Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə9/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   5   6   7   8   9   10   11   12   ...   106

21 
 
of  political  intrigue  and  military  conflicts.  In  many  cases  other  khanates  of 
Azerbaijan,  even  outward  forces  were  active  participants  of  these  intrigues  and 
conflicts.  For  instance,  Shaki  khanate  protected  Shamakhi  as  example  of  Sarkar 
family, and Guba khanate protected Agsu as example of Haji Muhammadali khan. 
Sarkar family and Shaki khanate did not accept ruler of Agsu for his orientation to 
Iran. 
Haji  Chalabi  attacking  Shirvan  with  great  forces  in  1755    could  not  seize 
Agsu despite a long-term siege. Haji Chalabi died a bit later after hard defeat at the 
battles for Agsu. But the situation did not change. On the contrary, Guba, Garabag, 
Salyan  and  Baku  khanates  were  against  Haji  Muhammadali  khan  for  humane 
stand. At last Haji Muhammadali khan gave up after 8-day siege of Agsu by united 
forces of the khanates and swore that he would not serve Iran any more. 
Naturally,  Agsu's  durably  becoming  a  square  for  political  intrigues  and 
military  collisions  could  prevent  consistent  and  systematic  development  of  the 
town  infrastructure  in  Agsu.  In  such  condition  construction  of  large  public 
buildings, able to define image of the town  was not real. Years were naturally re-
quired  for  construction  of  large  and  foundamental  buildings.  Agsu  was  almost 
inside military conflicts without a break. It was even impossible to complete most 
part of launched constructions. Incompleteness of fortress walls and defense trench 
in south, south west and south east of the town should be explained by these factors 
above all. 
 
ġəhər  məhəllələri:  Ağsu  şəhəri  də  digər 
son  orta  əsr  şəhərləri  kimi  bütövlükdə  əsas  və 
ikinci  dərəcəli  küçə  və  yollardan,  irili-xırdalı 
meydanlardan,  müxtəlif  təyinatlı  tikililərdən, 
yeraltı  və  yerüstü  kommunikasiya  şəbəkəsindən 
ibarət  son  dərəcə  mürəkkəb  bir  kompleksdən 
ibarətdir.  Burada  hər  şeydən  və  hər  yanda  bir 
sistem  olduğu  duyulur.  Burada  həmçinin  hər 
şeydən  və  hər  yanda  bir  sistemsizlik  və 
nizamsızlıq  elementləri  də  tapmaq  mümkündür.  Əlbəttə,  əsl  həqiqəti  və  real 
mənzərəni  üzə  çıxarmaq  üçün  mütləqdir  ki,  nisbətən  geniş  ərazi  öyrənilsin.  Etiraf 
edək ki, Ağsuda bu həddə çatmaq üçün hələ çox iş görmək tələb olunur. Müqayisə 
üçün bildirək ki, Qazaxıstan arxeoloqları uzun illərdir Otrar şəhərinin son orta əsr 
təbəqəsini  öyrənirlər.  Özü  də  Otrar  ərazisinə  görə  Ağsudan  iki  dəfə  kiçikdir. 
İndiyədək orada 500-ə yaxın ev-otaq, onlarla küçə və meydan, çoxsaylı iri binalar 
aşkara  çıxarılıb.  Analoji  tədqiqatlar  Ürgənc,  Buxara,  Pəncikənd,  Xersones, 
Novqorod və digər şəhərlərdə də aparılıb. 
Ağsuda isə tədqiqatlar yenicə başlayıb. Burada beş dahədə üst-üstə təqribən 
3500  kvadratmetrə  yaxın  ərazi  öyrənilib.  Bu  Azərbaycanın  digər  abidələrində 


22 
 
aparılan tədqiqatlarla müqayisədə çox olsa da, Otrar, Buxara, Pəncikənd, Xersones 
və  ya  Novqorodda  aparılmış  qazıntılarla  müqayisə  olunmayacaq  dərəcədə  azdır. 
Ona görə də belə nisbətən kiçik miqyaslı qazıntılar əsasında bu və ya digər şəhərin 
topoqrafiyasının  ayrı-ayrı  problemləri  barədə  qəti  və  əhatəli  fikir  söyləmək 
imkanları son dərəcə məhduddur. 
Mütəxəssislər belə hesab edirlər ki, məhəllə orta əsrlərdə olduğu kimi, son 
orta  əsrlərdə də şəhərlərin əsas komponentlərindən biri olaraq qalırdı. Tədqiqatlar 
nəticəsində  ayrı-ayrı  şəhərlərdə  plan  etibarı  ilə  düzbucaqlı,  trapesiya  şəkilli  və 
çoxbucaqlı formasında olan məhəllələr aşkar edilib. 
Məsələn,  orta  əsr  şəhərlərinin  bir  qismində  məhəllələr  qapalı  olub. 
Məhəlləyə  daxil  olan  evlərin  magistral  küçəyə  fərdi  çıxışı  olmayıb.  Bu  evlərin 
çıxışı  məhəllə  daxilindəki  meydana  hamı  üçün  ümumi  sayılan  həyətə  açılıb.  Bu 
halda  küçə-dalanların  üstü  əksər  hallarda  ayrı-ayrı  evlərə  məxsus  eyvanlarla 
bağlanırdı. Daha çox Otrar üçün xarakterik olan bu cür qapalı məhəllələrin qapısı 
adətən gecələr bağlanırdı. Bununla belə məhəllələrin nisbətən dərinliyində yerləşən 
bəzi evlərin özünün ayrılıqda magstral küçələrə məxsusi keçidləri olurdu. 
Zaman  keçdikcə  məhəllə  əhalisinin  artımı,  yeni  ailələrin  yaranması,  buna 
müvafiq  olaraq  yeni  evlərin  tikilməsi  və  ya  mövcud  evlərin  genişləndirilməsi 
zəruriyyəti nəticə etibarilə hamı üçün  ümumi olan həyətlərin daha da daralmasına 
gətirib  çıxarırdı.  Analoji  mənzərəni  orta  əsr  şəhər  elementlərinin  bu  günədək 
qorunub  saxlandığı  İçərişəhərdə,  Şəkidə,  Lahıc  və  Basqalda  da  müşahidə  etmək 
olar.  Məhəllələrin  planlaşdırılmasında  “qırmızı  xətlər”in  gözlənilməməsi  şəhər 
memarlığı  üçün  həmişə  ciddi  əngəl  olub.  Xüsusən  də  məhəllə  meydanından  əsas 
küçəyədək olan keçid, döngə  və dalanlar əcayib dərəcədə girintili-çıxıntılı olması 
ilə diqqəti cəlb edirdi. Tikintidəki belə xaotiklik hər yanda müşahidə olunurdu. 
Otrardan fərqli olaraq Ürgəncin tədqiqatçıları şəhər divarlarına birləşən bir 
sıra tikililərin məhəllənin tərkib hissəsi olduğunu bildirirlər. Orada magistral küçə 
boyunca aşkar olunmuş 54 otaq ayrıca məhəllə kimi təqdim olunur. 
Plan  quruluşu  etibarilə  əsasən  düzbucaqlı  formaya  malik  Xersones 
məhəllələrində  evlər  bütöv  divar  olaraq  magistral  küçəyə  çıxırlar.  Lakin  orada  da 
Otrarda  olduğu  kimi  evlərin  hər  birinin  ayrılıqda  magstral  küçəyə  çıxışı  yoxdur. 
Yəni, bütün evlərin çıxışı ümumi həyətə-məhəllə meydanınadır. 
Hələlik  arxeoloji  ədəbiyyatda  orta  əsr  şəhər  məhəlləsinin  konkret  tərifi  və 
hamı üçün məqbul sayıla biləcək izahı yoxdur. Bu da ondan erəli gəlir ki, şəhərlər 
müxtəlif  olduğu,  onların  relyefinin  fərqləndiyi,  əhalinin  məskunlaşması  ilə  bağlı 
əsrlər  boyu  formalaşmış  özünəməxsusluq  və  nəhayət,  etnik,  dini,  sosioloji  və 
psixoloji  faktorların  təsir  dərəcəsi  bütövlükdə  məhəllə  anlayışının  palitrasını  da 
mürəkkəbləşdirmişdir.  
Bu  səbəbdən  də  onun  tərifi  və  xarakteristikası  üçün  kontorlar 
müəyyənləşdirmək bir qədər çətindir.  


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə