Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   2   3   4   5   6   7   8   9   ...   35

12 
 
yığışan bır şirə bənzərdi... Bu aqibət isə qarşıda duran inqilabdır".
1
 
Onu  da unutmaq  olmaz ki,  Sabir poeziyasının inqilabi  məzmun 
kəsb etməsində onun bir şair-vətəndaş kimi geniş ictimai fəaliyyət 
meydanına  atıldığı  1905-1907-ci  illər  birinci  rus  inqilabı  dövrü 
xüsusi  əhəmiyyətə  malikdir.  Bütövlükdə  sosial-ictimai  və 
milli-mə'nəvi hərəkatda bir yeniləşmə əmələ gətirən bu inqilabın 
tə'siri ilə Yaxın və Orta Şərqdə, o cümlədən İranda və Türkiyədə 
də  inqilabi  hərəkat  gücləndi.  Öz  xalqı  ilə  yanaşı  rus  və  Şərq 
xalqlarının, ümumiyyətlə, dünya xalqlarının həyatında baş verən 
ictimai-milli  hadisələrə  fəal  və  ayıq  münasibət  bəsləyən  Sabir 
poeziyası üç — rus, İran və Türkiyə inqilabının güzgüsü oldu. Bu 
güzgünün  canlılığını,  büllurluğunu  tə'min  edən  amillər  sırasına 
Sabirin  milli  və  dünya  xalqlarının  mə'nəvi  sərvətlərinə 
söykənməsi  və  güclü  potensial  imkanlara  malik  olan  bənzərsiz 
iste'dadı  da  daxildir.  Əlbəttə,  bütün  bu  imkanların  düzgün 
məcraya  düşrnəsi  üçün  əlverişli  ictimai  şərait  də  lazım  idi. 
Xoşbəxtlikdən  Sabirin  əsas  fəaliyyət  dövrü  belə  bir  əlverişli 
şəraitə düşdü və Sabiri  "Molla Nəsrəddin kimi təbiət özü, zəmanə 
özü yaratdı”.".Məmmədquluzadə). 
90  ildən  artıqdır  ki.  Sabir  poeziyasının  ictimai  məzmunu, 
mil-mə'nəvi və bəşəri keyfiyyətləri, bədii sənətkarlıq xüsusiyyət-
ləri,  şairi.ı  dövrü,  həyatı  və  fəaliyyəti  haqqında  yazılır,  qiymətli 
elmi fiKirlər söylənilir. Bu cəhətdən C.Məmmədquluzadə, 
Köçərli, 
A.Səhhət, 
Ə.T.Əfəndizadə, 
M.Mahmudbəyov, 
Ə.İ.Cəfərzadə,  S.Hüseyn.  M.K.Ələkbərli,  H.Səmədzadə,  Mir 
Cəlal, C.Xəndan, Ə.Mirəhmodov, Ə.Şərif, A.Zamanov, Ə.Cəfər, 
M.Ağamirov, M.Məmmədov, R.Məhərrəmova, T.Hacıyev, 
F.
 
Sultanova, Ə.Əhməd, T.Novruzov və başqalarının əməyi təq- 
K.Marks və F.Engels. Seçilmiş məktublar. Bakı, 1955. səh.9-10. 


13 
 
dirəlayiqdir.  Həmin  ədəbi-ictimai  xadimlərin,  ədəbiyyatşünas 
alimlərin  ardıcıl  və  səmərəli  əməkləri  sayəsində  sabirşünaslıq 
ədəbiyyatşünaslığın müstəqil sahələrindən birinə çevrilmişdir. Bu 
sahədə aparılan hər bir tədqiqat işinin müəllifi öz əsərinin tutumu 
və  məzmun  yeniliyi  ilə  sələflərinin  əməyinə  arxalanır  və  onlara 
borcludur. 
* * * 
M.Ə.Sabir 1S62-ci il may ayının (18) 30-da Şamaxı şəhərində 
anadan  olmuşdur.  Onun  babası  Hacı  Tahir  öz  mühitinin  oğlu 
olmaqla  dindar  idi.  Atası  Zeynalabdin  da  gəncliyində  dünyəvi, 
işıqlı cəhətlərə meylli olaraq, bunun üstündə atası Hacı Tahir  və 
ümumiyyətlə,  şəhərin  sünni  müsəlmanları  ilə  münaqişəyə  düçar 
olsa  da,  sonralar  “Allah  yoluna”  qayıdaraq,  əsl  müsəlmana  çev-
rilmişdir.  Zeynalabdinin  arvadı  Səltənət  də  dindar  idi.  Onlar  öz 
uşaqlarım dini ruhda böyüdürdülər. Onların yeddi qızı, iki oğlu var 
idi. İkinci oğlan uşağının adını Ələkbər qoymuşdular. 
1859-cu  ildə  Şamaxı  quberniya  mərkəzi  olmaq  hüququnu 
itirmişdi.
1
  Dəmiryol  xəttindən  uzaq  düşməsi  və  əhalisinin  bir 
hissəsinin  ətraf  yerlərə  köçüb  getməsi  də  Şamaxının  iqtisadi  və 
ictimai-mə'nəvi  inkişafına  öz  mənfi  tə'sirini  göstərirdi.  Bütün 
bunlar  “Şirvan  mülkü”ndə  (Ə.Xaqani)  təriqətçiliyin  yayılmasına 
şərait  yaradırdı.  Bu  da  XIX  əsrin  ikinci  yarısında  Şamaxıda, 
ümumiyyətlə,  Şirvanda  işıqlı  meyllərin  inkişafını  və  yayılmasını 
xeyli  çətinləşdirirdi.  Sabirin  uşaqlığı  belə  bir  dövr  və  mühitə 
təsadüf etmişdi. 
Burada  əsas  təhsil  sistemi  mollaxanada  idi.  Mollaxana  qa-
nunlarına  görə  Qur'anı  oxuyub  başa  çatmayınca  heç  kəsin  əlinə 
qələm almağa ixtiyarı yox idi. Hər şeydə birinci növbədə öz 
1.
  Ətraflı  bax:  Alxan  Bayramoğlu.  Quberniya  mərkəzinin  Şamaxıdan  Bakıya 
köçürülməsinə dair. “Azərbaycan” qəzeti, 20 aprel, 1997. 


14 
 
mənfəətlərini  güdən  mollalar  bu  qaydam  canfəşanlıqla  qoruyub 
saxlayırdılar.  Çünki belə  olanda hər  bir uşaq  mollaxanada daha 
çox  ömür  çürüdür  və  nəticədə  mollaya  çox  xərc  verirdi.  1869- 
70-ci  ildə  mollaxanaya  qoyulan  Ələkbər  bu  qanunu  pozaraq 
vaxtından  əvvəl  yazı  yazdığı  üçün  molla  tərəfindən  ciddi  cəza 
almışdı... Üstolik də mö'min valideynləri daha çox savab qazan-
maq  üçün  balaca  Ələkbərə  oruc  tutdurmuşdular.  Aclığa  dözə 
bilməyən uşaq mollanın verdiyi cəzanı da yadına salaraq nəzmə 
çəkdi  (“Tutdum  orucu...”).  Bu,  insan  ruhunu  və  mə'nəviyyatını 
əzib təhqir edən ictimai-mə'nəvi bəlalara qarşı balaca Ələkbərin 
ilk kövrək uşaq e'tirazı idi. 
*** 
Qeyd  etdiyimiz  kimi,  Şamaxıda  işıqlı  meyllər  çətinliklə  də 
olsa, inkişaf edirdi. Bu, mütərəqqi ruhlu məktəblərin açılması idə 
də müşahidə edilirdi. Belə məktəblərdən biri görkəmli satirik şair 
Seyid Əzim Şirvaninin rəhbərliyi altında 1867-ci ildən fəaliyyət 
göstərirdi. Həm Seyid Əzim və onun məktəbinin qazandığı nüfuz, 
həm  də  zamanın  qarşıya  qoyduğu  yenilik  tələbi  ilə  hesablaşan 
Zeynalabdin  1874-cü  ildə  Ələkbəri  həmiy  məktəbə  qoydu.  Bu 
hadisə  Ələkbərin  poetik  iste'dadının  gələcək  inkişafı  və  düzgün 
istiqamətləndirilməsinə  böyük  tə'sir  göstərdi.  Elə  ilk  günlərdən 
uşağın  sakitliyi  ilə  bərabər,  məğrur  görkəmi,  zirəkliyi,  iti 
müşahidə  qabiliyyəti  və  hafizəsi  S.Ə.Şirvaninin  diqqətini  cəlb 
etdi.  Müəllimin  tapşırığı  ilə  Ələkbənn  böyük  fars  şairi  Sə'di 
Şirazinin “Gülüstan” əsərindən bir parçanı poetik tərcümə etməsi 
Seyid  Əzimin  Ələkbərə  olan  inamım  artırdı. Müəlliminin  Şərqə 
səyahəti  zamanı  gördükləri  barədə  söhbətləri,  klassik  şərq 
şairlərindən  Xaqani,  Nizami,  Nəsimi,  Füzuli,  Sə'di,  Firdovsi, 
Hafiz və b. haqqında olan danışıqlar, onların əsərlərindən oxunub 
təhlil və tərcümə edilən parçalar Ələkbərə tə'sirsiz qalmırdı. Xalq 
yaradıcılığı, klassik Şərq fəlsəfəsi və poeziyası 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə