56
nəzərə çatdırmışdır.
İctimai-mədəni həyatda passivlik, böyük tarixi şəxsiyyətlərin
xatirəsinə laqeyd münasibət, bütün bunların nəticəsində keçmişdə
“ürəfa məskəni” olan Şirvanın öz əvvəlki mövqeyini itirməsi Sabirin
vətənpərvər təbiətini cərəyana gətirən bəlalar, nöqsanlar, dərdlərdir:
Həsənim, şimdidi qıl behiştə xuram,
Oııda Seyyid Əzimə söylə solaııı:
Key məhin şairi-hədi, kəlam
Bir xəbər tutmasan vətəndənmi?
Ürəfa məskəni olan Şirvan Cühəla
xabgahidir əlan;
Bizi iğfal edən bu nüktmə Itəman
Kəndimizdən deyil, zəmandənmi?
Bütün bu sətirlərdə xalqı xabi-qəflətdə, cəhalətdə, vətəni isə
bərbad halətdə görən şairin sonsuz kədər hissi duyulur. Sabir bu
acınacaqlı vəziyyətin günahını zəmanədən çox həmvətənlərinin
özündə görürdü. O, müasirlərini sələflərinin şöhrətini nəinki
qorumağa, hətta daha da inkişaf etdirməyə çağırırdı.
Bu mövzu şairi ömrü boyu düşündürmüşdür. O, 1911-ci ildə
qələmə aldığı “Vaqiəyi-yubileykaranə” şe rində həmin məsələyə
yenidən qayıtmış, Şirvan torpağının yetirməsi olan Xaqani Şirvani,
Zülfüqar Şirvani, S.Ə.Şirvani kimi klassiklərlə yanaşı, H.Zərdabi,
S.M.Qənizadə, M.Mahmudbəyov və başqa xadimlərin vətən, xalq
qarşısında göstərdikləri xidmətlərinin layiqincə qiymətləndirilməsini
arzulamışdır. Bu əsərlərdə müəyyən məhəlli notlar olsa da, böyük
şair adlan çəkilən şəxsiyyətləri bütün vətənin və xalqın övladları,
xadimləri sayır Çünki onlar Şirvan torpağının yetirmələri olsalar da,
gördükləri iş etdləri xidmətlər ümumxalq, ümumvətən əhəmiyyəti
daşıyır. Odur ki, H.Zər-
57
dabinin vəfatından doğan kədəri ümumxalq kədəri kimi qəbul edən
şair ona vətən və xalq yolunda göstərdiyi xidmətlər müqabilində
verilən dırnaqarası qiymətə qəti e'tirazını bildirirdi. Realist
satiralarında gördüyümüz dərin sosial məzmun, dövrün, zamanın
tələblərinə cavab vermək arzusu xalq şairinin başqa əsərləri kimi,
indicə yad olunan felyeton və şe'rləri üçün də səciyyəvidir.
***
H.Zərdabidən bir neçə ay sonra — 1908-ci ilin fevralında Şa-
maxı qazisi Hacı Məcid əfəndi vəfat etdi. Şamaxılıların böyük
hissəsi H.Zərdabi kiim mütərəqqi bir adama yas saxlamadığı halda
Hacı Məcid əfəndiyə hörmət əlaməti olaraq bir neçə gün matəm
saxlayıb dükan-bazarı da açmadılar. Qazinin ölümündən Sabir də
kədərlənmişdi. O, tə'ziyədariığın ikinci günü “Çünki vücudi alim
bir ne'məti-xudadır”, beşinci günü isə “Ey müsibətzədə
dindaşlarım, etdikcə nəzər” misralı mərsiyə yazmışdır. Mərsiyələr
tə ziyə məclislərində oxunmaqla bərabər, mətbuatda da çap
olunmuşdur. Sabir kimi bir adamın bu addımı başqa qələm
yoldaşları ilə yanaşı Cəlil Məmmədquluzadəni də narazı salmış və
o, “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi “Təəssüf’
felyetonunda üstüörtülü şəkildə qələm dostunu tənqid etmişdir.
Sabir “Molla Nəsrəddin” ədəbi-ictimai fikir və mübarizə
məktəbinin qabaqcıl nümayəndəsi və ideya rəhbərlərindən biri
olmaqla jurnal redaktorunun da ən çox hörmət və ehtiram bəslədiyi
şəxsiyyətlərdən idi. C.Məmmədquluzadə bir redaktor və ideya
rəhbəri kimi “Molla Nəsrəddin” əməkdaşlarına qayğı və
tələbkarlıqla yanaşırdı. Həmin qayğı və tələbkarlığı əvvəlki sə-
hifələrdə gördüyümüz kimi “Təəssüf’ felyetonunda da asanlıqla
müşahidə etmək olar. (Bu cür tələbkar dost qayğısın, sonrakı pərdə
də gorub haqqında danışacağıq). Burada mühüm bir cə-
58
həti nəzər almaq lazımdır ki, C.Məmmədquluzadə və M.Ə.Sabir
"Molla Nəsrəddin”in ideya-bədii rəhbərləri kimi məsləkdaş olsalar
da, ayrı-ayrı fərdiyyət kimi dünyagörüşləri və həyata baxışlarında
incə fərqlər olmamış deyildi. Bu cür fərqlər şübhəsiz, hər iki
şəxsiyyətin məişəti, təhsili, fəaliyyəti, mikromühiti və sairlə
bağlıdır və həmin səbəblərin diqqətlə araşdırılması eyni zamanda
Sabirlə C.Məmmədquluzadənin dünyagörüşündə mövcud olan
fərqləri, onların səbəblərini aydınlaşdırmağa da kömək edərdi.
Bunu Sabirin bioqrafiyasından, şəxsiyyətindən söhbət açıldığı
halda belə bir məsələnin üstündən sükutla keçilməsi “cəhdinin”
qeyri-obyektiv addım olması fikri və hökmü də tələb edir.
C.Məmmədquluzadənin dünyagörüşünün formalaşmasında
dünyəvi elmlərin, klassik ədəbiyyatın, bolşevik mətbuatının, digər
fəlsəfı-etik tə'limlərin, 1905-ci ildən sonra Azərbayanda geniş
yayılan marksizm-leninizm ideyalarının rolu haqqında elmi
ədəbiyyatda az yazılmamışdır. Bu ideya qaynaqlarının bir çoxu
Sabir dünyagörüşünün formalaşmasına da tə sir göstərmişdir.
Lakin burada “adi şüur" səviyyəsində olan yerli mühit və təsəv-
vürlər də qüvvətli rol oynamışdır. C.Məmmədquluzadənin Qori
müəllimlər seminariyası kimi dövrün qabaqcıl ınaarit ocaqlarından
birinin yetişdirməsi olmasının, Tiflisin qaynar ictimai-ədəbi
mühitində çalışmasının, tələbəlikdən bolşevik əqidəli adamlarla
yaxınlıq etməsinin və sairin müqabilində Sabirin heç bir tədris
müəssisəsində oxumadığını, ömrünü əsasən Şamaxıda keçil-
məsini, hər addımda nüfuzlu din xadimləri ilə təmasda olmasını və
s.də deyilənlərə əlavə etsək, iki şəxsiyyət, iki dünyagörüşü və hər
hansı hadisəyə bəslənən iki münasibət arasındakı tənasübün
hardasa uyğun gəlməyəcəyi ehtimalına təbii hal nilini baxmalı
olarıq.
Əldə olan materiallardan aydın olur ki. Hacı Məcid ətəndi
Şamaxıda və ətraf yerlərdə dindar mühit arasında böyük hörmət
Dostları ilə paylaş: |