Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə8/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   4   5   6   7   8   9   10   11   ...   106

19 
 
kimi, Ağsunun adı (ticarət və sənətkarlıq məntəqəsi kimi) ilkin olaraq XVI əsrə aid 
mənbələrdə xatırlanılır. 
Mənbələrdə  o  da  bildirilir  ki,  Nadir  şah  1734-cü  ilin  sonlarında  Şamaxını 
ələ  keçirdikdən  sonra  əhalinin  İran  ordusuna  ciddi  müqavimət  göstərməsindən 
qəzəblənərək  şəhəri  yerlə  yeksan  etmək,  sakinlərini  isə  Ağsuya  köçürmək  əmrini 
verib. Tarixçilərin bir qismi bu şəhəri “Yeni Şamaxı” kimi təqdim edir. Əslində isə 
bu,  elə  Ağsu  şəhəridir.  Çünki,  Nadir  şah  Şamaxı  əhalisinin  məhz  Ağsuya 
köçürülməsi əmrini verib. Deməli, mənbələrdə də göstərildiyi kimi Ağsu o zaman 
artıq  mövcud  idi.  Ərazidə  aparılan  arxeoloji  tədiqatlar  da  artıq  bunu  təsdiq 
etməkdədir.  
Xatırladaq  ki,  hələ  1983-cü  ildə  aparılmış  kiçik  miqyaslı  kəşfiyyat 
qazıntıları zamanı orada XVI əsrə aid sikkələr tapılmışdı. Bu il aparılan tədqiqatlar 
zamanı  da  analoji  nümunələrə  təsadüf  olunmuşdur.  Son  tədqiqatlar  zamanı  IV 
qazıntı  sahəsindəki  7a  kvadratından  tapılmış  XII-XIII  əsrlərə  aid  şirli  kasa 
nümunəsi  isə  orada  daha  erkən  yaşayış  izləri  olduğundan  xəbər  verir.  Əlbəttə, 
tədqiqatlar bəlli bir həddə çatanadək bu barədə qəti söz demək hələ tezdir. Amma 
əldə  olan  tapıntıların  özü  belə  bu  barədə  düşünmək  üçün  əsas  verir.  Ağsuda 
həyatın,  o  cümlədən  şəhər  həyatının  nə  vaxtdan  etibarən  başlanmasından  asılı 
olmayaraq  XVIII  əsrin  ikinci-üçüncü  rübü,  xüsusən  də  Hacı  Məhəmmədəli  xanın 
hakimiyyəti dövrü (1748-1763) onun xüsusilə intensiv inkişaf dövrü olub. 
Bəli,  şəhərin  inkişafı  və  yüksəlişi  daha  çox  Zərnəvalı  Hacı  Məhəmmədəli 
onun ölümündən (1747) sonra, daha doğrusu, 1748-ci ildə Ağsuda hakimiyyəti ələ 
keçirir və özünü şirvanın xanı elan edir. Oturaq əhali, daha çox da şəhər sakinləri 
onun hakimiyyəti qəbul edərək müdafiə etsələr də, Şirvan elatı Hacı Məhəmmədəli 
xana  itaət  göstərmədi.  O  zaman  Şirvan  elatı  içərisində  Sərkar  ailəsinin  timsalında 
Xançobanı  mahalından  olan  Allahverdi  bəyin  övladları  böyük  nüfuz  sahibi  idi. 
Beləliklə, Hacı Məhəmmədəlinin özünü xan elan etməsi ilə Şirvanda faktiki olaraq 
ikihakimiyyətlilik  yarandı. Bunun  nəticəsi olaraq Ağsu  və  Şamaxı  şəhərləri  siyasi 
intriqa  və  hərbi  toqquşmalar  meydanına  çevrildi.  Hansı  ki,  bir  çox  hallarda 
Azərbaycanın  digər  xanlıqları,  hətta  xarici  qüvvələr  belə  bu  intriqa  və 
toqquşmaların  fəal  iştirakçısı  kimi  çıxış  edirdi.  Məsələn,  Şəki  xanlığı  Sərkar 
ailəsinin  timsalında  Şamaxını,  Quba  xanlığı  isə  Hacı  Məhəmmədəli  xanın 
timsalında Ağsunu müdafiə edirdi. Sərkar ailəsi və Şəki xanlığı Ağsu hökmdarını 
daha çox İrana meylli olduğuna görə qəbul etmirdi. 
1755-ci  ildə  böyük  qüvvə  ilə  Şirvana  hücum  edən  Hacı  Çələbi  xan  uzun 
müddət  Ağsunu  mühasirədə  saxlasa  da,  onu  ala  bilmədi.  Ağsu  uğrunda 
döyüşlərdəki ağır məğlubiyyətdən az sonra Hacı Çələbi vəfat edir. Amma vəziyyət 
dəyişmədi. Əksinə, İranpərəst mövqeyinə görə sonradan Quba, Qarabağ, Salyan və 
Bakı  xanlıqları  da  Hacı  Məhəmmədəli  xana  qarşı  çıxdılar.  Nəhayət,  xanlıqların 
birləşmiş  qüvvələri  Ağsunu  8  gün  mühasirədə  saxladıqdan  sonra  Hacı 


20 
 
Məhəmmədəli  xan  təslim  oldu  və  bir  daha  İrana  xidmət  etməyəcəyinə  dair  and 
içdi. 
Təbiidir  ki,  davamlı  olaraq  siyasi  intriqa  və  hərbi  toqquşmalar  meydanına 
çevrilməsi  Ağsuda  şəhər  infrastrukturunun  ardıcıl  və  sistemli  inkişafına  mane 
olmaya  bilməzdi.  Belə  bir  şəraitdə  çətin  ki,  orada  şəhərin  simasını  müəyyən  edə 
biləcək  iri  ictimai  binalar  inşa  olunaydı.  Təbiidir  ki,  iri  və  fundamental  binaların 
inşası  üçün  illər  tələb  olunurdu.  Ağsu  isə  demək  olar  ki,  fasiləsiz  olaraq  hərbi 
toqquşmalar  içərisində  idi.  İş  o  yerdə  idi  ki,  hətta  başlanmış  tikintilərin  də  xeyli 
hissəsini  başa  çatdırmaq  mümkün  olmadı.  Şəhərin  cənub,  cənub-qərb  və  cənub-
şərq tərəfində qala divarları və müdafiə xəndəyinin yarımçıq qalması da hər şeydən 
öncə məhz bu amillərlə izah olunmalıdır. 
 
One  more  about  history  of  Agsu  Town:  We  would  like  to  touch  again 
some  moments  on  history  of  establishment  of  Agsu  Town.  As  it  was  repeatedly 
recalled, the name of Agsu was primarily reminded in sources of XVI century (as 
trade and craftsmanship point). 
It is said in  sources  that Nadir shah  getting furious at  serious resistance of 
population  against  Iranian  Army  after  seizing  Shamakhi  in  late  1734  ordered  to 
loot the town and remove its residents to Agsu. A part of historians introduces this 
town like “Yeni Shamakhi”. It is actually Agsu Town. Because Nadir shah ordered 
to remove Shamakhi population to Agsu. Thus Agsu existed then as it is shown in 
sources. 
To  recall,  coins  of  XVI  century  were  displayed  during  small-scale 
intelligence excavations implemented in 1983. Analogous sample was encountered 
during the investigations carried out this year. Glazed bowl sample found from 7a 
square  in  IV  excavation  field  and  belonged  to  XII-XIII  centuries  during  last 
investigations  notifies  existence  of  earlier  dwelling  traces  there.  Definitely,  it  is 
very early to tell a decisive word on that till the investigations reach known extent. 
However, obtained findings substantiate thinking about it. 
Irrespective  of  the  time  of  beginning  of  Agsu  life,  including  urban  life, 
second  and  third  terms  of  XVIII  century  especially  period  of  Haji  Muhammadali 
khan's power (1748-1763) was its intensive development period in particular. 
Development and progress of the town is connected more with the name of 
Haji  Muhammadali  Sofu  Nabi  oglu  from  Zarnava.  Haji  Muhammadali,  being  a 
naib of Shirvan when Nadir shah was alive, seized the power in Agsu in 1748 after 
his  death  (1747)  and  declared  him  a  khan  of  Shirvan.  Though  settled  people 
particularly, the town's settlers adopted and protected his power, Shirvan nation did 
not  obey  Haji  Muhammadali  khan.  In  that  period  sons  of  Allahverdi  bey  from 
Khanchobani  district  as  example  of  Sarkar  family  amongst  Shirvan  nation  were 
authorities.    So,  diarchy  was  established  in  fact  in  Iran  with  Haji  Muhammadali's 
declaring himself khan. Consequently Agsu and Shamakhi cities became a square 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə