Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   2   3   4   5   6   7   8   9   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
11
 
 
mümkün  deyildir.  Gerçəklik  özünün  vahidləri  əsasında  dərk  olu-
nur  və  müəllifin  fikrinə  görə,  hətta  gerçəkliyin  vahidləri  də  tam 
şəkildə,  bütünlüklə  dərk  olunmur.  Hər  bir  gerçəklik  vahidi  ən 
vacib  və  ya  ən  qabarıq  əlamət  və  xüsusiyyətləri  əsasında  dərk 
olunur.  Bu əlamət  və  xüsusiyyətləri  müəllif  “gerçəklik  elementi” 
adlandırır (s.48). Onun qənaətinə görə, dərketmə və təfəkkür pro-
sesləri  ən  kiçik  düşüncə  vahidləri  olan  “intellekt  obrazları” 
vasitəsilə reallaşır (s.50). 
Dərketmə  prosesinin  reallaşma  mexanizminin  şərhini  asanlaş-
dırmaq  məqsədi  ilə  bir  bütöv  şəklində  baş  verən  bu  prosesi 
müəllif  4  şərti  fazaya  bölərək  izah  edir:  birinci  faza  gerçəklik 
vahidi ilə təmas və onun ən üzdə olan xüsusiyyətlərinin operativ 
yaddaşa  qəbulu,  ikinci  faza  həmin  xüsusiyyətlərin  yadda  saxlan-
masını  təmin  edən  birinci  sıra  intellekt  obrazının  yaranması  və 
əsas yaddaşa qeyd olunması, üçüncü faza gerçəklik vahidi ilə bağ-
lı əsas yaddaşda olan informasiyanın operativ yaddaşa gətirilməsi, 
yəni xatırlanması, dördüncü faza isə gerçəklik vahidi ilə bağlı in-
formasiyadan əməli şəkildə istifadə edilməsi fazasıdır (s.57-71).  
Tədqiqatda qarşıya iki əsas vəzifə qoyulur: dil vahidlərinin və 
ümumilikdə  dilin  linqvo-psixoloji  analizinə  imkan  verən  nəzəri 
konsepsiyanın  şərhi  və  bu  konsepsiya  əsasında  dil  vahidlərinin 
linqvistik  və  psixoloji  analizi.  Birinci  vəzifəyə  uyğun  olaraq 
müəllif öz nəzəri konsepsiyanın psixoloji və linqvistik əsaslarını, 
minimal 
vahidlərini 
müəyyənləşdirmiş, 
onun 
reallaşma 
mexanizmini  şərh  etmişdir.  Ümumiləşdirilmiş  şəkildə  desək, 
qarşısına qoyduğu birinci vəzifəni yerinə yetirmişdir.  
İkinci vəzifəyə uyğun olaraq, təqdim edilən konsepsiya elə bir 
potensiala  malik  olmalıdır  ki,  onun  tətbiqi  ilə  təkcə  nitqin  deyil, 
ixtiyari dil struktur vahidinin yaranma və mənimsənmə mexaniz-
mini  izah  etmək  mümkün  olsun.  Nitqin  yaranma  və  mənimsə-
nməsi mexanizmini mövcud biheviorizm, neobiheviorizm və nitq 
fəaliyyəti nəzəriyyələri əsasında da şərh etmək mümkündür. Nitqi 
əmələ gətirən söz, forma, norma səviyyəli dil struktur vahidlərinin 
yaranması  və  mənimsənməsi  mexanizmi  isə,  müəllifin  fikrincə, 
bu  nəzəriyyələrdə,  həmçinin  ən  müasir  psixolinqvistik  istiqamət 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
12
 
 
hesab  edilən  koqnitiv  psixolinqvistikada  da  şərh  edilməmişdir. 
Psixolinqvistlər  nitq  söyləmindən  kiçik  dil  vahidlərinin  tədqiqi 
məsələsindən  həmişə  yan  keçmişlər.  Nitq  fəaliyyəti  nəzəriyyə-
sinin tərəfdarları isə nitqdən və nitq söyləmindən kiçik dil vahid-
lərini tədqiq etməyin mümkün olmadığını bildirmiş və hətta buna 
ehtiyac  da  olmadığını  sübut  etməyə  çalışmışlar:  “Nitqi  real-
laşdıran bütün proses və mexanizmlərin tam modelini vermək el-
min  müasir  səviyyəsində  hələ  mümkün  deyildir.  Biz  psixolin-
qvistik  mövqedə  dayanmaqdayıq  və  bizi  nitq  prosesinin  fizioloji 
detalları deyil, ... onların prinsipial quruluşu... maraqlandırır”
1

Müəllif  qətiyyətlə  bildirir  ki,  onun  təqdim  etdiyi  konsepsiya 
əsasında  yalnız  nitqin  deyil,  istənilən  səviyyəli  dil  vahidinin 
yaranma və mənimsənmə mexanizmini şərh etmək mümkündür.  
Müəllif  haqlı  olaraq  qeyd  edir  ki,  birinci  intellekt  obrazının 
yaranması  üçün  gerçəklik  elementinin  insanın  hiss  orqanlarına 
təsiri  kifayətdir,  lakin  ikinci  intellekt  obrazının  yaranması  üçün 
dərk  olunmuş  gerçəklik  elementi  ilə  bağlı  nitq  ehtiyacının 
yaranması  vacibdir.  Bu  ehtiyacdan  forma  yaranır  və  onun  dərk 
olunması  ilə  də  ikinci  intellekt  obrazı  yaranmış  olur.  Yeni  söz 
yalnız  dərk  olunmuş  gerçəklik  elementi  ilə  bağlı  yarana  bilər. 
Əgər  gerçəklik  elementi  yoxdursa  və  ya  ümumiyyətlə  dərk 
olunmamışdırsa,  onunla  bağlı  söz  yarana  bilməz  və  eləcə  də 
yaddaşdan silinmiş gerçəklik elementi ilə bağlı olan söz dildə qala 
bilməz (s.96). 
Tədqiqatçının  fikrincə,  insan  həm  gerçəklik  vahidinin  özünü, 
həm  də  onun  verbal  ifadəsini  mənimsədikdən  sonra  onun  bey-
nində  həmin  gerçəklik  vahidi  ilə  bağlı  iki  gerçəklik  elementi  və 
iki intellekt obrazından ibarət dörd elementli intellekt kodu əmələ 
gəlir:  “Bunlardan  birincisi  gerçəklik  vahidinin  özünə  ekvivalent 
olan birinci intellekt obrazı, ikincisi isə, gerçəklik vahidi ilə bağlı 
məlumat  vermək  məqsədi  ilə  yaradılmış dil  struktur  vahidi,  yəni 
söz  şəklində  mövcud  olan  ikinci  sıra  gerçəklik  elementinin  dərk 
                                                           
1
  А.А.Леонтьев.  Психолингвистические  единицы  и  порождение  речевого 
высказывания. М., 1969, c.38.
 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
13
 
 
olunması nəticəsində yaranan ikinci intellekt obrazıdır” (s.103).  
Qeyd  edilən  dördelementli  intellekt  kodunun  varlığı  belə  bir 
yanlış təəssürat yaradır ki, biz duşunərkən həmişə mütləq şəkildə 
nitqdən  və  ya  sözdən  istifadə  edirik.  Əslində  dörd  elementdən 
ibarət intellekt kodu ilə baş verən düşünmə prosesində əsas fikir 
axını  birinci  sıra  intellekt  obrazları  ilə  reallaşır,  lakin  onlarla 
birlikdə  ikinci  sıra  intellekt  obrazları  və  sözlər  də  aktiv  yaddaşa 
gəlir. Ona görə də elə təəssürat yaranır ki, biz sözlə, nitq vasitəsilə 
düşünürük (s.56).  
Əsərdə  həm  leksik  vahidlərin,  həm  də  leksik-qrammatik  və 
qrammatik  formaların  yaranma  və  mənimsənmə  mexanizmi  şərh 
olunmuşdur (s.109-122). 
Tədqiqatın  yeniliklərindən  biri  də  odur  ki,  burada  nitqin 
yaranma  və  mənimsənmə  mexanizmi  indiyə  qədər  mövcud  olan 
nəzəriyyələrdən  tamamilə  fərqli  şəkildə  şərh  edilir.  Tədqiqatçı 
nitqin  hansı  dərketmə  prosesinin  hansı  fazasında  və  necə 
yarandığı,  eləcə  də  hansı  dərketmə  üsulunun  hansı  fazasında  və 
necə mənimsəndiyini özünəməxsus şəkildə şərh edir.  
Müəllif  nitqin  kommunikativ,  intellektual  və  kombinal 
(terminlər müəllifindir) növlərini fərqləndirir (s.149-150), onların 
yaranma  və  mənimsənmə  mexanizmini  dərketmə  prosesinin 
fazaları, pillələri əsasında şərh edir. Onun fikrincə, kommunikativ 
nitq  istənilən  dərketmə  prosesinin  dördüncü  fazasında  total 
modullaşma  yolu  ilə,  intellektual  nitq  isə  sinktual  (termin 
müəllifindir) dərketmə nəticəsində yaranır (s.160).  
Müəllif belə hesab edir ki, yaranma növündən və məqsədindən 
asılı  olmayaraq  qəbul  edilən  istənilən  nitq  kommunikativ  nitq 
mahiyyəti  daşıyır,  dərketmə  prosesinin  birinci  fazasında  total 
modullaşma  yolu  ilə  mənimsənir  və  həmişə  gerçəklik  elementi 
haqqında məlumatın əldə edilməsinə xidmət edir (s.175).  
Tədqiqatçı öz konsepsiyası əsasında dilin aktiv sistem mahiy-
yətini və ona bu mahiyyəti qazandıran əsas elementləri ətraflı şə-
kildə təhlil edir. Müəllif dilin sistem mahiyyətini klassik mənada 
deyil,  öz  konsepsiyasına  uyğun  şəkildə  izah  edir:  “Lüğətlərdəki 
sözlərin, qrammatika kitablarındakı qaydaların, formaların, qəlib-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə