Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   2   3   4   5   6   7   8   9   ...   45

 

etməyə  razı  olmurdu,  onları  fəxri  yerlərdə  əyləĢdirmirdi».  Usunlarla  müqayisədə 



Kanq «məğrur və cəsur» idi. O görünür, Çinlə hər hansı formada sıx yaxınlığı xatalı 

hesab  edirdi.  Çinlə  müxtəlif  münasibətlərdə  olub,  onunla  muharibə  aparmıĢ, 

dəfələrlə qalib gəlmiĢ xalqların qələbələri nəhayətdə məğlubiyyətə çevrilmiĢdi, Çini 

zəbt  edərək  hakim  sülaləyə  çevrilən  xalqlar  ya  tamamilə  əriyərək  öz  mənliklərini 

itirib çinliləĢmiĢdilər, ya da kütləvi genosid qurbanlarına çevrilmiĢdilər. Çin nəhəng 

piton  ilan  kimi  «qalib»  Ģikarlarını  kamına  çəkib  asta-asta  həzm  etmiĢdi.  Çin  səddi 

buna  əyani  sübutdur.  Həmin  sədd  indi  Çinin  ortasından  keçir.  Səddən  bəri  bütün 

torpaqlar əvvəllər, əsasən, türk tayfalarına mənsub olmuĢdur. 

Bütün  bunlara  baxmayaraq  Kanq  özünü  hadisələrdən  tam  təcrid  etmir,  yeri 

gəldikdə  Çin  ilə  hunların  ziddiyyətlərindən  istifadə  edirdi.  Adətən  Çinlə  sülh 

münasibətləri saxlayır, ticarət edirdi, lakin lazım gələndə hunlarla da ittifaqa girirdi. 

Belə hallar dəfələrlə olmuĢdur. 

Kanq tayfa ittifaqının çiçəklənməsi eradan əvvəl III-I əsrlərə təsadüf edir. Bu 

dövrdə Kanqın tərkibinə ġaĢdan (DaĢkənd) baĢlamıĢ Xarəzmədək vilayətlər daxil idi. 

Eradan əvvəl Kanq ərazisini geniĢləndirib Fərqanə və soğd vilayətlərini də tutdu. 

Mənbələrdə  kanqların  (yaxud  Kəngərlərin),  usunların,  alanların  tayfa 

ittifaqlarının  bir-biri  ilə  sıx  iqtisadi,  siyasi  və  mədəni  əlaqələrlə  bağlı  olmaları 

göstərilir. Deyilir ki, bəzi tayfalar gah usunların, gah da kanqların tayfa ittifaqlarına 

daxil olurdular. 

Usun və Kanq tayfa ittifaqlarının ünsiyyətnin güclənməsi ilə yanaĢı usunların 

Çinlə, kəngərlərin isə Mavəraünnəhrlə ticarət əlaqələri artırdı. 

Eranın I əsrlərindən baĢlayaraq Kanq dövlətinin əhəmiyyəti azalmağa baĢlasa 

da o, siyasi müstəqilliyini IV əsrə qədər mühafizə edə bildi. 

VI  əsrin  sonlarında  (581-ci  ildə)  Türk  xaqanlığının  qərb  hissəsi  ayrılıb 

müstəqil  dövlət  əmələ  gətirdi.  Onun  tərkibinə  Qazaxıstanın  cənub  və  cənub-Ģərq 

rayonları  da  daxil  edildi.  Xaqanlığın  mərkəzi  Semireçye  (Yeddisu)  oldu,  Xanın 

iqamətgahı  Suyəb  Ģəhərində  (Çu  çayı  üzərində)  yerləĢirdi.  Qərbi  Türk  xaqanlığına 

ucunlar,  Sırdəryanın  orta  axınındakı  kəngərlər,  ġərqi  Qazaxıstandakı  karluklar, 

BalxaĢın  cənubundakı  türkeĢlər,  Ġsıqgöl  rayonunda  məskun  olan  cigillər  ġərqi 

Türküstanda yaĢayan yaqmalar daxil idilər. 

Bunların  hamısı  türk  tayfaları  və  ya  tayfa  ittifaqları  idilər.  Kəngərlər  Qərbi 

Türk  xaqanlığı  tərkibində  də  fəallıqlarını  saxlamıĢdılar.  Orxon  yazıları  onları 

kengeres adı altında 710-711-ci illərdə türkəĢlərlə apardıqları müharibə ilə əlaqədar 

yad edir. 

Kəngərlərin  sonrakı  taleyindən  bəhs  etməzdən  əvvəl  Kanq  dövlətindən  və 

kəngərlərin mədəniyyətindən danıĢmaq vacibdir. 

Çin  salnamələri  qədim  kanqların  mədəniyyəti  haqqında  maraqlı  məlumat 

verirlər.  Məsələn,  bunlarda  göstərilir  ki,  «Kanq  çarı  iqamətgahında  saxlanılan 

kodeksə (sistemə salınmıĢ qanunlar külliyyatına - M. A.) malik idi» (15,50). 



 

Deməli,  kəngərlər  eradan əvvəl  öz  yazısı  olan  xalq  idi.  Oljac  Süleymenovun 



verdiyi  baĢqa  bir  məlumat  bu  fikri  tamamlayır.  Eradan  əvvəl  III  əsrə  aid  bir  Çin 

salnaməsində  deyilir  ki,  mətni  Ģaquli  (yazı  ilə)  verən  Çin ənənəsindən  fərqli  olaraq 

Kanq  xalqı  üfüqi  sətirlərlə  yazırdı.  (Bu  məlumatı  biz  hökmən  yadda  saxlamalıyıq, 

çünki  bu,  türk  xalqlarının  əlifba  (yazı)  tarixini  təxminən  min  il  uzadır  (Orxon-

Yenisey  yazısı  VII-VIII  əsrlərə,  Kanq  yazısı  eradan  əvvəl  IV-  III  əsrlərə  aiddir). 

Lakin bu hələ son hədd deyid, 1970-ci ildə Alma-Atanın əlli kilometrliyindəki Esik 

qəsəbəsində  (qədim  Kanq  və  usun  xalqlarının  ərazisində)  kurqan  tapıldı.  Kurqanda 

geyimi  baĢdan-baĢa  qızıldan  olan  bir  gəncin  skeleti  vardı.  Qızıllar  4800  hissədən 

ibarət olub, Misir fironu Tutanxamonun məzarından sonra ən çox qızıl tapılan xəzinə 

idi. Qızıl geyim möcüzəli incəsənət əsəri kimi həmin dövrdə türklərdə bədii sənətin 

yüksək zirvədə olduğunu nümayiĢ etdirirdi. Bu barədə Rəfiq Özdəyin «Türkün qızıl 

kitabı»nda verdiyi məlumat daha maraqlıdır. 

«ƏĢyaları  araĢdırmağa  davam  edərkən  arxeoloqun  birdən  gözləri  parladı. 

Gördüyü  Ģeyə  əlini  uzadarkən  barmaqları  titrədi.  Gördüyü  Ģey  iĢıl-iĢıl  parlayan 

qızılların yanında diqqəti çox da cəlb etməyən, yarısı xeyli qaralmıĢ bir gümüĢ tabaq 

idi. 


Buna  geniĢ  ağızlı  kasa,  hətta  bardaq  da  deyilə  bilərdi.  Qazax  tarixçisi  bu 

gümüĢ  əĢyanın  bütün  o  qızıllarla,  o  qızıl  geyimlə  müqayisə  edilməyəcək  qədər 

dəyərli  olduğunu  hiss  edirdi.  Çünki  gördüyü  Ģeyin  üzərində  yazı  vardı-26  hərfdən 

ibarət iki sətirlik yazı? 

... Yazı Orxon əlifbasının hərfləriylə yazılmıĢdı. Runik yazı idi. Yəni fırça ilə 

yazılan Çin yazısı deyil, polad qələmlə ağac, daĢ, mədən materialları üzərində həkk 

olunan  türk  yazısı  idi.  Əski  türk  damğalarında  görünən  Ģəkillərə  bənzər  bir  yazı! 

Göytürklərdənmi qalmıĢdı? Xeyr? sovet türkoloqları yazını oxumaqda gEsikmədilər. 

Bu  iki  sətrin  mənası  belə  idi;  «Xanın  oğlu  23  yaĢında  öldü.  Esik  xalqının  baĢı  sağ 

olsun.  Yazını  oxumağa  çalıĢan  tarixçi  öncə  və  düzgün  olaraq  «üç  utiz  (iyirmi  üç) 

sayını, sonra «Xan uya» (xan oğlu) kəlmələrini açdı. Yazı kimi lisan da göytürkcəyə 

bənzəyirdi...» (25,47). 

Sonra  Rəfiq  Özdək  bu  yazının  ən  azı  2500  il  əvvəl  iĢlənildiyini  qeyd  edir. 

Yazı eradan əvvəl 5-ci yüzillikdə yaĢamıĢ türk köklü sakların hökmdarı (və ya oğlu) 

olduğunu  da  göstərir.  Burada  türk  tarixçisinin  vurğulamadığı  bir  mətləb  də  var: 

Kurqan  Esik  qəsəbəsində  tapılmıĢdır,  yazıda  da  Esik  xalqının  adı  çəkilir.  Deməli, 

Esik adı da 2500 ildən artıqdır ki, yaĢayır. 

Bu  göstərir  ki,  Kanq  və  usun  dövlətləri  boĢ  yerdə  meydana  gəlməmiĢdir. 

Bunlar daha qədim sələfləri olan qurumlar idilər. 

Kəngərlərin  sonrakı  hadisələrdə  iĢtirakını  verməzdən  əvvəl  iranpərəst 

alimlərin bu xalqın soykökünə münasibətini də aydınlaĢdırmaq zəruridir. Tacik alimi 

B. Q. Qafurov «Taciklər» adlı kitabında Kanq dövlətinə dair bəzi əlavə məlumatlar 

verir.  O,  kanqların  yayı  Sırdərya  boyunda  keçirdiklərini,  baĢçılarının 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə