Samanilər  dövründə  Orta  Asiyanın 



Ģəhərlərində  və  oturaq  əkinçilik  rayonlarında  əhalinin  böyük  əksəriyyətini 

taciklər təĢkil edirdi (Burada müəllif sürüĢkən «irandilli əhali» yox, birbaĢa «tacik» 

sözü  iĢlətməyi  vacib  bilir-A.  M.).  Qaraxanilər  dövründə  vəziyyət  dəyiĢir.  Türkdilli 

köçərilərin oturaqlaĢması hesabına və yerli tacik əhalisinin türkləĢdirilməsi hesabına 

Orta Asiyada etnik sahədə türkdilli xalqlar üstünlük əldə etməyə baĢlayır» (6,543). 

Bu kəskin hökmün təsirini malalamaqdan ötrü B. Q. Qafurov sovet dövrünə 

xas  olan  ritorik  ricətlərə  keçir:  «Hakim  siniflər  arasında,  türk  tayfa  baĢçıları  ilə 

qədim  feodal aristokratiyası  (yəni  irandillilər-  M.  A.) arasında zəhmətkeĢ  kütlələrin 

birgə  istismarını  gücləndirən  yaxınlıq  yaranır.  Buunla  yanaĢı  aĢağılarda 

zəhmətkeĢlərin  özlərinin  arasında  bu  istismara  qarĢı  birgə  mübarizədə  tacik 

zəhmətkeĢləri və türkdilli xalqların elementləri arasında dostluq bağları bərkiyir» (6, 

343). 



31 

 

Yuxarıda  deyilənləri  hələlik  bir  yana  qoyaq.  Sual  olunur:  «özbəklər  və 



taciklər  arasında  dostluq  bağlarının»  bərkiməyi  ilə  «taciklərin  türkləĢdirilməsi» 

arasında  hansı  məntiqi  əlaqə  var?  Özü  də  türkləĢmə  baĢqa  Ģeydir,  «türkləĢdirmə» 

tamamilə baĢqa. Ġkincisi, öz daxilində təzyiq və zor çaları saxlayır. 

Ən qəribə və paradoksal cəhət burasındadır ki, özbək tarixçiləri də doğma 

tarixlərini  tacik  konsepsiyası  əsasında  qələmə  almıĢlar.  Əslində  bu  konsepsiya 

tacikdən  daha  çox  rus  konsepsiyası  idi  və  bir  sıra  qərəzkar  Hind-Avropa 

tarixçilərinin fikirləri ilə səsləĢirdi. 

B.  Q.  Qafurov  öz  konsepsiyasının  Özbəkistan  tarixinə  aid  əsərlərdə  əsas 

götürüldüyünü  fəxrlə  qeyd  edir:  «Bu  konsepsiya  1950-ci  ildə  nəĢr  olunmuĢ 

«Özbəkistan  xalqlarının  tarixi»  kitabındakı  mütəddimədə  (müəllif-D.  Y. 

Yakubovski)  nəzərə  alıimıĢ  və  «Özbəkistan  SSR  tarixi»  (1967)  kitabının  sonuncu 

nəĢrində dəqiq ifadə olunmuĢdur: «Özbək xalqı təkcə Orta Asiya tarixinin son dörd 

yüz  ilinin  yox,  həm  də  zamanın  sonsuz  dərəcədə  uzaq  mərhələsinin  eyni  hüquqlu 

iĢtirakçısıdır. 

Özbək  xalqının  boynuna  qoyulan  minnətə  bir  baxın;  B.  Q.Tafurovun 

bədnam  konsepsiyası  ilə  daha  ətraflı  tanıĢ  olmadan  onun  Orta  Asiya  türk  xalqları 

tarixinin baĢına gətirdiyi oyun haqqında tam təsəvvür əldə etmək mümkün olmaz. O, 

sözünə  davam  edərək  yazır:  «sonrakı  tədqiqatlar  bu  konsepsiyanın  bəzi  konkret 

müddəalarını  (?)  dəqiqləĢdirməyə  gətirib  çıxardı.  Son  çıxıĢ nöqtəsinin tezisi  xalqın 

etnik tarixində dilin vahid indikator kimi götürülməsini qəbul etmir. 

Tarix elminin müasir inkiĢaf mərhələsində onu qısa Ģəkildə belə Ģərh etmək 

olar.  Yuxarıda  Ġran-türk  əhalisinin  qarĢılıqlı  təsirinin  ilkin  mərhələləri  barədə  artıq 

deyilmiĢdir. Türk dilinin Orta Asiya, ərazisinə daxil olması ġimali-Ģərqi və Mərkəzi 

Asiya köçəri tayfalarının çox böyük hərəkəti ilə əlaqədar bizim eranın hüdudlarından 

baĢlanan,  gah  zəifləyən,  gah  da  yenidə  güclənən  bu  hərəkət  sonrakı  əsrlər  boyu 

davam  etmiĢdir.  Bu  tayfaların  müəyyən  hissəsi,  o  cümlədən  türkdilli  tayfalar  öz 

yürüĢlərinin,  köçlərinin  gediĢində  Orta  Asiya  ərazisində  qalırdılar.  Xüsusilə,  Orta 

Asiyada  türkdilli  əhali,  bizim  eranın  VI  əsrinin  əvvəllərindən  Türk  xaqanlığının 

qoĢunları  eftalitləri  darmadağın  etdikdən,  Caylararasında  hakimiyyəti  ələ 

keçirdikdən  sonra  bu  proses  güclənir.  Bu  dövrdən  sonra  Orta  Asiyada  etno  və 

qlottoqenezdə  türkdilli  tayfalar  get-gedə  daha  əhəmiyyətli  rol  oynayır.  A.  N. 

BernĢtam bu prosesin baĢlanğıcını VII əsr Fərqanəsinə Ģamil edir E. A. Davidoviç və 

B.  A.  Litvinski  bu  prosesi  bir  qədər  əvvəlki  dövrə  (VI  -  VII  əsrlərə)  aid  edirlər. 

Xuttalyanda  türkdilli  əhalinin  varlığı  haqqında  Xoy-Cao  məlumat  verir.  Onun 

məlumatı  726-727-ci  illərə  aiddir.  Orta  Asiyanın  ġərq  vilayətlərində  (xüsusilə 

Semireçyedə) və ġərqi Türküstanda (o yerlərdə ki, qədimlərdən çoxlu miqdarda soğd 

koloniyaları  mövcud  idi;  soğd  dili  türk  dili  tərəfindən  yavaĢ-yavaĢ  sıxıĢdırılır  (?!) 

(6,543). 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə