Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə94/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   90   91   92   93   94   95   96   97   ...   106

197 
 
Teymur  Bünyadov,  Akademiyanın  müxbir  üzü  İlyas  Babayev,  onların  yetirmələri 
olan  arxeoloq  həmkarlarım  buradadır.  İstərdim  bizim  üçün  çox  əziz  olan  bu 
insanları da bir daha ürəkdən salamlayaraq, onlara xoş gəlmisiniz deyək. 
Ağsuda  doğulan,  boya-başa  çatan,  buradan  pərvazlanaraq  təkcə  Ağsunun 
deyil, bütövlükdə respublikamızın inkişafında xüsusi xidmətləri olan insanların çox 
dəyərli nümayəndələri də bu gün Ağsu təntənələrində iştirak edir. Hansı ki, onların 
arasında  Ağsuda  arxeoloji  tədqiqatların  gedişi  və  nəticələri  ilə  yaxından 
maraqlanan,  bizə dəstək olan  insanlar  da  var. Mən  fürsətdən istifadə edərək  Ağsu 
arxeoloji  ekspedisiyasının  kollektivi  adından  rayon  icra  hakimiyyətinin  başçısı 
Ənvər  Seyidəliyev  və  millət  vəkili  Ərəstun  Cavadov  bəşda  olmaqla  həmin 
insanlara da öz təşəkkür və minnətdarlığımı ifadə etməyi özümə borc bilirəm. 
Elə  insanlar  var  ki,  Ağsu  tarixinin  araşdırılması  naminə  ekspedisiyaya 
hərtərəfli  dəstək  olur,  lakin  obyektiv  səbəblər  ucbatından  onlar  burada  deyillər, 
gəlin həmin insanları da ürəkdən salamlayaq, bu vacib və səmərəli fəaliyyətlərində 
onlara uğurlar arzulayaq. 
Hörmətli  xanımlar  və  cənablar!  Ulu  öndər  Heydər  Əliyevin  anadan 
olmasının  87-ci  il  dönümünün  ümummilli  səviyyədə  yad  edildiyi  bu  günlər 
Azərbaycan  xalqı  üçün  çox  əziz  günlərdir.  Heydər  Əliyev  bizim  üçün  müstəqil 
Azərbaycan  dövləti  qurub.  O,  bu  dövlətin  uzun  bir  prespektiv  üçün  inkişaf 
strategiyasını müəyyən edib, hansı ki, dövlətimiz möhtərəm cənab Prezident İlham 
Əliyevin rəhbərliyi ilə bu yolla inamla irəliləməkdədir. 
Heydər  Əliyev  Azərbaycanı  parçalanmaq,  bir  dövlət  olaraq  onun  varlığına 
xitam  vermək  niyyətində  olan  kənar  qüvvələrin  illər  boyu  hazırladığı  çirkin 
planlardan  xilas  edib,  ölkədə  vətəndaş  müharibəsi  səviyyəsinə  çatan  dəxili 
qarşıdurmaya  son  qoyub,  bizi  bütün  sivil  dünyanın  getməkdə  olduğu  azad  və 
demokratik inkişaf  yoluna çıxarıb. Bir sözlə, Heydər Əliyev XX əsrin bəşəriyyətə 
bəxş  etdiyi  elə  nadir  simalardandır  ki,  onun  təkcə  Azərbaycan  üçün  deyil, 
bütövlükdə  Türk  dünyası  və  Müsəlman  Şərqi  üçün  elədiklərini  sadalamaqla 
qurtarmaz. 
Heydər Əliyev tariximiz üçün çox şey edib desək, bu, insafsızlıq olar, çünki 
o özü tarix yaradıb. Hamımızın böyük qürur hissilə yaşadığımız və öyündüyümüz 
müstəqillik tariximiz məhz onun adı ilə bağlıdır. 
Dostlar!  Azərbaycan  əlverişli  geosiyasi  mövqeyi  və  zəngin  təbii  sərvətləri 
baxımından  dünyanın  ən  cəlbedici  ölkələrindəndir.  Hansı  ki,  bu  təbii-ilkin 
üstünlüklər çox-çox qədim zamanlardan başlayaraq insanların diqqətini cəlb edib. 
Məhz  bu  zəmində  təqribən  2  milyon  il  bundan  öncə  burada  ilk  insan  məskənləri 
meydana  gəlib.  Bu,  o  deməkdir  ki,  Azərbaycan  tarixi  ən  azı  2  milyon  illik  bir 
dövrü  əhatə  edir.  İnanın,  nəinki  qonşularımız,  bütövlükdə  dünya  belə  qədim 
tariximiz olduğuna görə bizə qibtə edir. Belə bir tarixlə necə də fəxr etməyəsən?! 
Diqqətinizə  çatdırım  ki,  2  milyon  illik  tariximizin  olsa-olsa  2  min  illik 
dövrünü,  onu  da  qismən  yazılı  qaynaqlar  əsasında  öyrənirik.  Yazılı  qaynaqların 


198 
 
mövcudluğunadək  olan  dövr  isə  sırf  arxeoloji  tədqiqatlara  istinadən  öyrənilir. 
Azərbaycan arxeoloqlarının bu sahədəki xidmətləri həqiqətən alqışa layiqdir. 
Minnətdarlıq  hissi  ilə  deməliyəm  ki,  son  vaxtlar  birbaşa  möhtərəm 
prezidentimiz İlham Əliyevin şəxsi nəzarəti, diqqəti və hərtərəfli qayğısı sayəsində 
Azərbaycanda  arxeoloji  tədqiqatların  miqyası  günü-gündən  genişlənməkdədir. 
Ağsuda  aparılan  işlər  və  onun  nəticələri  də  bu  qayğı  və  diqqətin  bariz  nümunəsi 
kimi dəyərləndirilməlidir. 
Bu gün təqdimatını keçirdiyimiz kitab-albomda Ağsu şəhərinin tarixi barədə 
müfəssəl  məlumat  verilib.  Odur  ki,  mən  çıxışımda  şəhərin  tarixi  ilə  bağlı  yalnız 
bəzi məqamlara toxunmaqla kifayətlənəcəyəm. 
Məlumat  üçün  bildirim  ki,  yazılı  qaynaqlarda  Ağsunun  adı  ilk  dəfə  XVI 
əsrə  aid  mənbələrdə  çəkilir.  275  il  bundan  öncə,  yəni  1735-ci  ilin  may  ayında 
Nadir  şahın  əmri  ilə  Ağsuda  yeni  şəhər  (Yeni  Şamaxı)  salınmağa  başlanır  və 
Şamaxı  əhalisi  də  buraya  köçrülür.  Beləliklə,  Ağsu  rəsmən  Şirvanın  paytaxtına 
çevrilir və müəyyən fasilələrlə 1806-cı ilədək bu funksiyanı daşıyır. 
Ağsu  uğrunda  daxili  və  xarici  qüvvələrin  iştirakı  ilə  zaman-zaman  çox 
döyüşlər olub, şəhər dəfələrlə əldən-ələ keçib. 1763 və 1798-ci illərdə burada ağır 
epidemiya baş verib. Bütün bunların nəticəsi olaraq xanlığın paytaxtı dəfələrlə gah 
Şamaxıya,  gah  da  Ağsuya  köçürülüb.  1806-cı  ildə  Abbas  Mirzənin  hücumu 
ərəfəsində  Mustafa  xan  düşmən  əlinə  keçməsin  deyə  şəhərin  bütün 
kommunikasiyalarını  dağıtmaq  barədə  əmr  verərək  əhalisini  dağlar  qoynundakı 
Fitdağ şəhərinə köçürüb. 
Orta  əsr  Ağsu  şəhəri  40  hektaradək  sahəni  əhatə  edir.  Şəhər  ərazisi 
möhtəşəm  qala  divarları  və  dərin  xəndəklə  əhatələnib.  Cənub-qərb  və  cənub-şərq 
tərəfdə süni təpələrdən ibarət iki yerdə müşahidə məntəqəsi var. Şəhərin ətrafında 4 
qəbristan mövcuddur. Ağsu şəhər yeri ölkə əhəmiyyətli abidə kimi qorunur. 
Ağsu şəhər yerində ilkin arxeoloji axtarışlar 1983-cü ildə aparılıb. O zaman 
görkəmli  arxeoloq  Fazil  Osmanovun  rəhbərliyi  və  bəndənizin  iştirakı  ilə  şəhərin 
mədəni  təbəqəsinin  stratiqrafiyasını  öyrənmək  məqsədi  ilə  2  yerdə  kiçik  miqyaslı 
yoxlama qazıntısı qoyulub. 
Bu ilin mart ayından etibarən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək 
İctimai  Birliyinin  təşəbbüsü  və  maliyyə  dəstəyi  ilə  orada  genişmiqyaslı  arxeoloji 
tədqiqatlara  başlanılıb.  Ötən  müddət  ərzində  şərti  olaraq  III  sahə  adlandırdığımız 
600  kvadratmetrlik  sahədə  tədqiqatlar  əsasən  başa  çatdırılıb.  Hazırda  IV  sahədə 
qazıntı  işləri  davam  etdirilir.  Aparılmış  arxeoloji  tədqiqatların  ilkin  nəticələri  bu 
gün sizlərə təqdim olunan kitab-albomda qismən öz əksini tapıb. Ona görə də mən 
qazıntıların  nəticələri  ilə  bağlı  yalnız  bəzi  məqamları  diqqətinizə  çatdırmaqla 
kifayətlənəcəyəm. Bunlar aşağıdakılardır: 
Ağsu  şəhəri  birtəbəqəli  abidədir.  Orada  mədəni  təbəqənin,  yəni  yaşayış 
qatının  qalınlığı  1,4-1,7  metrdir.  Ayrı-ayrı  yerlərdə  bir-birinin  üstündə  olmaqla  3 
tikinti  qatı  qeydə  alınıb.  Tikintilərin  hamısının  bünövrə  hissəsi  yonulmamış  çay 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə