Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

18 

 

möhtacdır. Onu aydınlaĢdırmaq türkologiya elminin daha sürətli inkiĢafına imkanlar 



yaradırdı. 

Eradan  əvvəl  I  əsrin  ortalarında  Kəngər  dövləti  ilə  bağlı  baĢ  vermiĢ 

hadisələri «Böyük hun imperiyası» kitabındakı məlumatlar əsasında müəyyən qədər 

izləmək mümkündür.  Həmin  dövrdə  ġərqi hun  xaqanı huhanyeh  xan  böyük  qardaĢı 

Cici xan tərəfindən məğlub edilmiĢ və Çinə sığınmıĢdı. Çinə qarĢı barıĢmaz mövqeyi 

ilə fərqlənən Cici xan eradan əvvəl 54-cü ildə «hunların yeganə və böyük xanı olur. 

O,  türk  dövlətləri  və tayfaları  ittifaqlarının  sıx  olduğu qərbi  Türküstan ərazilərində 

«Qərbi  hun  dövləti»  qurmaq  yolunda  böyük  və  ardıcıl  əməliyyatlar  aparır.  Onun 

hücum hədəflərindən biri də vaxtilə hunların vassalı olmuĢ, sonradan isə qüvvətlənib 

onları saymayan (V) Usun dövləti idi. 

Kitabda  üç  türk  dövlətinin  (hun,  Kanq  və  Usun)  bir-birlərinə 

münasibətlərinə dair faktlar vardır. Həmin münasibətlərin təhlili göstərir ki, bunların 

hər  üçündə  dövlət  qurumu  hakimiyyət  müstəqilliyi,  soy  birliyi,  soy  vəhdəti 

ideyasından  üstün  yer  tutur.  Bəzi  hallarda  bunlar  ittifaqa  girsələr  də  öz 

müqstəqilliklərini  qısqanclıqla  mühafizə  etmiĢlər.  Bunların  vuruĢduqları,  bir-

birlərinə zərbələr endirdikləri məqamlar da olmuĢdur. 

Bahaəddin  Ögəlin  müraciət  etdiyi  qaynaqlardan  birində  deyilir  ki,  (v) 

usunların adətləri hunlarla eynidir,  cəsur və döyüĢçü adamlardır; əvvəllər hunlardan 

asılı idilər; sonralar gücləndilər... Müstəqil oldular (yenidən müstəqil oldular-M A.). 

Bundan sonra da hun sarayındakı toplantıya (və ya qurultaya) getmək istəmədilər». 

(V)usunların  ən  qüdrətli  dövrü  eradan  əvvəl  birinci  əsrə  təsadüf  edir.  Bu 

dövrə  qədər regionda hegemon  olan  Kanq  dövləti  usunların  güclənməsinə  dözmür, 

görünür  onların  gələcəkdə  daha  təhlükəli  bir  qüvvəyə  çevriləcəyindən  ehtiyat  edir. 

Kanq  dövləti  usunlarla  müharibə  üçün  müttəfiq  və  həlledici  qüvvə  kimi  hunlara 

müraciət edir. Kanq hökmdarı qərbi Hunların imperatoru  Cici xanı yardıma çağırır. 

«Səmərqənd  hökmdarlığı  (yəni  Kanq-cu)  baĢqa  dövlətlərə  qarĢı  özlərini  zorla 

möhkəmləndirməsi və (v) usunları da Səmərqənd (Kanq-cu) hökmdarlığına qatması 

üçün  hunlarla  Cici  xanı  çağırdı.  Cici  xan  Səmərqənd  (Kanq-cu)  hökmdarlığına  bir 

neçə dəfə öz ordusu ilə kömək edib (v) usunlara hücum etdi. Cici xan ordusu ilə (v) 

usun hökmdarlığının çox dərinliklərinə girdi. Onların paytaxtı olan Qızıl vadi (Ci-ku) 

Ģəhərinə  qədər  getdi.  Əhalinin  bir  hissəsini  qırdı,  bir  hissəsini  də  heyvanları  və 

əmlakları  ilə  birlikdə  alıb  apardı.  (V)  usunlar  alınan  və  qarət  edilən  insan  və 

heyvanlarını  geri  almağa  cəsarət  edə  bilmədilər...  Minillik bir  ərazi  içində  yaĢayan 

bir kimsə qalmamıĢdı» (5, I, 273-274) 

 

 

 



 


19 

 

HUN ĠMPERATORU CĠCĠ XANIN BÖYÜK QƏBAHƏTĠ 

 

Bahaəddin  Ögəlin  müraciət  etdiyi  qədim  qaynaqların  birində  deyilir:  «Bu 



vaxt Səmərqənd (Kanq-cu) hökmdarı tez-tez (v) usunların hücumuna məruz qalırdı. 

Buna görə Səmərqənd (Kanq-cu) hökmdarı öz yağbusu (yəni baĢ naziri) ilə birlikdə 

belə  bir  qərara  gəldi:  «hunlar  böyük  bir  dövlətdir.  (V)  usunlar hunlardan asılıdır  və 

vergi  verirlər.  Ġndi  (Hun  xaqanı)  Cici  xan  kənardan  təhdid  edilməkdə  və  təhlükə 

içində  qalmaqdadır.  Buna  görə  biz  onu  bura  dəvət  edib,  Ģərq  sərhəddimizdə 

yerləĢdirə bilərik. Ondan sonra ordularımızı birləĢdirər və (v) usunları yenərik. (Cici 

xanı da) baĢımızın böyüyü edərik. Hunlardan bizə bir pislik gəlməz!» (5. 11,95). 

Bu  diplomatik  addımın  məqsədi  aydındır.  Kanq  hökmdarı  eyni  soylu 

dövlətlərin  konfederasiyaya  bənzər  bir  qurumunun  yaradılması  niyyətindədir;  qoy 

lap  Cici  xanın  Ģəxsində  hunların  baĢçılığı  ilə  olsun.  Hökmdar  hun  xaqanının 

«kənardan», yəni Çin tərəfdən təhdid edildiyini də vurğulayır və guman edir ki, Hun, 

Kanq,  Usun  birliyi  sayəsində  bu  təhdidə  də  son  qoyula  bilər.  Burada  Kanq 

hökmdarlığının Usun torpaqlarını öz ərazisinə qatmaq mətləbi açıqlanmır. 

«Səmərqənd (Kanq-cu) hökmdarı Cici (xana) dərhal bir elçi göndərdi. Elçi 

bu planı müzakirə etmək üçün qırğızların yanına getdi (O zaman Çindən uzaqlaĢmaq 

məqsədi  ilə  Cici  xan  öz  iqamətgahını  ona  tabe  olmuĢ  qırğızların  ərazisində 

yerləĢdirmiĢdi  -  M.  A.).  Cici  xan  Çindən  qorxurdu.  (V)  usunlara  qarĢı  böyük  bir 

qisas  hissi  vardı.  Bunun  üçün  Səmərqənd  (Kanq-cu)  hökmdarının  bu  planını 

eĢidərkən çox sevindi... QarĢılıqlı olaraq əhdnamə elə oradaca bağlandı» (5.11,95). 

Bundan  sonra  Cici  xan  ordusu  ilə  qərbə  hərəkət  edir.  Kanq  hökmdarı  öz 

növbəsində «dövlətin ən nüfuzlu adamlarını onu qarĢılamağa» göndərir. Üstəlik Cici 

xana  bir  neçə  min  dəvə,  qatır,  at  hədiyyə  göndərir.  BaĢqa  qaynaqlarda  Kanq 

hökmdarının qızını Cici xana verdiyi, öz növbəsində Cici xanın da qızlarından birini 

ona  bağıĢlaması  qeyd  edilir.  Bu  qaynaqda  Kanq  hökmdarının  bir  xahiĢi  də  var:  O, 

(Cuci  xandan)  qonĢu  və  digər  dövlətlərdən  onları  ordusu  ilə  müdafiə  etməsini  və 

onları Səmərqənd (Kanq-cu) /hökmdarlığına qatmasını istədi» (5, II, 96).  

Kanq hökmdarlığı  Cici  xanın  köməyi  ilə məğlub  edilmiĢ  (v)  Usun  dövləti 

ərazisində xeyli qənimət ələ keçirmiĢdi. Kanq hökmdarlığının köməkçisi Pao-Tienin 

(adlar  çin  dilində  olduğu  kimi  qalmıĢ,  onlara  türkcə  açar  salınmamıĢdır  -  M.  A.) 

baĢçılığı altında bir neçə on min atlı ilə min bir tümənə bərabərdir. Bu rəqəm eradan 

əvvəl I əsrin sonlarına doğru Kəngər dövlətinin ordusunun miqdarca xeyli artdığına, 

müharibənin böyük miqyasda aparıldığına sübutdur). (V) usun paytaxtının Ģərqindəki 

zonanı  qarət  etmiĢdilər.  Xeyli  əsir  və  qənimət  alaraq  heyvan  ələ  keçirmiĢdilər...» 

(5.II.104). 

Təbiidir  ki,  Çin  özünün  barıĢmaz  düĢməni  Cici  xanın  qərbi  Türküstandakı 

hərbi  fəaliyyətlərinə  onun  özünə  tərəfdarlar  toplayıb  böyüyəcəyinə  və  təhlükəli 

qüvvəyə  çevriləcəyinə  dözə  bilməzdi.  Çinlilər  Cici  xanın  təĢkilatçılıq, 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə