Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   2   3   4   5   6   7   8   9   ...   35

15 
 
onun varlığına hakim kosilirdi. 
S.Ə.Şirvani əsərlərindo cəlialəti tənqid etdiyi kimi, dərsdə yeri 
gəldikcə, şagirdlərinə dini mövhumat və cəhalətin, dini təriqətlərin 
xalqa  vurduğu  zərərdən  danışırdı.  Belə  söhbətlərin  birində  o, 
gülə-gülə Ələkbərin atasının sünni, anasının şiə olmasına işarə ilə 
şagirdinə  söz  atdı.  Həmin  replikaya  cavab  olaraq  Ələkbər 
tənəffüsdə aşağıdakı şe'ri yazdı: 
Babam sünni, nənəm şiə... diirəngəm... 
Nə farsam mən, nə hindəm mən... firəngəm? 
Muğanda muğbeçə, məsciddə əkbər... 
Əzan verrəm... nə nağıısam, nə zəngəm. 
Növbəti dərsdə Ələkbərin yazdığı şe'rdən xəbər tutan müəllim 
onu  təhlil  edərək  bə'zi  fikirlərinə  irad  tutdu.  Seyid  Əzimin 
izahatından sonra Ələkbər onu yenidən işləyərək aşağıdakı şəklə 
salır: 
Babanı siinııi, nənəm şiə, dürək mən, 
Nə farsam mən, nə hindəm mən, tiirək mən. 
Muğanda muğbeçə, məsciddə əkbər, 
Təfavüt yox... həqiqətdə zirək mən. 
Bu,  gələcək  böyük  şairin  bizə  gəlib  çatmış  ikinci  şe'ri  idi  ki, 
onun  bir  neçə  cəhətdən  diqqəti  cəlb  etdiyini  nəzərə  almaq  la-
zımdır:  əvvələn,  birinci  şe'r  parçası  (“Tutdum  orucu...”)  kimi 
“Babam  sünni...”  ifadəsi  ilə  başlanan  bənd  də  bədahətən  deyil-
mişdi  və  vəznin  oynaqlığı,  rəvanlığı  artıq  kiçik  Ələkbərin  şair 
təbiətinin  formalaşmağa  başladığından  xəbər  verirdi.  İkincisi, 
gənc  məktəbli  “iki  ad”  (sünnilik  və  şiəlik)  arasında  qaldığından 
çox  da  razı  olmadığını  üstüörtülü  bildirirdi.  Nəhayət,  burada  öz 
azorbaycanlılığı  (türklüyü)  ilə  fəxr  edən bir  gəncin qürurunu da 
görməmək mümkün deyil. Odur ki, şagirdinin şe'rinin yeni va- 


16 
 
riantını da təhlil edən S.Ə.Şirvani onu bəyəndiyini bildirdi. 
Beləliklə,  müəllim-şagird  münasibətləri  getdikcə  ədəbi 
dostluğa çevrilirdi. Iakin bu xoş günlər uzun sürmədi. Atasının 
məişəti tənəzzül etməyə başlamışdı. Odur ki, Ələkbəri məktəb-
dən  ayıraraq  ör'aə  kömək  etmək  üçün  dükana  gətirdi.  Ancaq 
onun fikri inkişaf əqidəsi isə başqa istiqamətdə idi. S.Ə.Şirvani 
ilə  dostlu  ,Ələkbər  müəlliminin  rəhbərlik  etdiyi  “Beytüs-Səfa” 
ədəbi məclisinin məşğələ və məclislərinə aparıb çıxarırdı ki, bu 
da gə. sairin poetik iste'dadının inkişafına, cilalanmasına özünün 
müsbət tə'sirini göstərirdi. Çünki "Beytüs-Səfa”nın qızğın dövrü 
ilə  Sat  Tin  yeniyetməliyi,  elmə,  biliyə,  poeziyaya  olan  güclü 
meyl  və  həvəsli  dövrü  bir  vaxta  düşür.  Şübhəsiz,  Sabirin 
Ağəlibəy Nasehlə dostluğunun əsası da bu vaxtdan qoyulmuşdur. 
Sabirin ticarətə deyil, şe'rə, sənətə hərisliklə olan aludəliyini 
gördükcə Zeynalabdin dilxor olurdu. Bir gün oğlunun dükanda 
da şe'r yazmasına bərk qəzəblənən ata onun dəftərini əlindən alıb 
cırıq-cırıq  etdi.  Bundan  bərk  tə'sirlənən  Sabir  aşağıdakı  qit'əni 
yazdı: 
Man XəUlüllahi-əşram, palaram çün Azar, 
Safar az Babil-i Şin'an konam inşallah. 
Garçi ıt daftari Əş'ar-i mara para nanıud, 
Vasl ba tab 'i diirafşan koııam inşallah. 
(Tərcüməsi: 
Man asrimin Xaliliillalnyam, atam isa Azardir, 
İnşallah safar edib Şirvan BabiUndan gedaraııı, 
Əgar o manim şe'r dajtariıni cırdısa, 
İnşallah diirr saçan tə'binılə onu bitişdirərəm). 
Burada Sabir bir tərəfdən S.Ə.Şirvaninin söhbətlərinin tə'siri 
və  görüb-götürmək  arzusu  ilə  səyahətə  çıxmaq  arzusunu  bil-
dirirsə, digər tərəfdən onun öz poetik iste'dadının gücünə qətiy- 


17 
 
yətli inamının şahidi oluruq. 
Sabirin  əlinə  fürsət  düşən  kimi  səyahətə  çıxmaq  arzusuna 
çatmaq üçün göstərdiyi ilk cəhddən xəbər tutan atası ona gələcək 
səyahətini tə min edəcəyi barədə vəd verərək yoldan qaytardı. 
*** 
Sabir  şair  kimi artıq  tanınırdı.  Onun şairlik qabiliyyətini  yox-
lamaq  üçün  imtahana  çəkirdilər.  Belə  imtahanlardan  üzüağ  çıx-
dıqca  S.Ə.Şirvani  öz  şagirdinin  ğurlarına  sevinir.  Sabirin  gələ-
cəkdə  böyük  şair  olacağı  haqqında  ustad  qənaəti  daha  da  möh-
kəmlənirdi.  Bu  nadir  iste’dadın  böyük  gələcəyinə  inanan  ustad 
onun cilalanması, pardaqlanması üçün daim qayğı göstərir, Sabirə 
şe rlər göndərərək ona cavab yazmasını istəyir və tələbəsinin hər 
bir uğurlu addımını alqışlayır, onu həvəsləndirmək üçün müəyyən 
hədiyyələr  verirdi.  Belə  hədiyyələrdən  biri  böyük  mütəfəkkir 
şairimiz  Nizami  Gəncəvinin  “Xəmsə”si  idi.  Seyit  Əzim  bu 
hədiyyəni onun “Ey mən bilirəm...” ifadəsi ilə başlanan qəzəlinə 
Sabirin  yazdığı  “Sən  piri-cahandidəsən,  ey  Seyyidi-sərkar...” 
misralı  şe'rini  bəyəndiyi  üçün  vermişdi.  Sabir  bu  əvəzsiz  incini 
ömrünün  sonuna  kimi  qoruyub  saxladı.  Çörəksiz  yaşamağa  razı 
oldusa, “Xəmsə”siz yaşamağı özünə yaxın buraxmadı. 
Ustadının  ümidlərini  doğruldan  Sabir  elə  yaradıcılığının  ilk 
dövründən başlayaraq sənətə yenilikçi gözü ilə baxmaqla bərabər, 
ondan şəxsi mənafe üçün yox, yalnız-ictimai ideal naminə istifadə 
etməyi qərara aldı. Ətrafında ictimai bəlaların hökm sürdüyünü hər 
addımda görən, duyan, hiss edən gənc şairdə bütün bu haqsızlıqlara 
qarşı  kin,  nifrət  hissi  oyanırdı.  Bundan  əlavə,  XIX  əsrin  ikinci 
yarısında  Azərbaycan  ədəbiyyatında  ictimai  satiranın  aparıcı 
mövqeyə çıxmasi və Sabirin bu satiranın tanınmış nümayəndələri 
ilə gündəlik təması, ustadı Seyid Əzimin müəl- 


18 
 
limliyi, qayğıkeşliyi ilə püxtələşməsi, onun ruhunda olan satirik 
rüşeyrnlərin inkişafını şərtləndirən amillərdən oldu. Odur ki, Sabir 
bir növ öz yaradıcılıq manifestini elan edərək yazırdı: 
Şer bir gövlıəri-yekdaneyi-ziqiymətdir, 
Salmarımı vəsji-diirtığ ilə onu qiymətdən. 
Deyərəm həcv, söziim doğru, kəlamtın şirin, 
Əhli-zövqə verrəm nəfə bu xoş şərbətdən. 
Gənc şair ictimai həcv— satira yazmağı “vəsfı-düruğ ilə” söz 
sənətini qiymətdən salmaqdan üstün tutur və inanırdı ki, bu “xoş 
şərbət” zövq əhlinə daha çox lazımdır. 
Onu da qeyd etmək lazımdır ki, 1884-cü ilin əvvəlindən baş-
layaraq “Ziyayi-Qafqasiyyə” qəzetinin Şamaxıda çıxması şəhərin 
ictimai-mədəni  həyatında  müəyyən  canlanmaya  səbəb  oldu. 
Əlbəttə, bu tə'sirdən, bu canlanmadan Sabir də kənarda qala bil-
məzdi.  Təəssüf  ki,  qaraguruhun,  danosbazların  hücumlarına  da-
vam gətirə bilməyən “Ziyayi-Qafqasiyyə” tezliklə bağlandı. 
Bu hadisədən bir neçə ay sonra Sabir səyahətə çıxdı. 
*** 
Gənc Sabirin şair kimi tanınması atası Zeynalabdini razı sal-
mırdı. O, oğlunun “allah yoluna qayıdıb” bir işin qulpundan ya-
pışmasını  tə'min  etmək  üçün  Sabiri  ziyarətə  göndərdi.  Bununla 
Zeynalabdin  həm  də  vaxtilə  oğluna  verdiyi  və  də  əməl  edirdi. 
Ziyarətə  getmək  söhbətini  Sabir  sevinclə qarşıladı. Çünki  o,  zi-
yarət bəhanəsi ilə çoxdan bəri arzusunda oldüğu Şərq səyahətinə 
çıxacaqdı. 
Sabir 1884-cü ilin iyun ayında, 23 yaşında ikən səyahətə çıx-
dı. Şamaxıdan çıxma tarixini özünün qələmə aldığı “Sabiri-şeyda 
ki, tərki-şəhri-Şirvan eylədi”, misralı maddeyi-tarixdə göstərdi... 
Bu səfər zamanı Sabir Xorasan, Həmədan, Səbzəvar, Nişa- 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə