50
Küteybənin qəddarlığı islamın türk dünyasında yayılmasına mane olurdu.
Burada ərəblərin Orta Asiyadakı qəddarlıqlarına aid bəzi nümunələr verməyi zəruri
hesab edirik. Xilafətin Orta Asiyada ağalığı onun əhalisinin üzərinə ağır yük kimi
düĢmüĢdü. Səmərqəndin istilasından sonra geri qayıdan Küteybə ərəb qarnizonuna
baĢçılıq edən qardaĢına belə bir göstəriĢ vermiĢdi: «Bir nəfər də olsun çoxallahlıya
əlinə gil möhür vurulmayınca Səmərqəndin hər hansı darvazasından içəri girməyə
icazə verməyin və əgər o gil möhür onun Ģəhərdən çıxmasından əvvəl quruyarsa
öldürün onu, əgər üstündən dəmir bıçaq tapılarsa öldürün onu və əgər darvazalar
bağlanandan sonra kimi görsəniz öldürün onu» (6,317).
Ərəb orduları Türküstanı və həndəvərini fəth edə bilmədilər. Bu yerləri, bu
yerlərin əhalisinin ürəklərini ərəb orduları yox, islam, Quran fəth etdi, özü də elə
türklərin vasitəsi ilə.
Küteybələr nə biləydilər ki, bir-iki əsr sonra məhz türklər ümumbəĢəri
yüksək insani keyfiyyətlərinə görə mənəvi yaxınlıq duyduqları islamı qəbul edəcək
və bu beynəlmiləl dinin yayıcıları, qoruyucuları, nəzəriyyəçiləri olacaqlar.
O ki qaldı Küteybənin aqibətinə, bu ibrətamiz bir əhvalatdır. Ġslamda ən
qorxunc və zülmkar vali kimi ad çıxarmıĢ, zülmkarlıq simvoluna çevrilmiĢ həssasın
(Nizami deyir: zülmkarlıqda həssası keçən...) «partiyasına» mənsub olan Küteybənin
taleyi insanları bir daha ədalətli olmağa səsləyir. Səmərqənddəki dini atributları
tonqala atan Küteybəyə Kəngər hökmdarı Qürəyin və Səmərqəndlilərin «allahlar
sənə cəza verəcəklər» xəbərdarlığı çin çıxdı: o xəlifə Süleymanın (715 - 717)
hakimiyyətini qəbul etmək istəmədiyi üçün ərəb əsgərləri tərəfindən 715-ci ildə qətlə
yetirildi.
HANSI TÜRKLƏR?
Görkəmli qorqudĢünas ġamil SəmĢidov türklüyə həm daxildən, həm
xaricdən müntəzəm və məqsədli hücumlar edildiyini göstərərək yazır: «Bu hücumlar
SSRĠ-də tacik Qafurovun Asiya-Afrika institutuna rektor gəlməsi ilə sonralar daha
da gücləndi. Elmi mətbuatda qədim sak-skif tayfalarının mənĢəcə fars olması ideyası
daha da qol-qanad açdı. Bu münasibət «sovet ensiklopediyası»nın baĢında duran
erməni ġaumyanın türkə qarĢı tarixi düĢmənçiliyi ilə üst-üstə düĢmüĢ oldu... sonra
meydana gələn oğuzlar, türklər isə tarix boyu iĢğalçı, hətta SSRĠ ərazisində yaĢayan
türkdilli xalqların hamısının tarixi düĢməni, Azərbaycanı, Türkmənistanı,
Özbəkistanı və s. bütün türk xalqlarını qıran, qarət edən iĢğalçı kimi sonsuz təhqirlə
damğalandı» (27).
CəmĢidovun B. Q. Qafurov barədə dediklərində həqiqət çoxdur. Lakin
Qafurov türk xalqlarına münasibət məsələlərində yuxarı sferalarda yaradılmıĢ
doktrinanı heç də çılpaq Ģəkildə, birbaĢa həyata keçirmirdi. O, bunları «ustalıqla»,
«xalqlar dostluğuna» aid ritorik ifadələrin qızılı örtüyünə büküb təqdim edirdi. Hətta
51
özünü türk xalqlarının tarixinə yanlıĢ münasibətlərə qarĢı çıxıĢ edən «obyektiv bir
alim kimi» göstərməyi də bacarırdı. Özbək xalqının tarixini də «elmi əsaslar üzrə
öyrənməyi tələb edirdi». Ġnqilaba qədərki rus, həmçinin xarici ədəbiyyatda belə bir
nöqteyi-nəzər hakim idi ki, bu baxıĢa görə «Özbək xalqının tarixini Orta Asiyada
«özbək» adını daĢıyan istilaçı tayfaların buraya gəldikləri XV - XVI əsrlərdən
baĢlamaq lazımdır. Bu sahədə yeni prinsipial anlayıĢın əsası A. Y. Yakubovski
tərəfindən qoyulmuĢdur. O, bu nəticəyə gəlmiĢdir ki, gkəlmə, istilaçı özbəklər
Mavəraunnəhrin yerli türk əhalisi daxilində ərimiĢdir. «Köçəri özbəklər müasir
Özbəkistanın əgər bütün ərazisi olmasa da, hər halda onun olduqca böyük hissəsini
sıx türkdilli, baĢqa sözlə, türk və türkləĢdirilmiĢ əhalisi olan yerə gəlmiĢlər, bu əhali
uzun illər (birgə) mədəni həyatla yaĢamıĢ, ən qədim dövrlərdən burada olan daha
qədim xalqlara qarıĢmaq prosesində formalaĢmıĢdır» (6,542).
B. Q. Qafurov Yakubovskinin bu fikirlərini qəbul edir, vaxtilə məhz bu
mövqedən əsər yazdığını söyləyir və özündən sitat gətirir. «VI əsrdən baĢlayaraq
Orta Asiyaya türkdilli tayfaların və xalqların get-gedə artan gəliĢi baĢlanır».
Beləlikli. Yakubovskidə qeyri-müəyyənliklə ifadə olunan zaman anlayıĢı B. Q.
Qafurovda «VI əsrlə» konkretləĢdirilir. VI əsr böyük türk xaqanlığının yarandığı
əsrdir. Eyni kökdən boy atmıĢ bir çox tayfa və tayfa ittifaqlarının ümumi
özünüadlandırmasına çevrilmiĢ türk sözü eyni zamanda saxtakar tarixçilərin əlində
tarixi həqiqəti təhrif etmək üçün məkrli vasitəyə çevrildi.
Onların arqument və iddiaları təxminən belə formalaĢır: Türk adlı ilk dövlət
VI əsrdə yaranıb. Biz də həmin əsrdən baĢlayaraq türklərin tarixini tədqiq edirik.
BaĢa düĢmürlər ki, bir var etnik adı «türk» olan etnos, bir də var Altay dil ailəsinin
türk qoluna mənsub olan, lakin etnik adları müxtəlif cür, (kəmər, iskit, sak, sarmat,
alan, hun, usun, kəngər və s.) olan etnoslar. Özlərini «türk» adlandıranlar VI əsrdən
məlumdur, lakin türkmənĢəli tayfalar e. ə. III - II minilliklərdə Ön Asiyada və
Azərbaycan ərazisində (kuti, lulubi, kas, kaspi, maday, manqa, alban və b.)
məlumdur (bax 8). Mövzumuza qayıdaq.
Kəngərlərin Fərqanə çar sülaləsi bir neçə yüzillik ərzində (görünür, bu
sülalə kəngərlərin paytaxtlarını Səmərqəndə köçürəndən, yəni e. ə. I əsrdən baĢlanır)
fasiləsiz davam etmiĢdir. Bununla belə 630-cu ilə doğru Fərqanə bir müddət mərkəz
hakimiyyətdən mərhum olmuĢdu. Mənbənin verdiyi məlumata görə ayrı-ayrı baĢçılar
bir-birinə tabe olmurdular. 720-ci illərdə Fərqanədə ərəb mənbələrinin Alutar
adlandırdıqları olduqca güclü hökmdar vardı. Fərqanə hakimləri «iĢxid», yaxud,
«iĢxad» titulunu daĢıyırdılar. Bir qədər sonra 726-cı ildə Fərqanədə artıq iki hökmdar
vardı: çaydan cənubdakı torpaqların hökmdarı ərəblərə tabe idi: çaydan Ģimaldakı
ərazilər isə türklərdən asılı olan hökmdarın hakimiyyəti altında idi. 739-cu ildə və
sonralar Fərqanə türk Arslan Tərxun tərəfindən idarə olunurdu. Fərqanənin paytaxtı
o dövrdə bir mənbəyə görə Kasan, digərinə görə Axsiket Ģəhəri idi (6.293).