Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   2   3   4   5   6   7   8   9   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
17
 
 
Nəzərə  almaq  lazımdır  ki,  insanın  yaranışı,  təkamülü, 
inkişafı  ilə  bağlı  fikirlər  olduqca  müxtəlifdir.  Psixoloqlar  da  ona 
fərqli mövqelərdən yanaşır, insanın  formalaşmasının ontogenetik 
və filogenetik əsaslarını qəbul edirlər. Məsələn, məşhur Amerika 
psixoloqu  S.Xoll  biogenetik  qanunlara  istinadən  qeyd  edir  ki, 
uşağın  psixi  inkişafı  hər  mərhələdə  insanlığın  keçdiyi  inkişaf 
yolunu təkrar edir və bu fikri sübutlarla əsaslandırır. S.Xolla görə, 
inkişafın mərhələləri genetik mahiyyət daşıdığına görə onu dəyiş-
dirmək, hansısa mərhələdən yan keçmək mümkün deyil. Buradan 
göründüyü  kimi,  hər  bir  fərd  özündə  insanlığa  aid  olan  yüzlərlə 
keyfiyyəti birləşdirir. Yəni hər bir kəsdə olan keyfiyyətlərin əsası 
Adəm  və  Həvva  vaxtından  və  onlar  tərəfindən  qoyulub.  Tamah 
da,  kin-küdurət  də,  sevgi  də,  nifrət  də,  bir  sözlə,  insanda  olan  nə 
varsa,  hamısı  Adəm  və  Həvvadan,  Habil  və  Qabildən  genetik 
olaraq sonrakı nəsillərə ötürülüb, bu günümüzə qədər gəlib çatıb. 
Bütün  bu  deyilənlər  danılmaz  bir  həqiqətdir,  amma  həqiqətin 
tamamı  deyil.  Bəlkə  də  onun  əsas  və  ya  böyük  bir  hissəsidir, 
amma istənilən halda hamısı yox, sadəcə bir qismidir.  
Mayıl Əsgərovun “Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” adlı 
monoqrafiyasında  irəli  sürülən  nəzəri  mülahizələr  bu  fikirlərlə 
ziddiyyət təşkil etmir, amma psixoloji əsaslar və minimal vahidlər 
baxımından onlardan kifayət qədər fərqlənir.  
Məlum  olduğu  kimi,  biheviorizm  nəzəriyyəsinə  görə  istə-
nilən  psixoloji  aktivlik,  əməli  fəaliyyət  stimula  qarşı  göstərilən 
reaksiyadır.  Nitqin  yaranması  da  eynilə  bu  mexanizm  əsasında 
izah olunur. Belə ki, biheviorizm nəzəriyyəsi baxımından nitq də 
stimula qarşı göstərilən reaksiyadır, bəzənsə, həmin stimula qarşı 
göstərilməsi lazım gələn əməli fəaliyyətin əvəzləyicisidir. Amma 
elə məqamlar var ki, stimulun olmasına baxmayaraq, həmin anda 
reaksiya müşahidə edilmir. Belə məqamları biheviorizm nəzəriy-
yəsi  əsasında  izah  etmək  mümkün  deyil.  Buna  görə  də  həmin 
nəzəriyyənin  stimul-reaksiya  sxemi  stimul-dispozisiya-reaksiya 
şəklində  dəyişdirilmiş  və  ona  neobiheviorizm  nəzəriyyəsi  adı 
verilmişdir. Göründüyü kimi, istər biheviorizm, istərsə də neobi-
heviorizm  nəzəriyyəsi  baxımından  nitq  stimula  qarşı  göstərilən 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
18
 
 
reaksiya kimi və eyni zamanda əməli fəaliyyətin əvəzləyicisi kimi 
izah olunur.  
“Psixoloji  fəaliyyət”  nəzəriyyəsi  tərəfdarları  əməli  və 
psixoloji  fəaliyyəti,  o  cümlədən,  nitqyaratma  prosesini  “stimula 
qarşı  reaksiyalar”  şəklində  bəsitləşdirən  biheviorizm  və 
neobiheviorizmin  bu  mövqeyini  qəbul  etmirlər.  Onların  fikrincə, 
istənilən fəaliyyət və o cümlədən, nitqyaratma prosesi əvvəlindən 
sonuna  qədər  beyin  aparatı  vasitəsilə  icra  olunan  psixoloji 
prosesdir.  L.S.Vıqotskiyə  görə  fikir  sözə  çevrilmir,  o,  sözdə 
tamamlanır.     
M.Əsgərov nitqyaratma prosesini “stimula qarşı reaksiyalar” 
şəklində 
bəsitləşdirən 
biheviorizm 
və 
neobiheviorizm 
nəzəriyyələrini  qəbul  etmədiyi  kimi,  psixoloji  fəaliyyət  nəzə-
riyyəsinin də qəbuledilməzliyini əsaslandırır. 
Onun  fikrincə  “söz  –  nitq  vasitəsilə  düşünmənin  vahididir” 
və  ya  “dil  ifadə  etmədən  fikir  yarada  bilməz”  kimi  fikirlər 
tamamilə yanlışdır. Müəllif bu fikirlərin yanlışlığını isbat etməyə 
çalışaraq  yazır:  “Bu  vəziyyətdə  qəribə  bir  seçim  qarşısında 
qalırıq.  Ya  qəbul  etməliyik  ki,  söz  qarşılığı  olmayan,  yəni  adı 
olmayan  əşyanı,  varlığı,  vəziyyəti,  hərəkəti  anlamırıq,  dərk 
etmirik, yəni baş beynimizdə söz qarşılığı olmayan heç bir anlayış 
yoxdur,  ya  da  qəbul  etməliyik  ki,  baş  beynimizdə  mövcud  olan, 
amma  söz  qarşılığı  olmayan  heç  bir  anlayışla  bağlı  düşünməyə, 
fikirləşməyə qadir deyilik” (s.159). Müəllifin söylədiyi bu dəlillər 
kifayət qədər əsaslı və inandırıcıdır. 
Monoqrafiyada  istər  dərketmə  prosesinin  özü,  istər  sözün, 
formanın, nitqin yaranması, qəbulu və mənimsənilməsi, istərsə də
ümumilikdə dilin psixo-linqvistik mahiyyəti ilə bağlı yeni fikirlər 
kifayət qədərdir. 
Müəllifin qənaətinə görə insan gerçək aləmi bütöv və ya tam 
şəkildə dərk etməyə qadir deyil. Gerçəklik – öz vahidləri əsasında 
və onlarla təmas anında tədricən mənimsənilir. Hətta gerçəkliyin 
vahidləri  belə,  insan  tərəfindən  tam  şəkildə  dərk  oluna  bilmir. 
Gerçəklik  vahidinə  aid  olan  hər  bir  xüsusiyyət  tədqiqat  işində 
“gerçəklik  elementi”  adlandırılır.  O  da  qeyd  olunur  ki, 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
19
 
 
gerçəkliyin, eləcə də, onun vahidlərinin dərk edilməsi “gerçəklik 
elementlərinin mənimsənilməsi” yolu ilə baş verir. Yəni müəllifin 
qənaətinə  görə,  insan  tərəfindən  “dərk  olunan  minimal  vahid” 
məhz “gerçəklik elementidir” (s.169).  
Dərketmə  və  təfəkkürün “reallaşmasını  təmin edən  minimal 
vahid”lə  bağlı  psixologiya  və  fəlsəfə  elmləri  çərçivəsində 
“diferensial  element”,  “kinakem”,  “işə  çevrilmiş  söz”,  “real  və 
virtual işarə” və s. kimi çoxsaylı mülahizə və təkliflər mövcuddur. 
Müəllif  onların  qəbuledilməzliyini  əsaslandırmağa  çalışmış  və 
tədqiqat  əsərində  yeni  bir  anlayışdan  –  “intellekt  obrazı” 
anlayışından  istifadə  olunmasını  məqsədəuyğun  hesab  etmişdir 
(s.49-50).   
Monoqrafiyada  dərketmə  prosesinin  izahını  asanlaşdırmaq 
məqsədi  ilə  vahid  dərketmə  aktı  4  şərti  faza  və  2  yarımakt 
şəklində  təqdim  edilir.  Qeyd  olunur  ki,  birinci  yarımaktda    hiss 
orqanları  vasitəsilə  gerçəklik  vahidi  ilə  təmas  baş  verir  (birinci 
faza)  və  beyin  aparatı  vasitəsilə  gerçəklik  vahidinə  ekvivalent 
olan  intellekt  obrazı  yaranaraq  əsas  yaddaşa  qeyd  edilir  (ikinci 
faza).  İkinci  yarımaktda  isə    əsas  yaddaşda  olan  intellekt  obrazı 
aktivləşərək  operativ  yaddaşa  gətirilir  (üçüncü  faza)  və    ondan 
praktik şəkildə istifadə (dördüncü faza) olunur (s.56-72).  
Monoqrafiyada qeyd edilir ki, dərketmə gerçəklik elementinə 
ekvivalent  olan  intellekt  obrazının  yaranması  və  onun  əsas  yad-
daşa  qeyd  olunmasıdır.  Əslində,  gerçəklik  elementinin  mənim-
sənilməsi  prosesi,  dərketmə  aktının  ikinci  fazasında  başa  çatır. 
Sonrakı iki faza isə təfəkkür, yəni düşünmə prosesidir. İddiaçının 
bu şərhi kifayət qədər sadə və qüsursuz hesab edilə bilər. 
Düşünmə və təfəkkür prosesinin reallaşmasından danışarkən 
müəllif  haqlı  olaraq  qeyd  edir  ki,  bu  proses  iki  və  ya  dörd 
elementli kodlarla baş verir.  
Adı  olmayan  gerçəklik  vahidləri  ilə  bağlı  düşünmə  və  ya 
təfəkkür  prosesi  iki  elementli  kodlarla  reallaşır:  1)  gerçəklik 
elementi,  2)  onun  yadda  saxlanılmasını  təmin  edən  birinci  sıra 
intellekt obrazı (s.53-54).  
Adı  olan  gerçəklik  vahidləri  ilə  bağlı  düşünmə  prosesi  isə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə