Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   10   11   12   13   14   15   16   17   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
41
 
 
əsasları və minimal vahidləri, nə reallaşma mexanizmi, nə 
də  ki,  hansı  səviyyəli  dil  vahidlərinə  tətbiq  olunması 
qanunauyğunluqları  ilə  bağlı  heç  bir  elmi  ədəbiyyatda 
şərh və ya izahata rast gəlinmir. Konneksianist və koqnitiv 
psixolinqvistikanın  varlığı  iddia  olunur,  amma  əsasları, 
obyekti, predmeti şərh edilmir.  
Konneksianist və koqnitiv psixolinqvistikanın psixoloji 
əsası,  təbii  ki,  konneksianist  və  koqnitiv  psixologiyadır. 
Amma  psixolinqvistikanın  bu  iki  istiqamətinin  linqvistik 
əsasları, ümumiyyətlə, məlum deyil. Bununla belə hər iki 
istiqamətin  eyni  bir  linqvistik  əsasa,  yəni  N.Xomskinin 
törədici qrammatika nəzəriyyəsinə meyli şübhəsizdir.  
Müəyyən  mənada  həm  biheviorizm  və  neobihevioriz-
mi,  həm  də  konneksianist  və  koqnitiv  psixolinqvistikanı 
eyni  xətt  üzrə  inkişaf  edən  eyni  bir  psixolinqvistik 
nəzəriyyənin  fərqli  mərhələləri,  qolları  da  hesab  etmək 
olar.  Amma  onlardan  hər  birinin  özünəməxsus  psixoloji 
əsasının  olduğunu  nəzərə  alsaq,  linqvistik  əsaslarının  da 
fərqli  olmasının  tələb  edilməsində  bir  məntiq  və  qanuna-
uyğunluq var. Amma faktiki olaraq bunları görmürük.  
Yaddaşın  konneksianist  modelindən  (PDP
1
)  belə  bəhs 
olunur: “Rumelhard, Mak-Klelland və başqalarına görə bu 
model  yaddaş  modullarında  olan  məlumatın  reprezen-
tasiyasına  əsaslanır…  Yaddaşın  ayrılıqda  götürülmüş  hər 
bir  modulu  ...  giriş  xətti  vasitəsilə  (sol  tərəfdəki)  analoji 
moduldan  informasiyanı  alır  və  çıxış  xətti  vasitəsilə  (sağ 
tərəfdəki)  digər  modula  ötürür.  Alınmış  olan informasiya 
bu yolla bütün sistemə yayılır və keçdiyi hər yerdə öz izini 
qoyur. Sistemi əmələ gətirən ayrı-ayrı vahidlər arasındakı 
                                                           
1
 Parallel distributed processing – paralel paylanmış fəaliyyət   


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
42
 
 
əlaqənin  möhkəmliyindən  asılı  olaraq  yaddaşın  izi  güclü 
və ya zəif ola bilir
1
.  
Göründüyü  kimi,  konneksianist  psixolinqvistikanın 
psixoloji əsasını ingilis dilindəki adı ilə desək, PDP, yəni 
parallel  distributed  processing,  Azərbaycan  dilindəki  adı 
ilə  desək  PPF,  yəni  paralel  paylanmış  fəaliyyət  modeli 
təşkil edir. Bu modelin mahiyyəti ondan ibarətdir ki, insan 
yaddaşını  əmələ  gətirən  beyin  hüceyrələri  bir-biri  ilə 
reseptorlar vasitəsilə birləşmiş  modullardan ibarətdir. Kə-
nardan  alınan  istənilən  informasiya  həmin  reseptorlardan 
axaraq bütün modullardan keçir və onların hər birində öz 
izini qoyur, yəni onların hər birinə qeyd olunur.  
Əgər bu həqiqətən də belədirsə, yəni eyni bir informa-
siya “bütün modullardan keçərək orada öz izini qoyursa”, 
o  halda  afaziya  nəticəsində  müəyyən  bir  hissəsi  zərər 
görmüş  beyin  hüceyrələrində  olan  informasiya  nə  üçün 
həmişəlik  itirilmiş  olur?  Nə  üçün  “iz  qoymaq  yolu  ilə” 
digər  modullarda  da  olması  lazım  gələn  informasiya  hə-
min modullardan operativ yaddaşa qayıtmır, gəlmir?  
Bunlar məsələnin sırf psixoloji yönləri ilə bağlı ortaya 
çıxan  və  bu  nəzəriyyənin  doğruluğunu  şübhə  altına 
almağa kifayət edən cavabsız suallardır. Təqdim etdiyimiz 
linqvo-psixoloji  vəhdət  nəzəriyyəsinin  dilçilik  elmində 
yeri və rolundan bəhs edərkən  məsələnin linqvistik tərəf-
ləri ilə bağlı sualları da səsləndirəcəyik.  
Koqnitiv  psixolinqvistikanın  psixoloji  əsasını,  artıq 
qeyd edildiyi kimi, koqnitiv psixologiya təşkil edir və əsas 
etibarı  ilə  şüurun,  təfəkkürün  mərhələlər  üzrə  koqnitiv 
inkişafından bəhs edir. Məlum olduğu kimi, istənilən psi-
                                                           
1
 Солсо Р. Когнитивная психология. 6-е изд, СПб, Питер 2011, с. 288-289 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
43
 
 
xoloji aktivliyin və o cümlədən də, nitqyaratma prosesinin 
koqnitiv köklərinin olması ideyası ilkin olaraq N.Xomski-
nin adı ilə bağlıdır. Bu nəzəriyyəni elmin müasir səviyyə-
sinə  uyğun  şəkildə  yenidən  işləyən  müəlliflər,  yəni 
koqnitiv  psixologiyanın  yeni  versiyasının  müəllifləri  Jan 
Piaje və Robert Solso hesab olunur.  
İxtisasca  psixoloq  olan  Jan  Piajenin  bu  nəzəriyyəyə 
gətirdiyi elmi yenilik ondan ibarətdir ki, uşaqların şüur və 
təfəkkür imkanları  yaş qruplarına uyğun şəkildə mərhələ-
lərlə  inkişaf  edir.  J.Piajenin  ən  fundamental  elmi  tədqi-
qatları  0-15  yaşlı  uşaqlar  üzərində  aparılan  eksperiment-
lərin  nəticələrinə  əsaslanır  və  intellektin  inkişaf  mərhələ-
lərindən bəhs edir
1
.  
Robert Solso tərəfindən koqnitiv psixologiyaya
2
 gətiri-
lən ən  başlıca elmi  yenilik  isə  ondan ibarətdir ki,  yaddaş 
müvəqqəti  və  daimi, dəyişən və  stabil, toplayıcı və  ümu-
miləşdirci,  primitiv  və  təkmilləşmiş  və  s.  kimi  müxtəlif 
proposizyalar  şəklində  nəzərdən  keçirilir.  Bununla  belə 
şüurun  mərhələli  inkişafı  ilə  bağlı,  yəni  dərketmənin 
ontologiyası məsələsində uşaqların tədrici inkişafı prosesi 
yenə  də ilkin  meyar, ilkin analogiya  kimi təqdim olunur. 
Beləliklə  də,  ilkin  sözün,  nitqin  yaranması  prosesi  ilə 
uşağın dil açması prosesi arasına bərabərlik işarəsi qoyul-
maqla eyni metodoloji səhv olduğu kimi təkrarlanır.  
Koqnitiv  psixologiyanın  daha  bir  üstün  cəhəti  ondan 
ibarətdir  ki,  biheviorizm  və  klassik  neobiheviorizmdən 
fərqli  olaraq  koqnitiv  psixologiyanın  bu  səviyyəsində 
eksperimental  şəkildə  müşahidəsi  mümkün  olmayan 
                                                           
1
  Пиаже
 
Ж

Психология
 интеллекта.  – 
В
 кн.:  Избранные 
психологические 
труды. М.: Просвещение, 1969, с. 55-231.
 
2
 Солсо Р. Когнитивная психология. 6-е изд, СПб, Питер 2011, 589 с. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə