12
Xarəzmlə birləĢdilər. Bu dövlətin (Kəngər - M. A.) adı Çin dilində, Çin təqvimində
«Kanqyuy» kimi səslənirdi. Bu dövlət e.ə. II əsrin ikinsi yarısında özünün ən yüksək
çiçəklənmə dövrünə qalxır.
Kanqxa adı yalnız dövlətin sərhədlərini müəyyənləĢdirmək üçün siyasi
termin idi; o özündə heç bir etnik məzmun əks etdirmir (?!). Çin mənbələri məlumat
verir ki, Kanqyuy dövləti hakim evinin (nəslinin, sülaləsinin), həmçinin soğdun
hakimlərinin adı «Çao-vu», yaxud «ġao-vu» idi (Bu türkcə «Caqbu» və ya
«Yaqbu»ya yaxındır-M. A.).
Əvvəla, S. P. Tolstovun «Kanqyuy» ifadəsinin yalnız sərhəd bildirən siyasi
termin olması haqqındakı fikri səhvdir. Ġkincisi, həmin ad təkcə Çin dilində deyil,
türk runi yazıda «Kenqeres», hind-Ġran dillərində Kanqxa kimi təqdim olunmuĢdur.
L. Ġ. Qumilyovun və M. Ġ. Artamanovun əsərlərində də adın sərhəd yox, etnik məna
tutumu (Kanq + ər) vardır. Üçünsüsü, Kanq dövləti nə Əhəməni dövlətinin, nə də
Yunan-Bəlx padĢahlığının tabeliyində olmamıĢdır.
«Özbəkistan SSR tarixi»ndə deyilir ki, eranın əvvəllərində Kanq dövləti
kuĢanlar tərəfindən fəth edilir. Eyni zamanda göstərilir ki, «KuĢan dövlətinə daxil
olan (bunun necə baĢ verdiyi məlum deyil) Kanq dövləti özünün müəyyən
müstəqilliyini saxlamıĢdı: belə ki, Çin məlumatlarına görə Kanq yantsay (aors, alan)
xalqlarını və baĢqa tayfaları özünə tabe etdi. Beləliklə, Kanq əvvəllərdən baĢlayaraq,
Volqaboyunu, Ön Qafqazı və Cənubi-Uralboyunu müstəmləkələĢdirmək planını
həyata keçirməkdə davam etdi» (17,87).
Bu daha çox kəngərlərin həmin ərazilərdəki həmsoyları ilə əlaqələrini
möhkəmləndirmək mənasında da baĢa düĢülməlidir.
Kanq kuĢanlara, eftalitlərə, istərsə də göytürklərə tabe olduğu dövrlərdə
daxili müstəqilliyini kifayət dərəcədə hifz etmiĢdir. Bunun bəlkə də etnik səbəbləri
də var, yəni Kanq bu etnoslarla eyni etnik kökə mənsub idi. Digər tərəfdən, Kanqın
müəyyən xəracla öz müstəqilliyini qoruması da istisna olunmur.
Eradan əvvəl II - I əsrlərdə Kanq dövlətinin ərazisində çoxlu qədim və yeni
Ģəhərlər vardı. Bu Ģəhərlərdə peĢə və sənətkarlıq inkiĢaf edir, qızğın alver gedir,
ticarət geniĢlənir, köhnə suvarma qurğuları mühafizə olunur və yeniləri tikilirdi.
ĠnkiĢaf etmiĢ pul sistemi və həmin dövrün sonuna doğru nizama salınmıĢ pul
dövriyyəsi iqtisadi həyatın irəliləyiĢinə Ģəhadət verirdi (17.87).
«Özbəkistan SSR tarixi» kitabında Kanq dövlətində ağır zireh geyinmiĢ və
atları da zirehə bürünmüĢ qoĢun növünün olması, ərazisində möhkəm müdafiə
qurğularının və qalaların mövcudluğu göstərilir, orada ġimali Qafqaz əĢyaları ilə
səsləĢən yüksək keyfiyyətli dulusçuluq məmulatının aĢkar edildiyi qeyd olunur (17,
88-89).
Təəssüblü görünsə də kəngərlərin soy kökünə aid mülahizə yoxdur, yalnız
mənbələrdən gətirilən sitatlarda onların hələ soy kökü tam aydınlaĢdırılmamıĢ olan
yuecilərə (yəni kuĢan - M. A.) mənsub olmaları barədə ehtimal söylənir. Lakin VII
13
əsrdə ərəblərə qarĢı səbatsızlıq göstərən Səmərqənd hakimi Tərxunun adının türk
titulundan götürülmüĢ Tərxan olduğu deyilir. Əlbəttə, 1955-ci ildə, yəni Stalinin
ölümündən cəmi iki il sonra buraxılmıĢ (yəqin ki, əsər üç-dörd il əvvəl yazılıbmıĢ)
kitabda pantürkizm xofunun tüğyan elədiyi bir vaxtda «Türk» adı çəkmək o qədər də
asan deyildi.
1963-cü ildə Moskvada çap edilmiĢ «Tasik xalqının tarixi» kitabında isə bir
sıra dəyərli məlumatlarla yanaĢı kəngərlərin türk soyundan olduqları etiraf edilir.
Kitabda deyilir: «Gərayın Cənubi Orta Asiya vilayətlərində və Əfqan
Türküstanında gələcək QuĢan dövlətinin əsaslarını qoyduğu bir vaxtda Orta Asiyanın
ġimal hissəsində böyük dövlət qurumu yaranır; mənbələrdə bu dövlət qurumu
Kanqyuy adlandırılır» (16, 317). Buradaca qeyd edək ki, mənbələrdə Kanq
dövlətinin eradan əvvəl IV əsrdə yarandığı göstərildiyinə görə Gəray dövründə bu
dövlətin böyüməsindən daha çox ərazi tutmasından söhbət gedə bilər. Kitabda
deyilir: «Kanqyuyun nüvəsini köçərilər təĢkil edirdi. Onun mərkəzi isə görünür, Orta
Sırdəryada yerləĢmiĢdi. Bu çay ilk orta əsrlərə qədər «Kanq çayı» adlanırdı və ərazi
kengeres
(«kapq adamları», yaxud «kanq kiĢiləri» tayfaları tərəfindən
məskunlaĢmıĢdı» (16,481). Burada birbaĢa «türk» adı çəkilməsə də, nəticə etibarı ilə
L. N. Qumilyovun «Kanq kiĢiləri» ifadəsilə səsləĢir və eyni məna verir.
«Bizim eradan əvvəl IV əsrdəki hadisələr barədə dəyərli məlumatları olan
antik müəlliflər Kanqyuy dövlətinin adını çəkmirlər; buna görə güman etmək olar ki,
bu dövlətin möhkəmlənməsi e. ə. III yaxud hətta II əsrlərə təsadüf edir və
ümumiyyətlə, köçərilərin Orta Asiyanın siyasi həyatında rolunun güclənməsi ilə
əlaqədardır. Çjan Tsyan e. ə. 128-ci ildə Kanqyuyu artıq çoxdan böyük dövlət
birləĢməsi kimi tanıyır. Lakin onun sözlərinə görə bu birləĢmənin cənub rayonları öz
üzərlərində yuecilərin, Ģərq rayonları hunların hakimiyyətini qəbul edirlər.
Kanqyuyun Cənub rayonlarına hələ o dövrdə Orta Asiya çaylararası sahəsinin Ģimal
hissəsi daxil idi. Belə ki, səyahətçi Fərqanədən Baktriyaya gedərkən Kanqyuy
torpaqlarından keçməlidi» (16,348).
Hunlardan və yuecilərdən asılılıq məsələsinə gəlincə demək olar ki, bu,
kəngərlərin bütövlüyünə, müəyyən istiqamətdə hərəkətlərinə mane olmurdu. Kanq
uzaqbaĢı müəyyən miqdarda xəracla dövlət iĢlərini sahmanda saxlaya bilirdi.
Sonradan yuecilərin nüvəsi Cənuba köçəcək, ayrı-ayrı beĢ hissəyə bölünüb
oturaqlaĢmaq nəticəsində xeyli zəifləyəcəkdir. Bunun sayəsində Kanq rahat əl-qol
açıb öz dövlətini daha da geniĢləndirəcəkdir. Zaman keçdikçə kanqların və yuecilərin
qüvvələr nisbəti birincinin xeyrinə dəyiĢir. «Xarakterik cəhət budur ki, əgər Çjan-
Tsyanın sözü ilə yuecilər 100 - 200 minlik, Kanq isə cəmi 80 - 90 minlik qoĢuna
malik idilərsə, Tsyan-Xan-ġu bunun əksinə Kanqın 120 min, yuecilərinsə 100 min.
nəfərlik qoĢuna malik olduqlarını söyləyir». (16,348). «Nisbətən sonrakı dövr
mənbələrinin məlumatlarına görə Kanqyuya beĢ kiçik inzibati ərazi tabe idi: Suse
(sonrakı Keit-ġəxrisyabz), Fumu (sonrakı ZərəfĢan vadisindəki vahə- KuĢan),Yuni