Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

47 
 
Nəsrəddin” jurnalında çap etdirdiyi “Hə, de görüm, nə oldu bəs, ay 
balam,  iddəaların”  və  "İki  cavablara  bir  cavab”  satiralarında  İran 
inqilabını  dərindən  təhlil  edərək,  onun  zəif  cəhətlərini  inandırıcı 
faktlarla göstərdi... 
Bu  satiralar  Sabir  uzaqgörənliyini,  onun  realizminin  gücünü 
bütün parlaqlığı ilə bir daha açıb göstərdi. 
Birinci  rus  inqilabının  tə'siri  ilə  Türkiyədə  də  inqilabi  hərəkat 
gücləndi.  1908-ci  ildə  Sultan  Əbdülhəmidi  taxtdan  salan  “Gənc 
türklər”  hakimiyyəti  ələ  aldılar.  İranda  olduğu  kimi  Türkiyə 
inqilabının da  sıraları  mütəşəkkil  deyildi.  Digər  tərəfdən  İngiltərə, 
Fransa, Almaniya və Çar Rusiyası Türkiyənin mənafeyi ilə maraqlı 
idilər. Onlar bu ölkəni bölüşdürmək üçün əlverişli məqam gözləyir, 
eyni  zamanda  hadisələrin  öz  xeyirlərinə  inkişaf  etməsi  üçün 
əllərindən gələni edirdilər. V.İ.Lenin bütün bunları nəzərdə tutaraq 
yazırdı: “Gənc türkləri mö'tədillik və təmkinliyinə görə tə'rifləyirlər, 
yə'ni Türkiyə inqilabını zəif olduğuna görə. Osmanlı imperiyasında 
başlanmaqda  olan  proletar  mübarizəsinə  düşmən  olduğuna  görə 
tə'rifləyirlər,  eyni  zamanda  da  Türkiyəni  əvvəlki  kimi  soymaqda 
davam edirlər”. 
Sabir də bu hərəkatın türk xalqına heç bir xeyir verməyəcəyini 
əvvəlcədən  hiss  etmişdi.  O,  Türkiyə  inqilabının  qızğın  dövründə 
“Molla  Nəsrəddin”  jurnalında  çap  etdirdiyi  “Osmanlılar, 
aldanmayın, allahı sevərsiz!” şe'rində türk zəhmətkeşlərini xəbərdar 
edirdi  ki,  onlar  da  iranlılar  kimi  aldanmasınlar.  Məşrutə, 
qanuni-əsasi,  hürnyyəti-əfkar  sözlərinə  inanmasınlar.  Gözlərinin 
qarşısına  iranlıların  acınacaqlı  aqibətlərini  gətirsinlər.  Şe'r  “Qoca 
iranlı" imzası ilə yazılmışdır. Saikn dünyagörmüş, müdrik bir iranlı 
tarixin  ibrət  dərslərini,  öz  həmvətənlərinin  başına  gətirilən 
müsibətləri  osmanlılara  da  xatırlatmaqla  onları  sayıqlığa  çağırır. 
Publisistik ruhda, müraciət şəklində yazılmış bu şe'rdə şair bildirirdi 
ki: 


48 
 
Şad olmayın, ey sevgili millət vükəlası, 
Osmanlıda cari ola qanuni-əsasi! 
Qanuni-əsasi demə, iranlı əzasi, 
İranlıların başlarının qanlı bəlası, 
Oğlanları ölmüş aılar matəmi, yasi, 
Derlərsə sizə var bu işin sonra səfasi,— 
Aldanmayın, aldanmayın, allahı sevərsiz! 
İranlı kimi yanmayın, allahı sevərsiz.' 
Hadisələrin  sonrakı  inkişafı  Sabirin  haqlı  olduğunu  göstərdi. 
“Gənc  türklər”  məğlub  oldu.  Ölkədə  irtica  yenidən  qüvvətləndi. 
Bütün bunlar Sabirin ictimai-siyasi hadisə və proseslərə ayıq şüurla 
nəzər salıb nəticə çıxarma bacarığını göstərir. Ədəbiyyatşünas alim 
Əziz Mirəhmədovun yazdığı kimi inqilab dövründə “təsvir etdiyi 
hadisə  və  insanların  xarakterindən,  daha  doğrusu,  inqilabın 
yüksəlib  enməsindən  asılı  olaraq.  Sabirin  sözləri  də  müxtəlif 
qammada  səslənirdi.  Onun  əsərlərində  gah  inqilabçıların 
qələbəsinin  tə'sifi,  sevinc,  fərəh,  gah  təhlükə  gözlənilməsi  ilə 
əlaqədar olaraq təşviş, gah da məğlubiyyət nəticəsində əmələ gələn 
qüssə, qəmginlik hiss edilir".
1
 
Sabiri öz “əsrinin ayinəsi" edən elə onun bütün varlığı, ruhu ilə 
ictimai  hadisələrə  bağlı  olub,  onları  dərin  realizm  və  yüksək 
sənətkarlıqla  əks  etdirməsidir.  Birinci  nıs  inqilabi  hadisələrinə 
olduğu  kimi,  Şərq  inqilablarına  da  Sabirin  münasibəti  fəal,  hu-
manist. inqilabi-demokratik səciyyədə idi. 
İnqilabi hadisələrə “Molla Nəsrəddin” jurnalı da fəal münasibət 
bəsləyir,  bu  haqda  kəskin  ruhlu,  dərin  mündəricəli  rəngarəng 
materiallar  çap  edirdi.  Təsadüfi  deyil  ki.  Sabirin  başqa  əsərləri 
kimi, bu mövzuya həsr edilmiş satiralarının əksəriyyət də “Molla 
Nəsrəddin"də çıxmışdır. Bu, Sabirlə “Molla Nəsrəd- 
1. Əziz Mirəhmədov. Sabir. Bakı, 1958. Səh.278. 


49 
 
dinin qırılmaz ideya-bədii tellərlə bir-birilə bağlı olduğunu bır daha 
göstərir.  İnqilabi  hadisələrə,  o  cümlədən  Türkiyə  inqilabına  və 
Sultan Əbdülhəmidin tənqidinə həsr olunmuş yazılara görə “Molla 
Nəsrəddin” jurnalı 1907-ci ildə miivəqqəli olaraq bağlanıb onun fəal 
əməkdaşlarından olan Ömər Faıq Ne'manzadə doqquz gün həbsdə 
saxlananda xalq şairinin həmin lıadisoyo münasibətinin mahiyyəti 
də Sabirlə jurnal arasındakı ideya-məslək əlaqələrindən irəli gəlir. 
"Qafqaz şeyxülislamına iki dənə açıq məktub”
1
 felyetonu onsuz 
da “Molla Nəsrəddin”ə dərin nifrət bəsləyən qaragüruhçuların, din 
xadimlərinin  sonsuz  qəzəbinə  səbəb  olmuş  və  yerlərdə  “Molla 
Nəsrəddin”  jurnalına  qarşı  kampaniyalar  təşkil  edilmişdi.  Hakim 
dairələr  jurnalın  bağladılmasının  əsl  səbəbini—  onun  Türkiyə 
inqilabına  fəal  münasibət  üstündə  cəzalandırılmasını  gizli 
saxladıqları  üçün  çoxları,  o  cümlədən  “Molla  Nəsrəddin” 
əməkdaşları  elə  bilirdilər  ki,  bu  əhvalata  səbəb  yuxarıda  adını 
çəkdiyimiz felyeton və onunla əlaqədar qalxan kampaniyadır. Ona 
görə Sabirin həmin hadisə ilə əlaqədar “Molla Nəsrəddin” jurnalının 
davamçısı satirik “Bəhlul” jurnalında (1907- ci ilin oktyabrında) çap 
etdirdiyi  “Şirvanda  mühüm  həvadis”

felyetonunun  əsas  tənqid 
hədəfi dindarlar və qaragüruhçulardır. Eyni zamanda, xalq şairinin 
“Molla  Nəsrəddin”ə  olan  sonsuz  məhəbbəti  bu  felyetonda  da  öz 
əksini  tapmışdır.  Sabirin  yazdığı  kimi,  qaragüruhçuların  “Molla 
Nəsrəddin’ə  düşmən  münasibətinin  əsl  səbəbi  jurnalın 
“...lap-lap-lap həqiqət sözləri bipərva söyləməyə cəsarət etməsidir”. 
Bu cür millət nümayəndələrini qeyrətsizlikdə günahlandıran Sabir 
mətbuat  orqanlarının  acınacaqlı  taleyi  haqqında  dərin  təəssüf  və 
ürək  ağrısı  ilə  yazır:  “Qəzetlərdən  şikayət  etməyə  mühüm  məsələ 
dedim. Bu sö 
1. “Molla  Nəsraddin"  jurn.,  1907. 
N22. 
2. “Bəhlul” jurn`., 1907, N7. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə