Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   2   3   4   5   6   7   8   9   10   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
20
 
 
dörd elementli kodlar vasitəsilə reallaşır: 1) gerçəklik elementi, 2) 
onun yadda saxlanılmasını təmin edən birinci sıra intellekt obrazı, 
3) gerçəklik elementinin adı, 4) onun yadda saxlanılmasını təmin 
edən ikinci sıra intellekt obrazı (s.55-56).   
Monoqrafiyada  linqvo-psixolji  vəhdət  nəzəriyyəsinin  söz  və 
forma,  nitq  və  söyləm,  eləcə  də  dil  sistemi  bazasında  tətbiqi 
imkanları  nəzərdən  keçirilir.  Aparılan  bütün  analizlər  müəllif 
tərəfindən irəli sürülən yeni nəzəriyyəyə əsaslanır.  
Müəllifin fikrincə, sözün və ya formanın yaranması üçün iki 
əsas  şərt  var.  Birincisi,  adın  veriləcəyi  gerçəklik  vahidi  dərk 
edilmiş olmalıdır, ikincisi, onunla bağlı məlumat vermək ehtiyacı 
yaranmalıdır.  Bu  şərtlərdən  hansısa  biri  ödənilməzsə,  söz  yarana 
bilməz.  Söz  insan  tərəfindən  gerçəklik  vahidinə  verilən  şərti 
addır. Düşünərək dərketmə yolu ilə verilən bu ad, əslində, ikinci 
sıra  gerçəklik  elementidir.  Gerçəklik  vahidinin  adı  ikinci  sıra 
intellekt  obrazı  vasitəsilə  əsas  yaddaşa  qeyd  olunur.  Yaddaşda 
həmin  gerçəklik  vahidinin  birinci  sıra  intellekt  obrazı  ilə 
birləşərək dörd elementli intellekt kodu əmələ gətirir (s.173).     
Məlum  olduğu  kimi  nitqin  yaranması  və  mənimsənilməsi 
prosesinin  izah  edilməsi  psixolinqvistika  elminin  həllinə  cəhd 
etdiyi  ən  əsas  məsələ  idi.  Hətta  belə  də  demək  olar  ki, 
psixolinqvistika  bir  elm  sahəsi  kimi  məhz  bu  problemin 
araşdırılması məqsədi ilə yaradılmışdı.  
Nitqin  yaranması  və  mənimsənilməsi  prosesi  müəllif 
tərəfindən  bu  monoqrafiyada  irəli  sürülən  yeni  konsepsiya 
əsasında şərh edilir. Qeyd olunur ki, ünsiyyətə xidmət edən nitqin 
yaranması dərketmə və təfəkkür proseslərinin dördüncü fazasında, 
mənimsənilməsi  isə  birinci  fazasında  müşahidə  olunan 
modullaşma yolu ilə baş verir (s.95-96).  
Dil sisteminin analizini aparan müəllif belə bir qənaətə gəlir 
ki,  beyin  aktivliyindən  kənarda  mövcud  olan  dil  vahidləri  kağız 
üstündəki  əyri  xətlərdən  və  ya  fəza  boşluğundakı  dalğalardan 
başqa bir şey deyil... Dil özünün sistem mahiyyətini məhz insanın 
beyin aktivliyi ilə birləşdikdə qazanır (s.164).     
Dərketmə və təfəkkür proseslərinin reallaşması, nitqin yaran-


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
21
 
 
ması,  qəbulu  və  mənimsənilməsi  mexanizmi  ilə  bağlı  istər 
psixologiyada,  istərsə  də  psixolinqvistikada  bir  sıra  fikir  və 
mülahizələr,  nəzəriyyələr  mövcuddur.  Bununla  belə,  bu  mono-
qrafiyada irəli sürülən nəzəriyyə kifayət qədər məntiqli, inandırıcı 
və orijinaldır. Bu nəzəriyyəni linqvistika və psixologiyanın qovsa-
ğında yaranan yeni istiqamətin başlanğıcı hesab etmək olar. Yeni 
yaranan  bu  istiqamət  psixolgiyadan  daha  çox  dilçilik  elminə 
yaxındır.  Əvvəlki  psixolinqvistik  tədqiqatlardan  fərqli  olaraq  bu 
monoqrafiyada  tamamilə  yeni  bir  mövqedən  yanaşmaqla  təkcə 
nitqin  deyil,  eyni  zamanda  sözün,  formanın  və  digər  dil  vahid-
lərinin,  eləcə  də  müstəqil  bir  sistem  kimi  dilin  linqvo-psixoloji 
analizi düzgün və məntiqi şəkildə aparılmışdır.  
Bu  monoqrafiyanın  nəzəri  və  praktik  əhəmiyyəti  ondan 
ibarətdir ki, burada irəli sürülən nəzəriyyə gələcəkdə bu istiqamət-
də  aparılacaq  yeni  tədqiqatlar  üçün  elmi-nəzəri  baza  rolunu 
oynaya  bilər.  Eyni  zamanda  ümumi  dilçilik,  dil  nəzəriyyəsi, 
psixolinqvistika  və hətta psixologiya  fənlərinin tədrisi zamanı bu 
tədqiqat əsərindən dərs vəsaiti kimi istifadə edilə bilər. 
 
Ramiz Əliyev  
Azərbaycan Dövlət Pedaqoji Universitetinin  
Ümumi psixologiya kafedrasının müdiri,  
psixologiya elmlər doktoru, professor  
 
 
 
DĠLÇĠLĠK ELMĠNDƏ YENĠ NƏZƏRĠYYƏ 
Sözün,  nitqin,  dilin  necə  yaranması,  ünsiyyət  zamanı  dil 
vasitəsilə fikrin necə ötürülməsi, dilin sosial və psixoloji cəhətdən 
hansı  rola,  keyfiyyət  və  xüsusiyyətlərə  malik  olması,  dilin 
dərketmə  prosesində  və  eləcə  də  dərketmə  prosesinin  dilin 
yaranmasında  hansı  rolu  oynaması  məsələləri  daima  filosofların, 
dilçilərin,  psixoloqların,  sosioloqların  və  digər  ixtisas  sahələri 
üzrə mütəxəssislərin marağına səbəb olmuşdur.  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
22
 
 
Təsadüfi deyil ki, Heraklit, Demokrit, Aristotel, Platon  kimi 
antik  filosoflar  da  sözün  yaranması  məsələsini  öyrənməyə  cəhd 
etmişlər,  əşyanın  adı  və  onun  mahiyyəti  arasında  uyğunluğun 
olub-olmaması  məsələsini  araşdırmışlar.  Bu  kimi  cəhdlər  daima 
olub  və  indi  də  davam  edir.  Dilçilik  elmi  ilə  digər  elmlərin 
kəsişmə  nöqtəsində  fəlsəfi-  məntiqi  dilçilik,  riyazi  dilçilik, 
psixoloji  dilçilik,  sosioloji  dilçilik  və  s.  kimi  yeni  sahə  və 
istiqamətlər yaranmışdır.  
M.Əsgərov  Linqvo-psixoloji  vəhdət  nəzəriyyəsi  adlı  bu 
monoqrafiyada psixolinqvistik istiqamətin təhlilini verərkən onun 
yaradıcıları  və  dünyanın  ən  tanınmış  alimləri  ilə,  yəni  C.Osqud, 
N.Xomski,  L.Vıqotski,  A.Leontiyev,  Y.Tarasov  kimi  dünya 
nəhəngləri ilə elmi polemikaya girir. Hətta nəzəri dilçiliyin banisi 
olan  V.fon  Humboldtun  bəzi  fikirlərinə  irad  bildirməkdən  belə 
çəkinmir  və  yazır:  “V.Humboldtun  “mahiyyət  etibarilə  dil 
dərketmə  və  ya  təfəkkürdən  asılı  deyil”  fikrinə  münasibət 
bildirmək  istərdik.  Belə  ki,  bu  fikir  nə  dilin  yaranması,  nə  də 
praktik  olaraq  ondan  istifadə  baxımından  doğru  hesab  edilə  bil-
məz. Çünki ümumilikdə dilin, eləcə də nitqin yaranması sinktual 
dərketmə,  onun  kommunikativ  funksiyası  isə  vizual-verbal 
dərketmə ilə birbaşa bağlıdır. İnsanın yüksək psixoloji fəaliyyətlər 
qrupuna  daxil  olan  nitqyaratma  fəaliyyətini,  eləcə  də  ünsiyyəti 
dərketmədən  kənarda  təsəvvür  etmək  belə  mümkün  deyil. 
V.Humboldtun bu fikrinin tam əksinə olaraq, biz belə hesab edirik 
ki,  insan  təfəkküründən  kənarda  mənasız  söz  yığını  və  işarələr 
zəncirindən  başqa  bir  şey  olmayan  dil  vahidi  və  ya  nitqin  əsl 
mahiyyəti  məhz  dərketmə  və  təfəkkür  proseslərində  üzə  çıxır  (s. 
162). 
 Göründüyü  kimi,  M.B.Əsgərov  sadəcə  irad  bildirməklə 
qalmır,  yanlış  hesab  etdiyi  fikri  əvəz  edəcək  düzgün  elmi  fikri 
təqdim etməyi də bacarır. Əsl tədqiqatçıdan tələb olunan da, məhz 
bu  bacarıqdır.  Hal-hazırda  mövcud  olan  psixolinqvistik 
istiqamətləri təhlil edən müəllif, haqqında bəhs etdiyi alimlərin və 
tədqiqat əsərlərinin hər birinin həm uğurlarını, həm də çatışmayan 
cəhətlərini  göstərir.  Yeri  gəldikcə  onlardan  əxz  etdiyi  fikirləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə