Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə62/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   58   59   60   61   62   63   64   65   ...   106

129 
 
Hörgü daşları  -  IV  qazıntı sahəsindən (1; 1a 
və  1b  kvadratlarından)  çox  sayda  hörgü  daşları 
aşkar 
olunmuşdur. 
Onların 
əksəriyyətinin 
hündürlüyü eynidir (20 sm), bəzilərinki isə 19-19,5 
sm-dir.  Uzunluqları  da  müxtəlifdir.  Belə  ki,  30-42 
sm  arasında  dəyişməkdədir.  Bu  hörgü  daşlarının 
divarın  içəri  tərəfində  qalan  hissəsi  üçbucaq 
formada yonulub. Şirvan memarlığında buna quyruq 
deyilir.  Bunun  belə  edilməsinin  səbəbi  hörgünün 
möhkəmliyi 
və 
daşların 
bir-birini 
yaxşı 
bağlamasıdır.  Belə  daşları  palçıqla  bir-birinə 
bağlamaq  daha  asan  olurdu.  Həmin  daşların  çöl 
tərəfi  dişəmə  və  cilalama  vasitəsilə  hamarlanıb  və 
bu səbəbdən çox səliqəlidir. 
Üzlükdaşlar-1; 
1a, 
1b; 
2; 
2a, 
2b 
kvadratlarında  döşəməyə  düzülmüş  xeyli  üzlük  daş 
aşkar  olunmuşdur.  Ölçüləri  belədir:  37x32x7; 
40x31x7;  44x44x7;  45x28x6;  45x40x7;  53x32x7. 
Hamamda  tikilmiş  hovuz-vannanın  kənarlarında  da 
üzlük daşlardan (70x36x7, 45x45x7) istifadə olunmuşdur. 
c)  pilləli,  karniz  və  ya  pərvaz  daşların  əksəriyyəti  sənəq  halda  tapılmışdır. 
Ən  böyüyünün  uzunluğu  86-sm-dir,  pilləvari  formadadır,  içəriyə  (yəni  səthinə) 
doğru ikitillidir. Hündürlüyü 13, qarşıdan döşəmə hissəsinin qalınlığı isə 7 sm-dir. 
Yan  tərəfdən  eni  28,  içəri  səthi  isə  18,5  sm-dir.  Pilləvari  formalı  hissənin  yuxarı 
tərəfində  qalınlığı  7  sm-dir.  Həmin  hissə  oval  formadadır.  İkitillidir.  Onun  digər 
daşlardan  əsas  fərqi  arxa  tərəfdən  20,5  sm  uzunluğunda  (bu  çıxıntı  ümumi 
uzunluğa  daxildir)  çıxıntının  olmasıdır.  Çıxıntını  yuxarıdan  ensiz  (2,5  sm), 
aşağıdan enlidir (4 sm). Daha bir daşın uzunluğu 47,5 sm-dir. Lakin əvvəlkindən 
fərqli olaraq bunun bir tili var. Buna baxmayaraq hündürlüyü və yan tərəfi 17 sm-
dir.  Daha  belə  birdaşın  uzunluğu  49,5  sm-dir.  Lakin  əvvəlkilərdən  tam  fərqlidir. 
Belə ki, onun pilləvari formada olan yuxarı hissəsinin qalınlığı 8 sm olmaqla səthə 
tam  tilsiz,  yəni  çiyinsiz,  oval  formada  birləşməsidir.  Yandan  baxanda  üçbucağa 
oxşayır.  Arxa  tərəfdən  hündürlüyü  7,  eni  22,5,  səthinin  eni  14,  qarşı  tərəfdən 
qalınlığı 9 sm-dir. Eynilə buna oxşar digər bir daşın yuxarı pilləsinin qalınlığı səthə 
birləşməklə  9,5,  səthinin  eni  8,  arxa  tərəfdən  hündürlüyü  19,  eni  17,  qalınlığı  12, 
uzunluğu  35  sm-dir.  Arxası  çıxıntılı  olan  bir  daşın  uzunluğu  61,5,  hündürlüyü  7, 
eni  17,  yuxarı  pilləsinin  eni  7,  pillənin  dərinliyi  8,  səthinin  eni  6  sm-dir.  6c 
kvadratında  bu  daşlara  oxşar  daha  bir  daş  tapılmışdır.  Lakin  onu  digər  daşlardan 
fərqləndirən  cəhət  alt  hissəsinin  yuxarı  qatlanmasıdır.  Uzunluğu  25,5,  eni  32, 
hündürlüyü 21, yuxarı pilləsi  oval olmaqla eni 11, dərinliyi 5 sm-dir. Xeyli kiçik 
olan  ikinci  pillənin  eni  2,5,  dərinliyi  3  sm-dir.  Bu  daşların  hansı  məqsədlə  və 


130 
 
tikintinin  hansı  hissəsində  işlədilməsi  barədə  konkret  fikir  söyləmək  çətindir. 
Bunların bəzək daşı olması da mümkündür. Çünki etnoqrafik məlumatlara əsasən 
demək  olar  ki,  bu  gün  də  Şirvanın  köhnə  evlərində  qapı,  pəncərə,  camaxatan  və 
buxarı  kənarlarında  pərvaz  və  ya  karniz  adlanan  belə  bəzəkli  daşlardan  istifadə 
olunmuşdur. Belə daşlar adətən ikitilli, üçtilli, dördtilli və ördəkboynu olurdu. Ola 
bilsin  ki,  XVIII  əsr  Ağsu  memarlığında  da  belə  elementlərdən  istifadə  edilib.  Bu 
formada  digər  bir  daşın  (uzunluğu  29,  qalınlığı  30  sm)  üzərində  gül  ləçəyi 
formasında deşiklərin olmasıdır. 
Üzərində  deşiklərin  olması  onlardan  səki  qırağı  suların  axıdılması  və  ya 
hamamlarda  trap  kimi  istifadə  olunduğunu  deməyə  əsas  verir.  Xatırladaq  ki,  belə 
bir  trap  formalı  daş  IV  qazıntı  sahəsindəki,  2a  kvadratında  aşkar  edilmiş 
kanalizasiya xətti üzərində də aşkar edilmişdir. Onun uzunluğu 60, eni 37, qalınlığı 
6 sm-dir. Ortasında yarpağa oxşar yeddi deşik var. Belə arx formalı tikililərə əksər 
kvadratlarda  rast  gəlinmişdir  və  onlardan  çox  güman  ki,  çirkab,  yağış,  yaxud 
məişət sularının axıdılması üçün istifadə olunub. 
II.  Təsərrüfatda  işlədilmək  üçün  hazırlanmış  daş  məmulatı:  Bu  cür  daş 
məmulatı təyinatından asılı olaraq bir neçə qrupa bölünür. Bu tipdən olan əşyaların 
başlıca  nümunələri  aşağıdakılardan  ibarətdir:  Qəliblər,  əl  dəyirmanları  (kirkirə), 
həvəngdəstələr,  girgino  (yuvarlaq  daş),  daş  təknələr,  daş  qapaqlar,  daş  qapaq-
örtüklər, çəki daşları, daş tabaq. 
1.
 
 Daş  qəliblər.  III  qazıntı  sahəsindən  iki  daş  qəlib  tapılmışdır. 
Onlardan  birinin  qalınlığı  2,5,  eni  4,5,  uzunluğu  45  sm-dir.  Bir  tərəfi  oval,  digər 
tərəfi isə düzbucaqlı formadadır. Üzərində on ədəd deşik yeri vardır. Digər bir daş 
qəlibin  uzunluğu  5,  eni  4,5,  qalınlığı  1,5  sm-dir.  Üzərində  beş  yerdə  deşik  var. 
Qəlibin 
içərisində diametri 2,9 sm olan 12 sektordan ibarət günəş təsvirini xatırladan batıq 
naxış  var.  Sektorların  hər  birinin  içərisində  nisbətən  iri  batıq  dairə  var. 
Sektorlardan 
mərkəzə 
doğru  24  kiçik  dairə.  Onların  yanında  isə 
daha 9 ədəd nisbətən iri batıq dairə həkk olunub. 
2.
 
Əl  dəyirmanları.  Belə  dəyirman  daşlarından  biri  7-ci  kvadratdan 
tapılmışdır. Qalınlığı 6, diametri 47, dən tökülmək məqsədilə açılmış dəlik yerinin 
diametri 5,5 sm-dir. Digər dəyirman daşının bütöv şəkildə diametri 42, qalınlığı 7 
sm,  dənliyinin  diametri  4  sm-dir.  Dəstək  taxmaq  üçün  olan  dəliyin  yarısı  qırılmış 
vəziyyətdədir.  4b  kvadratındakı  təndirdən  həm  alt,  həm  də  üst  hissəsi  yaxşı 
vəziyyətdə  qalan  dəyirman  daşı  da  tapılmışdır.  Üst  daşının  diametri  47,  qalınlığı 
11, buğda tökmək üçün nəzərdə tutulan dəliyin diametri 6, əl tutmaq üçün istifadə 
edilən  ağac  dəstəyin  yerinin  diametri  4  sm-dir.  Alt  daşın  iki  kənarı  düzbucaqlı 
formada olmaqla 29, digər iki tərəfi isə dairəvi formada olmaqla 39 sm-dir. Onun 
da qalınlığı 11 sm-dir. 
3.
 
Həvənglər. IV qazıntı sahəsindən aşkar olunmuş həvəng nisbətən dairəvi 
formadadır.  Diametri  19,  qalınlığı  6,5  sm-dir.  Ortasındakı  deşiyin  diametri  4,5, 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə