Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

32 
 
rin hörmət və ehtiram bəsləsə də, prinsipial məsələlərin həllində öz 
məsləkdaşma güzəştə getməmişdir. Məsələn: “Molla Nəsrəddin”in 
“Poçt qutulan”nm birində oxuyuruq: “Əbunəsr Şeybaniyə (Sabirin 
“Molla Nəsrəddin”də işlətdiyi gizli imzalandan biridir.—A.B.) — 
Bu səfərki şe'riniz çap olunmayacaq, çünki təkrardır".
1
 
Şairin  həmin  şe'ri  əldə  olmadığına  görə  təkrarın  xarakteri 
haqqında  söz  demək  çətindir.  Hər  halda  buradan  C.Məmməd- 
quluzadə tələbkarlığı aydın görünür. Bundan başqa, mövhumat və 
cəhalətin tənqidində Sabirin oynadığı rolu yüksək qiymətləndirən 
Mirzə Cəlil onun dindarlığını görəndə susa bilmirdi... 
Sabirin 1906-cı ilin noyabrında “Molla Nəsrəddin" idarəsində 
olması  barədə  “Molla  Nəsrəddin”in  və  Sabir  ədəbi  məktəbinin 
tanınmış nümayəndəsi Əli Razi Şamçızadənin şəhadəti vardır. Əli 
Razi  öz  ustadı  ilə  ilk  dəfə  məhz  həmin  vaxtda  şəxsən  tanış 
olduğunu yazır.
2
 Qeyd edək ki, bu cür əlaqələr və görüşlər intensiv 
olmuşdur. Məsələn, 1908-ci il aprelin 8-də Tiflisdə olmasını Sabir 
özü  S.M.Qənizadəyə  yazdığı  23  aprel  1908-ci  il  tarixli 
məktubunda xəbər verir. 
Şübhəsiz, həmin  gün  Sabir  “Molla  Nəsrəddin” idarəsində  ol-
muş,  yeni  yazdığı  bir  neçə  satirasını  da  redaksiyaya  təqdim  et-
mişdir.  Təsadüfi  deyil  ki,  “Molla  Nəsrəddin”in  bundan  sonrakı 
nömrələrinin  (N15,16) hər birində  Sabirin  iki  satirası  dərc  olun-
muşdur. 
Əlbəttə,  Sabirin  “Molla  Nəsrəddin”lə  çoxşaxəli  və  rəngarəng 
əlaqəsinin  müqabilində  bu  faktlar  dəryadan  damcı  kimidir. 
Artırılması  mümkün  olan  (çətin  olsa  da)  bu  faktları  gətirməklə 
demək  istəyirik  ki,  Sabirin  C.Məmmədquluzadə,  Ö.F.Ne'man- 
zadə, Ə.Haqverdiyev, M.S.Ordubadi, Q.Şərifzadə və b. molla 
1. “Molla  Nəsrəddin"  jurn..  24  noyabr  190  S, 
N47. 
2. Bax: Sabir xatirələrdə. Bakı, 1982, səh.91-92. 


33 
 
nəsrəddinçilərlə yaranıb möhkəmlənən ideya-məslək dostluğunun 
inkişafında bu görüş və müzakirələrin böyük rolu olmuşdur. Bütün 
bunlar 
ideya-məslək 
və  yaradıcılıq  əməkdaşlığı  molla-
nəsrəddinçilərin, o cümlədən Sabir dünyagörüşünün inkişafı üçün 
əhəmiyyətli idi. Çünki Sabir elə bir iste'dad sahibi idi ki, hər hansı 
bir məsələnin dərkində və həllində kiçicik bir detal, yaxud işarə ona 
kifayət edərdi. Xüsusən, həmin dövrdə ciddi axtarışlar və mübarizə 
meydanına  atılan  şair  ictimai-siyasi  və  ədəbi-mədəni  aləmdə  baş 
verən  hər  bir  hadisəyə  dərhal  reaksiya  verir,  qabaqcıl  ictimai 
mövqedən çıxış etməyə can atırdı. O, “Molla Nəsrəddin”in ideya 
rəhbərlərindən  biri kimi  həm qələmə  aldığı  satiralarında, həm  də 
bə'zən  onlara  nəsrlə  yazdığı  “müqəddimə”lərdə  öz  poeziya 
məktəbinin “ədəbi-estetik prinsiplərini e'lan...”
1 2
 və müdafiə edirdi. 
Sabirin bu xarakterli “müqəddimə”lərinin birində deyilirdi: 
“Vallah, doğru sözdür ki, deyirlər: dünyanın hər işi dəyişilib. 
Doğrudan  da  dəyişilib,  vallah  dəyişilib,  mənə  də  yəqin  oldu  ki, 
dəyişilib;  necə  ki,  hamı  da  görür  ki,  dəyişilib.  A  kişi,  baxırsan  
əqidələri dəyişilib, yeməyin, içməyin, libasın, danışığın, getməyin, 
gəlməyin  təhərləri  dəyişilib;  hətta  qabaqkılara  görə  də    halı 
dəyişilib. Daha şair başına nə daş salsın? Məgər ou qədər dəyişiklik 
işləri  görə-görə  şe'rin  qiyafəsin  dəyişik  demək  mümkün  olacaq? 
Odur ki, hərçi hıqqandım, hıqqandım ki, düzəldəm, elə dəyişik oldu 
ki, oldu. Allah bundan betərlərindən saxlasın! Sən də degilən: ilahi, 
aman! Hələ indi qulaq ver gör nə deyəcəyəm: 
Adətimiz daş idi, də'va günü, 
1. Bax: İslam Ağayev. "Molla Nəsraddin" jurnalında şe'r. XX əsr Azər-
baycan adəbiyyatı məsələləri. 1 kitab. Bakı, Elm, 1979, səh 102 
2. “Molla Nəsrəddin” jurn„ 27 oktyabr 1906, N30. 


34 
 
Bu, sanki Sabirin “Bir məclisdə on iki kişinin söhbəti” satirası 
ilə  e'lan  etdiyi  ideya-bədii,  ədəbi-estetik  yaradıcılıq  proqramının 
izalıı  idi,  dövr  və  zamanın  dəyişməyinə  müvafiq  olaraq  sənətin 
qarşısında duran yeni problemlər və bunun həlli yollarını şair həm 
şərh  edir,  həm  də  ona  nümunə  kimi  qələm  aldığı  satiralarını 
həmkarlarının  və  oxucuların  mühakiməsinə  verirdi.  Beləliklə, 
Sabirin  on  iki  kişinin  məclisindən  başladığı  işi,  yaradıcılıq 
proqramı  “Molla  Nəsrəddin’’  səhifələrində  kamala  çatmağa 
başladı. 
Sabir əsasını qoyaraq bayraqdarlıq etdiyi ədəbi məktəbin ide-
ya-bədii  prinsiplərini  həmişə  müdafiə  edir,  vaxtaşırı  təkmilləş-
dirirdi. Onun 1909-cu ildə qələmə aldığı “Ey annın ay, üzün günəş, 
ey qaşların kaman” misrası ilə başlanan satirası fikrimizə sübutdur. 
Bu satirada Sabir “bülbülə, eşqə, gülə dair yalan fırladan" şairlərin 
illərdən  bəri  “gövhəri-yekdaneyi-ziqiyməfi  çeynədiklərini  və 
çeynədikcə  də  söz  sənətini  ucuzlaşdıraraq  ictimai  mündəricədən 
məhrum etdiklərini nəzərə çatdıraraq onların əməllərinə qəhqəhə 
çəkir. Şairin qəhqəhələri onun ifşa hədəfini karıxdırırdı... 
*** 
Ciddi axtarışlar dövründə olmaqla, mübarizə meydanına atılan 
şair  ictimai-siyasi  və  ədəbi-mədəni  aləmdə  baş  verən  hər  bir 
hadisəyə  dərhal  reaksiya  verir,  qabaqcıl  ictimai  mövqedən  çıxış 
etməyə  can  atırdı.  Təsadüfi  deyil  ki,  o,  Şamaxının  da  ictimai- 
mədəni həyatında yaxından iştirak edir və hər yerdə şair-vətəndaş 
kimi  nümunə  göstərirdi.  Bu  cəhətdən  xalq  şairinin  məsələn, 
Şamaxıda açılan ilk müsəlman kitabxana-qiraətxanasının təşkili və 
fəaliyyəti ilə əlaqədar gördüyü işlər də diqqəti cəlb edir. 
Birinci  rus  inqilabının  tə'sirı  ilə  verilən  17  oktyabr  manifesti 
ölkədə  gedən  inqilabi  dəyişikliyə  xeyli  vüs'ət  verdi.  Yerlərdə 
keçirilən ictimai-mədəni tədbirlərin sayı artdı. Şamaxı ziyalıları 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə