AlüMİNİum istehsali



Yüklə 140,98 Kb.
səhifə1/2
tarix25.05.2022
ölçüsü140,98 Kb.
#87934
  1   2
14-Alüminium istehsalı


ALÜMİNİUM İSTEHSALI
Alüminium gümüşü-ağ rəngli metaldır, üzləri mərkəzləşmiş kub kristallik qəfəsə ma-likdir (a=0,4041 nm), polimorf çevrilməsi yoxdur. Alüminium planetimizdə ən çox yayılmış elementlərdən biridir, yer qabığında təxminən 7,5%-ə qədər alüminium vardır. O, yaxşı plastik-lik, korroziyayadavamlılıq, elektrikkeçiricilik və istilikkeçirmə qabiliyyətinə malikdir. Mis kimi oksigenə qarşı çox həssas olduğundan alüminium təbiətdə sərbəst halda tapılmır və o, boksit, nefelin, kaolin və alünit filizlərindən istehsal edilir.
Boksitlər. 48-60%Al2O3, 10-30%Al(OH)3, 1,7%SiO2 və az miqdarda dəmir və digər elementlə-rin oksidlərindən ibarətdir. Boksidlərin dəyərli hissəsi Al2O3 və Al(OH)3-dur.
Kaolin. Tərkibində başlıca olaraq kaolinita dlanan (Al2O3x2SiO2x2H2O) mürəkkəb birləşmə olur. SiO2-nin miqdarı ardıqca, filizin keyfiyyəti aşağı düşür. Çünki SiO2 kaolindəki alüminium alınmasını çətinləşdirir və istehsalat xərclərini artırır, kaolindəki alüminium-oksidin miqdarı 20-40% arasında dəyişir.
Nefelin. (Na, K)2OxAl2O3x2SiO2 məhdud tətbiq olunur, bunların tərkibində 24-34%Al2O3 olur və nefelinlər başlıca olaraq Kola yarımadasında tapılır.
Alunit. Tərkibi mürəkkəbdir, bunlar (K, Na)2xSO4xAl2(SO4)3x2Al2O3x6H2O-danibarət olub, 22-23%-ə qədər alüminium-oksidə malikdir.
Alüminium filizlərindən ən çox yayılanı boksitlərdir,Uralda, Sibirdə və Sank-Peter-burqun Tixvin rayonunda zəngin boksit yataqları mövcuddur.Boksitlərdən sonra alünit çox ya-yılmışdır, dünyada ən böyük alünit yataqları Çində və respublikamızın Daşkəsən şəhəri yaxınlı-ğındakı Zəylikdə yerləşir.
Alüminium üç mərhələdə istehsal edilir.
1.Birinci mərhələ. Alüminium filizindən alminium-oksid alınır.
2.İkinci mərhələ. Alüminium-oksiddən elektroliz yolu ilə ilkin alüminium istehsal edilir.
3.Üçüncü mərhələ. İlkin alüminium saflaşdırma prosesinə uğradılaraq bir sıra zərərli içqarışıq-lardan təmizlənir.
Alüminium-oksidin alınması. Alüminium filizlərindən alüminium-oksid alınması üçün qələvi, turşu, elektrik-metallurji və yaxud kombinəedilmiş üsullardn istifadə edilir. Qələvi üsul daha geniş yayılmışdır və bu üsul ilk dəfə A.A.Yakovkin-Muller tərəfindən işlənilmişdir və həmin üsul öz növbəsində avtoklav (yaş) və bişirmə (quru) üsullarına ayrılır. Avtoklav üsulla alümini-um-oksid almaq üçün boksiti əvvəlcə qurudur, üyüdür,alınmış narın tozu içərisində natrium-hidroksid məhlulu olan örtülü qaba-avtoklava daxil edərək yüksək temperatur (150C) və təzyiq (0,5-0,7MPa) şəraitində saxlayırlar və nəticədə natrium-alüminat alınır.
Al2O3∙nH2O + 2NaOH = 2NaAlO2+(n+1)H2O
Alınmış natrium-alüminiat NaAlO2 hidrolizə uğradılır.
NaAlO2 + 2H2O = NaOH+Al(OH)3 (çöküntü)

Yüklə 140,98 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə