Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   2   3   4   5   6   7   8   9   ...   35

22 
 
maxı ədəbi-ictimai mühitində yayılan bu əsəri şəhərin ticarət iş-
ləri  ilə  bağlı  olan  Əli  Əzimov  adlı  bir  nəfər  “Şərqi-Rus”un  re-
daksiyasına göndərdi və şe'r, redaksiya qeydi ilə çap olundu.
1
 
Xalqın maariflənməsində, gözünün açılıb tərəqqi tapmasında 
qəzetin müstəsna rolunu qeyd edən Sabir “Şərqi-Rus”un daha da 
rövnəqlənməsini arzu edirdi. Əlbəttə, Sabirin qəzet haqqında tə-
səvvürünün  səviyyəsində  vaxtilə  “Ziyayi-Qafqasiyyə”nin  Şa-
maxıda da çıxmasının, müəyyən mə'nada, real tə'siri var idi. Sa-
birin  dünyagörüşünün  inkişafına  tə'siredən  əsas  amillər  sırasına 
XIX  əsrin  sonu,  XX  əsrin  əvvəlləri  Azərbaycan  ictimai-ədəbi 
mühitində  qabaqcıl  meyllərin  artması,  fəlsəfi,  ictimai-siyasi  və 
elmi biliklərin genişlənməsi, yeni tipli məktəblərin və ideyaların 
porvəriş  tapması,  başqa  xalqlarla  müxtəlif  istiqamətli  mədəni 
əlaqələrin  güclənməsi,  musiqinin  inkişafı,  milli  şüuru  oyadan, 
şüurlarda  dəyişiklik  yaradan  mütəfəkkir,  tərəqqipərvər  alim, 
yazıçı, maarif xadimlərinin gördükləri əməli işlər və s. daxil idi. 
Əlbəttə,  bütün  bunlar  vahid  ictimai  hərəkatın  ayrı-ayrı 
komponentləridir. Sabir də bir fərd kimi bu hərəkatın əhatəsində 
olmaqla, gələcək klassik sənətkar kimi formalaşır, yetişirdi. 
Ölkənin hər yerində tərpəniş, oyanma baş verir, xalq-kütlələri 
“hüqüq üstə ədavət” (Sabir) edirdi. Müxtəlif milli tərkibə malik 
olan  zəhmətkeşlərin  mənafeləri  birləşmişdi.  Odur  ki,  sinfi 
mübarizəyə  çağırış  və  xalqlar  dostluğunun  təbliği  ədəbiyyatda 
aparıcı mövqeyə keçmişdi. 
Xalqlar  dostluğu  mövzusu  XX  əsrin  əvvəllərinədək  əsasən 
məişət və yadelli işğalçılara qarşı mübarizədə birliyə çağırış və bu 
birliyin  tərənnümü  çərçivəsi  daxilində  qələmə  alınırdısa,  indi 
daha çox ictimai-siyasi və sinfi məzmun kəsb etməyə başlamışdı. 
Çünki  zəhmətkeşlərin  iqtisadi  və  siyasi  azadlıq  uğrunda  sinfi 
mübarizəsi güclənmişdi. İctimai-siyasi hadisələri bir şair 
“Şərqi-Rus" qəz., 27 iyun 1903. 


23 
 
həssaslığı ilə izləyən Sabir inqilabi hərəkatı zəiflətmək üçün ça-
rizmin  törətdiyi  milli  qırğını  pisləyərək,  xalqlar  dostluğunu  tə-
rənnüm edirdi. 
Şair  bu  ictimai-siyasi  və  siııfı  mübarizə  günlərində  sonralar 
“Beynəlmiləl” adı ilə məşhur olan “Müsəlman və erməni vətən-
daşlarımıza”  şe'ri  ilə  çıxış  edərək  zəhmətkeşləri  fitnə-fəsada 
uymamağa, xalqlararast dostluq ən'ənələrini qoruyub saxlamağa, 
ayıq  olmağa  çağırdı.  Şe'rin  elə  ilk  misrası  —  “Əsrimiz  xahiş 
edərkən  ittifaqü-ittihad”  —  sözləri  də  Sabirin  dövrün,  zamanın 
irəli sürdüyü tələbi bütün ciddiyyəti və dərinliyi ilə dərk etdiyini 
aydın  göstərir.  Burada  xalqın  fitnə-fəsada  uymasının  səbəbini, 
məhdud  şəkildə  də  olsa,  göstərməyə  cəhd  etməsi  şairin  icti-
mai-siyasi fəallığının artdığından, onun yaradıcılığında realizmin 
getdikcə  gücləndiyindən  xəbər  verir.  Ancaq  bu  dövrdə  icti-
mai-bədii  şüur  daşnakların  azərbaycanlılara  (ümumən  türk 
xalqlarına)  qarşı  yönəldilmiş  soyqırım  siyasətinin  mahiyyətini 
hələ dərk edə bilmirdi. 
Xalqlar dostluğu mövzusu Sabir yaradıcılığında ötəri deyildir. 
Şair  bu  mövzuda  “Müsəlman  və  erməni  vətəndaşlarımıza” 
şe'rindən başqa “Bir ildən ziyadə vəqtdən bəri...”, “Qarabağ da-
vası qət'i xüsusunda...” və s. kimi publisistik məqalələr də qələmə 
alaraq  “Həyat”  və  “İrşad”  qəzetlərində  dərc  etdirmişdir.  Həmin 
məqalələrdə  o,  ilk  baxışda  adi  görünən  məişət  hadisələrinə 
ictimai-siyasi  məzmun  verərək  onlardan  beynəlmiləlçilik 
ideyalarının təbliği üçün istifadə etmişdir”.
1
 
*** 
Hər hansı hadisə müəyyən təkamül və formalaşma prosesinin 
nəticəsi olaraq üzə çıxdığı kimi, “Molla Nəsrəddin” jurnalı 
L
 Ətraflı bax: Alxan Məmmədov (Bayramoğlu). Dostluq carçısı. “Azərbaycan 
kəncləri”  qəzeti,  28  may  1988.  Yenə  onun.  Beynəlmiləlçi  şair.  “Sovet 
Ermənistanı” qəz., 14 iyul 1988. 


24 
 
səhifələrində yaranıb kamilləşən Sabir ədəbi məktəbi formalaşana 
qədər  müəyyən  təkamül  dövrü  keçməklə  bərabər,  Sabir  satira 
üslübü  da  tədricən  yaranmışdır.  Belə  ki.  “Müsəlman  və  erməni 
vətəndaşlarımıza”  şe'ri  ilə  demokratik  mövqedən  çıxış  edərək, 
şair-vətəndaş  “mən”ini  ictimai-siyasi  məzmun  qabarıqlığı  ilə 
büruzə verən Sabir “Həyat” qəzetində “Bir məclisdə on iki kişinin 
söhbəti” satirası ilə çıxış edəndə (10 fevral 1906) mə'lum oldu ki, 
aradan keçən yeddi aydan artıq bir dövr (“Müsəlman və erməni 
vətəndaşlarımıza” şe'ri 1 iyul 1905-ci ildə “Həyat” qəzetində dərc 
olunmuşdur.)  şairin  yaradıcılığında  ictimai  satiraya  hazırlıq  və 
keçid  müddəti  olmuşdur.  Sabir  “Bir  məclisdə  on  iki  kişinin 
söhbəti”ndə 
sanki 
gələcək 
fəaliyyət 
proqramını 
müəyyənləşdirmişdir.  Çünki  biz  bu  satirada  həm  Sabir  satira 
üslubunun səciyyəvi xüsusiyyətlərindən olan tipin daxili aləminin 
onun öz dili ilə ifşası ilə qarşılaşır, həm də müxtəlif zümrəni təmsil 
edən on iki şəxsin danışıq tərzi, söz və ifadələrinin dəqiq ölçülüb 
biçilməsini  görürük.  Hərə  öz  danışığı,  öz  mükaliməsi,  öz 
avtoxarakteristikası ilə mənsub olduğu zümrənin iç üzünü açır. 
Satirada  ifşa  hədəfinə  çevrilən  tiplər  əslində  bir-birləri  ilə 
söhbət etmirlər. Sanki onlar ayrı-ayrılıqda rüsvayçılıq kürsüsünə 
çıxaraq  öz  iç  üzləri  haqqında  oxucu  və  dinləyicilərə  mə  lumat 
verərək səhnə arxasına çəkilirlər. Bu “məclis” Sabir “satira teat- 
rı”nın aləmə “nərilti və gurultu” salan əzəmətli, hay-küylü, yeni 
nəfəsli  tamaşasının  proloqu,  bu  satira  Sabir  satira  üslubunun 
proqramı  idi.  Təsadüfi  deyil  ki,  on  iki  kişinin  məclisində  öz 
“monoloqlarını” söyləyib “səhnə axrasına çəkilən bu ictimai tiplər 
Sabir  yaradıcılığının  sonrakı  dövründə  şairin  kəskin  satira 
qələminə hədəf oldular. Sabirin bir məclisə topladığı on iki kişinin 
təmsil  etdiyi  ictimai  zümrələr  fəaliyyət  meydanlarını  ge-
nişləndirdikcə şairin satira oxları ifşa hədəfinə daha kəskin qəzəb 
və nifrətlə sancıldı. Bu zümrələrin qalın riyakarlıq pərdəsi 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə