Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   2   3   4   5   6   7   8   9   ...   45

 

ġərqi  Anadoluda  Basin  toponiminin  (bu  ad  “Kitabi-Dədə  Qorqud”da  da 



çəkilir)  yaranması  bu hadisə ilə  əlaqədardır.  Basinlərin  bir hissəsi  isə  indiki  ġimali 

Azərbaycan  hissəsində  -  Artsak  əyalətində  məskunlaĢmıĢ,  VII  əsrdən  məlum  olan 

Rot-Pasian mahal adını əmələ gətirmiĢdi. 

 

Basinelərin Orta Asiyada qalmıĢ hissəsi antik mənbələrdə qeyd olunmuĢdur. 



Məsələn, yuxarıda deyildiyi kimi Strabon (XI, 8, 2) Kaspi dənizindən Ģərqdə pasian 

tayfasının  yaĢadığı  yazır.  Onun  bu  məlumatı  Ģübhəsiz,  eradan  əvvəl  IV  əsrdə 

Makedoniyalı  Ġsgəndərin  Orta  Asiyaya  hərbi  səfəri  ilə  əlaqədar  mənbələrə  aiddir 

həmin  basinelər  (sonrakı  peçeneqlər)  eradan  əvvəl  I  minilliyin  ortalarında  Sırdərya 

çayının  orta  axınında  bir  dövlət  qurumu  yaratdılar.  Bu  dövlət  eramızın  IV  əsrinə 

qədər yaĢamıĢdır Dövlət Sırdəryanın sıldırım sahilində qədim Kanq qalasının adı ilə 

adlanırdı.  Ərəb  müəllifi  ibn  Xordadbeh  (IX  əsr)  Sırdəryanı  Kanqar  adlandırır.  Bir 

sıra  ĢərqĢünaslar  Kanq  toponiminin  fars  dilində  kan  «kanal»  sözündən  əmələ 

gəldiyini  yazmıĢlar.  Bu  fikir  uydurmadır.  Əslində  Kanq  toponimi  qədim  türk 

dillərində  kanq  (monqolca  və  türkcə  qanq)  «çayın  sıldırımlı  hündür  sahili», 

«sıldırımlı  qaya»  mənasındadır.  Dağlıq  Altayın  toponimiyasında  kanq  (ay)  «dik 

qalxmıĢ  dağ»  deməkdir.  Kanq  qalasının  adı  eradan  əvvəl  VII  əsrə  aid  «Avesta»da 

Kanqha, eradan əvvəl IV əsrə aid hind eposu «Mahabharata»da Kanqı, VI-X əsrlərə 

aid  farsdilli  mənbələrdə  Kanqdez  (dez  «qala»  deməkdir).  Orxon-Yenisey  türk  runi 

yazılarında Kanq, qədim Çin mənbələrində Kanqyuy kimi çəkilir. Eradan əvvəl son 

əsrlərdə Kanq dövlətində yaĢayan qədim türk üçün kənqər («Kanq ərləri») etnonimi 

təĢəkkül  tapmıĢdır.  Deməli,  Kanq  dövlətinin  əsasını  qoyanlar  basinelər  (yəni 

peçepeqlər;  idilər,  lakin  peçeneqlər  bu  dövlətdən  kənarda  da  yaĢayırdılar. 

Peçeneqlərin  məhz  Kanq  dövlətində  yaĢayan  hissəsi  «kəngər»  adını  almıĢdır.  Bu 

dövlətin adı ilə qıpçaqların müəyyən hissəsi də kanqlı adlanmıĢdır. 

Eramızın  I  əsrinin  ortalarında  Mərkəzi  Asiyadan  hunların  böyük  bir 

hissəsinin qərbə hərəkəti baĢlanır. Onların yolu Kanq dövlətinin ərazisindən keçirdi. 

Çox  guman  ki,  hunlar  kəngərlərin  və  peçeneqlərin  müəyyən  hissəsini  özlərinə 

qataraq  yollarına  davam  etmiĢ  və  eranın  ilk  əsrlərində  Cənub-Ģərqi  Avropaya  və 

ġimali Qafqaza gəlmiĢlər. 

Qədim  gürcü  mənbələrində  eranın  I  əsri  ilə  əlaqədar  hadisələrdə  ġimali 

Qafqazda  yaĢayanlar  paçaniklər  və  onların  yaĢadıqları  ərazi  Paçaniketi  adlandırılır. 

Cənub-Ģərqi  Avropa  çöllərinə  gəlmiĢ  peçeneqlərin  və  kəngərlərin  bir  hissəsi  elə 

orada qalmıĢlar. Hər halda X əsrə aid bir Bizans mənbəsində orada olan kəngərlərin 

və peçeneqlərin adları çəkilir. Peçeneqlərin digər hissəsi isə hunlarla birlikdə Cənubi 

Qafqaza  məskunlaĢdılar.  Albaniya  ərazisində  Xunan,  Bçans,  indiki  Ermənistan 

ərazisində  Bacunays  və  Baçine  toponimləri  belə  təĢəkkül  tapdı  Kəngərlər  isə 

yuxarıda dediyimiz kimi, Qazax bölgəsində və indiki Ermənistan ərazisində (müasir 

Qukasyan rayonunda «Kanqark dağları» adı V əsrə aid ermənicə mənbədə çəkilir) və 

Naxçıvanda məskunlaĢdılar. 



 

Göründüyü  kimi,  Azərbaycan  xalqının  təĢəkkülündə  kəngər-peçeneqlər  də 



müəyyən  rol  oynamıĢlar.  Lakin  etnik  mənĢəyimiz  haqqında  saxta  konsepsiya 

ucbatından  tarixĢünaslığımızda  bu  mövzu  xüsusi  tədqiqat  predmeti  olmamıĢdır. 

Yalnız son illərdə bu barədə elmi və elmi-kütləvi əsərlər yazılmağa baĢlanmıĢdır. 

Altay  Məmmədovun  oxuculara  təqdim  etdiyi  «Kəngərlər»  əsərinin  elmi 

dəyəri  də  bundadır.  Bu  əsər  sırf  elmi-tədqiqat  olmasa  da  mövcud  ədəbiyyata 

əsaslanır.  Bir  qədər  kütləvi  səpgidə,  geniĢ  oxucular  üçün  nəzərdə  tutulmuĢ  belə 

əsərlərə  indi  ehtiyac  vardır.  Altay  müəllimin  əsəri  əsas  etibarı  ilə  kəngərlərin  Orta 

Asiyadakı  tarixini  əhatə  etsə  də,  müəllif  bu  regionun  etnik  tarixinin  bir  sıra 

məsələlərinə də toxunmuĢ və doğru mülahizələr söyləməyə çalıĢmıĢdır. 

Altay  Məmmədov  Orta  Asiyada  və  Qazaxstandakı  türkdilli  xalqların  guya 

Erkən orta əsrlərdə kəlmələri və türkləĢdirilmiĢ irandillilərin sonrakı nəsilləri olması 

haqqında konsepsiyanın saxta olduğunu söyləyir Müəllif doğru yazır ki, bəzi Qərbi 

Avropa  və  rus  tarixçilərinin,  tacik  tarixçisi  B.  Q.  Qafurovun  Orta  Asiyada  və 

Qazaxstanda türk xalqlarından əvvəl irandilli (yaxud ari mənĢəli) tayfaların yaĢaması 

fikri qədim türk etnoslarına vurulmuĢ salaqdır, gec-tez bu salaq quruyacaqdır. Tarixi 

haqsızlığa  qarĢı  çıxan  müəllif  bəzi  hallarda  emosiyaya  yer  ayırsa  da  regionun 

türkmənĢəli,  yaxud  türkdilli  tayfaların  aia  yurdu  olduğunu  təsdiqləyən  faktları 

ardıcıllıqla Ģərh etmiĢ və doqru nətisələrə gəlmiĢdir. 

«Oğuz səltənəti» və «Kəngərlər» əsərlərilə müəllif özünün xalqımızın etnik 

tarixi haqqında  yeni  konsepsiya  yaradıcılarının  sırasında  durduğunu  təsdiqləyir.  Bu 

da  xalqa  xidmətdir,  yaralı  Vətən  torpağının  çağırıĢına  haydır.  Ona  görə  də  əsərin 

geniĢ oxucular tərəfindən rəğbətlə qarĢılanacağına əminəm. 

 

Qiyasəddin Qeybullayev 

Tarix elmləri doktoru 

 

 



 


 

ĠKĠ MĠN DÖRD YÜZ ĠL ƏVVƏL 

 

Kəngərlər...  Bu  söz  təbii  olaraq  yaddaĢımızda  birinci  növbədə 



Azərbaycanda  müasir  təsviri  insəsənətin  ilk  professional  nümayəndəsi  Bəhruz 

Kəngərlini canlandırır; bir də Naxçıvan və Qarabağda kəngərlilər soy adı ilə tanınan 

qövmlər  yada  düĢür.  Görəsən  bu  türk  soy  adının  eradan  əvvəl  IV əsrə  tuĢlandığını 

çoxmu adam bilir? 

Kəngərlərin «kengeres» adlı türk tayfası olmasına «Qədim türk dili lüğəti» 

də  Ģəhadət  verir.  Görkəmli  türkoloqlar  L.N.Qumilyov  və  M.Ġ.Artamanov 

göytürklərdən  çox-çox  qədimlərdə  mövcud  olmuĢ  türk  tayfalarının  sırasında 

kəngərlərin də adını çəkirlər. Lakin ən maraqlı cəhət kəngər adının təkcə tayfa kimi 

deyil,  həm  də,  bir  dövlət  kimi  çəkilməsidir.  «Cənubda  BalxaĢ  və  Aral  arasında 

Kanqyuy,  yaxud  Kanq  dövləti  yerləĢmiĢdi.  Bu  da  seyrək  məskunlaĢmıĢ,  lakin 

görünür,  mədəni  və  müstəqil  ölkə  idi.  Onun  əhalisi  türkcə  «Kənq-ər»  -  «Kanqyuy 

kiĢiləri»  adlanırdı.  Ancaq  artıq  VIII  əsrdə  onları  yunanlar  «padzınak»,  yaxud 

«peçeneq» adlandırdılar ki, bu da bizə rus mənbələrindən məlumdur» (12,200). 

1957-ci  ildə  Alma-Atada  nəĢr  olunmuĢ  «Qazaxstan  SSR  tarixi»  kitabında 

Kəngər  dövləti  haqqında  müəyyən  məlumatlar  vardır.  Kitabda  deyilir  ki,  eradan 

əvvəd  IV-III  əsrlərin  hüdudlarında  Qazaxstan  ərazisində  yeni  tayfa  ittifaqları 

meydana  çıxır.  O dövrün mənbələrində artıq  sak tayfa  birləĢmələrinin adlarına rast 

gəlinmir.  Lakin  bu  o  demək  deyildi  ki,  sak  tayfaları  tamamilə  yoxa  çıxmıĢdılar. 

Onların  əksəriyyəti  həmin  ərazidə,  lakin  baĢqa  siyasi  birləĢmələrin  tərkibində 

yaĢamaqda davam edirdilər. Çin mənbələri məlumat verir ki, eradan əvvəl III əsrdə 

«sak  tayfaları  bir-birindən  aralı  dağınıq  halda,  ayrı  tayfalardan»  asılı  vəziyyətdə 

yaĢayırlar.  Bu  «baĢqa  tayfalar»  eradan  əvvəl  formalaĢmıĢ  usunların,  kanqyuyların, 

alanların (yantsay) birləĢmələri idi (15,40). 

Usunların torpaqları Çu çayından Tyan-ġanınĢərq qolları və BalxaĢ gölündən 

Ġsıq  gölünün  cənub  sahillərinədək  uzanırdı.  Usun torpaqlarının  qərb  sərhəddi  Talas 

çayı idi. Çin mənbələrinə görə usunlar 120 min alaçıqdan, yaxud hər iki cinsdən olan 

600 min nəfərdən ibarət idi. 

Kanq  (Çin  mənbələrində  Kanqyuy)  usunların  Ģimal-qərbindəki  ərazidə 

yerləĢmiĢdi.  Kəngərlərin  əsas  hissəsi  Kara  Tau  və  Sırdəryanın  orta  axınındakı 

ərazidə  məskunlaĢmıĢdılar.  Kanq  birləĢməsinə,  həmçinin  DaĢkənd  vahəsinin 

tayfaları da daxil idi. Çin mənbələrinə görə kanqların tayfa birləĢməsinə beĢ əyalət 

daxil idi:  Yueni,  Suse,  Fumu,  Yueqan  və  Qi.  Kanqın əhalisi  də  120 min  alaçıqdan, 

yəni 600 min nəfərdən ibarət idi (15, 41). 

Hun-Çin münaqiĢə və intriqalarına tez-tez qarıĢan, gah o tərəfə, gah bu tərəfə 

yaxınlıq  edən  usunlardan  fərqli  olaraq  kəngərlər  dövlətlərarası  münasibətlərin 

fövqündə dayanmağa çalıĢırdılar. Müstəqilliklərini hifz etmək onlar üçün hər Ģeydən 

üstün idi. Çin salnaməçiləri qeyd edirlər ki, Kanq Çin səfirlərinə (elçilərinə) «təzim 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə