Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   2   3   4   5   6   7   8   9   10   ...   45

16 

 

Bahaəddin Ögəlin faktlarla zəngin kitabında hunlarla qonĢu olan tayfa, xalq 



və  dövlətlər  haqqında  dəyərli  məlumatlar  verilir.  Eradan  əvvəl  270-ci  illərdə  baĢ 

vermiĢ  hadisələrlə  bağlı  sənədləri,  eranın  üçüncü  yüz  illiyinin  ortalarında  Yu-Huan 

tərəfindən  sahmana  salınmıĢ  «Ven-Luh»dən  gətirilən  parçanı  təqdim  edir.  Həmin 

yazıda ġimal yolunun ġimal-qərbə doğru çevrilib (v) usunlara və Səmərqənd (Kanq-

cu) hökmdarlığına getdiyi göstərilir. Kitabdakı Kanq dövlətinin müxtəlif dövrlərdə.. 

daha geniĢ əraziləri əhatə etməsi barədə də qiymətli məlumat vardır. 

«...Bundan  sonra  Alan  dövlətinə  gəlinir.  Bunun  digər  bir  adı  da  Alandır. 

Bütün  adətləri  Səmərqənd  hökmdarlığında  olduğu  kimidir.  Bura  qərbdə  Tai-

cinlə  (Krım  yarımadası  və  ya  Bizansla),  cənub  Ģərqdə  isə  Səmərqənd  (Kanq-cu) 

hökmdarlığı  ilə  qonĢudur.  Onların  ölkəsində  çox  qiymətli xəz  dərili heyvanlar  var. 

Əsasən  heyvandarlıqla  məĢğul  olurlar.  Yaxınlıqlarında  böyük  bataqlıqlar  var.  Bəzi 

zamanlarda  Səmərqənd  (Kanq-cu)  hökmdarlığına  bağlı  qaldılar.  Ġndi  isə  heç 

kəsə  bağlı  deyillər.  Bundan  da  anlaĢılır  ki,  Səmərqənd  (Kanq-cu)  hökmdarlığı 

arabir hakimiyyətini Xəzər dənizinin Ģimalına qədər uzatmıĢdı». (5,1.208). 

«Hun imperiyası» kitabında verilən məlumatlar «Kanq» dövlətinin zaman-

zaman  öz  ərazisindən  baĢqa  az  qala  indiki  Orta  Asiya  və  Qazaxstan  ərazisini  də 

bütünlüklə öz təsiri altında saxladığına Ģəhadət verir: a) At yetiĢdirən bir yer. «Li-i» 

məmləkəti  Səmərqəndə  (Kanq-cuyə)  bağlıdır.  Onların  yetiĢdirdikləri  atlar  çox 

məĢhurdur.  Qaramal  və  qoyunları  da  yaxĢıdır.  Üzumlə  birlikdə  digər  hər  cür 

meyvələr  də  yetiĢdirirlər.  Bu  məmləkətin  suyu  da  yaxĢıdır.  Onların  üzüm  Ģərabları 

çox səs salmıĢdır. Bu məmləkətin hara olduğunu yaxĢı bilmirik. Göytürk çağında (VI 

-  VIII  əsrlər)  Ancaq  bir  dəfə  «su-i»  Ģəklində  yazılan  bu  yerin  Suğdaç  zonası  və  ya 

Soğdiana  olması  yerində  görünə  bilər»  (5,11.222)  «b/alanlar» ...Yen  cai dövlətinin 

(və  ya  ölkəsinin)  adı  (bu  çağda)  A-lan-liao  Ģəklində  dəyiĢdi.  Onların  Ti  adlı  bir 

paytaxtları  vardır.  Səmərqəndə  (Kanq-cuyə)  bağlıdırlar...  Onların  xalqının  adət  və 

ənənələri,  geyimləri  Səmərqəndlilərlə  (Kanq-culərlə)  eynidir..,  Eradan  sonra  I 

yüzilliyin  ortalarında  yazılmıĢ  bir  Çin  qaynağında  həmin  məsələ  belə 

qiymətləndirilir:  «...Liao,  Yen  və  Yen-can  adlı  daha  üç  dövlət  (və  ya  ölkə)  var  ki, 

bunlara  A-lan  (Alan)  adı  verilir.  Onların  adət  və  ənənələri  də  Səmərqəndlilərlə 

(Kanq-cülərlə)  eynidir...  Daha  əvvəl  arabir  Səmərqənddən  (Kanq-cudən)  asılı 

yaĢamıĢlar. Lakin indi onlar müstəqil yaĢamaqdadırlar (5,11,222-223). 

Yeri  gəlmiĢkən  bir  məsələ  haqqında  mülahizəmizi  bildirək.  Bir  sıra 

tarixçilər  «alan»  deyimini  də  çox  manipulyasiya  edirlər.  Çox  zaman  qədim  türk 

xalqları  ilə  adı  yanaĢı  çəkilən  alanlar  haqqında  elə  danıĢırlar  ki,  sanki  onların 

irandilliliyi  tam  sübuta  yetirilmiĢdir.  Məsələn,  M.  Ġ.  Artamanov  «Xəzər  tarixi» 

kitabında  yazır:  «Alanlar  sarmatlar  kimi  bir  sıra  müstəqil  tayfalardan  ibarət  olub 

hind-avropalıların  irandillilər  qrupuna  mənsub  idilər”  (3,43).  Sarmatların  etnik 

mənsubiyyətləri  hələ  tam  müyyənləĢdirilmədiyi  halda  alanları  da  onların  «gözünə 

qatıb»  irandilli  kimi  təqdim  etmək  üçün  heç  bir  əsas  və  dəlid  göstərilmir.  Sonra 




17 

 

deyilir:  «Ümumiyyətlə,  isə  alan  mədəniyyəti  mahiyyət  etibarı  ilə  sarmat 



mədəniyyətindən  fərqlənmirdi»  (3.44).  Bu  müqayisə  və  ya  eyniləĢdirmə  alanlar 

haqqında təsəvvürlərə, demək olar ki, heç nə əlavə etmir. Sonra «Hunlar və alanlarda 

eyni  olan  köçəri  həyat  tərzinin  klassik  təsvirini  vermiĢ  Ammian  Marsellini  deyir: 

Müəyyən yaĢayıĢ məskənləri, evi, ocağı, qanunları, məhkəm həyat tərzi olmayan bu 

adamların hamısı müxtəlif yerlərə köç edir...» (3,45), Deməli, alanların həyat tərzi, 

adətləri  türk  hunlarınkı  ilə  eynidir.  Formal  məntiqə  görə  hələlik  məchul  kimi 

götürülən  sarmatlar  da  hun-türklərlə  eyni  həyat  tərzi  və  adətlərə  malik  olmalı  idi. 

sonra: «Təxminən 370-ci ildə hunlar Don çayına qədər olan Xəzərətrafı çölləri tutan 

alanların  müqavimətini  qıraraq  çoxunu  öldürüb  qarət  etdilər,  qalanları  özlərinə 

birləĢdirdilər»  (3.45).  Ġstər  hunlar,  istərsə  göytürklərdə  özləri  idə  eyni  soydan  olan 

tayfa  və  tayfa  ittifaqlarının  baĢçılarını  qırıb  qalanları  öz  ordalarına  daxil  etmələri 

faktları çoxdur. Sonradan alanlar bir sıra döyüĢlərdə hun ordusunun öncül dəstələri, 

avanqardları kimi çıxıĢ edirlər. 

Bəs  M.  Ġ.  Artamanov  hansı  faktlara  əsaslanaraq  alanları  «irandilli» 

adlandırır?  Kitabın  50-ci  səhifəsinin  aĢağı  qeydlər  hissəsində  yazılır:  «Vernadski 

antları aso-slavyan adlandırır və belə hesab edir ki, onların hakim nəsli alan (osetin) 

mənĢəli olub. Onun təsəvvüründə aslar üç qrupdan ibarət idi: AĢağı Dunayda (qərbi 

antlar),  Yuxarı  Don  hövzəsində  (Ģərqi  antlar)  və  ġimali  Qafqazda  aslar  (osetin) 

məskun  idi.  Xəzərlərin  hakimiyyəti  altına  düĢmüĢ  Ģərqi  antların  müəyyən  hissəsi 

Taman yarımadası da daxil olmaqla aĢağı Don və Azov ətrafında məskunlaĢdılar». 

Bu  dolaĢıq  mühakimədən  alanların  soy  kökü  barədə  aydın  təsəvvür  hasil 

olmur.  Görək  tarixçi  alim  Q.  Qeybullayevin  bu  barədə  fikri  nədir:  «sarmatlarla 

əlaqədar olaraq Alan adlı qədim türk etnosu haqqında bir neçə söz demək lazımdır. 

Eranın əvvəllərində nəhəng bir ərazidə - Ural-Volqa çayları arasında bir etnos Alan 

adı  ilə  məlumdur.  Digər  tərəfdən,  ġimali  Qafqazda  yaĢayan  irandilli  osetinlərin 

özünü adlandırması  allondur.  Bu alanları həmin  osetinlərin  ulu  əcdadları  sayılması 

üçün  bəs  etmiĢdir.  Osstinlərin  mənĢəyi,  tarixi  və  dili  üzrə  mütəxəssis,  milliyyətcə 

osetin  V.  Ġ.  Abayev  özü  yazıb  ki,  osetinlərin  Ģərqdən  gəlmə  olması  haqqında  fikir 

səhvdir.  O,  osetin  dilində  qədim  yunan,  latın,  alman  və  s.  xalqların  dillərinə  aid 

sözlər  aĢkar  etmiĢdir.  Elə  Ġsə  Ural  və  Volqa  çayları  arasında  yaĢayan  alanlarda  bu 

sözlər ola bilərdimi? 

Əslində Alan etnik adını daĢıyanlar təmiz türklər idilər. Alan etnonimindəki 

«al»  kökü  Alat  (Ələt)  və  Alar  türk  tayfalarının  adlarında  da  iĢtirak  edir.  A. 

Bakıxanov yazır ki, alanların adətləri hunların adətləri ilə eyni idi... Prokopi (VII əsr) 

adlı tarixçi yazır ki, alanlar mənĢəcə massagetlərdəndir» (8,198). 

Buna  daha  nə  əlavə  edək,  yadımıza  salaq  ki,  qədim  Çin  mənbələrində 

deyilir  ki,  alanların  adət  ənənələri  kəngərlərlə  eynidir.  Beləliklə,  alanların  türk 

olmalarına  dair  mənbələrin  sayı  daha  çoxdur.  Bununla  belə  biz  bu  məsələnin  tam 

aydınlaĢdığını  qəti  söyləmirik.  Bu  mühüm  problem  dərindən  və  ətraflı  tədqiqə 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə