Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

20 

 

səfərbəredicilik bacarığına bələd idilər. Çin ordusu (v) Usunlara kömək bəhanəsi ilə 



Qərbi Türküstan torpaqlarına soxuldular: «(V) usunların paytaxtı Qırmızı vadiyə (Ci-

ku)  girdilər».  Sonra  Səmərqənd  (Kanq-cu)  hökmdarlığının  sərhəddi  ustündəki  Tien 

dənizinin (Ġssıqgöl) qərbinə gəldilər» (5,11 104). 

Burada  bir  mətləbi  vurğulamaq  ehtiyacı  duyulur.  Hökmdarı  Cici  xanı 

regiona dəvət edərkən baĢqa məqsədlər güdmüĢdü. Doğrudur, onun usunlarla xüsusi 

haqq-hesabı  vardı,  lakin  o,  bu  böyük  regionda  baĢda  Cici  xan  olmaqla  qüdrətli 

imperiya  yaranacağını  düĢünmüĢ  və  hunlardan  onlara  «bir  pislik»  gəlməyəcəyini 

guman  etmiĢdir.  Lakin  o  yanılmıĢdı.  Ümumtürk  tarixində  dəfələrlə  özünü  biruzə 

vermiĢ mənəmlik iddiaları, Ģəxsi hakimiyyəti, konkret bir soy hakimiyyətini ümumi 

türk  mənafeyindən  üstün  tutmaq  iddiaları  (Teymurləng-Ġldırım  Bayazid,  ġah 

Ġsmayıl-Sultan  Səlim  münasibətləri  və  ta  qədimlərdə  baĢ  vermiĢ  çoxlu  belə 

münasibətləri yada salaq) ümumtürk mənafeyi üçün zəruri birliyin həyata keçməsinə 

mane olmuĢdur. 

Burada  da  Cici  xanın  Ģəxsi  keyfiyyətləri,  çılğınlığı,  mənəmlik  iddiası, 

qəddarlığı böyük bir kitabında gətirilən qədim qaynaqda deyilir: «Cici xan dövlətinin 

böyüklüyünü, öz gücünü: yayılan Ģan-Ģöhrətini və xüsusən özünə göstərilən hörməti 

görürdü.  Əldə  etdiyi  qələbələr  ona  hədsiz  bir  qürur  verdi  (və  baĢını  gicəlləndirdi). 

Bir  gün  Səmərqənd  (Kanq-cu)  hökmdarı  (onun  yanında)  protokol  (və  ya  rəsmi 

oturub-durma adətlərinə) uyuĢmadı. Cici xan çox qəzəbləndi (çünki Cici xan özünü 

böyük  bir  xaqan,  Səmərqənd  hökmdarını  isə  kiçik  bir  bəy  kimi  qəbul  edirdi).  O, 

Səmərqənd (Kanq-cu) hökmdarının qızını, hökmdarlığın adlı-sanlı adamlarından bir 

neçəsini  və  əhalidən  də  bir  neçə  yüz  adamı  öldürtdü.  Onlardan  bəzilərinin 

parçalanmıĢ cəsədlərini Tu-lan (Talas) çayına atdırdı. (5, II, 96 - 97). 

Cici  xanı  Ģəxsən  özü  dəvət  edən  hökmdarın  baĢına  gətirilən  bu  müsibət, 

təbii  ki, münasibətləri  kökündən  (ümumi  türk  dövlətçiliyinin zərərinə)  dəyiĢdirməli 

idi. Belə də oldu. 

Çin  orduları  Cici  xanın  iqamət  kimi  seçdiyi  qalaya  hücum  edirlər.  Hələ 

Kanq torpaqlarına  gələrkən yolda soyuğa düĢüb ordusunun bir hissəsini itirən, Hun 

ənənəsinin  əksinə  olaraq  qala  müharibəsini  intixab  edən,  daha  bir  sıra  hun  döyüĢ 

ənənələrini  pozan  Cici  xan  bu  vuruĢda  məğlub  olur.  «Yerli  xalq  isə  bu  döyüĢlərə 

girməmiĢ və kənardan seyrçi qalmıĢdı. Yalnız Səmərqənd (Kanq-cu) hökmdarlığının 

atlıları  döyüĢə  girmədən  Çinə  sədaqətlərini  sübut  etmək  üçün  bir  nümayiĢ  təĢkil 

etdilər (5.11.100). 

Əlbəttə,  burada  söhbət  Çinə  sədaqətdən  gedə  bilməzdi.  Əsil  mətləb  Cici 

xanın  kəngərlərə  qəddar  münasibətində  idi.  Göstərdiyi  qəddarlıq  müqabilində 

kəngərlərin Cici xana kin və nifrəti daha da özunü büruzə verməyə baĢlamıĢdı. Hələ 

hun  xaqanının  Ģəhərinə  (ġan-yu-çenq)  60  mil  qalana  qədər  çinlilər  yerlilərdən  bir 

neçə nəfər tapdılar. «Bunlardan bələdçi kimi istifadə edildi... hamısı da Cici xana çox 




21 

 

qəzəblənirdilər. Buna görə Cici xan haqqında bildiklərini danıĢdılar» (Yenə orada, II 



c., s 104). 

Bu  müharibədə məğlubiyyətin  səbəblərini  Çinin hərbi qüdrətində  yox, hun 

xaqanının  əməllərində  axtarmaq  lazımdır,  Cici  xan  vaxtilə  «Hun  imperiyasının  iki 

yüz  il  ərzində  sadiq  qaldığı  dövlətlərarası  hüquq  anlayıĢlarına  zidd  olaraq  Çin 

elçilərini öldürmüĢdü» (Yenə orada, 11 s., s. 107). Təbii ki, belə əməllər beynəlxalq 

münasibətlərdə  hun  imperiyasının  nüfuzunu  sarsıtmaya  bilməzdi.  Digər  tərəfdən, 

Cici xanın təbiətinə xas olan qəddarlıq onun bütün üstün cəhətlərini kölgədə qoymuĢ, 

çalacağı zəfərlərə mane olmuĢdu. 

«Böyük  hun  imperiyası»  kitabında  Cici  bir  xaqan  və  Ģəxsiyyət  kimi  belə 

xarakterizə  edilmiĢdir:  «...Cici  xan  yalnız  qərbdə  bir  «Qərb  hun  dövləti  yaratmaqla 

kifayətlənməyəcək, gücləndikdən sonra Orxona da hücum edib». Orxondan baĢlayıb 

Ġran  və  Volqa  sahillərini  də  özündə  birləĢdirən  böyük  bir  hun  imperiyası  qurmaq 

yoluna  gələcəkdi.  Lakin  tədbirsizliyi,  qaniçiciliyi...  hunların  min  illərlə  hərbi 

taktikalarını  atıb  qala  müdafiəsinə  keçməsi...  onun  layiq  olmadığı  bu  acı  aqibətini 

hazırlamıĢdı» (Yenə orada, s. 108). 

Çici  xan  öz  səhvlərini  çox  gec  baĢa  düĢdü.  O,  «Çin  ordusunun  hücuma 

keçdiyini eĢidən kimi (qaladan) bayıra çıxıb qaçmaq istədi. Lakin Səmərqənd (Kanq-

cu)  hökmdarlığı  əhalisinin  onu  sevmədiyini  və  Çinlə  gizlicə  əlbir  iĢlədiyini 

fikirləĢdi» (Yenə orada, s. 106). 

Ümumtürk  tarixində  belə  hadisələr  tək  Cici  xanla  məhdudlaĢmır.  XVIII 

əsrdə  türk  yönümlü  Azərbaycan-  Ġran  dövlətini  parçalanmaqdan,  feodal 

dağınıqlarından  xilas  etməyi,  qüdrətli  səltənət  yaratmağı  qarĢısında  məqsəd  qoyan 

Ağa  Məhəmməd  ġah  Qacarın  Taleyi  də  Cici  xanınkına  bənzərdir.  Böyük  istedad, 

bəlkə sahibi, görkəmli sərkərdə və böyük dövlət xadimi olan Ağa Məhəmməd Ģah da 

bu idealını həyata keçirmək üçün bir vasitə kimi qəddarlığa üstünlük verdi və bunun 

nəticəsində də məhv oldu. 

Bahaəddin  Ögəlin  Cici  xan haqqında  aĢağıdakı  fikri  bir  təshihə möhtacdır. 

O hun xaqanının ziddiyyətli tərəflərindən bəhs etdikdən sonra deyir: «Bütün bunlara 

baxmayaraq, hunlara  və  Orta  Asiya  tayfalarına  «qərb  yolunu  açması  və  öyrətməsi» 

onun adını əbədiyyətə qovuĢduracaqdır» (5,11,108). 

Bəlkə də «qərb yolunu» Cici xan hunlara tanıtmıĢdır. Amma Orta Asiyanın 

qədim türkləri, o cümlədən kəngərlər üçün «qərb yolu» heç zaman bağlı olmamıĢdır. 

B. Ögəlin öz kitabından gətirilən parçalar da bunu sübut etmirmi? 

«Cici xan Talas sahillərində güclənmək üçün vaxt qazanmıĢdı. Cici xan bu 

vaxt çox geniĢ hun yurdundan xalqını toplaya bilmiĢdi. Onlarla  Səmərqənd (Kanq-

cu)  hökmdarlığı  Fərqanə  və  Volqa  sahilləri  (Aorasi)  kimi  yerləri  birləĢdirmiĢ  Ġran, 

Toxarıstan  və  Ġranın  Cənub  Ģərqindəki  Ġsgəndəriyyə  və  buna  yaxın  yerlərə  hücum 

etmək üçün hazırlanmıĢdı» (5,11,101 - 102). Burada yol göstərənin, təĢkilatçının kim 

olduğu o qədər də aydın deyil. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə