Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
26
 
 
əminliklə  belə  bir  fikirdən  çıxış  edir  ki,  istənilən  dərketmə  və 
təfəkkür  proseslərinin  əsasında  birinci  sıra  intellekt  obrazı 
dayanır,  o,  yazır:  “Sözün  mənasını  izah  etmək,  əslində,  həmin 
sözün bağlı olduğu və ya əks etdirdiyi gerçəklik elementinin ilkin 
obrazını yaratmaqdır” (s.151). 
Bu  gün  belə  dilin  qrammatik  paradiqmalar  sistemi  ənənəvi 
olaraq    “dil  sistemi”  adlandırılır.  M.B.Əsgərov  bu  “dil  sistemi” 
anlayışını  tənqidi  şəkildə  nəzərdən  keçirir  və  yazır:  “Nəzərə 
almaq  lazımdır  ki,  istənilən  forma  və  ya    nitq  beyin  aktivliyi 
nəticəsində  yaranır  və  əsl  mahiyyətini  beyin  fəaliyyətləri  ilə 
yenidən birləşdikdə qazanır. Bu səbəbdən qətiyyətlə deyə bilərik 
ki,  nitqyaratma  prosesinin  nəticəsi  olaraq  meydana  çıxan  nitq
onun mənbəyi funksiyasını daşıyan dil struktur vahidlərieləcə də 
onların bir fərd tərəfindən yaradılıb digər fərd tərəfindən mənim-
sənilməsini təmin  edən  beyin fəaliyyəti  və  təfəkkür  prosesləri  də 
ümumi və aktiv dil sisteminin ayrılmaz tərkib hissələridir. Qısaca 
şəkildə  belə  deyə  bilərik  ki,  dilin  struktur  vahidləri  və  beyin 
fəaliyyəti ümumi və aktiv dil sisteminin tərkib hissələridir (s.164-
165). 
Dilçilik  elə  mühafizəkar  bir  elm  sahəsidir  ki,  burada  hər 
hansı bir yenilik, kəşf, ixtira çox nadir hallarda baş verir. Son yüz 
ildə  Azərbaycan  dilçiliyində  heç  bir  tədqiqatçı  alim  tam 
təşəkküllü  yeni  nəzəriyyə  yaratmağa  müvəffəq  ola  bilməmişdir. 
Çox  əlamətdar  bir  haldır  ki,  bu  monoqrafiyada  irəli  sürülən  və 
hərtərəfli  şərh  edilən  “Linqvo-psixoloji  vəhdət  nəzəriyyəsi” 
dilçilik  elmində  tamamilə  yeni  bir  nəzəriyyədir  və  yeni  bir 
istiqamətin  başlanğıcını  qoyur.  Bu  nəzəriyyənin  məhz 
Azərbaycanda və məhz Azərbaycanlı alim tərəfindən yaradılması 
isə ikiqat xoşdur. 
 
Bahar Cumay qızı Cəfərova  
Fövqəladə Hallar Nazirliyi Akademiyası 
Filologiya elmlər doktoru, professor  
 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
27
 
 
GĠRĠġ 
 
Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin 
adı haqqında bir neçə söz 
 
Ən  qədim  dövrlərdən  bu  günə  qədər  insanlar  arasında 
ünsiyyətin  necə  qurulması  məsələsi  hər  kəsin  marağına 
səbəb  olmuşdur.  Az  adam  tapılar  ki,  aşağıdakı  məsələlər 
haqqında düşünməmiş olsun:  
- biz nəyi başa düşürük və ya dərk edirik;  
- dərk edilən və ya yadda qalan şey nədir;  
- biz nəyin vasitəsilə başa düşür və ya dərk edirik;  
- başa düşmək və ya dərk etmək nə deməkdir;  
- ad necə verilir və ya söz necə yaranır;  
- eşidilən ad və ya söz necə başa düşülür;  
- adı eşidilən əşya haqqında fikir necə yaranır;  
- fikir nədir və nitqə necə çevrilir;  
- eşidilən nitq (oxunan mətn) necə başa düşülür;  
- biz nitq və ya dil vasitəsiləmi düşünürük;  
- nitqdən istifadə etmədən düşünmək olarmı; 
- fikir nitqi yaradır, yoxsa nitq fikri formalaşdırır;  
- dil və dərketmə sistemləri arasındakı əlaqə necədir?  
 
Sualların qoyuluşundan da göründüyü kimi, hər birimizi 
daima məşğul edən bu kimi məsələlər həm dilçilik, həm də 
psixologiya  elmləri  ilə  birbaşa  bağlıdır.  Bununla  belə, 
demək olar ki, bütün elm sahələri üzrə mütəxəssislər öz elmi 
istiqamətlərinə  əsaslanmaqla  buna  bənzər  suallara  cavab 
tapmağa çalışmışlar. Bəzi hallarda isə iki və daha artıq elm 
sahəsinin  tətbiqi  ilə  belə  problemlərin  həllinə  cəhdlər 
göstərilmişdir.  Bunun  nəticəsi  olaraq  fəlsəfi-nəzəri  dilçilik, 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
28
 
 
riyazi  dilçilik,  psixolinqvistika,  sosiolinqvistika  və  s.  kimi 
yeni  istiqamətlər  yaranmışdır.  Bu  heç  də  “professional 
modabazlıq  deyil.  Bu,  hər  şeydən  əvvəl  dilçilik  elminin 
təbii, dialektik inkişafının obyektiv nəticəsidir”
1

Sözün və nitqin necə yaranması, dinləyən şəxs tərəfindən 
onların necə başa düşülməsi hər zaman insanların marağına 
səbəb  olmuşdur.  Heraklit,  Demokrit,  Aristotel,  Platon  kimi 
antik  filosoflar  da  bu  məsələləri  fəlsəfi  və  məntiqi  şəkildə 
izah  etməyə  çalışmışlar.  Qədim  dövrün  dilçi  alimləri,  eləcə 
də müasirlərimiz olan bir çox dilçi və psixoloqlar sözün və 
nitqin necə yaranması və başa düşülməsi problemlərini izah 
etməyə çalışmışlar.  
Nitqin həm yaranması, həm də başa düşülməsi problem-
lərini tam elmi şəkildə şərh etməyə çalışan ilk müstəqil elm 
sahəsi  psixolinqvistika  hesab  olunur.  Onun  ilkin  məqsədi 
nitqin  yaranma  və  mənimsənilmə  mexanizmini  öyrənmək 
olmuşdur.  Daha  sonra  həm  ayrı-ayrı  sözlərin,    cümlələrin, 
həm  də  ümumilikdə  nitqin  yaranma  və  mənimsənilmə 
mexanizmini  öyrənməyə  cəhdlər  göstərilmişdir.  Bu  məqsə-
dlə Biheviorizm, Neobiheviorizm, Nitq fəaliyyəti nəzəriyyə-
si, Konneksionist psixolinqvistika, Koqnitiv psixolinqvistika 
kimi konsepsiya və nəzəriyyələr işlənib hazırlanmışdır. İndi 
də  bu  istiqamətdə  araşdırmalar  davam  edir,  yeni  nəzəriyyə 
və  konsepsiyalar  işlənib  hazırlanır.  Bəzən  yeni  yaranan 
nəzəriyyələr  daha  əvvəl  yaranmış  nəzəriyyələrə  əsaslanır: 
belə  ki,  neobiheviorizm  bir  çox  məqamlarda  biheviorizmə 
əsaslanmışdır.  Bəzənsə  yeni  yaranan  nəzəriyyələr  özündən 
əvvəlki  nəzəriyyələri  tamamilə  inkar  edir:  məsələn,  nitq 
fəaliyyəti  nəzəriyyəsi  həm  biheviorizm,  həm  də  neobihe-
                                                           
1
  Mahmudov  M.Ə.  Ənənəvi  dilçiliyə  qeyri-ənənəvi  baxış.  АMEA-nın  Xəbərləri, 
Humanitar elmlər seriyası. N 2-4, Bakı, “Elm”, 2006,  101-113. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə