Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   2   3   4   5   6   7   8   9   ...   45

10 

 

iqamətgahlarının  indiki  DaĢkənd  rayonu  ərazisində  yerləĢdiyini,  beləliklə,  Kanqın 



mərkəzinin  Orta  Sırdəryada  yerləĢdiyini  qeyd  edir.  Məhz  buna  görə  də  çinlilərin 

Fərqanəni  (Davanı)  təhlükə  altına  qoyduqları  zaman  Kanqlırın,  köməyə  gələn 

xalqlardan biri olduğunu göstərir və Kanqları qonĢularını darda qoymayan xalq kimi 

səciyyələndirir. 

B. Q. Qafurov eyni zamanda Kanqın eranın  əvvəllərindəki fəaliyyətindən də 

danıĢır: «Kanqyuyun  (yəni  Kanqın)  sonrakı tarixi  az məlumdur.  Hələ  bizim  eranın 

270-ci  illərində  o,  Orta  Asiyanın  xaricinə  elçilər,  səfirlər  göndərirdi.  sonralar  onun 

qüdrəti sarsılır. O, Eftalit dövlətinin tərkibinə daxil olur» (6, 138). 

B.  Q.  Qafurov  arxeoloqların  tədqiqatlarına  əsaslanaraq  Kanq  mədəniyyətini 

«yerli mədəniyyət»  adlandırır,  lakin  kanqların  (yəni  kəngərlərin  soykökünə  gəlincə 

B. Q. Qafurovun müddəaları  əcaibləĢir və o, iranpərəst alimlərin tipik nümayəndəs 

kimi  çıxıĢ  edir:  «Kanqyuyların  (kanqların)  etnik  mənsubiyyəti  alimlərin 

mübahisəsinə  səbəb  olur.  Belə  bir  nöqteyi-nəzər  var  ki,  onlar  türkdür.  BaĢqaları 

sübut edirlər ki, kanqyuylar toxar dillərində danıĢanlara mənsubdurlar. Lakin yəqin 

ki.  Onlar  Sırdərya  saklarının  nəsilləri  və  varisləri  kimi  irandilli  olublar»  (6.137). 

Vəssalam,  nə  sübut  var,  nə  dəlil.  Özü  də  fikirlər  və  cümlələr  də  qəribə  qurulub: 

kanqyuyların  türk  olmaları  barədə  nöqteyi-nəzər  var,  toxar  dilli  olmaları  isə  sübut 

edilir. 


Əvvəla, sakların irandilli olmaları barədə iddia mifdir: «irandilli» saklardan 

necə oldu ki, türkdilli kəngərlər və üstəlik türksoylu usunlar cücərdi? B. Q. Qafurov 

dolayı  bir  «arqument»  gətirir:  «Arxeoloji  məlumatlara  əsasən  kanqyuyların 

zərdüĢtilik  panteonuna  daxil  olan  Farn  allahına  inancları  üzə  çıxır.  Bu  allah 

hökmdarların  (hakimlərin),  bununla  yanaĢı  evin,  ailənin,  sağlamlığın  mühafizi  və 

hamisi  idi.  O,  qoyun  obrazında  təcəssüm  etdirilirdi.  Məhz  buna  görə  də.  Kanqyuy 

məskunları  öz  qablarının  qulplarını  zoomorf  qoyun  Ģəklində  düzəldirdilər  (Bu 

təsəvvürlərin  qalıqları  taciklərdə  bu  günə  qədər  hifz  olunur)  (6.138).  Ġranpərəst 

alimlər  zərdüĢtiliyin  yalnız  iranlılara  məxsus  din  olduğunda  inanmıĢlar;  halbuki 

zərdüĢtilik ən  azı türklərin  və iranlıların  müĢtərək  dinidir.  Ġkincisi, «qab qulplarının 

qoyun Ģəklində» olması ilə kəngərləri taciklərin ulu əcdadı hesab etmək yalnız gülüĢ 

doğurur. Buna qalarsa qədim türk qəbiristanlıqlarında minlərlə qəbir üstü qoç-qoyun 

heykəllərinin,  orta  əsrlərdə  iki  böyük  tayfa  ittifaqının  qoyunla  bağlı  adları 

(Ağqoyunlu  və  Qaraqoyunlu)  türklərin  qoyuna  münasibəti  haqqında  qab  qulplarına 

nisbətən daha böyük və daha geniĢ təsəvvür yaratmırmı? 

Hadisələrin  sonrakı  Ģərhi  kəngərlərin  hansı  kökə  mənsub  olduğunu  daha 

dəqiq aydınlaĢdıracaqdır. 

 

 



 


11 

 

KƏNGƏR DÖVLƏTĠNĠN ƏRAZĠSĠ BÖYÜYÜR 

 

Orta Asiya tarixinə aid mənbələr, həmçinin Çin salnamələri Kəngər dövləti 



haqqında təsəvvürləri xeyli geniĢləndirir. Eradan əvvəl II əsrin sonuncu rübündə Orta 

Asiyada  olmuĢ  Çin  elçisi  (səfiri)  və  səyyahı  Çjan  Tsyanın  hesabatlarından  istifadə 

etmiĢ  Çin  tarixçisi  Sıma  Tsyan  adətləri  yueçilərlə  (yəni  quĢçularla)  uyğun  olan 

Kanqyuy,  yaxud  Kandzyuy  adlı  dövlət  haqqında  məlumat  verir.  Həmçinin 

maxabxaratada (er. əv. IV və eradan sonra IV əsrlərdə sanskrit dilində yazılmıĢ hind 

eposu) saklar və toxarlarla yanaĢı kanqların da adı çəkilir. Pəhləvi mətnlərində (VI -

IX  əsrlər)  Eran-vedj,  yəni  Xarəzm  torpaqlarında  yerləĢən  Kanqdez  qalasının  adı 

vardır.  Deyilir  ki,  Kanqdez  siyavuĢ  tərəfindən  Baxar  vilayətində  (görünür,  sonrakı 

Buxara) salınmıĢdır. 

Kanqdezin  (baĢqa  sözlə  Kanq  qalasının)  adı  «ġahnamə»də  də  xatırlanır. 

Turan  hökmdarı  Əfrasiyabın  paytaxtını  devrələyən  müxtəlif  rəngli  yeddi  divarın 

təsviri verilir (17, 85) 

Bu  məlumatlar  Kəngər  dövləti  haqqında  təsəvvürləri  xeyli  geniĢləndirir. 

Qədim  hind  və  Ġran  mənbələrində  bu  qurumdan  bəhs  olunması  onun  Qədim  dünya 

tarixində  əhəmiyyətli  mövqe  tutduğunu  göstərir.  Ġran  -  Turan  münasibətləri  ilə 

əlaqədar  olaraq  adları  çəkilən  Əfrasiyabın  və  SiyavuĢun  hələ  qədimdə  Orta  Asiya 

əhalisi  içərisində  məhəbbətlə  yad  etmələri  də  diqqətəlayiq  fakt  kimi  nəzərə 

alınmalıdır:  Bu  adlar  qədim  türk  tarixinə  açar  salınmasında  müəyyən  rol  oynaya 

bilər.  Kəngər  dövləti  ilə  bağlı  Kanqdez  qalası  barədə  olan  məlumat  xüsusi  maraq 

doğurur:  Aydın  olur  ki,  Kanqın  «kanqyuy»  kimi  verilməsi  Çin  mənbələri  ilə 

bağlıdırsa, onun Kanqxa və Kanqdez formaları hind və Ġran məxəzlərindən irəli gəlir. 

Çin salnamələrindəki məlumatlara görə eradan əvvəl II əsrdə Amudəryadan 

Ģimaldakı  bütün  ölkələr:  Buxara,  ġəxrizyabz,  KuĢaniya  (Katta-Kurqan  rayonu), 

DaĢkənd rayonu və Xarəzmin Ģimal hissəsi Ürgənclə birlikdə Kanqxa tabe edilmiĢdi 

(14.84). 

S.P.Tolstov  Kəngərlə  Xarəzmi  eyniləĢdirməyə  cəhd  etmiĢdir.  Bu 

mübahisəli  məsələyə  giriĢmək  bizim  imkanlarımız  xaricindədir.  Ancaq  Kəngər 

dövlətinə aid  maraqlı  məlumatları həmin  məsələnin  Ģərhlərindən  ayırmaq  gərəkdir. 

S. P. Tolstov Kanqın hüdudları barədə məlumatları nəzərdən keçir.dikdən sonra belə 

mülahizə  söyləmiĢdir  ki,  indiki  Özbəkistanın  (Fərqanə  və  Surxandərya 

vilayətlərindən  baĢqa)  bütün  ərazisi,  Qaraqalpaq  vilayəti,  həmçinin  Qazaxstanın 

cənuv-qərbi  bu  dövlətin  tərkibinə  daxil  idi.  (14-85).  Qısa  da  olsa  S.  P.  Tolstovun 

Xarəzm-Kəngər  məsələsinə  dair  mülahizəsi  ilə  tanıĢ  olaq:  «Kirin  və  Daranın 

dövrlərində Xarəzm Əhəmənilər dövlətinə daxil idi. Lakin e .ə. IV əsrdə (dəqiq tarix 

məlum  deyil)  Xarəzm  artıq  müstəqil  dövlət  idi  (14,85).  Xarəzmin  Qaradənizin 

Ģimalında sarmat tayfaları ilə əlaqəsi də bu dövrə təsadüf edir... E.ə. 170-ci ildə hansı 

Ģərtlər  əsasındasa  Yunan-Bəlğ  padĢahlığından  qopmuĢ  soqd,  onun  ardınca  Çaç  da 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə