Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   2   3   4   5   6   7   8   9   ...   35

19 
 
pur, Səmərqond, Buxara kimi şəhərlərdə olur. O, getdiyi yerlərdə 
daim  xalqın  ümumi  güzəranı  ilə  maraqlanır.  Yerlərdə  şairin 
təmasda  olduğu  qabaqcıl  adamlar  da  dövrün  haqsızlıqlarından 
şikayətlənirlər. Bu cəhətdən Sabirin— 
Həmədanda qonağımdan xəbər aldım key, şeyx, 
Hansı məxluq sizin şəlırdə bişək çoxdur? 
Dedi: ‘‘Az isə də bu şəlırdə sair məxluq, 
Leyk dəbbağ ilə, səbbağ ilə eşşək çoxdur”.— 
qit'əsi maraqlıdır. 
Bu  illərdə  Sabir  klassiklərdən  daha  çox  Xaqani,  Nizami, 
A.Bakıxanov, Ö.Xəyyam və başqalarını oxuyur. 
Arada  Şamaxıya  qayıdan  Sabir  səyahətini  yenidən  davam  et-
dirir.  Lakin  atasının  ölüm  xəbəri  onu  yoldan  qayıtmağa  məcbur 
edir.  Sabir  ailənin  dolanışığı  ilə  məşğul  olmağa  başlayır.  Çünki 
böyük qardaşı ailə quraraq ayrı yaşayırdı. Odur ki, anası Sabiri də 
evləndirmək  üçün  oğluna  dil  tökürdü.  Nəhayət,  anası  Səltənətin 
tə'kid və tədbirləri səmərə verdi: Sabir Büllumisə adlı bir qızla ailə 
qurdu. 
Sabir  zəhmətkeş,  şən,  diqqətcil  və  qayğıkeş  olduğu  kimi, 
Büllumisə  də  çalışqan  və  fədakar  bir  qadın  idi.  O,  ömrü  boyu 
Sabirə e'tibarlı, möhkəm həmdəm olmuş, ölüncə ərinə və ailəsinə 
sadiq qalmışdır. 
Büllumisə ərinə doqquz qız, üç oğlan bəxş etdi. Sabirin uşaq-
larının əksəriyyətinin qız olması və kiçik yaşlarından vəfat etməsi 
ilə  əlaqədar  anası  bir  neçə  dəfə  Kərbəla  ziyarətinə  gedərək 
Kərbəlayi Səltənət olmuşdu. 
 
*** 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Sabir  əsasən  ailə  qay-
ğıları ilə məşğul olsa da, tez-tez 1901-ci ildə təhsildən Şamaxıya 
qayıdan Abbas Səhhət, Ağəlibəy Naseh, Məhəmməd Tərrah, 


20 
 
Mahmudbəy  Mahmudbəyovla  bir  yerə  yığışaraq  şe'r  deyər, 
ədəbiyyat  və  sənət  məsələlərinə  aid  qızğın  müzakirələr  aparar-
dılar.  Bu  məclislərdə  gənclər  daha  çox  “Mizanüş-şüəra”  adlan-
dırdıqları  A.Nasehin  məsləhətlərini  dinləmək  istərdilər.  Çünki 
A.Naseh böyük ədəbi-bədii təcrübəyə malik idi. O, həm də keç-
miş  “Beytüs-Səfa”  ədəbi  məclisinin  fəal  üzvlərindən  olmaqla, 
sələf-xələfilik əlaqələrinin canlı körpüsü idi. A.Nasehin ədəbiyyat 
vo sənətə dair məsləhət və tövsiyələri gənc həmkarlarını daim razı 
salırdı.
1
 Bu yolda Nasehin görkəmli ədəbiyyatşünas Firidun bəy 
Köçərli  ilə  dostluğu  da  müəyyən  rol  oynayırdı.  A.Naseh 
F.Köçərliyə Şamaxı şairlərinin əksəriyyəti haqqında material və 
mə'lumat  verməklə  bərabər,  görkəmli  alimlə  gənc  şairlərin 
dostluğuna  şərait  yaratmışdı.  F.Köçərlinin  məktub  vasitəsi  ilə 
verdiyi  məsləhət  və  tövsiyələri  ədəbi-ictimai  aləmdə  gedən 
yeniləşmə  prosesinin  dərkində  Şamaxı  şirlərinə  də  müəyyən 
köməklik edirdi. 
Onu da qeyd edək ki, bə'zi mənbələrin yazdığı kimi, F.Köçərli 
bu müddət ərzində heç də tez-tez Şamaxıya gəlib şairlərlə şəxsən 
tanış olmamışdı. Əgər belə bir tanışlıq olsa idi, Sabir 1908-ci ildə 
öz  həmyerlisi,  yazıçı  və  pedaqoq  S.M.Qənizadəyə  yazdığı 
məktubunda F.Köçərlini “qaibanə dost”— deyə yad etməzdi. Bu 
iki  əqidə  dostu  bir-biri  ilə  məktublaşmışlar.  F.Köçərli  sonralar 
Sabirin  onda  “nəzmən  və  nəsrən  yazılmış  çoxlu  məktubatı” 
olduğunu yazırdı. Təəssüf ki, bu “məktubat” F.Köçərlinin arxivi 
ilə birlikdə itib-batmışdır. 
Ətrafda baş verən həyat hadisələrinə fəal müdaxilə cəhdi Sabir 
yaradıcılığında realizmə olan güclü meyldən irəli gəlirdi. 1902-ci 
il 31 yanvar tarixli Şamaxı zəlzələsinin və zəlzələnin 
1
  Bax:  Nəsrəddin  Qarayev.  XIX  əsr  Azərbaycan  ədəbi  məclisləri. 
Namizədlik  dissertasiyası  (Dissertasiya  Azərbaycan  Milli  EA-nın  elmi 
kitabxanasındadır), Bakı, 1971, səh.109-110. 


21 
 
vurduğu zərərin nəticələrinin aradan qaldırılması tədbirlərinə həsr 
olunmuş  “Üç  yüz  on  doquz  idi  bə'd  həzar”,  misrası  ilə  başlanan 
mənzumə fikrimizə misal ola bilər. Mənzumədə Şamaxı zəlzələsi 
ilə əlaqədar olan əsas hadisələr yığcam və həyati əks olunmuşdur. 
Təsadüfi  deyil  ki,  bu  əsərdə  “realizm  işartıları”  olduğu  elmi 
ədəbiyyatda qeyd edilmişdir.
1
 
Biz  bu  mənzumədə  Şamaxı  zəlzələsinin  nəticələrini  aradan 
qaldırmaq üçün təşkil olunmuş komissiyanın üzvlərindən biri kimi 
görkəmli maarif və mədəniyyət xadimi, milli mətbuatımızın banisi 
Həsən  bəy  Zərdabinin  əsl  vətəndaş  narahatlığı  ilə  gördüyü 
xeyirxah  işlərin  də  şahidi  oluruq.  Odur  ki,  Sabir  burada 
şamaxılılara  yardım  əli  uzadan  bütün  xeyirxah,  tərəqqipərvər 
adamlarla  birlikdə  H.Zərdabiyə  də  həmyerliləri  və  öz  adından 
xüsusi minnətdarlığını bildirmişdir. 
*** 
Əsrin  əvvəllərində,  xüsusilə  1905-ci  il  birinci  rus  inqilabı 
ərəfəsində  bütün  ölkəni  bürüyən  sosial  və  mədəni  dirçəlişlə 
əlaqədar  Azərbaycanda  da  maarif  və  mədəniyyətə,  yeni  tipli 
məktəblərin  təşkili  və  inkişafına  meyl  güclənmişdi.  Bu  meyllə 
əlaqədar  göstərilən  çoxsaylı  təşəbbüslərin  ilk  və  qüvvətli  nəti-
cələrindən  biri  Tiflisdə  1903-cü  ildə  Azərbaycan  dilində  “Şər-
qi-Rus”  adlı  qəzetin  çıxması  oldu.  Dövrünün  görkəmli  ziyalı  və 
publisistlərindən  olan Məhəmməd  ağa  Şahtaxtlının  redaktorluğu 
ilə  çıxan  bu  qəzet  qabaqcıl  ictimaiyyət  tərəfindən  rəğbətlə 
qarşılanmaqla  F.Köçərli,  C.Məmmədquluzadə,  Ö.F.Ne'manzadə, 
R.Əfəndiyev və b. ziyalıları öz ətrafına topladı. Qəzetin çıxmasını 
Sabir  də  sevinclə  qarşılayaraq  öz  təəssüratını  “Şükr  lillalı  ki, 
afıtabi süxən” misrası ilə başlayan şe'rində qələmə aldı. Şa- 
1
 Bax: Tofiq Hacıyev. Sabir: qaynaqlar və sələflər. Bakı, Yazıçı, 1980, 
səh.26-27. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə