Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   2   3   4   5   6   7   8   9   ...   45

12 

 

Xarəzmlə birləĢdilər. Bu dövlətin (Kəngər - M. A.) adı Çin dilində, Çin təqvimində 



«Kanqyuy» kimi səslənirdi. Bu dövlət e.ə. II əsrin ikinsi yarısında özünün ən yüksək 

çiçəklənmə dövrünə qalxır. 

Kanqxa  adı  yalnız  dövlətin  sərhədlərini  müəyyənləĢdirmək  üçün  siyasi 

termin idi; o özündə heç bir etnik məzmun əks etdirmir (?!). Çin mənbələri məlumat 

verir  ki,  Kanqyuy  dövləti  hakim  evinin  (nəslinin,  sülaləsinin),  həmçinin  soğdun 

hakimlərinin  adı  «Çao-vu»,  yaxud  «ġao-vu»  idi  (Bu  türkcə  «Caqbu»  və  ya 

«Yaqbu»ya yaxındır-M. A.). 

Əvvəla, S. P. Tolstovun «Kanqyuy» ifadəsinin yalnız sərhəd bildirən siyasi 

termin  olması  haqqındakı  fikri  səhvdir.  Ġkincisi,  həmin  ad  təkcə  Çin  dilində  deyil, 

türk runi yazıda «Kenqeres», hind-Ġran dillərində Kanqxa kimi təqdim olunmuĢdur. 

L. Ġ. Qumilyovun və M. Ġ. Artamanovun əsərlərində də adın sərhəd yox, etnik məna 

tutumu  (Kanq  +  ər)  vardır.  Üçünsüsü,  Kanq  dövləti  nə  Əhəməni  dövlətinin,  nə  də 

Yunan-Bəlx padĢahlığının tabeliyində olmamıĢdır.  

«Özbəkistan  SSR  tarixi»ndə  deyilir  ki,  eranın  əvvəllərində  Kanq  dövləti 

kuĢanlar  tərəfindən  fəth  edilir.  Eyni  zamanda  göstərilir  ki,  «KuĢan  dövlətinə  daxil 

olan  (bunun  necə  baĢ  verdiyi  məlum  deyil)  Kanq  dövləti  özünün  müəyyən 

müstəqilliyini saxlamıĢdı: belə ki, Çin məlumatlarına görə Kanq yantsay (aors, alan) 

xalqlarını və baĢqa tayfaları özünə tabe etdi. Beləliklə, Kanq əvvəllərdən baĢlayaraq, 

Volqaboyunu,  Ön  Qafqazı  və  Cənubi-Uralboyunu  müstəmləkələĢdirmək  planını 

həyata keçirməkdə davam etdi» (17,87). 

Bu  daha  çox  kəngərlərin  həmin  ərazilərdəki  həmsoyları  ilə  əlaqələrini 

möhkəmləndirmək mənasında da baĢa düĢülməlidir. 

Kanq  kuĢanlara,  eftalitlərə,  istərsə  də  göytürklərə  tabe  olduğu  dövrlərdə 

daxili müstəqilliyini  kifayət  dərəcədə hifz  etmiĢdir.  Bunun bəlkə  də  etnik  səbəbləri 

də var, yəni Kanq bu etnoslarla eyni etnik  kökə mənsub idi. Digər tərəfdən, Kanqın 

müəyyən xəracla öz müstəqilliyini qoruması da istisna olunmur. 

Eradan əvvəl II - I əsrlərdə Kanq dövlətinin ərazisində çoxlu qədim və yeni 

Ģəhərlər  vardı.  Bu  Ģəhərlərdə  peĢə  və  sənətkarlıq  inkiĢaf  edir,  qızğın  alver  gedir, 

ticarət  geniĢlənir,  köhnə  suvarma  qurğuları  mühafizə  olunur  və  yeniləri  tikilirdi. 

ĠnkiĢaf  etmiĢ  pul  sistemi  və  həmin  dövrün  sonuna  doğru  nizama  salınmıĢ  pul 

dövriyyəsi iqtisadi həyatın irəliləyiĢinə Ģəhadət verirdi (17.87). 

«Özbəkistan SSR tarixi» kitabında Kanq dövlətində ağır zireh geyinmiĢ və 

atları  da  zirehə  bürünmüĢ  qoĢun  növünün  olması,  ərazisində  möhkəm  müdafiə 

qurğularının  və  qalaların  mövcudluğu  göstərilir,  orada  ġimali  Qafqaz  əĢyaları  ilə 

səsləĢən  yüksək  keyfiyyətli  dulusçuluq məmulatının  aĢkar  edildiyi  qeyd  olunur (17, 

88-89). 


Təəssüblü  görünsə  də  kəngərlərin  soy  kökünə  aid mülahizə  yoxdur,  yalnız 

mənbələrdən  gətirilən  sitatlarda  onların  hələ  soy  kökü  tam  aydınlaĢdırılmamıĢ  olan 

yuecilərə  (yəni kuĢan  -  M.  A.) mənsub  olmaları  barədə  ehtimal  söylənir.  Lakin  VII 



13 

 

əsrdə  ərəblərə  qarĢı  səbatsızlıq  göstərən  Səmərqənd  hakimi  Tərxunun  adının  türk 



titulundan  götürülmüĢ  Tərxan  olduğu  deyilir.  Əlbəttə,  1955-ci  ildə,  yəni  Stalinin 

ölümündən cəmi iki il sonra buraxılmıĢ (yəqin ki,  əsər üç-dörd il əvvəl yazılıbmıĢ) 

kitabda pantürkizm xofunun tüğyan elədiyi bir vaxtda «Türk» adı çəkmək o qədər də 

asan deyildi. 

1963-cü ildə Moskvada çap edilmiĢ «Tasik xalqının tarixi» kitabında isə bir 

sıra dəyərli məlumatlarla yanaĢı kəngərlərin türk soyundan olduqları etiraf edilir. 

Kitabda  deyilir:  «Gərayın  Cənubi  Orta  Asiya  vilayətlərində  və  Əfqan 

Türküstanında gələcək QuĢan dövlətinin əsaslarını qoyduğu bir vaxtda Orta Asiyanın 

ġimal  hissəsində  böyük  dövlət  qurumu  yaranır;  mənbələrdə  bu  dövlət  qurumu 

Kanqyuy  adlandırılır»  (16,  317).  Buradaca  qeyd  edək  ki,  mənbələrdə  Kanq 

dövlətinin  eradan  əvvəl  IV  əsrdə  yarandığı  göstərildiyinə  görə  Gəray  dövründə  bu 

dövlətin  böyüməsindən  daha  çox  ərazi  tutmasından  söhbət  gedə  bilər.  Kitabda 

deyilir: «Kanqyuyun nüvəsini köçərilər təĢkil edirdi. Onun mərkəzi isə görünür, Orta 

Sırdəryada yerləĢmiĢdi. Bu çay ilk orta əsrlərə qədər «Kanq çayı» adlanırdı və ərazi 

kengeres 

(«kapq  adamları»,  yaxud  «kanq  kiĢiləri»  tayfaları  tərəfindən 

məskunlaĢmıĢdı» (16,481). Burada birbaĢa «türk» adı çəkilməsə də, nəticə etibarı ilə 

L. N. Qumilyovun «Kanq kiĢiləri» ifadəsilə səsləĢir və eyni məna verir. 

«Bizim  eradan  əvvəl  IV əsrdəki hadisələr  barədə  dəyərli məlumatları  olan 

antik müəlliflər Kanqyuy dövlətinin adını çəkmirlər; buna görə güman etmək olar ki, 

bu  dövlətin  möhkəmlənməsi  e.  ə.  III  yaxud  hətta  II  əsrlərə  təsadüf  edir  və 

ümumiyyətlə,  köçərilərin  Orta  Asiyanın  siyasi  həyatında  rolunun  güclənməsi  ilə 

əlaqədardır.  Çjan  Tsyan  e.  ə.  128-ci  ildə  Kanqyuyu  artıq  çoxdan  böyük  dövlət 

birləĢməsi kimi tanıyır. Lakin onun sözlərinə görə bu birləĢmənin cənub rayonları öz 

üzərlərində  yuecilərin,  Ģərq  rayonları  hunların  hakimiyyətini  qəbul  edirlər. 

Kanqyuyun Cənub rayonlarına hələ o dövrdə Orta Asiya çaylararası sahəsinin Ģimal 

hissəsi  daxil  idi.  Belə  ki,  səyahətçi  Fərqanədən  Baktriyaya  gedərkən  Kanqyuy 

torpaqlarından keçməlidi» (16,348). 

Hunlardan  və  yuecilərdən  asılılıq  məsələsinə  gəlincə  demək  olar  ki,  bu, 

kəngərlərin  bütövlüyünə,  müəyyən  istiqamətdə  hərəkətlərinə  mane  olmurdu.  Kanq 

uzaqbaĢı  müəyyən  miqdarda  xəracla  dövlət  iĢlərini  sahmanda  saxlaya  bilirdi. 

Sonradan  yuecilərin  nüvəsi  Cənuba  köçəcək,  ayrı-ayrı  beĢ  hissəyə  bölünüb 

oturaqlaĢmaq  nəticəsində  xeyli  zəifləyəcəkdir.  Bunun  sayəsində  Kanq  rahat  əl-qol 

açıb öz dövlətini daha da geniĢləndirəcəkdir. Zaman keçdikçə kanqların və yuecilərin 

qüvvələr  nisbəti  birincinin  xeyrinə  dəyiĢir.  «Xarakterik  cəhət  budur  ki,  əgər  Çjan-

Tsyanın  sözü  ilə  yuecilər  100  -  200  minlik,  Kanq  isə  cəmi  80  -  90  minlik  qoĢuna 

malik  idilərsə, Tsyan-Xan-ġu  bunun əksinə  Kanqın  120  min,  yuecilərinsə  100  min. 

nəfərlik  qoĢuna  malik  olduqlarını  söyləyir».  (16,348).  «Nisbətən  sonrakı  dövr 

mənbələrinin  məlumatlarına  görə  Kanqyuya  beĢ  kiçik  inzibati  ərazi  tabe  idi:  Suse 

(sonrakı  Keit-ġəxrisyabz),  Fumu  (sonrakı  ZərəfĢan  vadisindəki  vahə-  KuĢan),Yuni 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə