Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə45/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   37   38   39   40   41   42   43   44   45

93 

 

N.  A.  Baskakov  yazır:  «Demək  olar  ki,  bütün  türk  xalqlarında  və  bütün 



dövrlərdə  dövlət  qurumları  müəyyən  bir  tayfanın  güclənməsi,  ətrafında  iqtisadi  və 

siyasi  cəhətdən  daha  zəif  olan  tayfaları  birləĢdirməsi  ilə  ĢərtlənmiĢdi  (N.  A. 

Baskakov, Turkskaya leksika v «slove o polku Ġqoreve», s. 12). 

Görünür,  8  tayfadan  ibarət  olan  peçeneqlər  müəyyən  əlamət  və  spesifik 

xüsusiyyət  baxımından  iki  yerə  beĢ  peçeneq  və  üç  kəngər tayfasına,  inzibati-siyasi 

baxımdan isə yenə iki yerə; bu dəfə dörd, dörd Ģəklində bölünmüĢlər. Dneprin sağ və 

sol  sahilində  yaradılmıĢ  peçeneq  xanlığı  bu  Ģəkildə  olmuĢdur.  Konstantin  deyir  ki, 

Cənubi  Rusiyadakı  peçeneqlərin  bir hissəsi  kəngər  adlanırdı.  Dövlət  qurumları  olan 

zamanlarda isə həmin ifadəni  belə  qurmaq  olardı:  «Kəngərlərin  bir hissəsi  peçeneq 

adlanırdı» Görünür, quraqlıq dövrü baĢlananda kəngər adlanan tayfaların mühüm bir 

qismi  öz  dövlətlərinin  əhatə  etdiyi  ərazidən,  daha  doğrusu  ana  vətənlərindən 

ayrılmamıĢlar.  Vətəndən  uzaqlarda  peçeneqlər  görünür  sayca  üstünlük  təĢkil  etmiĢ 

və  tarix  səhnəsində  onların  adları  daha  çox  hallanmağa  baĢlamıĢdır.  Bütünlükdə 

tayfa ittifaqı peçeneq adlanmıĢdır. Bununla belə peçeneqlərin hər biri özünü qürurla 

«kəngər»  adlandırırdı.  Çünki  Konstantinin  dediyinə  görə  yalnız  üç  tayfanın 

məskunlaĢdığı dairə kəngər adlanırdı - ərtüm, çur, yula-bunlar daha cəsarətli, qoçaq; 

mərd, xeyirxah və alicənab idilər. 

Konstantin  femə  (dairəyə)  (görünür  tayfalar  üzrə-M.  A.)  bölünmüĢ 

peçeneqlərin adlarını olduqca tuhrif olunmuĢ Ģəkildə vermiĢdir. Q. Qeybullayev çox 

gərgin zəhmət bahasına bu adların türk əsli bərpa etmiĢdir. 

Q. Qeybullayev mənbələr əsasında peçeneqlərin ġimali Qafqazda da məskun 

olduqlarını  qeyd  edir  və  bu  barədə  yazır:  «Qədim  peçeneqlərin  ġimali  Qafqazdan 

Albaniyaya  nə  zaman  gəlmələri  məlum  deyil.  Lakin  əgər  peçeneq  etnoniminin 

Pazkanak  dairəsinin  adında  əks  olunduğunun  hələ  VII  əsr  mənbəyində  verildiyini 

hesaba  alsaq  belə  qənaətə  gəlmək  olar  ki,  peçeneqlər  bizim  eranın  baĢlanğıcındakı 

Albaniyada məskun idilər». (7, 105). 

Kəngər-peçeneqlərin  Azərbaycanlıların  etnogenezində  Ģtirakı  indiyənəcən 

mübahisəsiz qəbul edilirdi. Lakin bu gümanla ki, onlar» XI əsr oğuzları ilə Türkiyə 

və  Azərbaycanda  məskunlaĢmıĢ  «beçene»  tayfasının  adı  və  respublika  ərazisində 

açıq-aĢkar  kəngər  soy  adlarının  mövcudluğu  ilə  Ģərtlənirdi.  Q.  Qeybullayevin 

tədqiqləri sanki məsələni kökündən dəyiĢir, o, kəngər-peçeneqlərin azərbaycanlıların 

etnogenezində  iĢtirakı  tarixini  min  il  əvvələ,  eramızın  baĢlanğıcına  çəkir.  Bunun 

sayəsində  vaxtilə  Qazaxıstan  və  Orta  Asiyada  yaranıb,  7  əsr  ömür  sürmüĢ  Kanq 

(Kanqyuy)  dövlətinin  baĢqa  türk  regionları  ilə,  o  cümlədən  Azərbaycanla  əlaqəsi 

haqqında  təsəvvürləri  müəyyən  qədər  geniĢləndirir,  eyni  zamanda  gənc  tarixçilər 

qarĢısında bu məsələnin öyrənilməsi, dərinləĢdirilməyi və geniĢləndirilməsi ilə bağlı 

yeni vəzifələr qoyur. 

Q. Qeybullayev və baĢqa alimlər «kəngər» və «peçeneq» sözlərinin mənası və 

məna tutumuna aid də müəyyən mülahizələr söyləmiĢlər. 



94 

 

L.  N.  Qumilyov  vaxtilə  yazırdı  ki,  türkeĢlərin  vuruĢduqları  xalq  Sırdəryanın 



aĢağı  hissələrində  məskunlaĢmıĢ  peçeneqlər  olmuĢdur,  onlar  Qərbə  köçənə  qədər 

«kəngər» adlanırmıĢ ki, bu da alicənablıq və cəsurluq deməkdir. Buradan aydın olur 

ki,  Qumilyov  adın  mənasına  deyil,  kəngərlərə  qonĢu  xalqlar  tərəfindən  verilmiĢ 

sifətləri göstərir. 

«Qədim  türk  sözləri  lüğəti»ndə  «kengeres»  sözündən  əvvəl  «Kenq»  sözü 

gəlir. Müstəqim mənada bu söz geniĢlik mənasındadır. Sözsüz ki, bu xalqın öz adına 

deyil, onların vətəninin, dövlətinin adına Ģamil edilməlidir. Həqiqətən də bu dövlətin 

ərazisi  böyük  idi.  Qazaxıstanın mərkəzindən  ġaĢ  (indiki  DaĢkənd) rayonu  ərazisini 

də  ehtiva  edirdi  (Bu,  Orta  Asiyada  türklərin  eranın  əvvəllərində məskunlaĢmalarına 

dair  uydurmanı  əsaslı  surətdə  ifĢa  edir).  Doğrudur,  «Lüğət»  «Kenq»  sözünün 

müxtəlif  çalar  və  mənalar  daĢıdığını  da  geniĢlik  (görünür  «ürək  geniĢliyi» 

mənasında-M.  A.),  böyüklük,  çoxluq,  zənginlik,  səxavət  qeyd  edir.  Bütün  bunlara 

baxmayaraq  xalqın  adı  onun  vətəninin,  dövlətinin  adıyla  bağlıdır,  ondan 

götürülmüĢdür.  Kəngər  «kənq  kiĢiləri»,  Q.  Qeybullayevin  etirazına  baxmayaraq 

Anarın  və  S.  Əliyarovun  «Dədə  Qorqud»da  «Qanlı  Qoca»  tərkibində  iĢlənmiĢ 

«qanlı» (qanqlı) sözünü «kəngər»lə əlaqələndirmələri düzgündür. Buna Qumilyov da 

Ģəhadət  verir.  Beləliklə,  Kanq,  Kanqar,  Qanqlı,  «Kəngərli»  sözlərinin  sonluqlarının 

hamısı  türkcədir  və  vətən,  dövlət  adından  nəĢət  etmiĢdir.  Kanqyuy  -  Kanq  dövləti 

haqqında  ilk  məlumat  Çin  mənbələrindədir.  Kanqa  artırılan  «yuy»  da  onların 

dilindədir.  Beləliklə,  kənq,  kənqər,  qanqlı,  kəngərli ana-türk  sözləridir  və  bu  xalqın 

tarixinin  çox  dərinliklərindən  bugünə  qədər  zədəsiz  Ģəklini  demək  olar  ki, 

dəyiĢmədən  gəlib  çıxmıĢdır.  Qaldı  «peçeneq»  etnoniminin  mənası.  Oljas 

Süleymenov  bu  sözü  qohumluq  mənasında  bacanaq  variantı  kimi  təqdim  edir.  Bu, 

görünür,  onların  vaxtilə  ruslarla  qız  alıb  verib  bacanaq  olmaları  ilə  əlaqələndirilir. 

Ona  qalsa  bütün  çöllülərlə  -qıpçaqlarla,  qaraqalpaqlarla,  uzlarla  və  b.  rusların  qız 

alveri  olub,  gərək  onda  adları  çəkilən  tayfaların  hamısına  bacanaq-peçeneq  deyilə 

idi.  Yazıçı  Anar  da  bu  mətləbə  diqqət  yetirmiĢdir:  «Peçeneq-biçənə  leksemini 

«bacanaq»,  yaxud  «biçənək»  sözləriylə  bağlamaq  cəhdləri  var.  Dilimizdə  hiyləgər 

mənasında «bicənək», «bicəngə» sözləri var. Bəlkə müəyyən Ģəxs adları da bu sözlə 

bağlıdır.  Xatırlayaq:  «Kitabi-Dədə  Qurqud»da  Bəybecan,  «Abbas  və  Gülgəz» 

dastanında Dəli Becan», (Azərbaycan, № 11, 1985, s. 96). 

Əvvəla,  olduqca  qüdrətli  və  böyük  tayfa  ittifaqının  adı  məhdud  qohumluq 

bildirən sözə sığmır. Ġkincisi, Qeybullayevin tədqiqləri göstərir ki, bu söz VII əsrdən 

əvvəl məlumdur (peçeneqlərin ruslara rast gəlmələrindən çox-çox qabaq), üçüncüsü, 

«bicəngə»  sözü  məğrur,  alicənab,  cəsur  bir  xalqın  adından  nəĢət  edə  bilməzdi. 

RəĢidəddində  24  oğuz  boyunun,  o  cümlədən  beçənə  boyunun  mənası  çox  yüksək 

sözlərlə  ifadə  olunmuĢdur.  O  ki,  qaldı  Boybecanla  Dəli  Becana,  burada  Anarın 

müĢahidəsi  tamamilə  məntiqidir.  Dastanlarda  çox  zaman  tayfa  baĢçısının  adı  ilə 

tayfanın  daĢıdığı  ad  eyniyyət  təĢkil  edir.  Q.  Qeybullayev  də  haqlı  olaraq  peçeneq 



95 

 

sözünün «bacanaqla» bağlılıqını, türklərdə «ak», «ək» sonluqlu tayfa, xalq adlarının 



(Qazax, qılçaq, siraq, Ģamak, kaymak, (kimə) uqrak və s.) olması ilə əsaslandıraraq 

qəbul etmir. 

RəĢidəddinə  görə  oğuz  boylarının  adlarının  mənasını  göstərən  siyahıda 

Beçenə  boyunun  ad  mənası  «iyi  çalıĢır,  qeyrət  göstərir»  kimi,  Yazıçıoğlunun 

siyahısında  isə  «yaxĢı  döyüĢçü»  kimi  verilmiĢdir.  Boyun  adı  bəzi  Ġstanbul 

nüsxələrində  «biçənə»  kimi  verilmiĢ,  «Anadoluda  bu  boy  QaĢqaridəki  beçeneq 

(peçeneq)  Ģəklində  tanınmıĢdır»  (F.  Sumər).  «Müxtəlif  qaynaqlarda  peçeneqlər 

patzinak, Badzinak, Peçenyeq, BeĢenya adlarıyla anılır. Bosniak və BoĢnak adları da 

peçeneqdən  gəlir»  (R.  Özdəok).  «Peçeneq»  sözünə  dilçi  alimlərin  açar  salmaları 

vacibdir.  Peçeneqlər  beĢ  teyfadan  ibarət  olublar.  Bəlkə...  bəlkə  sözün  əvvəli  ilə 

səsləĢən  üç  hərfdə  gizlənib  məna?  Bəlkə...  hər  hansı  formada  yazılarsa  yazılsın, 

deyilirsə deyilsin, Peçeneq qüdrətli bir türk tayfa ittnfaqının adını ifadə edir. Demək 

olar  ki,  nəzərdən  keçirilən  bütün  material  və  mənbələrdə  bu  tayfa  ittifaqı  bir  türk 

soyu kimi götürülür. 

Beləliklə,  Azərbaycan  xalqının  etnogenezində  eranın  əvvəllərindən 

baĢlayaraq türk kəngər-peçeneqlər fəal iĢtirak etmiĢlər. Bu təsadüfdürmü? Qətiyyən 

yox! ġərqi Avropa, Ural, Altay, Ġndiki Cənubi Rusiya, Sibir , Uzaq ġərqin müəyyən 

regionlarını  və  s.  əhatə  edən  böyük  türk  dünyasının  hüdudları  heç  də  Qafqaz  sıra 

dağları  deyildi.  Türk  dünyasının  hududları  indiki  Cənubi  Azərbaycan  ərazisini  də 

ehtiva edərək qədim Midiya torpaqlarından keçir və bəzən Mesopotamiyaya çatırdı. 

Bu, əzəldən, əsasən samilərin, türklərin və irandillilərin qovuĢaq yeri idi. Azərbaycan 

ərazisində  (Cənub  və  ġimal  eradan  çox-çox  qabaq,  həmçinin  eranın  əvvəllərində 

məskunlaĢmıĢ  türk  tayfa,  tayfa  ittifaqı  və  xalqlarının  adlarının  təkcə  siyahısı 

xalqımızın  hansı  zəmində,  hansı  kök  əsasında  formalaĢdığını  əyani  sübut 

etməkdədir:  bulqarlar,  dondarlar,  hunlar,  çollar,  saklar,  alanlar,  kəngər-peçeneqlər, 

oğuzlar,  komanlar,  ijmaxlar,  aranlar,  savirlər,  Xəzərlər  ,siraklar,  sadaqlar,  qazaxlar 

və  baĢqaları.  Gəlmə  olsa  bir  tayfanın,  uzaq  baĢı  iki  tayfanın  adı  çəkilərdi.  Demək 

olar  ki,  bizə  tanıĢ  tarixdə  müəyyən  rol  oynamıĢ  bütün  türk  tayfa  ittifaqları 

Azərbaycanda  olmuĢlar.  Çünki  onlar  Azərbaycanı  böyük  vətənin  bir  hissəsi  kimi 

götürmüĢlər.  Tarixdə  türklərin  yolunu  kəsmək  üçün  (Dəryaldan  və  indiki  Dərbənd 

keçidindən) çox səhdlər olmuĢdur. Lakin bu, heç bir nəticə verməmiĢdir. Müqəddəs 

Azərbaycan  torpağı  elə  bil  ki,  bütün  türk  tayfalarının  ziyarət  yeri  olmuĢdur. 

Ġndiyəcən  tarixçi  alimlər  türklərin  yarandığı  ilk  məkanı  qəti  müəyyənləĢdirə 

bilməmiĢlər, heç türk irqini də dəqiq təyin edə bilməmiĢlər. Onlar Azərbaycandanmı 

dünyaya  yayılmıĢlar,  yoxsa  baĢqa  ərazidən?  Bu  tayfaların  siyahısı  onu  göstərir  ki, 

türklər həmiĢə Azərbaycana can atmıĢlar, həmiĢə Azərbaycanla bağlı olmuĢlar. Adını 

unutduğum  bir  alim  bu  tayfaların  Azərbaycana  axını  ilə  əlaqədar  türkləri  qızıl 

balıqlara  bənzədərək  demiĢdi:  «Qızıl  balıqlar  okean  və  dənizlərin  hansı  yerində 

olurlarsa olsunlar, kürü tökmək üçün doğulduqları yerə dönürlər. 



96 

 

Bəzən və bəlkə də çox hallarda onların qayıdıĢının qarĢısını almaq üçün süni 



bəndlər,  yüksəkliklər  düzəldirlər,  bu  zaman  qızıl  balıqlar  qızıl  quĢlara  çevrilərək 

havada  qövs  cızıb maneənin  o  tərəfinə düĢüb  balıqlaĢır,  vətən həsrəti  ilə  çayyuxarı 

yüksəkliklərə üzürlər». 

Kəngər-peçeneqlər də həmin qızıl balıqlardandır. 

 

 



97 

 

Ġstifadə olunmuĢ ədəbiyyat 

 

1.

 



А н т о н о в  Н. К. Лексин по тюркологии   Иркутск. 1976. 

2.

 



Армянская география VII века по Р. X. СПб., 1877.

  

3.



 

А р т а м о н о в    М.   И.   Истории   хазар.   Л.,   1962.

 

4.

 



 Б а р т о л д    В   В. Сочинении, т. 9, М,  1977.

 

5.



 

Bahaəddin Ögəl. Böyük Hun imperiyası. I-II hissələr. Bakı, 1991. 

6.

 

Г а ф у р о в     Б.   Г.   Таджики.    М.,    1972. 



7.

 

 Г е й б ү л л а е в  Г. А этногенезу азербаиджанцев, т. 1. Баку 1991. 



8.

 

Qeybullayev. Q. Ə. Azərbaycan türklərinin təĢəkkürü tarixindən, Bakı, 1994. 



9.

 

Г у к а с я н   В.  Л.  Значение  закавказских  источников  в  изучении  истории 



азербаиджанского 

народа 


до 

письменного 

периода. 

«Советская   

Тюркология».    1978,   №   2. 

10.


 

Г у м и л е в    Л.   Н,   Древние ' тгарки.    Л..   1967.

 

11.


 

 Г у м и л е в  Л.   Н. Открытие Хазарии. М., 1966. 

12.

 

Г у м и л е в    Л.   Н.   Тысячелетия   вокруг   Каспин.   Баку,   1991.   



13.

 

Истории Армении Моисей Хоренского. М., 1893.  



14.

 

Истории Ирана с древнейших времен до конца X VI I I  века   Л, 1958. 



15.

 

Истории Казахской ССР, т. I. Алма-Ата, 1957. 



16.

 

Историн Таджикского народа. т. 1-3. М., 1963-65. 



17.

 

  Истории   Узбекской   ССР.   т.   I,   кн. I. Ташкент,   1955. 



18.

 

К а с и м о в а  С. К). Азербаиджан в  III-VII вв. Баку, 1993. 



19.

 

Kitabi-Dədə Qorqud, B.. 1986. 



20.

 

Константин  Багрянородный. Об управлении империи. М.   1989. 



21.

 

Кляшторный  С. Г. Древнетюркские рунические памнтники как источник 



по истории Средней Азии. М., 1964. 

22.


 

Mahmud QaĢqari. Divan lüğət it-türk. (Çevirəni B. Atalay), Ankara, 1992. 

23.

 

Məmmədov Altay. Oğuz səltənəti, Bakı, 1992. 



24.

 

Nizami Gəncəvi. Ġsgəndərnamə. Bakı, 1982. 



25.

 

Rəfiq Özdək. Türkün qızıl kitabı. 



26.

 

Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxıĢ, Bakı, 1993. 



27.

 

СəmĢidov  ġ.  Millətimiz  və  milli  əslimiz  haqqında.  «Millət»  qəzeti.  20.  09.-



1994, № 8. 

28.


 

Faruq Sümər. Oğuzlar. 

29.

 

Федоров   Г. А. Курганы, идолы монастры. М., 1968. 



30.

 

Эпиграфика  Казахстана.  Вып.   I.  Алма-Ата. 1971. 



31.

 

ġükürova R. M„ Oğuznamə, Bakı, 1993. 



 

 



98 

 

KĠTABIN ĠÇĠNDƏKĠLƏR 

 

REDAKTORDAN .................................................................................................. 3 



ĠKĠ MĠN DÖRD YÜZ ĠL ƏVVƏL .......................................................................... 7 

KƏNGƏR DÖVLƏTĠNĠN ƏRAZĠSĠ BÖYÜYÜR................................................. 11 

HUN-KƏNGƏR MÜNASĠBƏTLƏRĠ ................................................................... 14 

HUN ĠMPERATORU CĠCĠ XANIN BÖYÜK QƏBAHƏTĠ .................................. 19 

KƏNGƏRLƏR VƏ ÇĠN ....................................................................................... 22 

KƏNGƏR - KUġAN MÜNASĠBƏTLƏRĠ ............................................................ 25 

BƏDNAM BĠR KONSEPSĠYA ............................................................................ 29 

KƏNGƏRLƏR TÜRK XAQANLIĞI TƏRKĠBĠNDƏ ........................................... 37 

TÜRK HƏMRƏYLĠYĠ ......................................................................................... 40 

TÜRKÜSTANI ƏRƏB ORDULARI YOX, QURAN FƏTH ETDĠ ........................ 47 

HANSI TÜRKLƏR? ............................................................................................. 50 

ƏFRASĠYAB-ALP ƏR-TONQA .......................................................................... 56 

SAMANĠLƏRĠN ETNĠK MƏNSUBĠYYƏTĠ ........................................................ 67 

KANQ-SƏMƏRQƏND, YOXSA SOĞD .............................................................. 70 

KƏNGƏR-PEÇENEQLƏR ................................................................................... 83 

 

 



 


99 

 

Bədii redaktoru: R. Əzizov 



Texniki redaktoru: S. ġahbazova 

 

 



 

 

 



 

 

 



 

 

Yığılmağa verilmiĢ 07.05.96. Çapa imzalanmıĢ 



21 10.96. Formatı 84X108

1

/



32

. Mətbəə kağızı №2. 

Yüksək çap üsulu ilə. Ədəbi qarnitur. ġərti 

çap vərəqi 6,93. ġərti rəngli surəti 7,14. 

Uçot nəĢr vərəqi 7,5. Tirajı 2000. 

sifariĢ 146. Müqavilə qiyməti ilə. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası Mətbuat və Ġnformasiya Nazirliyi. 

Azərbaycan Dövlət NəĢriyyatı, Bakı-370005, 

Hüsü Hacıyev küçəsi, № 4. 

«Qızıl ġərq» iсarə mətbəəsi, 

Bakı, Həzi Aslanov küçəsi, № 80. 

  

 



 

 

 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə