Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   2   3   4   5   6   7   8   9   ...   45

14 

 

(ġaĢ-DaĢkənd),  Qi  (olsun  ki,  Buxara)  və  Yuqyan  (Ürgənc  –Xarəzm).  Beləliklə, 



Kanqyuy DaĢkənd və Xarəzmdən baĢqa soğdun da əhəmiyyətli hissəsini I tərkibinə 

alan, Cənub-Ģərqdə Fərqanə, Cənubda isə Parfiya və Yueci torpaqları ilə həmsərhəd 

olan olduqca böyük bir dövlət idi» (16.348). 

Burada iki mətlobə xüsusi diqqət yetirmək zəruri- 

Birincisi, S. P. Tolstovun Xarəzmlə Kanq dövlətini eyniləĢdirmək cəhdinə. 

Halbuki, yuxarıdakı məlumatdan aydın olur ki, Xarəzm Kanq dövlətinə daxil olan bir 

vilayət  və  ya  knyazlıq  mövqeyində  dururdu.  Ġkincisi  və  daha  mühümü,  Soğdun 

əhəmiyyətli hissəsinin  Kanq  dövlətinin  tərkibinə daxil  olmasıdır.  Bunu  bilmək  ona 

görə zəruridir ki, bəzi tarixçilər çox zaman «Kanq» yerinə «soğd» iĢlədirlər. Bunun 

bilərəkdən,  ya  bilməyərəkdən  irəli  gəldiyini  seçmək  çətindir.  Ona  görə  də  çox 

hallarda  soğd  sözünü  Kanq  dövlətinin  sinonimi  kimi  baĢa  düĢmək  lazım  gəlir. 

Səmərqənd isə həm Ģəhər, həm də dövlətin adı kimi götürülür. 

Kitab  müəllifləri  eradan  əvvəl  II  əsrin  sonu  və  I  əsrin  əvvəllərində  Kanq 

dövlətinin  yüksəliĢini  və  möhkəmlənməsini  «onun  Çinə  olan  qeyri-asılı  müstəqil 

mövqeyinin nəticəsi» kimi izah edirlər. 

Əlbəttə  bunu  təkcə  Çin-Kanq  münasibətləri  məsələsi  ilə  izah  etmək 

birtərəfli  olardı.  Kanq  çevik  siyasəti  ilə  regionda  nüfuzunu  saxlayırdı.  Çox  vaxt 

münaqiĢəni  pulla  həll  etməyin  mümkünlüyunü  bilərək  xərac  verməyi  və  ya  xərac 

almağı müharibədən üstün sayırdı. 

 

HUN-KƏNGƏR MÜNASĠBƏTLƏRĠ 

 

Kəngər  dövlətinə  aid  ən  dəyərli  məlumatlara  tarixçi  Bahaəddin  Ögəlin 



«Böyük Hun imperiyası» kitabında rast gəlmək olar. Bu kitabın üstün cəhətlərindən 

biri müəllifin yeri gəldikdə qədim Çin qaynaqlarından bütöv bölmələri olduğu kimi 

təqdim  etməsindədir.  O  öz  fikirlərini  oxuculara  son  nəticə  kimi  qəbul  etdirmək 

iddiasından uzaqdır. Verilən mətndən oxucunun çıxaracağı nəticə bəlkə də onu daha 

çox  maraqlandırır.  Bu  mətnlərin  çoxu  rəsmi  dövlət  sənədləri  olduğuna  görə 

(valilərin, sərkərdələrin və s. saraya məruzə və raportları) təbliğat xarakteri daĢımır, 

qonĢu  dövlətin  siyasi  durumu,  hərbi  gücü,  iqtisadiyyatı  barədə  daha  obyektiv 

həqiqətə daha yaxın, daha yığcam məlumatlar verir. 

Qazaxstan tarixçiləri Kanq və ya Kəngər dövlətinin adını rus dili vasitəsilə 

çincədən  tərcümə  edilmiĢ  «Kanqyuy»,  B.  Ögəl  isə  «Kanq-cu»  kimi  yazırlar. 

Bahaəddin  Ögəl  bu  dövlətin  ilkin  adını  yox  daha  sonralar  həmin  dövlətə  verilmiĢ 

«Səmərqənd”  adını  iĢlədir  və  arabir  bu  adı  belə  təqdim  edir:  «Səmərqənd  (Kanq-

cu)». Görünür, eradan sonra Orta Asiyanın siyasi xəritəsində müəyyən dəyiĢikliklər 

baĢ  vermiĢ,  eradan  əvvəlki  sənədlər  sahmanlanarkən  «Səmərqənd»  adı  ön  plana 

keçmiĢdir. 



15 

 

Lakin  həmin  sənəddə  usunların  və  Səmərqənd  (Kanq-cu)  dövlətlərinin 



qədimliyi  xüsusi  vurğulanır:  «Bu  dövlətlər  qədimdən  də  var  idi,"  indi  də 

dəyiĢməmiĢlər» (5,1,207). 

Bahaəddin  Ögəl  Kanq  dövlətinin  bir  sıra  hallarda  «Səmərqənd» 

adlandırılması haqqında yazır: «Səmərqənd zonası haqqında geniĢ səpgidə Kanq-chu 

(oxunuĢu  Kanq-cu)  deyimini  iĢlətmiĢdilər.  Bu  deyim  Cənubdakı  zonaların  hamısı 

üçün  də  söylənmiĢdir.  Hətta  bəzən  onun  Sırdəryanın  Ģimalında  Xəzər  dənizinin 



bütün sahillərini birləĢdirən geniĢ bir məna (qaralar bizimdir - M. A.) daĢıdığı da 

müĢahidə edilmiĢdir. Buna görə çinlilərin «Kanq-cu» deyimini dırnaq içində yalnız 

Səmərqənd Ģəhəri kimi göstərən dəlillərə inanmaq doğru deyil. «Sonrakı Xan sülaləsi 

tarixi»ndə  Səmərqənd  zonasından  çox  ətrafı  ilə  əlaqələndirilmiĢdir.  Buna 

baxmayaraq  biz  çincə  «Kanq-cu»  deyimi  iĢləndikcə  bu  yeri  Səmərqənd  adı  ilə 

tanıdacağıq (5,11,222). 

BaĢqa  müəlliflər  də  Kanq-Səmərqənd  əlaqələrindən  bəhs  edirlər:  «Kanq» 

Fərqanə ilə həmsərhəd idi. Görünür, bu onun Cənub-Ģərq hüdudu olmuĢdur. Cənubda 

Kanq  yuecilərlə həmsərhəd idi.  ġimal-qərbdə  Kanqın əraziləri  Yansaya  baĢqa  sözlə 

Uralboyu  sarmat-alan  tayfalarının məskunlaĢdığı  yerlərə  qədər uzanırdı:  bu  tayfalar 

Kanq hökmdarlığından asılı idilər» (6,137). Bu müəllif baĢqa səhifədə yazır: «Kanq 

dövlətinin  ərazisində  aparılan  arxeoloji  qazıntılar  nəticəsində  mütəxəssislər  Orta 

Sırdərya  mədəniyyətini  (eradan  əvvəl  və  yeni  eranın  baĢlanğıcında)  Kaunçi-Cun 

mədəniyyəti  adlandırmıĢlar.  Onun  əsas  arealı  sonralar  Qaraməzar  dağlarına  və 

Səmərqəndə  qədər  geniĢlənmiĢdir.  Bu  mədəniyyət,  elə  Kanq  mədəniyyəti  idi» 

(6,138). 

Bu məlumat, yəni arxeoloji materiallarda təsdiq edilən mədəniyyət eyniliyi, 

qədim  türk  dövlətlərindən  olan  Kanq  və  Səmərqənd  ərazilərində  əhalinin  eyni 

kökdən  olmasını  sübut  edir  (Ġstinaddakı  «Kaunçi»  sözü  ilə  B.  Ögəlin  hunlardan 

əvvəlki türklər kimi iĢlətdiyi «Kaoçi» sözlərinin oxĢarlığı diqqəti cəlb edir). 

Bahaəddin  Ögəl  Kanq  dövlətinin  adını  Səmərqənd  kimi  iĢlətməsinin 

səbəbini  açıqlamır.  Biz  «Kanq»  kökündən  ayrılmamaq  uçün  həmin  tarixçidən 

gətirilən istinadlarda hər dəfə «Səmərqənd»dən sonra mötərizədə «Kanq-cu» sözünü 

iĢlətməyi  münasib  bildik.  B.  Ögəlin  özü  də  bu  qaydaya  ara-sıra  riayət  edir.  Buna 

görə zəruridir ki, iranpərəst alimlər saxta konsepsiyalarını bir sıra hallarda ilkin, əsil 

kökündən ayrılmıĢ sözlər üzərində qurmağacəhd edirlər. 

Bahaəddin Ögəlin kitabında «usun» sözü «vusun» Ģəklində yazılmıĢdır, Bu 

dövlətin  adını  Qazaxstan  tarixçiləri  «Usun»  Ģəklində  yazırlar.  Qazax  xalqının 

etnogenezində  iĢtirak  etmiĢ  tayfalardan  biri  də  «usun»lardır.  Biz  hələlik,  yəni 

gələcəkdə  türk  dövlətləri  tarixçilərinin  hazırlayacaqları  vahid  terminologiya 

yarananadək, hər bir mənbədəki adı olduğu kimi, Vusunda isə «v» hərfini mötərizəyə 

almaq Ģərti ilə olduğu kimi verməyi münasib saydıq. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə