Amea qtisadiyyat nstitutu “Milli iqtisadiyyatın problemləri” məqaləl



Yüklə 179,48 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü179,48 Kb.
#65343


AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



186 

 

E. R. BAĞIRZADƏ  

Azərbaycan Dövlət  qtisad Universiteti Magistr Hazırlığı Mərkəzi, dissertant 

 

 

G ZL   QT SAD YYATIN LEQALLAŞDIRILMASINDA MAL YYƏ 

AMN ST YALARINDAN  ST FADƏN N DÜNYA TƏCRÜBƏS  

 

qtisadi  tarix  araşdırmalar  göstərir  ki,  iqtisadi  sferanı  tənzimləyən  hüquq 

normalarının yarandığı ilkin dövrlərdən subyektlərin qanunauyğun davranışları ilə 

yanaşı,  anti-hüquq  və  ya  anti-sosial  davranışları  da  intensiv  xarakter  almış  və  bu 

tipli  davranışlar  nəticəsində  toplanmış  sərvətə  münasibətdə  dövlət  siyasətinin 

formalaşdırılması  məsələsi  də  daim  aktual  olmuşdur.  Gizli  iqtisadiyyat 

adlandırdığımız bu anti-hüquqi iqtisadi davranış sferasında toplanan gəlirlər dünya 

inkişafının  müxtəlif  dövrlərində  dövlətlərin  sərt  reaksiyası  ilə  üzləşsə  də,  müasir 

dövrdə  daha  çox  onların  dövlət  nəzarətində  leqallaşdırılaraq,  rəsmi  iqtisadiyyata 

inteqrasiya  meyli  güclənmişdir  ki,  bunun  da  həyata  keçirilməsinin  mühüm 

mexanizmlərindən biri kimi maliyyə amnistiyalarının olduğunu görürük. 

Azərbaycanca “maliyyə amnistiyası”, “vergi amnistiyası”, “iqtisadi amnistiya”, 

Türkcə  “vergi  affı”,  “mali  aff”,  “mali  milat”,    ngiliscə  “tax  amnesty”,  Rusca  isə 

“налоговая амнистия” (bəzi müəlliflər bu terminlər arasında fərq qoysa da, əksər 

hallarda  bir-birinin  əvəzində  işlənirlər)  kimi  terminlərlə  ifadə  edildiyinə  rast 

gəlinən bu fenomenə, ən geniş mənada yanaşsaq, əvvəllər gizli iqtisadi fəaliyyət və 

əməliyyatlardan  əldə  edilmiş  maliyyə  resurslarının  tam  və  ya  qismən 

leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi və ölkə ərazisindən 

çıxarılmış və xarici banklarda və şirkətlərdə saxlanılan qeyri-leqal kapitalın ölkəyə 

qaytarılması  və  əvvəllər  yaranmış  vergi-borc  öhdəliklərinin  bağışlanması  üçün 

iqtisadi  şəraitin  yaradılmasına  yönəlmiş  bütün  inzibati-hüquqi  və  sosial-iqtisadi 

tədbirlərin məcmusu kimi ifadə edə bilərik.  

Təcrübədə  maliyyə  amnistiyalarının  əhatə  dairəsinə  görə  tam  və  ya  qismən 

həyata keçirildiyinə təsadüf olunur. Tam amnistiya iqtisadiyyatın bütün sahələrində 

və  hər  növ  əməliyyatlara  şamil  edilir.  Həmçinin  bu  zaman  amnistiya  kriminal 

iqtisadi  fəaliyyətlərdən  əldə  edilən  gəlirləri  də  əhatə  edir.  Qismən  amnistiya  isə 

subyektlər  üzrə,  həmçinin  iqtisadiyyatın  bu  və  ya  digər  sahələrinə  münasibətdə 

seçmə  yolla  həyata  keçirilir.  Bunlarla  yanaşı  həmçinin  amnistiyanın  milli  və 



regional səviyyədə həyata keçirildiyinə də təsadüf olunur. 

Maliyyə  aministiyası  proqramları 

EÖ-lər  və 

EOÖ-lər  üzrə  də  fərqli 

xüsusiyyətlər  kəsb  edir.  Belə  ki,  EÖ-də  gizli  iqtisadiyyat  kütləvi  xarakter 

daşımadığından, əsasən vergidən yayınma formasında təzahür etdiyi üçün maliyyə 

amnistiyaları da demək olar ki, vergi məsələlərini əhatə edir və çox vaxt da “vergi 

amnistiyası”  adlandırılır.  EOÖ-lər,  xüsusilə  postsovet  məkanında  isə  gizli 

iqtisadiyyatın  bütün  formalarına  rast  gəlindiyindən  bu  tipli  amnistiyalar  da  çox 

vaxt vergilərlə yanaşı, əmlakı, gəliri, fəaliyyəti, fəaliyyət subyektlərini və.s. əhatə 

edir. 



AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



187 

 Tədqiqatlarımız  göstərir  ki,  bu  tipli  amnistiya  aktlarınının  verilməsinə  təkcə 

müasir  tariximizdə  təsadüf  olunmur.  Belə  ki,  vergi  məsələlərini  əhatə  edən  ilk 

tarixi sənəd hesab olunan “The Rosetta Stone”da  bəyan olunur ki, hələ təxminən 

bizim  eradan  əvvəl  200-cü  ildə  Qədim  Misirdə  maliyyə  amnistiyası  olmuş, 

nəticədə  vergi  qiyamçıları  həbsxanadan  buraxılmış  və  vergi  borcları 

bağışlanmışdır.  Bundan  başqa  bizim  eranın  401,  411,  434,  445,  450  və  458-ci 

illərində  həmçinin  Roma  mperiyasında  da  vergi  amnistiyaları  verilmişdir.  Orta 

əsrlər  tarixi  də  belə  nümunələrlə  zəngindir.  XX  əsrin  son  30  ilində  isə  maliyyə 

amnistiya proqramları demək olar ki, bütün dünya üzrə intensiv müşahidə edilir ki, 

bu da göstərilən dövr ərzində gizli iqtisadiyyatların inkişafı ilə əlaqədardır.  

Amnistiyanı  həyata  keçirən  hökumət  makro  və  mikro  səviyyədə  müxtəlif 

məqsədlərin reallaşdırılmasını nəzərdə tutur ki, bu da amnistiyanın forma, üsul və 

mexanizmlərinin  seçilməsinə  təsir  göstərir.  Təcrübə  göstərir  ki,  belə  məqsədlərə 

daha 

çox 


gizli 

iqtisadiyyatın 

leqallaşdırılması, 

vergitutma 

bazasının 

genişləndirilməsi  və  vergi  gəlirlərinin  artırılması,  konkret  makroiqtisdi 

göstəricilərin  yaxşılaşdırılması,  iqtsadiyyata  əlavə  investisiya  cəlb  edilməsi, 

kapitalın  xaricə  axınının  qarşısının  alınması  və  ölkədən  çıxarılan  kapitalın 

repatriasiyası,  təftiş  və  məcburetmə  ilə  bağlı  administrativ  xərclərin  azaldılması, 

bazar  subyektlərində  əxlaqi  davranış  meyllərinin  gücləndirilməsi  və  onların 

dövlətə 

inamının 

artırılması, 

vergiyə 


könüllü 

uyğunlaşma 

meylinin 

gücləndirilməsi,  bazar  subyektlərinin  fəaliyyəti  ilə  bağlı  təfsilatlı  məlumatların 

toplanılması və formalaşdırılacaq müvafiq dövlət siyasətinin effektivliyini artırmaq 

məqsədilə istifadəsi və. s. aiddir. Eyni zamanda o da qeyd olunmalıdır ki, maliyyə 

amnistiyaları  EÖ-lərdə  daha  çox  fiskal  məqsədlər  daşıdığı  halda,  EOÖ-lər  və 

keçid  iqtisadiyyatlı  ölkələrdə  sosial,  iqtisadi,  siyasi  və  fiskal  olmqla  bir  sıra 

istiqamətləri əhatə edən məqsədləri özündə ehtiva edir[1, 3, 4, 5, 6, 9].  

Dünya  ölkələrinin  təcrübəsi  göstərir  ki,  kifayət  qədər  ciddi  bir  aksiya  olan  bu 

amnistiyalar belə demək mümkünsə, “yüz ölçülüb, bir biçilərək” həyata keçirilir və 

dövlət  tərəfindən  əvvəlcədən  təsbit  edilmiş  sərt  prinsiplərə  əsaslanır.  Bunlara 

aiddir: 1) Birdəfəlik olma 2) Konkret dövrü əhatə etmə; 3) Konkret öhdəliklərə aid 

olma;  4)  Konkret  subyektləri  əhatə  etmə;  5)  Konkret  dövrdə  həyata  keçirilmə;  6) 

Geniş  iştirakçılığı  təmin  etmə;  7)  Cəlbediciliyi  təmin  etmə;  8)  Konfidensiallığı 

təmin  etmə.  Göstərilən  prinsiplərin  təmin  edilməsi  maliyyə  amnistiyalarının 

uğurunu təmin edən başlıca şərtlərdir[1, 9]. 

EÖ-lərdə gizli iqtisadiyyat elə geniş yayılmadığından, tamamilə uçotdankənar 

fəaliyyət  göstərən  bazar  subyektləri  çox  az  olduğundan,  eyni  zamanda  kriminal 

fəaliyyətdən  gələn  gəlirlər  də  elə  yüksək  olmadığından  maliyyə  amnistiyaları, 

gəlirlərini düzgün bəyan etməyən və vergi ilə bağlı borcları olanlara tətbiq edilir ki, 

bunlar da çox vaxt vergi amnistiyaları adlandırılır.  nkişaf etmiş ölkələrdə dövlətlə 

vergi ödəyiciləri arasındakı münasibətləri hər dəfə yeni - “təmiz” səhfədən qurmaq 

məqsədilə vaxtaşırı olaraq belə amnistiyalar həyata keçirilir. 

 

 




AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



188 

22  noyabr  1982-ci  ildən  indiyədək  ABŞ-ın  45  ştatında  60-dan  çox  vergi 

amnistiyası həyata keçirilmişdir ki, bunun da nəticəsində büdcəyə 2,1 mlrd. dollar 

vəsait yığılmışdır. Tətbiq olunan amnistiyaların ən qısa müddətlisi 1989-cu ildə 3 

gün olmaqla Şimali Karolinaya, ən uzun müddətlisi isə 1984-cü ildə 6 ay olmaqla 

Oklahoma  ştatına  aiddir.  Amnistiya  nəticəsində  ümumi  yığımlar  ümumi  vergi 

daxilolmalarının  0,008%-dən  (Luiziana  ştatı)  2,6%-i  (Nyu-Cersi  Ştatı)  arasında 

dəyişmişdir.  Həmçinin  Kaliforniya,  Florida  və  Aydaho  ştatları  istisna olmaqla,  

qalan bütün ştatlarda vergi amnistiyası bütün növ vergiləri əhatə etmişdir. 

ABŞ  vergi  amnistiyaları  içərisində  16.  09.1985-15.11.1985  tarixləri  arasında 

Kolorado  ştatında  və  15.05.2002-30.06.2002  tarixləri  arasında  Miçiqan  ştatında 

keçirilən  vergi  amnistiyaları  daha  uğurlu  olması  ilə  yadda  qalmışdır.  Belə  ki,  hər 

iki ştatda amnistiya nəticəsində əlavə yığım proqnozlaşdırıldığından çox olmuşdur. 

Bunlarla yanaşı, 2003-cü ilin yanvar ayında ABŞ Federal Daxili Gəlir Xidməti 

elan  etmişdir  ki,  vergidən  yayınmaq  məqsədilə  xaricdə  bank,  o  cümlədən  kart 

hesabları  açmış  şəxslər  15  aprel  2003-cü  il  tarixinədək  onları  bəyan  etmək  və 

müvafiq  vergiləri  ödəməklə,  cinayət  məsuliyyətindən  azad  oluna  bilərlər. 

Keçirilmiş  bu  offşor  amnistiyası  nəticəsində  1200-dən  çox  vergi  ödəyicisi 

təxminən 50 milyon dollar məbləğində verginin gizlədilməsini etiraf etmiş və vergi 

orqanlarına qeyri-qanuni offşor fəaliyyət göstərən 80 şirkətin izinə düşməyə imkan 

vermişdir[1, 8, 9]. 

Fransada  maliyyə  amnistiyası  1982  və  1986-cı  illərdə  həyata  keçirilmişdir.  

Ümumi  vergi  amnistiyası  və  xaricə  saxlanılan  kapitalın  ölkəyə  repatriasiyasını 

stimulaşdırmağı  hədəfləyən  1982-ci  il  amnistiyasında  yalnız  2786  nəfər  iştirak 

etmiş  və  19  milyon  dollar  vəsait  yığılmışdır  ki,  bu  da  həmin  il  ümumi  vergi 

gəlirlərinin  0,007%-ni  təşkil  edir.  Xaricə  qeyri-leqal  yollarla  çıxarılmış  kapitala 

xüsusi amnistiyanı nəzərdə tutan 1986-cı il amnistiyasında isə ölkəyə repatriasiya 

edilən  kapitala  qoyulan  vergilər  əhəmiyyətli  şəkildə  azaldılmış  və  kapital  vergisi 

aradan  qaldırılmışdır.  Ancaq  proqram  sonradan  cərimələrin  artırılması  və 

məcburetmə  tədbirlərinin  gücləndirilməsi  ilə  müşahidə  edilməmişdir.  Nəticədə 

cəmi  276  nəfərin  iştirak  etdiyi  amnistiyanın  nəticəsində  22  milyon  dollar  əlavə 

yığım  əldə  edilmişdir  ki,  bu  da  həmin  ildə  ümumi  vergi  gəlirlərinin  0,008%-ni 

təşkil etmişdir[1]. 



 

 

 

 

 

 

 

 

 

 

 

 


AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



189 

 

Cədvəl 1 

Dünya üzrə maliyyə amnistiyaları və  nəticələri   

Ölkə 

Amnistiya ili 

Forması 

ğım 

(milyon ) 

Vergi gəlirlərində 

payı  

(%-lə

Almaniya 

2004-2005 

Ümumi vergi amnistiyası 

1,200 $  

Argentina 



1987 

nvestisiya məqsədi üçün əvvəllər 

bəyan edilməmiş gəlir 

Faktiki olaraq 

heç bir gəlir 

 

Argentina 



1995 

Ümumi vergi amnistiyası 

9,900 $ 

Avstraliya 



1980-cı illərdə iki 

dəfə 


Gizli fəaliyyətlərdə iştirak edənlər 



Avstriya  

1982 


1979-cu ilə qədər olan bütün vergri 

mübahisələri 

Zəif nəticələr 

Avstriya 



1993 

Bəyan edilməyən aktivlərin 

repatriasiyasını stimullaşdırma 

məqsədli xüsusi proqram 

Vergi bazasının 

genişləndirilməsi 

(təxminən 58%) 

Belçika 



1984-1985 

nvestisiya qoyulmuş gəlirin vergidən 

azad olunması (məs. dövlət 

istiqrazları) 

Zəif nəticələr 

Belçika 



2004 

Xaricdəki vergiləndirilməmiş 

aktivlərin Belçika hesablarına 

repartriasiyası 

496 $ 



Cənubi Afrika 



Respublikası 

2003-2004 

Ümumi vergi amnistiyası 

8,000 $ 


Finlandiya 

1982/1984 

Qalıq Faizlər 



Fransa 



1982 

Ümumi vergi amnistiyası; bəyan 

edilməyən aktivlərin repatriasiyasının 

stimullaşdırılması üçün xüsusi 

proqram 

19 $ (yalnız 

2,786 iştirakçı) 

0,007 


Fransa 

1986 


Ölkədən kənarda saxlanılan kapitala 

xüsusi amnistiya 

22 $ (yalnız 276 

iştirakçı) 

0,008 

Hindistan 



1981 

Dövlət istiqarazları bəyan edilməyən 

gəlirlər üçün buraxılmışdır 



Hindistan 

1997 


Ümumi vergi amnistiyası 

2,500$ 


8,5 

rlandiya 

1988 

Ümumi vergi amnistiyası 



700-750$ 

4,5 


rlandiya 

1993 


Ümumi vergi amnistiyası 

1988-ci ildə 

olandan hədsiz az 

spaniya 



1977 

1976-cı ilən əvvəl yığılmış vergi 

öhdəlikləri ilə bağlı cəzalardan azad 

etmə 


Italiya 



1982 

Ümumi vergi amnistiyası 

100 $ 

15 


taliya 

1984 


Sahibkarlar və özünüməşğullar 

5,000 $ 


Italiya 


2001/2002 

Bəyan edilməyən aktivlərin 

repatriasiyasını stimullaşdırma 

məqsədli xüsusi proqram 

1,400 € 

0,4 


Kolumbiya 

1987 


Əvvəllər bəyan edilməmiş aktivlərin 

bəyanı  


100 $ 

0,3 (ÜDM-də) 

Qazaxıstan 

2001 


Gizli kapitalını leqallaşdırmaq 

istəyənlərin vergi və digər 

məsuliyyətdən azad edilməsi 



Niderland 

1934, 1940, 1945, 

1955 

1955, faizlər və cərimələrdən azad 



etmə 

Çox yaxşı 

Portuqaliya 



1981, 1982, 1986, 

1988 


Gəlir vergiləndirilməsinin 

məhdudlaşdırılması 

Proqnozlaşdırılan 

məbləğin 40%-i 

 

Rusiya 



 

1993 


Müəssisələrə, təşkilatlara və özəl 

sahibkarlara ödənməmiş öhdəliklərə 

görə sanksiyaların aradan qaldırılması 



 

Rusiya 


1996, 1997 

Firma və təşkilatlara vergi borclarının 

ödənilmə vaxtının dəyişdirilməsinə 

icazə verilməsi 

Gəlirlərə mənfi 

təsir etmişdir 

Taciksitan 



2003 

nvestisiyaları stimullaşdırmaq 

məqsədilə gizli gəlirlərin 

leqallaşdırılması  



Yeni Zenlandiya 



1988 

Ümumi vergi amnistiyası 

18 $ 




AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



190 

EÖ-lər içərisində qeyri-qanuni kapitalın xüsusi çəkisinə görə liderlər sırasında 

olan  taliyada, son 20 ildə 1982, 1984 və 2001-2002-ci illərdə olmaqla, toplam 3 

maliyyə amnistiyası həyata keçirilmişdir. “Scudo Fiscale” şərti adı altında keçirilən 

ilk  amnistiya  12,09 milyon  nəfəri  əhatə  edərək,  tam  vergi  amnistiyası  formasında 

tətbiq  edilməklə,  nəticədə  100  milyon  dollarlıq  əlavə  yığıma  imkan  vermişdir  ki, 

bu da həmi il üçün ümumi vergi gəlirlərinin 15%-ni təşkil etmişdir. 1984-cü ilədə 

həyata  keçirilən  amnistiya  isə  sahibkarların  və  özünüməşğulların  kapitalının  və 

əmlakının vergi amnistiyasını nəzərdə tutmuşdur ki, nəticədə 5 milyon dollar vergi 

yığımı əldə edilmişdir. Sonuncu isə 2001-ci ilin noyabrından 2002-ci ilin fevral ayı 

arasında  gizlədilmiş  aktivlərin  leqallaşdırılmasına  dair  “Decreto  Legge  352001” 

adlı  proqram  çərçivəsində  həyata  keçirilmişdir.  Nəticədə  60  gün  ərzində  61  mlrd. 

avro  amnistiya  edilmiş,  onların  40%-i  repatriasiya  olunmuşdur.  Amnistiyadan 

sonra  4  ay  ərzində  vergi  yığımları  6,5%  artmış,  onlardan  birbaşa  vergilərin  (gəlir 

vergisi)  yığımı  5,6%  artaraq,  45,4  mlrd.  avro  təşkil  etmişdir.  2002-ci  ilin  yanvar-

aprel  ayları  üzrə  ümumi  gəlir  91,7  mlrd.  avro  təşkil  etmişdir  (2001-ci  ilin  analoji 

dövründə gəlir 68,1 mlrd. idi). Bundan başqa, amnistiya edilən əmlaka və kapitala 

görə  əmlakın  dəyərinin  2,5%-i  miqdarında  təyin  edilmiş  birdəfəlik  xüsusi  vergi 

büdcəyə  əlavə  olaraq  1,4  mlrd.  avro  gəlir  gətirmiş,  bu  isə  ümumi  vergi 

daxilolmalarının 0,4%-ni təşkil etmişdir. Bunun nəticəsi olaraq, amnistiyadan gəlir 

vergilərinin  aşağı  salınmasından  yaranan  azalmanın  kompensasiya  edilməsinə 

imkan yaranmışdır.  taliyadakı bu amnistiya aqtı həm maliyyə və kapitalı, həm də 

daşınar  və  daşınmaz  əmlakın,  o  cümlədən  torpaq  sahələrinin  və  incəsənət 

əsərlərinin  leqallaşdıırlmasını  nəzərdə  tutmuşdur.  Ərizəçilərə  iki  üsul  təqdim 

edilmişdir  –  repatriasiya  və  ya  leqallaşdırma.  Repatriasiya  xaricdə  yerləşən 

kapitala və maliyyə resurslarına münasibətdə tətbiq edilə bilərdi və burada şərt bu 

vəsaitlərin  taliya yurisdiksiyasına qaytarılması olmuşdur. Üsulun tətbiqi ərizəçinin 

arzusundan  asılı  idi.  Eyni  zamanda  hər  iki  üsulun  birləşdirilməsi  də  mümkün  idi. 

Ərizəçinin  iradəsi  müəyyən  edilmiş  formada  bəyannamənin  tam  doldurulması 

vasitəsilə  ifadə  olunurdu.  Ərizəçi  seçdiyi  üsuldan  asılı  olmayaraq  bəyan  etdiyi 

əmlakın dəyərinin 2,5%-ni büdcəyə ödəməli və yaxud da əmlakın dəyərinin 12%-i 

məbləğində dövlətin qiymətli kağızlarını almalı idi.  

2001-ci  ilin  amnistiyası,  həmçinin  vergi  qanunvericiliynin  pozulmasına  görə 

ehtiyat  tədbirlərinin  gücləndirilməsi  ilə  müşayiət  olunurdu.  Məsələn,  əvvəllər 

kapitalın  gizlədilməsinə,  yaxud  vergi  bəyannaməsinin  düzgün  doldurulmamasına 

görə  cərimə  məbləğindən  asılı  olaraq  250-dən  2000  avroyadək  təşkil  edirdi. 

Həmçinin  amnistiyadan  sonra  bəyan  edilməmiş  vəsaitlərin  məbləğinin  5%-dən 

25%-dək cərimə alınmaqla, uyğun vəsait miqdarında əmlak müsadirə edilirdi.  

Nəzərə alsaq ki, italiyanların xarici aktivlərinin ümumi məbləği 250-300 mlrd. 

avro  məbləğində  qiymətləndirilirdi,  hökumət  2003-cü  ildə  də  amnistiyanın 

keçirilməsini qərara aldı və nəticədə 15 mlrd. avro bəyan edildi ki, onun da yarısı 

repatriasiya edilmişdir. 

 

  



AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



191 

1988-ci  ilin  yanvar  ayında  rland  hökuməti  vergi  ödəyicilərinə  10  ay  ərzində 

vaxtı keçmiş gəlir vergisi borclarını hər hansı faiz və cərimələrə məruz qalmadan, 

əlavə cinayət məsuliyyəti ilə üzləşmədən, o cümlədən vətəndaş məhkəmə təqibləri 

ilə üzləşmədən ödəmələrinə icazə vermişdir. Prosesə paralel olaraq, hökumət vergi 

auditorlarının  sayını  artırmış  və  qanunu  pozan  vergi  ödəyicilərinin  adlarını 

mətbuatda  dərc  etdirməyə  başlamışdır.  Hökumət  həmçinin  yeni  vergi  sistemi 

təqdim  etmiş,  cərimə  və  faizləri  artırmışdır.  Amnsitiya  nəticəsində  50  milyon 

dollarlıq yığım əldə edəcəyi proqnozlaşdırdığı halda, bu vəsait 750 milyon dollara 

yüksəlmişdir ki, bu da həmin il üçün ÜDM-nin 2,5%-ni, ümumi vergi gəlirlərinin 

isə 4,5%-ni təşkil edirdi[1]. 

1 iyun-30 noyabr 2003-cü il tarixlərində Cənubi Afrika Respublikasında vergi 

amnistiyası  həyata  keçirilmişdir.  Amnistiyanın  əsas  məqsədi  Aparteid  rejimi 

dövründə qeyri-qanuni yollarla xaricə çıxarılmış vəsaitlərin CAR-in iqtisadiyyatına 

qaytarılması olmuşdur. Amnistiya zamanı hökumət 5% dərəcə ilə vergi tuturdu və 

cinayət məsuliyyətinin olmamasına təminat vermişdir. 



EOÖ-lərin  əksəriyyəti  gizli  iqtisadiyyatın,  çirkli  pulların  yuyulmasının, 

iqtisadi cinayətkarlığın geniş vüsət aldığı olkələr olduğundan gizli kapital islahatçı 

hökumətlərin  qarşısında  daim  ciddi  bir  problem  kimi  dayanmışdır.  Tədqiqatlar 

göstərir ki, bu ölkələrdə maliyyə amnistiyalarının demək olar ki, bütün formalarına 

rast gəlinir. 

1987-ci  ildə  Argentina  hökuməti  qeyri-leqal  yollarla  ölkədən  çıxarılmış 

kapitalın  repatriasiyasını  stimullaşdırmaq  məqsədilə  vergi  amnistiyası  elan 

etmişdir.  Amnistiyaya  əsasən  investisiya  məqsədləri  üçün  əvvəllər  bəyan 

edilməyən gəlirləri vergidən azad etmiş və bu amnistiya həm xarici, həm də yerli 

investorlara  şamil  edilmişdir.  Xüsusilə  də  investorlardan  tələb  edilirdi  ki, 

gizlətdikləri  hər  dollar  borca  görə  yeni  fondlara  əlavə  dollar  ayırmalıdırlar  ki,  bu 

pullar  da  yeni  avadanlıqların  alınması,  yeni  zavodların  tikintisi  və  ya  mövcud 

imkanlarının  genişləndirilməsi  üçün  istifadə  edilməli  idi.  Hökumət  üzə  çıxarılan 

bütün  fondları  hər  hansı  vergidən  azad  edir,  həmçinin  də  söz  verirdi  ki,  bu 

məsələlərlə bağlı hər hansı istintaq və ya cinayət təqibi açılmayacaqdır. 

Məqsədləri  xoş  olsa  da,  bu  amnistiya  elə  böyük  uğur  qazana  bilməmişdir. 

Çünki  fərdlər  tələb  olunan  şərtləri  hədsiz  ağır  hesab  etmişdir.  Ən  vacibi  odur  ki, 

Argentinada  bu  tipli  amnistiyalar  məcburetmə  tədbirlərinin  artırılması  və  ya 

maliyyə  sisteminin  əsasında  hər  hansı  dəyişikliklərlə  müşayət  olunmamışdır.  Bu 

təcrübə  göstərir  ki,  digər  struktur  islahatları  ilə  dəstəklənməyən  amnistiyaların 

uğursuz nəticələnmələri qaçılmazdır[1]. 

1987-ci  il  Kolumbiya  maliyyə  amnistiyasına  görə  fərdlərə  icazə  verilmişdir        

ki,  əvvəllər  bəyan  etmədikləri  aktivlərini  və  ya  vergi  borclarını  hər  hansı  cərimə  

və  ya  məhkəmə  təqibi  olmadan  düzgün  şəkildə  bəyan  etsinlər.  Qaydalara           

görə  fərdlər  gəlirlərini  ən  azı  əvvəlki  ildə  bəyan  edilən  gəlir  həcmində  bəyan   

etməli  idilər  və  tanınmış  cinayətkarların  da  prosesdə  iştirakına  icazə  verilirdi. 

Bununla 

paralel 


Kolumbiya 

hökuməti 

həmçinin 

vergi 


sistemində                      

çoxlu 


dəyişikliklər 

etmişdir: 

gəlir 

vergisinin 



dərəcələri 

azaldılmış,        

dividentlərin  ikiqat  vergiləndirilməsi   aradan  qaldırılmışdır.  Hökumət  həmçinin  



AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



192 

məcburetmə tədbirləri və cərimələri də artırmışdır. Amnistiya nəticəsində 100 mln. 

dollara  qədər  əlavə  vəsait  yığılmışdır  ki,  bu  da  həmin  il  üçün  ÜDM-nin  0,3%-ni 

təşkil edir[1]. 

Argentina kimi Hindistanda da vaxtaşırı maliyyə amnistiyaları həyata keçirilsə 

də,  onların  əksərində  daha  zəif  nəticələr  əldə  edilmiş  və  vergi  gəlirlər  daha  da 

azalmışdır.  Ancaq  buna  baxmayaraq,  1997-ci  ildə  verilən  amnistiya  digərlərindən 

çox  fərqli  olmuşdur.  Amnistiya  nəticəsində  350000-dən  çox  insandan  2,5  mlrd. 

dollar  həcmində  əlavə  vergi  yığımı  əldə  edilmişdir  ki,  bu  da  bütün  keçmiş 

amnistiyalardan  əldə  olunan  vəsaitdən  təxminən  3  dəfə  çoxdur.  Ümumilikdə  8,2 

mlrd. dollar həcmində yayındırılmış vəsait bəyan edilmişdir.   

Təxminən 214 gün çəkən bu amnistiyanın uğurlu olmasına əsas səbəblərdən biri 

yayındırılmış  gəlirlərdən  alınan  vergi  dərəcəsinin  əvvəlki  97,5%-dən  xeyli  aşağı 

30%-lə hesablanmasıdır. Həmçinin xeyli əvvəllər alınmış əmlakın bəyan edilməsi 

zamanı  vergi,  onun  ilkin  dəyəri  əsasında  hesablanırdı.  Çoxlu  sayda  əhali  qızıl 

külçələr,  gümüş  qablar,  fillər  və.s  kimi  gizli  yığımlarını  kütləvi  bəyan  edirdilər. 

Amnistiya, həmçinin xarici ölkələrdəki aktivlərin bəyan edilməsinə şamil edilsə də, 

bu sahədə elə böyük uğur əldə edilmədi.  

Hindistan Maliyyə Nazirliyinin 7 milyon dollar xərc çəkdiyi “30% vergi, 100 % 

təmiz  vicdan”  (“30  percent  taxes,  100  percent  peace  of  mind”)  devizli  güclü 

reklam  kompaniyası  şəraitində  keçən  bu  amnistiyada  müsbət  tərəflərlə  yanaşı, 

bəyannamələrin düzgün doldurulmaması kimi hallar da geniş yayılmışdı ki, bu da 

çox vaxt vergi administrasiyası ilə ciddi çəkişmələrə səbəb olurdu[1]. 

Türkiyədə  1928-ci  ildən  bu  günə  qədər  toplam  25  müxtəlif  formalı  maliyyə 

amnistiyası  verilmişdir.  Sonuncu  belə  amnistiya  1998-ci  ildə  başlamış  və  demək 

olar  ki,  öz  uğursuzluğu  ilə  yadda  qalmışdır.  Belə  ki,  həmin  il  türk  vətəndaşları 

arasında  “haradan  tapdın?”(nereden  buldun?)  qanunu  kimi  qələmə  verilən  4369 

saylı  qanun  qəbul  edilir  və  qanuna  görə  1  sentyabr  1998-ci  il  “maliyyə  miladı” 

tarixi  kimi  qəbul  edilirdi.  Vətəndaşlardan  tələb  olunmuşdur  ki,  1  gün  müddətində 

öz  gizli  sərvətlərini  bank  hesablarına  keçirsinlər.  Lakin  onlar  haqqında  heç  bir 

hüquqi  təqibin  və  ya  araşdırmanın  aparılmayacağı  yalnız  Maliyyə  Nazirliyi 

rəsmilərinin  şifahi  sözləri  ilə  bəyan  edilmişdi.  Qanuni  olaraq  belə  bir  vəd  ala 

bilməyən vətəndaşlar təbii ki, prosesə şübhə ilə yanaşdı və nəinki kütləvi leqllaşma 

prosesi  baş  tutdu,  hətta  əksər  vətəndaşlar  nigarançılıqdan  öz  gizli  sərvətlərini 

ölkədən xaricə çıxardılar. Prosesin uğursuzluğunu görən hökumət yeni bir qanunla 

amnistiyanı  1  yanvar  2003  tarixinə  qədər  təxirə  saldı.  Ancaq  bütün  bunlara 

baxmayaraq,  nəticə  etibarilə,  bu  yolla  20  mlrd.  dollara  yaxın  vəsaitin  gizli 

dövriyyədən çıxarıldığı da qeyd olunur[5].  

Post-sovet  ölkələrində  də  son  illərdə  maliyyə  amnistiyalarının  genişləndiyi 

müşahidə  edilir.  ndiyədək  Rusiya,  Qazaxıstan,  Gürcüstan  və  Taciksitan  bu  tipli 

aqtlardan istifadə etmişdir. 

Post-sovet  məkanından  gizli  iqtisadiyyatın  tüğyan  etdiyi  və  kriminal          

gəlirlərin  kifayət  qədər  böyük  olduğu   ölkələrdən   biri  Rusiya Federasiyasıdır.  

 



AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



193 

Bu  ölkədə  1993-cü  ildə  bazar  subyektlərinə  ödənməmiş  fiskal  öhdəliklərinə  görə 

tətbiq  edilən  sanksiyaların  aradan  qaldırılması  və  1996-1997-ci  illərdə  vergi 

borclarının  ödənilmə  vaxtının  dəyişdirilməsinə  icazə  verilməsi  formalarında 

maliyyə  amnistiyaları  həyata  keçirilsə  də  problem  həll  edilə  bilməmiş,  əksinə 

görülən  tədbirlər  vergi  yığımına  mənfi  təsir  göstərmişdir.  Hal-hazırda  Rusiya  iri 

müəssisələrinin  apardıqları  iqtisadi  əməliyyatların  80%-ə  qədəri  barter  sisteminə 

əsaslanır ki, nəticədə vergilərin tətbiqi üçün zəruri nağd pul likvidliyi yoxdur. 

Rusiyada  sonuncu  maliyyə  amnistiyası  2006-cı  ildə  qəbul  olunmuş  “Fiziki 

şəxslərin  gəlirlərinin  bəyan  edilməsinin  sadələşdirilmiş  qaydası  haqqında” 

Qanundur.  Qanun  bəyannamə  ödənişinin  həyata  keçirilməsi  şərti  ilə  1  yanvar 

2006-ci il tarixədək əldə edilmiş gəlirlərin sadələşdirilmiş qaydada bəyan edilməsi 

üçün fiziki şəxslərə imkan yaratmışdır. Qanuna əsasən fiziki şəxslər 1 mart 2007- 1 

yanvar  2008-ci  il  tarixləri  arasında  1  yanvar  2006-cı  ilə  qədər  əldə  etdikləri  və 

Rusiyada  vergiyə  cəlb  edilməli  olan  gəlirlərini  sadələşdirilmiş  qaydada  bəyan 

edərək,  bəyan  olunan  məbləğin  13%-ni  hesablayıb  dövlət  büdcəsinə 

köçürməlidirlər.  Göstərilən  müddət  ərzində  Rusiya  vətəndaşları  gəlirlərinin 

sadələşdirilmiş  qaydada  bəyan  edilməsi  məqsədilə,  yaşadıqları  yer  üzrə  vergi 

orqanına  gəlir  haqqında  xüsusi  bəyannaməni  təqdim  edir,  vergi  orqanı  isə 

bəyannamənin  verilməsi  və  ödənişin  aparılmasını  təsdiq  edən  sənədləri  aldıqdan 

sonra,  fiziki  şəxsə  5  gün  müddətinə  gəlirlərin  sadələşdirilmiş  qaydada  bəyan 

edilməsi  haqqında  şəhadətnamə  verir.  Qanuna  görə  gəlirlərini  bu  qaydada  bəyan 

edən  şəxslər  fiziki  şəxslərin  gəlir  vergisi  üzrə  öhdəliklərini  yerinə  yetirmiş  hesab 

olunurlar. Həmçinin qaydalara görə, xüsusi bəyannamədə göstərilmiş məlumatların 

vergi  ödəyicilərinə  nəzarətin  həyata  keçirilməsi  zamanı  vergi  orqanları  tərəfindən 

istifadə edilməsinə yol verilmir.  

Onu da qeyd edək ki, Rusiyada Qanun qəbul olunarkən, artıq barələrində vergi 

cinayəti  açılmış  şəxslərin  də  bu  amnistiyaya  salınıb-salınmaması  ilə  bağlı  qızğın 

müzakirələr aparılmışdır. Nəticədə Qanunun adıçəkilən şəxslərə şamil edilməməsi 

qərarlaşdırılmışdır[9]. 

Postsovet  məkanında  uğurla  həyata  keçirilən  maliyyə  amnistiyalarından          

biri  Qazaxıstana  aiddir.  Belə  ki,  bu  ölkədə  2  aprel  2001-ci  il  tarixində       

Pulların  leqallaşdırılması  ilə  əlaqədar  Qazaxıstan  Respublikası  vətəndaşlarının 

amnistiyası  haqqında”  Qanun  qəbul  edilmişdir.  Amnistiyaya  əsas  səbəb  kimi   

küllü  miqdarda  kapitalın  Qazaxıstandan  axını,  ölkə  iqtisadiyyatında  gizli       

sektorun  mövcudluğu  və  milli  iqtisadiyyatın  inkişafı  üçün  əlavə  investisiyalara 

tələbat  göstərilmişdir.  Qanuna  uyğun  olaraq  amnistiya  əvvəllər  bəyan           

edilməmiş  və  leqal  iqtisadi  dövriyyədən  çıxarılmış  Qazaxıstan  Respublikası 

vətəndaşlarının  pul  vəsaitlərinin  leqallaşdırılmasına  dair  birdəfəlik  aksiya            

kimi  həyata  keçirilmişdir.  Qanun  şəxslərə  imkan  vermişdir  ki,  onlar                   

gizli 


kapitallarını 

leqallaşdıracağı 

təqdirdə 

vergitutmadan 

və 

müvafiq 


məsuliyyətdən  azad  olunsunlar.  Amnistiya,  əmanətlərin  kollektiv  zəmanət 

verilməsi (sığortalanması) sisteminə daxil olan ikinci səviyyəli banklardakı xüsusi 

hesablara  milli  və  ya  xarici  valyutada  nağd  pul  vəsaitlərinin  qoyuluşu           

vasitəsilə pullarını qoyan (leqallaşdırma dövründə onlara sərəncam vermək hüququ  




AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



194 

olmadan), habelə xarici banklardakı şəxsi hesablardan öz pullarını ölkəyə köçürən 

Qazaxıstan  Respublikası  vətəndaşlarına  şamil  edilmişdir.  Ancaq  amnistiya 

leqallaşdırma  başlamazdan  əvvəl  barələrində  cinayət  və  inzibati  işlər  açılmış, 

habelə  məhkum  edilmiş  və  inzibati  məsuliyyətə  cəlb  edilmiş  şəxslərə  şamil 

edilməmişdir.  Həmçinin  adıçəkilən  qanuna  görə  amnistiya  korrupsiya  cinayətləri, 

şəxsiyyətə,  sülhə  və  insan  təhlükəsizliyinə,  dövlətin  konstitusiya  qurluşunun 

əsaslarına  və  təhlükəsizliyinə,  mülkiyyətə,  dövlət  qulluğu  maraqlarına,  ictimai 

təhlükəsizliyə və ictimai qaydaya, əhalinin sağlamlığına və əxlaqa qarşı cinayətlər 

nəticəsində əldə  edilmiş, habelə digər şəxsə məxsus və ya kredit şəklində alınmış 

pulların leqallaşdırılması hallarına şamil edilməmişdir. 

Qanuna  uyğun  olaraq,  əvvəlcə  pulların  leqallaşdırılması  dövrü  2001-ci  ildə  20 

təqvim  günü  müddətində  müəyyən  edilsə  də,  sonradan  bu  müddət  30  günədək 

uzadılmışdır.  

Leqallaşdırma 

prosesində 

bank 

tərəfindən 



əmanətçiyə 

pulların 



leqallaşdırılması  üzrə  xüsusi  hesaba  məbləğin  daxil  edilməsi  haqqında”  rəsmi 

sənəd  verilmiş  və  bu  sənəddə  daxil  edilmiş  məbləğ  və  daxiletmə  tarixi 

göstərilmişdir.  

Qanunda  həmçinin  o  da  göstərilmişdir  ki,  leqallaşdırma  məqsədilə  açılmış 

xüsusi hesablar və onlarda olan məbləğlər haqqında məlumat açıla bilməz, xüsusi 

hesabın  mövcudluğu  isə  istənilən  prosessual  hərəkətin,  o  cümlədən  cinayət 

təqibinin və ya inzibati cərimə tədbirlərinin təqibinin həyata keçirilməsi üçün əsas 

ola  bilməz.  Leqallaşdırma  üçün  təqdim  edilmiş  pullar  yalnız  Qazaxıstan 

Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq,  vətəndaşların  bu  qanuna  əsasən 

amnistiya  edilmiş  əmlaklarının  müsadirə  edilməsini  nəzərdə  tutan  məhkəmə 

qərarlarının qanuni qüvvəyə mindiyi təqdirdə alına bilər. 

Qaydalara  görə  milli  və  ya  xarici  valyutada  xüsusi  hesaba  daxil  olan  pullara 

vətəndaş(əmanətçi) tərəfindən sərəncam verilməsi, yalnız elan olunmuş leqallaşma 

müddəti başa çatdıqdan sonrakı ilk gündən həyata keçirilə bilirdi. 

Qazaxıstanda  həyata  keçirilən  bu  amnistiya  aqtı  ilə  paralel  olaraq,  prosesin 

səmərəliliyini artırmaq məqsədilə bir sıra tədbirlər də həyata keçirilmişdir. Belə ki, 

1995-2000-ci  illər  üzrə  təqdim  edilmiş  vergi  bəyannamələrinin  məhv  edilməsi, 

vətəndaşlar üçün leqallaşdırma dövründə nağd xarici valyutanın gətirilməsinə görə 

gömrük  rüsumunun  ləğv  edilməsi,  həmçinin  Qazaxıstan  rezidentləri  üçün 

sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslərin  qeydiyyatına  görə  yığımın 

sıfır  dərəcəsinin  müəyyən  edilməsi,  vergilərin  azaldılması  və.s  kimi  tədbirlər 

həyata keçirilmişdir[4]. 

Qazaxıstan  Milli  Bankının  məlumatlarına  görə  aparılan  leqallaşma  nəticəsində 

xüsusi hesablara 70,5 mlrd. tenge – təxminən 480,2 mln dollar məbləğində vəsait 

daxil  olmuşdur.  Daxil  olan  vəsaitlərin  88,5%-i  nağd  pul  olmuşdur  ki,  onun  da 

82%-i  ABŞ  dolları,  6,5%-i  isə  milli  valyutadan  ibarətdir.  Bu  prosesdə  xarici 

banklardakı  hesablardan  Qazaxıstan  banklarının  hesablarına  köçürmələr,  daxil 

olmuş  ümumi  vəsaitlərin  11,4%-i  təşkil  etmişdir.  3000  nəfərin  iştirak  etdiyi  bu 

amnistiyada leqallaşdırılmış minimum məbləğ 50, maksimum məbləğ isə 800 min 

ABŞ dolları olmuşdur. 




AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



195 

Tacikistanda  çirkli  pullar  əsasən  heroin  və  digər  qeyri-leqal  narkotiklərin 

daşınması  nəticəsində  formalaşır  ki,  bunlar  da  ildə  təxminən  300-400  mln.  dollar 

həcmindədir.  Bununla  yanaşı  qeyri-rəsmi  pulların  digər  bir  mühüm  mənbəyi  də 

əmək  bazarıdır.  Belə  ki,  qeyri-leqal  emiqrantlar  Rusiyadan  ölkəyə  ildə  təxminən 

500  mln.  dollar  həcmində  pul  göndərirlər  ki,  bunun  da  60%-i  nağd  şəkildədir. 

Həmçinin  də  yüksək  vergilər  səbəbindən  digər  vətəndaşlar  da  gəlirlərini 

gizlədirlər.  Beləliklə,  yığılan  bu  vəsaitləri  leqallaşdırmaq  məqsədilə  1  aprel-10 

iyun  2003  tarixində  Tacikistanda  maliyyə  amnistiyası  aparılmışdır.  Nəticədə 

kapitalla  bağlı  cinayətlərdə  təqsirli  bilinənlər  də  özlərini  təmizə  çıxara  bilmişdir. 

Öz  kapitalını  leqallaşdıran  bu  şəxslər  patentlər,  qeydiyyat  və  lisenziya  ilə  bağlı 

dövlət  rüsumlarından,  həmçinin  yaşayış  evləri  və  digər  obyektlərin  tikintisi  üzrə 

sifarişlərlə bağlı rüsumlardan da azad olmaq hüququ əldə edə bilmişdir. Amnistiya 

dövründə  187  milyon  ABŞ  dolları,  1  milyondan  çox  Rus  rublu  və  61  min  Avro 

həcmində  vəsait  leqallaşmışdır.  Bu  amnistiyanın  bir  maraqlı  cəhəti  də  var  ki, 

narkotiklər  və  korrupsiyadan  gələn  gəlirlərin  leqallaşdırılması,  mütəşəkkil 

cinayətkarlığın  və  Tacikistanın  milli  təhlükəsizliyi  üçün  mühüm  təhlükələrin 

inkişafına xidmət edən güclü faktor ola bilmişdir[9]. 

“Qızılgül  inqilabın”dan  sonra  2004-2007-ci  illər  arası  dövrdə  Gürcüstanda  da 

gizli  iqtisadiyyatın  leqallaşdırılması  sahəsində  mühüm  işlər  görülmüşdür.  Bu 

ölkədə  maliyyə  amnistiyası  ilə  bağlı  əsas  qanun  Amnistiya  və  bəyan  edilməyə



vergi  öhdəliklərinin  və  mülkiyyətin  leqallaşdırılması  haqqında”  24  dekabr  2004-c 

il  tarixli  qanundur.  Qanun  müstəqillik  dövründə  ölkədə  formalaşmış  “gizli 

kapitalın”  leqalaşdırılması  məqsədilə  qəbul  edilmişdir.  Bu  zaman  Gürcüstan 

hökuməti  belə  hesab  etmişdir  ki,  ölkədə  iri  məbləğdə  pulu  olan  çoxlu  şəxslər  var 

ki,  onlar  bu  puldan  istifadə  etməkdən  çəkinirlər.  Ona  görə  ki,  həmin  kapitalın 

mənşəyi  haqqında  heç  bir  qanuni  sənədləri  yoxdur.  Hökumət  hesab  etmişdir  ki, 

əvvəlki  iyrənc  rejimdə  qanuni  kapital  yığmaq  mümkün  olmadığından  bu 

kateqoriyalı  şəxslərə  birdəfəlik  maliyyə  amnistiyası  tətbiq  edilməlidir.  Həmin 

dövrdə  dövlət  başçısı  bəyan  edirdi  ki,  biz  öz  kapitalının  miqyasının  elan 

edilməsində  kapitalını  leqallaşdırmaq  istəyən  fiziki  və  hüquqi  şəxslərə  tamamilə 

etibar edirik. 

Qanuna  görə  amnistiya  elan  edilənədək,  cinayət  işi  açılmış  şəxslərə 

amnistiyanın tətbiqinə yol verilməmişdir. Digər prinsipial məqamlar isə bunlardan 

ibarətdir:  1  yanvar  2004-cü  ilədək  aparılan  hər  hansı  iqtisadi  fəaliyyət  və 

əməliyyatların  hər  hansı  hüquq-mühafizə  və  nəzarət  orqanları  tərəfindən 

yoxlanılmasına  yol  verilməyəcəkdir;  Maliyyə  ehtiyatları  da  daxil  olmaqla,  bəyan 

edilmiş  mülkiyyətin  mənbəyinin  yoxlanmasına  heç  kimə  icazə  verilməyəcəkdir; 

Vətəndaşlara  imkan  veriləcəkdir  ki,  fərman  qəbul  olunandan  (25  yanvar  2005) 

2005-ci  ilin  sonunadək  bəyan  edilmiş  kapitalın  leqallaşdırılmasına  imkan  verəcək 

mülkiyyət  və  maliyyə  deklarasiyalarını  təqdim  etsinlər;  2005-ci  ildə  mülkiyyətin 

yoxlanılmasına moratorium bəyan ediləcəkdir; Vergi ödəyiciləri tərəfindən təqdim 

edilən  mülkiyyət  informasiyaları  gizli  saxlanacaqdır;  Maliyyə  vəziyyətinin 

leqallaşdırılması məqsədilə vətəndaş 1%-lik birdəfəlik rüsum ödəyəcəkdir[3, 7]. 



AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



196 

Bir  sıra  müşahidəçilərə  görə,  yuxarıda  göstərilən  şərtlərlə  həyata  keçirilən 

maliyyə  amnistiyası  Gürcüstan  məmurlarına  elə  də  geniş  imkan  vermədiyindən 

uğurlu  olmamışdır.  Çünki,  bu  ölkədə  gizli  kapitlın  böyük  bir  hissəsi  həmin 

şəxslərin  əlində  cəmlənmişdir  ki,  onlara  da  demək  olar  ki,  amnistiya  imkanı 

verilməmiş,  əksinə  dövlət  müxtəlif  yollarla  bu  kapitalları  müsadirə  etmişdir.  Belə 

ki,  yenidən  qurulmuş  vergi  xidməti  və  yeni  yaradılmış  maliyyə  polisi  bu 

istiqamətdə aktiv fəaliyyət göstərmişdir. Gürcüstan rəsmilərinin qeyd etdiyinə görə 

2004-cü il ərzində qanunsuz yolla sərvət yığmış yüksək vəzifəli şəxslər 500 milyon 

dollar  həcmində  vəsaiti  dövlətə  qaytarmışlar  ki,  bunun  da  100  milyon  dolları 

birbaşa  xəzinəyə  köçürülmüşdür.  Eyni  zamanda  qaçaqmalçılıq  və  digər  iqtisadi 

cinayətlərlə  də  aktiv  mübarizə  aparılmışdır.  Təkcə  onu  qeyd  edək  ki,  Mixail 

Saakaşvili palament qarşısında 2004-cü il üzrə hesabat çıxışında, maliyyə polisinin 

Kvemo-Kartli  bölgəsi  üzrə  əməliyyat  bölməsinin  rəhbəri  David  Karseladzeyə 

xüsusi  təşəkkür  edərək  bildirir  ki,  bu  şəxs  həftədə  3  milyon  lari  məbləğində 

kriminal gəlir müsadirə etmişdir[7]. 

Müəssisələrin vergi borclarının restruktruzasiyası və bağışlanması ilə bağlı bəzi 

aqtları  nəzərə  almasaq,  indiyədək  Azərbaycan  Respublikasında  maliyyə 

amnistiyasının  hər  hansı  bir  formada  həyata  keçirilməsinə  rast  gəlinməmişdir. 

Həmçinin  “Azərbaycan  Respublikasında  Sahibkarlığın  nkişafına  Dövət  Himayəsi 



Sahəsində  Əlavə  Tədbirlər  Haqqında”  AR  prezidentinin  10  sentyabr  2002-ci  il 

tarixli fərmanının 8-ci bəndində göstərilən “Azərbaycan Respublikasında fəaliyyə



göstərmək  istəyən  iş  adamlarının  nəzərinə  çatdırılsın  ki,  Azərbaycan 

Respublikasının  müvafiq  qanunu  ilə  ölkədə  hər  kəsin  varidatına,  o  cümlədə

Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  sahibkarlıq  fəaliyyəti 

nəticəsində  əldə  etdikləri  və  investisiyaya  yönəltmək  üçün  Azərbaycan 

Respublikasına gətirdikləri pul vəsaitinin və digəəmlakının toxunulmazlığına tam 

təminat  verilir.  Hər  kəs  öz  varidatını  izahat  vermədən,  deklorasiya  və  ya  başqa 

sənəd  təqdim  etmədən  qanunvericiliklə  qadağan  edilməyən  istənilən  fəaliyyə

sahələrinə  sərbəst  yönəldə  bilər”  kimi  mühüm  müddəanın  da  indiyə  qədər  hər 

hansı  konkret  reallaşdırma  mexanizminin  işlənib  hazırlanmasına  təsadüf 

olunmamışdır  (əslində  həmin  fərman  belə  bir  mexanizmin  yaradılmasını  da 

nəzərdə tutmamışdır)[2].  

Bəs  Azərbaycanda  maliyyə  amnistiyası  tətbiq  oluna  bilərmi?  Və  ya  belə  bir 

amnistiyaya  ehtiyac  varmı?  Əgər  tətbiq  olunarsa,  hansı  modelə  üstünlük 

verilməlidir? 

lk  suala  cavab  olaraq  bildirək  ki,  maliyyə  amnistiyası  istənilən  ölkədə  bu 

ölkənin  reallıqlarına  uyğun  olaraq  tətbiq  oluna  bilər  və  məqalənin  əvvəlki 

hissələrində  də  göstərdiyimiz  kimi  dünyada  çoxlu  modellərinə  rast  gəlmək 

mümkündür.  Çünki  maliyyə  amnistiyaları  daha  sağlam  iqtisadi  mühitin 

yaradılması 

baxımından 

dövlətlərin 

əlindəki 

mühüm 


iqtisadi 

siyasət 


mexanizmlərindən  biri  olduğundan,  hər  bir  dövlət  tərəfindən  daim  nəzərdən 

keçirilməlidir.  

Bəs ölkədə belə bir amnistiyanın keçirilməsinə ehtiyac varmı? Gizli iqtisadiyyat 

nəzəriyyəsinin  təklif  etdiyi  ən  müasir  kəmiyyət  qiymətləndirməsi  metodlarının 




AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



197 

Azərbaycan iqtisadiyyatına tətbiqi, bu gün ölkədə gizli iqtisadiyyatın ÜDM-nin 15-

45%-i  arasında  dəyişdiyini  göstərir.  Eyni  zamanda  Azərbaycan  Dövlət  Statistika 

Komitəsinin  verdiyi  məlumata  görə  də  2007-ci  ildə  gizli  iqtisadiyyat  ÜDM-nin 

15%-ni  təşkil  etmişdir.  Başqa  sözlə  desək,  2007-ci  il  üzrə  ölkədə  29  mlrd. 

dollardan  çox  ÜDM  istehsal  olunduğunu  nəzərə  alsaq,  onda  asanlıqla  qeyd  edə 

bilərik ki, bu gün Azərbaycan gizli iqtisadiyyatında dövr edən qeyri-rəsmi maliyyə 

resursları  4,5-13,5  mlrd.  dollar  arasında  dəyişir.  Onu  da  qeyd  etməliyik  ki, 

metodologiyaya  uyğun  olaraq,  bu  rəqəmlər,  kriminal  iqtisadi  fəaliyyətlərdən  əldə 

edilən  gəlirləri  əhatə  etmir.  Göründüyü  kimi,  əgər  bu  gün  Azərbaycan  gizli 

iqtisadiyyatını tam şəkildə əhatə edəcək maliyyə amnistiyası aparılarsa, onda ən azı 

4,4  mlrd.  dollarlıq  yeni  maliyyə  resurslarını  rəsmi  iqtisadi  dövriyyəyə  cəlb  etmək 

mümkün  ola  bilər  ki,  bu  da  rəsmi  iqtisadiyyatda  vergi  yükünün  28%-ə  qədər 

olduğunu nəzərə alsaq,  hər il dövlət büdcəsi üçün 1 mlrd. dollardan çox əlavə gəlir 

deməkdir.  Hələ  leqallaşdırma  Gürcüstan,  Rusiya  və  digər  ölkələrdə  olduğu  kimi 

müəyyən dərəcə ilə vergiyə cəlb olunmaqla həyata keçirilərsə, bu gəlirləri daha da 

artırmaq mümkündür. Onu da nəzərə almaq lazımdır ki, ölkədə keçiriləcək maliyyə 

amnistiyasının daha uğurlu olması üçün bu, təkcə gizli iqtisadiyyatdakı dövriyyəni 

deyil,  eyni  zamanda  qanunsuz  yollarla  əldə  edilmiş  əmlakı  da  əhatə  etməlidir. 

Həmçinin 

bura 

ölkədən 


xaricə 

çıxarılmış 

kapitalın 

repatriasiyası 

və 

Azərbaycanlıların  xaricdə  gizli  yollarla  əldə  etdikləri  vəsaitlərin  ölkəmizdə 



leqallaşdırılmasını da əlavə etmək olar.     

Bununla  yanaşı,  hesab  edirik  ki,  bu  gün  ölkəmizdə  maliyyə  amnistiyasının 

zəruriliyindən  danışarkən  heç  də  yalnız  iri  gizli  iqtisadiyyat  subyektlərini  nəzərə 

alaraq fikir yürütmək düzgün deyil. Müstəqillik dövründə obyektiv və ya subyektiv 

səbəblərdən  uzun  müddət  gizli  iqtisadi  sektorun  kiçik  və  orta  sahibkarlıq 

subyektləri  kimi  fəaliyyət  göstərən,  sələmçilik  və  digər  qanunla  qadağan  olunan 

gizli  iqtisadi  fəaliyyətlərlə  məşğul  olan  kifayət  qədər  insan  var  ki,  onlar  öz 

vəsaitlərindən  ölkə  iqtisadiyyatının  rəsmi  sferasında  istifadə  etməkdən  çəkinirlər. 

Bu  baxımdan  hesab  edirik  ki,  bu  gün  maliyyə  amnistiyasının  verilməsi  ölkə 

iqtisadiyyatının  ümumilikdə  leqallaşması  baxımından  mühüm  vasitə  hesab 

edilməlidir.  

Nəhayət,  hansı  modelə  üstünlük  verilməsinə  gəldikdə,  hesab  edirik  ki,  dünya 

təcrübəsi  ətraflı  təhlil  olunmalı  və  ölkənin  sosial-iqtisadi  təhlükəsizlik  və  inkişaf 

tələblərinə  maksimum  səviyyədə  cavab  verə  bilən  bir  modelin  üzərində 

dayanılmalıdır. Ancaq bir məsələ də unudulmamalıdır ki, əgər bu amnistiya ümumi 

olacaqsa,  onda  2008-ci  ildə  keçiriləcək  prezident  seçkilərindən  sonraya 

saxlanılmalıdır.  Çünki  təcrübə  göstərir  ki,  seçkilərdən  sonra  hökumətlərin  öz 

iqtisadi proqramlarının ilkin tədbirlərindən biri kimi belə amnistiyalara yer verməsi 

daha uğurlu nəticələr vermişdir. 

 

ST FADƏ OLUNMUŞ ƏDƏB YYAT S YAHISI 

1.

 

Alm  J.  Tax  Policy  Analysis:  The  Introduction  of  a  Russian  Tax  Amnesty. 



Georgia  State  University  Andrew  Young  School  of    Policy  Studies, 

International Studies Program, Working Paper 98-6, October 1998, 9 p. 




AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



198 

2.

 



“Azərbaycan  Respublikasında  sahibkarlığın  inkişafına  dövlət  himayəsi 

sahəsində əlavə tədbirlər haqqında” AR Prezidentinin fərmanı, 10. 09. 2002. 

3.

 

“Concerning  Amnesty  and  Non-declared  Tax  Obligations  and  Property 



Legalization”,  The Law of Georgia Republic 24.12. 2004. 

4.

 



“Об амнистии граждан Республики Казахстан в связи с легализацией ими 

денег  (с  изменениями,  внесенными  в  соответствии  с  Законом  РК  от 

29.06.01  г.  N  218-II)”,  Закон  Республики  Казахстан  от  2  апреля  2001  г.  N 

173-II. 


5.

 

“Kayıt  Dışı  Ekonomi  ve  Mali  Milat”,  Forum,  Asomedya  dergisi,  Mart  2002, 



http://www.aso.org.tr/html/TUR/asomedya/mart2002-ft.html#forum

  

6.



 

Kellner M. Tax Amnesty 2004/2005 – An Appropriate Revenue Tool? German 

Law 

Journal 


No. 

(1 



April 

2004)-Public 

Law, 

http://www.germanlawjournal.com/article.php?id=409



7.

 



Saakashvili  M.  “President  Mikheil  Saakashvili's  annual  report  to  Parliament”, 

http://www.president.gov.ge/?l=E&m=0&sm=6&st=0&id=1491

. 10. 02. 2005.  

8.

 



State  Tax  Amnesty  Programs  in  US  (November  22,  1982  –  Present),  

http://www.taxadmin.org/FTA/rate/amnesty1.html 

9.

 

Union 



of 

Banks 


of 

Armenia, 

 

“Tax 


amnesty”, 

2007,  

http://www.uba.am/arm/documents/Tax%20amnesty.ppt

 

 

ЭРБАГИРЗАДЕ 



Государственный  Азербайджанский Экономический Университет Центр 

Магистерской Подготовкидиссертант 



 

МИРОВОЙ ОПЫТ ИСПОЛЬЗОВАНИЯ ОТ ФИНАНСОВЫХ АМНИСТИЙ 

ЗА ЛЕГАЛИЗАЦИЮ СКРЫТОЙ ЭКОНОМИКИ 

В  бумаге,  автор  исследует  финансовую  амнистию  как  один  из 

инструментов  легализации  скрытой  экономики  в  широком  диапазоне.  Для 

цели,  определения,  происхождения,  цель  и  принципы  финансовой  амнистии 

и  ее  опытов  в  развитом,  развивая  и  стран  перехода  объяснили  и  получили 

много обобщений. Автор заключает, финансовая амнистия, быть способным, 

чтобы  примениться  в  любой  стране  соответствует  ее  фактам  и  возможный 

встретиться  со  многими  моделями  этого  в  мире.  Он  полагает,  что  каждое 

правительство  должно  всегда  смотреться  эти  финансовые  действия.  Из-за 

этого  -  один  из  важных  механизмов  экономичной  политики  от  создания 

точки  зрения  более  подходящей  экономичной  окружающей  среды.  Показы, 

что,  если  полагают,  скрытая  экономика  Азербайджана  становится  15  % 

валового внутреннего продукта по крайней мере, тогда, там - потенциальные 

финансовые ресурсы 4.5 миллиарды долларов  для амнистии сегодня. Также, 

если  рассматривают,  облагают  налогом  бремя  официальной  экономики  -  28 

% валового внутреннего продукта, общая финансовая амнистия может быть, 

вносят  в  государственный  бюджет  больше  чем  1.1  миллиард  долларов  в 

течение каждого года.   



 


AMEA  qtisadiyyat  nstitutu “Milli iqtisadiyyatın problemləri” (məqalələr toplusu) 

 I Buraxılış, Bakı-Elm-2008, səh. 186-199 

 

 



199 

E. R. BAGIRZADEH 

Azerbaijan State Economic University Master Learning Centre, Doctoral 

Researcher  

 

THE WORLD EXPERIENCE OF USAGE FROM FINANCIAL AMNESTIES 

FOR LEGALIZATION OF HIDDEN ECONOMY 

In  paper,  the  author  researches  financial  amnesty  as  one  of  the  tools  of 

legalization of hidden economy in wide range. For the purpose, definition, genesis, 

purpose  and  principles  of  financial  amnesty  and  its  experiences  in  developed, 

developing  and  transition  countries  have  explained  and  got  many  generalization.  

The  author  concludes  that  financial  amnesty  be  able  to  apply  in  the  any  country 

correspond to its realities and possible to meet with many models of it in the world. 

He considers that every government must always be looked through these financial 

acts.  Because  of  this  is  one  of  the  important  mechanisms  of  economical  politics 

from point of view creation of the more suitable economical environment.  Shows 

that if consider that Azerbaijan’s hidden economy become 15 % of GDP at least, 

then, there are potential financial resources of 4.5 billion USD for amnesty today. 

Also, if consider, tax burden of official economy is 28 % of GDP, general financial 

amnesty  may  be  contribute  to  state  budget  more  than  1.1  billion  USD  for  every 



year.   

 

Yüklə 179,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə