Amerika niYƏ MƏhv olacaq? MÜƏLLİF: oleq platonov ooo «Evro-press» ooo «Mediцina» zao «Slavяnskiй dom kniqi» Moskva 2003



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix13.11.2017
ölçüsü0,59 Mb.
#9834
1   ...   17   18   19   20   21   22   23   24   25

91

bir yerdir.  Kilsə arxivi  1996-1997-ci illərdə arxivində

işlədiyim

Quver


institutunun

yaxınlığında

yerləşdiyindən,  burada baş verən bə᾽zi hadisələri

izləmək imkanına malik oldum.  Kilsə sodomitlərin

sevimli yerinə çevrilmişdi‒burada protestant keşişləri

mütəmadi olaraq keylər  (kişiləri  «sevən»  kişilər)  və

lesbiyan qadınlar (qadınları «sevən» qadınlar) arasında

«nigahlar»  bağlayırdılar.  Bu,  kifayət qədər əsrarəngiz

bir prosesdir.  Deyilənlərə görə,  bə᾽zi  «nigah» 

proseslərinə ABŞ-ın bir çox şəhərlərindən yüzlərlə

sodomit gəlir. «Nigah» bağlayan keşiş qətlin və cəsədin

təhqir olunduğu yerin düz mərkəzində dayanır.

Hazırda bu kilsə,  şübhəsiz,  iblissevərlər və

sodomitlərin ziyarət etdikləri ən sevimli yerlərdən

birinə çevrilib.  Görünür,  Birləşmiş Dinlər Təşkilatının

tə᾽sisçilərinin öz konfranslarını məhz burada keçirmək

qərarları da təsadüfü deyil. Bu barədə sonuncu fəsildə

daha ətraflı danışacağam.

20-ci əsrin ən məşhur iblissevəri və iblisanə kilsənin

banisi macar yəhudisi Anton Lavey olub. (1930-cu ildə

doğulub). A. Kroulinin «mə᾽nəvi şagirdi olan Lavey də

öz müəllimi kimi,  əsas vəzifəsini xristianlığı məhv

etməkdə görürdü.

A.  Kroulinin yazılarına əsaslanaraq,  Lavey indi hər

bir müasir iblissevərin stolüstü kitabına çevrilən 2 kitab

tərtib etdi‒«İblis bibliyası» və İblisanə mərasim». 1967-

ci ilin yanvarında o,  ilk iblisanə  «nigah»,  iyun ayında

ilk iblisanə  «xaç suyuna çəkmə»,  dekabrda isə  «dəfn» 

həyata keçirdi.

92

Bütün bunlar açıq-aşkar,  izdihamın iştirakı ilə



keçirilirdi.  Ən iri qəzetlər onun əməllərini ətraflı

işıqlandırırdı.

İblisin Ali Kahini A.  Lavey  «nigah»  prosesini

San‒Fransiskodakı ilk iblissevərlər kilsəsində həyata

keçirdi.  Mərasimdə ondan başqa,  daha  30  «zülmət

knyazı» da iştirak etdi.

Özünün iblisanə mərasimlə dəfn olunmasını

vəsiyyət edən E. Oleen adlı dənizçinin dəfni də eynilə

geniş reklam olundu.  Mərasim elə həmin kilsədə

keçirildi,  daha

sonra

isə


cəsəd

hərbi-dəniz

donanmasına xas ehtiram göstərməklə basdırıldı.

80

1970-ci ildə iblisanə kilsə ABŞ kilsələrinin Milli



İttifaqına qəbul edildi.  Digər konfessiyalarla yanaşı, 

Pentaqonun nəzdində iblisanə kilsənin də baş kapellanı

təmsil olundu.  Onun himayəsi altında ABŞ Silahlı

Qüvvələrinə xidmət göstərən yüzə yaxın kapellan-

iblissevər qulluq edirdi.

Öz davamçıları üçün Lavey iblisin  9  prinsipini

göstərdi:

1. İblis məhdudlaşdırma əvəzinə şəhvani,  cismani

arzulara himayə təklif edir!

2. İblis mə᾽nəvi xülyalar əvəzinə dolğun həyat təklif

edir!

3. İblis üzdəniraq özünüaldatma əvəzinə kamil



müdriklik təklif edir!

4. İblis nankorlara məhəbbət əvəzinə layiqlilərə sevgi

təklif edir!

5. İblis hamını bağışlama əvəzinə qisas hüququ təklif

edir!



93

6. İblis psixi qaniçənlərə qayğı əvəzinə məs᾽uliyyətli

insanlara qarşı məs᾽uliyyət təklif edir!

7. İblis insanı davranışı  4  ayaq üstə gəzən

heyvanlardan bə᾽zən yaxşı,  əksər hallarda isə pis adi

heyvan növü kimi təqdim edir!

8. İblis günah adlandırılanların hamısına izn verir, 

çünki onlar fiziki, hissi və emosional tə᾽minat verir!

9. İblis həmişə kilsənin ən yaxşı dostu olub,  çünki

onun sayəsində kilsə uzun illər boyu özünə

məşğuliyyət tapıb!

Satanizmi xüsusi olaraq öyrənən amerikalı keşiş

Cefri Steffon hesab edir ki,  iblisə yaxınlaşmanın  7 

səviyyəsi var.

1-ci səviyyədə falçılıq və ən᾽ənəvi magiyanın sadə

formaları ilə məşğul olanlar yerləşir.

Steffon  2-ci

səviyyəyə

spritizmə,  alkoqola, 

narkotiklərə və  «ağır rok»  tipli musiqiyə aludəçliyi

olanları aid edir.  Bu qrupun nümayəndələrinin bir

hissəsi «İblis bibliyası»  və  «İblisanə mərasimlər»  tipli

kitablar oxuyurlar,  hərdən isə hətta bu ayinlərdən

bə᾽zilərini yerinə yetirməyə təşəbbüs də göstərirlər.

3-cü səviyyədə kortəbii satanist qruplar yerləşir. 

Onların liderləri Krouli və Lavey tipli adamlar olur. Bir

çox adamlar narkotiklərdən istifadə və orgiyalarda

iştirak nəticəsində bu qruplarla əlaqə yaradır, 

yeniyetmələri isə bu cür toplantılara yaşlı satanistlər

də᾽vət edirlər.

Hər bir qrupda özəl inanc və ayinlər sistemi

formalaşır və bunlar bir qayda olaraq,  həmin qrupun

mənafelərinə müvafiq olur.

94

4-cü səviyyə  «İblis kilsəsi»,  «Seta mə᾽bədi»  və bu



qəbildən olan digər təşkilatların üzvlərini ehtiva edir. 

«İblis kilsəsi»  ona qoşulmaq arzusunda olanları əsaslı

şəkildə,  hərtərəfli öyrənir.  Satanistlərin əsas dini ayini

«qara messa»dır.  4-cü mərhələdə olan iblispərəstlər

okkultizm haqqında gənclər üçün nəzərdə tutulan

yazıların yayılması üçün məs᾽uliyyət daşıyırlar.

5-ci səviyyəni satanistlər  («möhkəm özək»)  təşkil

edirlər.  Onlar qurban verilməsini  (o cümlədən

insanları)  nəzərdə tutan ayinləri yerinə yetirirlər. 

Hazırda bu adamlar gizli fəaliyyət göstərdiklərindən, 

onların mövcudluğunu sübut etmək çox çətindir.

Müxtəlif nəsillərin nümayəndələrini əhatə edən gizli

qruplar da bu səviyyəyə aiddir.  Bu qrupların üzvləri

ikrah doğuran mərasimlər icra edir,  uşaqlara

münasibətdə zor işlədir,  öz uşaqlarını narkotik

maddələrə dəyişir,  heyvanları və insanları qurban

verirlər.

6-cı səviyyə satanistlərini adeptlər adlandırırlar. 

«Onlar iblisi görməyə qadirdirlər, həmçinin xırda cinlər

üzərində hakimiyyətə malikdirlər».

Ali səviyyə satanistləri illüminatlar,  «sırf iblis

pərəstişkarları»  adlanırlar.  Onlar öz iradə və

şəxsiyyətlərini iblisə bəxş edirlər.

81

70‒80-cı illərdə ABŞ-da iblis kilsəsinin baş templi



San-Fransiskodakı Kaliforniya küçəsində idi.  Bura

itiuclu damı olan, hündür məftil çəpərə alınmış o qədər

də böyük olmayan qara binadır. Satanizmin Ali Kahini

A. Lavey də elə burada xidmət edib.

82

Mən 90-cı illərin



ortalarında satanist templinin yaxınlığında oldum. 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə