ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   10   11   12   13   14   15   16   17   ...   110

32 
 
ərazi haqqında təsəvvürlər və s.) intensiv etnofərqləndirici dəyər kəsb edir və etnik 
ideologiya dərəcəsinə yüksəldilir. 
Etnosiyasi hərəkatların ideoloji özülü olan millətçiliyi, fin coğrafiyaşünası 
A.Paasi  məhz  ərazi  ideologiyasının  başlıca  formalarından  biri  və  dövlət 
quruculuğunun  əsası  kimi  xarakterizə  edir.
50
  Bu  cür  ideologiya  çərçivəsində 
müəyyən  ərazilər  yüksək  simvolik  əhəmiyyət  kəsb  edərək,  ərazi-simvollara 
çevrilir.
51 
Yuxarıda  gətirilən nəzəri qeydlər  sözügedən  dövrdə  Cənubi  Qafqazda,  o 
cümlədən  Gürcüstanda  təşəkkül  tapmış  etnosiyasi  situasiyaya  da  tam  ölçüdə 
interpolyasiya  oluna  bilər.  1917-ci  ilin    fevral-oktyabr  zaman    kəsiyində  digər 
Qafqaz  xalqlarında  olduğu  kimi,  gürcü  etnik  özşüurunun,  özünüdərkinin    siyasi  
komponentinin  son  dərəcə  artması  şəraitində  milli-siyasi  dilək  və  tələblərin 
konseptuallaşması  baş  verirdi.  Gələcək  Gürcüstan  Respublikasının  partiya 
sisteminin  əsas  subyektləri  –  menşeviklər,  sosial-federalistlər,  milli-demokratlar 
kəskin  ideya-siyasi  mübarizə  və  mübahisələr  şəraitində  strateji  milli  məqsəd  və 
vəzifələr  barədə  konsensus  əldə  etməyə  çalışırdılar  ki,  onun  da  əsas 
təzahürlərindən  biri  konvensional  anlayışların,  yəni  siyasi  camiə  (rusca 
«политическое  сообщество»)  tərəfindən  barələrində  razılığa  gəlinmiş  məf-
humların işlənib hazırlanması idi. Belə məfhumlar sırasında, aşağıda görəcəyimiz 
kimi, «Gürcüstanın arzu olunan məkanı» haqqında anlayış da yer almışdı. 
Qeyd etdiyimiz kimi, fevral inqilabından sonra Gürcüstanda milli hərəkat 
geniş vüsət alır. Çox maraqlıdır ki, gələcək gürcü respublikasının əsas memarı, ona 
özünəməxsus  ideya-siyasi  ölçülmə  verən  menşeviklər  ilk  vaxtlar,  ümumiyyətlə, 
milli  hərəkatın  genişlənməsinə  qarşı  kəskin  surətdə  çıxış  edir,  milli  məsələnin 
həllini  Ümumrusiya  Müəssislər  Məclisinin  çağırılmasınadək  təxirə  salınmasını 
zəruri sayırdılar.
52
 Fikrimizcə, bu ondan irəli gəlirdi ki, gürcü menşevikləri 1917-ci 
ilin  payızınadək  özlərini  ümumimperiya  sosial-siyasi  məkanının  subyektləri, 
Rusiya fevral inqilabının aparıcı və fəal qüvvəsi kimi təsəvvür edirdilər. Məhz bu - 
daha  universal  siyasi  özünüidentikləşdirmənin      məntiqi      onları      lokal-etnik   
oyunçu  səviyyəsinə  enməkdən  çəkindirirdi.  Bəhs  olunan  dövrdə  gürcü 
menşevikləri  milli  məsələnin  həllini  mədəni-milli  muxtariyyət  prinsipinin  tət-
biqində  görür,  amma  məhdud  səlahiyyətli  milli  ərazi-özünüidarə  orqanlarının 
yaradılmasını  da  məqbul  hesab  edirdilər.  Zaqafqaziya  sosial  demokratlarının 
(menşeviklərinin)  1917-ci  ilin  iyununda  olmuş  VI  qurultayında  sözügedən 
məsələyə dair qəbul etdiyi qətnamədə deyilirdi: «Ərazi özünüidarəsinin sərhədləri 
bu və ya digər milliyyətin real məskunlaşması prinsipi üzrə təsbit edilir, bu zaman 
təsərrüfat və məişət şərtləri nəzərə alınır. Milli sərhədlərin dəyişdiriləcəyi təqdirdə, 
sərhədlər  müəyyənləşərkən  mübahisəli  olan  yerlərdə  referendum  tətbiq 
edilməlidir».
53
 Söyləyə bilərik ki, 1917-ci ilin payızınadək dəyişməz qalan menşe-
viklərin etnoərazi məsələlərə dair bu yönəlişliyinin (ustanovkasının) «açar istilahı» 


33 
 
«əhalinin real məskunlaşması» prinsipi idi: bu prinsip Cənubi Qafqazın perspektiv 
ərazi bölgüsünün kifayət qədər demokratik həllini təqdim edirdi. 
1917-ci ilin oktyabrınadək menşeviklər gələcək gürcü muxtariyyəti və ya 
özünüidarəsinə daxil ediləcək ərazilərin konkretləşməsindən yayınırdılar ki, bu da 
yuxarıda vurğuladığımız səbəbdən irəli gəlirdi. 
Menşeviklərdən  fərqli  olaraq  gürcü  sosial-federalistləri  və  milli-
demokratları  ən  başlanğıcdan  öz  ölkələri  üçün  milli-ərazi  muxtariyyəti  tələb 
edirdilər.  Məsələn,  gürcü  sosial-federalistləri  hələ  1904-cü  ildə  Gürcüstanın 
muxtariyyəti tələbini irəli sürmüşdülər və Birinci rus inqilabı dövründə də bu şüara 
uyğun fəaliyyət göstərirdilər.
54
 
Sosial-federalistlər  1917-ci  ildə  Gürcüstan  muxtariyyətinin  ərazi  və 
sərhədlərinin  müəyyənləşdirilməsində  menşeviklərə  yaxın  mövqe  tuturdular; 
onların mayda olmuş konfransı qərara almışdr. «Gürcüstan ərazisinin sərhədlərinin 
müəyyən  edilməsi      üçün      ərazi      bütövlüyünün      saxlanılması      ilə      real 
məskunlaşma  prinsipinin  əsas  gotürülməsini  yenidən  təsdiqləmək».
55
  Göründüyü 
kimi,  sosial-federalistlər də real məskunlaşma  prinsipinə  üstünlük  verirdilər,  lakin 
onların  irəli  sürdükləri  «ərazi  bütövlüyünün  saxlanılması»  şərti  əslində  implisit 
(yığcam)  formada  «Gürcüstanın  tarixi-coğrafi  məkanı»  ideyasını  qismən  ehtiva 
edirdi.  Təsadüfi  deyildi  ki,  konfrans  gürcü  muxtariyyətinin  arzu  edilən  məkanını 
müəyyənləşdirərkən, ora Zaqatala dairəsini də daxil etmişdi.
56
  Bu  isə  qətnamənin 
həm  yuxarıda  ərz  olunan  «real  məskunlaşma  prinsipi»,  həm  də  Zaqatala  və 
Borçalının siyasi taleyi ilə bağlı ikinci hissəsi ilə ziddiyyət təşkil edirdi: «Borçalı 
və  Zaqatala  dairəsinə  gəldikdə  isə  onlar  yalnız  köklü  əhalinin  əksəriyyətinin 
referendum  yolu  ilə  buna  münasibətini  bildirdiyi  halda  Gürcüstan  ərazisinə  daxil 
ola bilər». 
Gürcüstan  muxtariyyətinin  ehtimali  ərazisi  ilə  bağlı 1917-ci ildə (hər 
halda, payızadək) gürcü menşeviklərinin və qismən də sosial federalistlərinin belə 
mötədil  mövqe  tutmaları,  fikrimizcə,  onların  Rusiya  postfevral  siyasi  məkanının 
perspektivləri  ilə  bağlı  ümidlərindən  (menşeviklərdə)  və  gözləmələrindən  (sosial-
federalistlərdə) doğurdu: Rusiyanın planlaşdırılan federativ, fəqət siyasi bütövlüyü 
saxlanılacaq  dövlət  quruluşu  sistemində  gürcü  etnik  elementinin  seyrək  olduğu 
ərazilərin  Gürcüstana  qatılması  aşkar  konfliktogenlik  üzündən  problematik 
görünürdü. 
Bəhs etdiyimiz dövrdə Gürcüstanda  cərəyan edən etno- siyasi proseslərin 
bir başqa mühüm subyekti gürcü millətçiləri - milli-demokratlar partiyası idi.
57
 Bu 
partiyanın  təşkilinə  hələ  1913-cü  ildə  başlanılmışdı:  Tiflis,  Kutais,  Bakı  şəhərlə-
rində partiyanın qeyri-leqal surətdə yerli özəkləri fəaliyyət göstərirdi. Onun hüquqi 
cəhətdən təşəkkülü isə artıq 1917-ci ilin yayına təsadüf edirdi. 
Milli  dcmokratlar  «bütün  siniflərin  gürcüləri,  birləşin!»  şüarını  irəli 
sürmüşdülər  və  xalqı  partiya,  yaxud  da  sinfi  maraqlar naminə  deyil,  ümumgürcü 
milli vəzifələrinin həyata keçirilməsi üçün birləşməyə çağırırdılar.
58
 Gürcü xalqının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə